Month: September 2024

  • Задержан подозреваемый в нанесении студенту ранений кинжалом

    Минувшим днем в результате мероприятий, проведенных сотрудниками полиции, был установлен и задержан Тофиг Азизов (2004 г.р.), подозреваемый в нанесении ранений режущим предметом Эльмиру Насирову (2005 г.р.) в Хатаинском районе Баку вечером 17 сентября.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Министерства внутренних дел Азербайджана.

    По данному факту проводится расследование.

    Отметим, оба юноши являются студентами Профессионального лицея №5. В ходе конфликта Т.Азизов нанес Э.Насирову пять ударов кинжалом. Раненый в тяжелом состоянии был доставлен в Республиканскую нейрохирургическую больницу.

  • Bakıda tələbəni xəncərləyən şəxs tutuldu

    Ötən gün Xətai rayonunda kütləvi dava zamanı tələbə Elmir Nəsirova xəncər vasitəsilə beş dəfə zərbə endirən şəxs tutulub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sentyabrın 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda 2005-ci təvəllüdlü Elmir Nəsirova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tofiq Əzizov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, hər iki şəxs 5 nömrəli Peşə Liseyinin tələbəsidir.

  • Narinin qətlinə dair yeni iddia: Başqa şəhərdəki qardaşını qızcığazı öldürmək üçün çağırıblar?

    Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.

    İstintaq çərçivəsində Narinin böyük qardaşı Enes, anası Yüksel, əmiləri Salim və Fuat Güran, əmisi arvadı Hediye Güran da olmaqla, 12 nəfər həbs edilib.

    Həmçinin Narin Güranın boğularaq öldürüldüyü müəyyən edilib. Qətlin kim tərəfindən və nə üçün törədildiyi dəqiq bilinməsə də, irəli sürülən iddialara yenisi əlavə edilib.

    Bu barədə Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

    Məlumata görə, Narinin həbs edilən qardaşı Enes Güran qətldən bir gün əvvəl işlədiyi Malatyadan Diyarbəkirə gəlib. Bu da “Enes qətli törətməsi üçünmü çağırılıb?” sualını doğurub.

    Enes Güran ifadəsində bunu təkzib edib.

    “Qardaşım Baran əsgər gedəcəyi və əmim oğlunun toyu olacağı üçün işdən icazə almışdım”, – deyə o bildirib.

    Narinin ölümü ilə hər hansı əlaqəsinin olmadığını iddia edən Enes, həmçinin qızcığaz yoxa çıxdığı saatlarda evdə yatdığını da qeyd edib. Digər tərəfdən, Enesin qolundakı diş izləri və kürəyindəki dırnaq izləri Narini onun boğaraq öldürməsi iddialarını da gündəmə gətirib.

    Eyni zamanda hadisənin şahidlərindən olan və həbs edilən Narinin əmisinin arvadı Hediye Güran da ifadəsində deyib ki, hadisə baş verən gün Narinin anası Yüksel Güran ilə Enes Güran arasında şiddətli mübahisə və boğuşma yaşandığına şahid olub.

    Enes Güranın qolundakı dişlək izinin də anası Yüksel Gürana aid olduğu iddia edilib.

    Həmçinin Yüksel Güranın Narinə görə Eneslə mübahisə etdiyi və ona mane olmaq üçün dişlədiyi də ehtimal edilir.

  • Начался официальный визит начальника Генштаба азербайджанской армии в Италию

    Начался официальный визит в Италию делегации во главе с первым заместителем министра обороны – начальником Генерального штаба азербайджанской армии генерал-полковником Керимом Велиевым.

    Как сообщили в оборонном ведомстве, в рамках визита он проведет ряд встреч с военным руководством Италии и посетит компанию оборонной промышленности.

  • Azərbaycan Ordusunun Baş Qərargah rəisinin İtaliyaya rəsmi səfəri başlayıb

    Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliya Respublikasına rəsmi səfəri başlayıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək və müdafiə sənayesi şirkətini ziyarət edəcək.

  • Bu yağlar kəskin bahalaşdı

    Azərbaycanda yağların qiymətində kəskin artım müşahidə olunur.

    Median.Az bakupost.az-a istinadən xəbər verir ki, 180-200 qramlıq yağların qiyməti 5 manatı keçib.

    Belə ki, marketlərdə “Vestqold”un 180 qramlığı 5 manat 44 qəpik, “Ankor”un 200 qramlığı isə 5 manat 28 qəpikdir.

    Bahalaşmadan narazı olan alıcılar deyirlər ki, ötən ay həmin yağların satış qiyməti 4 manat olub:

    “200 qramlıq yağın qiyməti 6 manata çatır. Elə adam var ki, mədəsində problem olur, başqa yağı yeyə bilmir, məcburdur, bunlardan alsın. Amma qiymətlər od tutub yanır. Bütün məhsulların qiyməti qalxıb. Aldığımız maaş bazarlığa çatmır. Hər ay qiymətlər 1-2 manat artır. Belə olmaz axı!”.

  • Bu avtobusun yolu dəyişdirilir

    Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

    Məhdudiyyətlə əlaqədar 32 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospekti, Sədi Musayev, Rəşid Bağırov və Oqtay Vəliyev küçələri ilə təşkil ediləcək.

  • UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib

    UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ikinci oyun günündə 2 qarşılaşma keçirilib.

    İtaliyada baş tutan matçda yerli “Bolonya” Ukrayna təmsilçisi “Şaxtyor”la heç-heçə edib – 0:0.
    Çexiya klubu “Sparta” isə doğma meydanda Avstiyanın “Zaltsburq” komandasını 3:0 hesabı ilə üstələyib.
    Azarkeşlər saat 23:00-da başlayacaq daha 4 qarşılaşmanın şahidi olacaqlar.
    UEFA Çempionlar Liqası
    Liqa mərhələsi
    18 sentyabr
    I tur
    “Bolonya” (İtaliya) – “Şaxtyor” (Ukrayna) 0:0
    “Sparta” (Çexiya) – “Zaltsburq” (Avstriya) 3:0
    23:00. “Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya)
    23:00. “Seltik” (Şotlandiya) – “Slovan” (Slovakiya)
    23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya)
    23:00. PSJ (Fransa) – Jirona (İspaniya)
    Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.
    //report

  • “WhatsApp” işlədən hər kəs üçün VACİB MƏLUMAT – Bundan sonra…

    “WhatsApp” status yeniləmələrində insanların qeyd edilməsi funksiyasını təqdim edir.

    Meta şirkətlər qrupuna daxil olan “WhatsApp”da etiketlənmiş istifadəçi status yeniləməsini yenidən paylaşdıqda, orijinal yaradıcının şəxsiyyəti anonim qalacaq.

    Reklamınızı SmartBee ilə effektiv edin.
    Bir şəxsin adı çəkiləndə həmin şəxs istifadəçilərin hədəf auditoriyası ilə əlaqə saxlamasını asanlaşdıran bildiriş alacaq.

    Şəkil və videoları status yeniləmələri vasitəsilə paylaşarkən, başlıq çubuğunda seçim olacaq. Bu seçim sayəsində istifadəçi etiketlənə bilər. Bildirilib ki, sözügedən şəxsi statusa baxan başqa heç kim görə bilməyəcək.

    Qeyd edək ki, “WhatsApp” istifadəçilərə Status yeniləmələrində kontaktları qeyd etməyə imkan verən funksiyanı sınaqdan keçirir və onu “Instagram” və “Facebook”a uyğunlaşdırır.

  • Livanda rabitə cihazlarında yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

    Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

    “Report” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

    Məlumata görə, azı 450 nəfər yaralanıb.

    Bundan əvvəl Livanın müxtəlif bölgələrində partlayış səsləri eşidilib. “Al Hadath” telekanalının məlumatına görə, bu dəfə mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar partlayışlara səbəb olub.