Month: October 2024

  • Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2024-cü ilin dekabrında tədarükü üçün qızıl fyuçerslərinin qiyməti öz tarixinin ən yüksək həddini yeniləyərək bir troy unsiyası (31,1034768 q – red.) üçün 2708.7 dollardan yuxarı satılır.

    Bu barədə ticarət platformasının məlumatında bildirilib.

    Bakı vaxtı ilə saat 18:38-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troy unsiyası üçün 2710.3 dollar (+0,71%) təşkil edib. Bakı vaxtı ilə saat 18:53-də isə qızılın qiyməti bir unsiya üçün 2711.9 dollara (+0,77%) yüksəlib.

    Qızıl fyuçerslərinin qiyməti sonuncu dəfə 26 sentyabr 2024-cü ildə bir troy unsiyası üçün 2708.7 dollara çatıb.

  • Yollarda moped problemi: Ekspertlər həll yolu təklif edirlər – VİDEO

    Paytaxtda hər yerdə gördüyümüz mopedlər yollarda təhlükəli vəziyyətlər yaradır və sürücülərin öz həyatlarını riskə atmalarına səbəb olur.

    Bu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmur, bu da onların tez-tez qayda pozuntuları etmələrinə gətirib çıxarır.

    Moped sürücüləri də etiraf edirlər ki, yol hərəkəti qaydalarını pozurlar.

    Nəqliyyat üzrə ekspert İlqar Hüseynli mövzu ilə bağlı bildirib ki, gənclərlə maarifləndirmə işi aparılmalı və vətəndaşlar məlumatlandırılmalıdırlar. O əlavə edib ki, velosipedlərin və mopedlərin hərəkəti dövlət tərəfindən tənzimləyici mexanizmlərlə nəzarət altına alınmalıdır.

    Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev qeyd edib ki, bu nəqliyyat vasitələrinin qayda pozuntularına yol verdikləri halda 49 manat məbləğində cərimə tətbiq edilir.

    Ətraflı İTV-nin süjetində:

  • “Komendant pulu” mənzilin sahəsinə görə alınmalıdır? – VİDEO

    Paytaxt sakinləri bəzi Mənzil-Tikinti Kooperativlərindən (MTK) narazıdırlar.

    Belə ki, onlar MTK-ların “komendant pulu” adı altında topladıqları vəsaitdən şikayət edirlər.

    Bu ödəniş mənzilin sahəsinə (kvadratmetrinə) əsasən hesablanır. Qiymətlər 20 qəpikdən başlayır və bəzi binalarda 2 manata qədər yüksəlir.

    Mütəxəssislər hesab edirlər ki, çoxmənzilli binalarda ödənişlərin mənzilin sahəsinə görə təyin edilməsi məntiqli deyil.

    Qanunvericiliyə əsasən, bina istismara verilərsə və sakinlərin yarısından çoxu mənzilləri üzərində mülkiyyət hüququ əldə edərsə, həmin binanın MTK tərəfindən idarə edilməsi ləğv edilməlidir.

    Ətraflı “İTV Xəbər”in süjetində:

  • Живущий на улице 70-летний мужчина: Чувствую себя более свободным – ВИДЕО

    70-летний Назим Аскерзаде уже два дня живет на улице.

    Мужчина рассказал, что имеет высшее образование и долгие годы работал на море, однако сейчас вынужден зарабатывать на хлеб, выполняя обязанности дворника. По словам мужчины, он чувствует себя намного более свободным, когда остается на открытом воздухе.

    У Н.Аскерзаде есть семья и 46-летний сын, но они не живут вместе. Пожилой мужчина ютится у братьев и сестер, а порой ночует на улице.

    Во время съемки туда прибыли сотрудники Агентства социальных услуг, они оценили состояние Н.Аскерзаде и приняли меры для его размещения в приюте.

    Позже удалось связаться с сестрой мужчины, которая заявила, что уже два дня ищет брата. Женщина приехала на место и забрала его к себе домой.

    Подробнее – в репортаже Xəzər Хəbər:

  • Bakıda yaşlı kişi küçədə yaşayır: “Daha rahat və azad oluram” – VİDEO

    Bakıda yaşlı kişi günlərdir küçədə yaşayır.

    70 yaşlı Nazim Əsgərzadə bildirib ki, ali təhsillidir və uzun illər dənizdə çalışıb. Lakin indi bəzən küçələri təmizləməklə qazanc əldə edir.

    O, iki gündür küçədə qaldığını deyib.

    Nazim Əsgərzadə qeyd edib ki, ailəsi və 46 yaşlı oğlu var, lakin onunla birlikdə yaşamır. Bacı-qardaşı ilə birgə qaldığını, bəzən isə küçələrdə gecələdiyini vurğulayıb.

    Ətrafdakı insanların sözlərinə görə, onu kimsəsiz və baxımsız görənlər yemək və yorğan-döşək veriblər.

    Çəkiliş zamanı Sosial Xidmətlər Agentliyinin əməkdaşları da əraziyə gəliblər, ahıl kişinin vəziyyətini qiymətləndiriblər və onun sığınacağa yerləşdirilməsi üçün tədbirlər görüblər. Daha sonra ailə üzvləri tapılıb və bacısı ilə əlaqə saxlanılıb. Bacısı Nazim Əsgərzadəni iki gündür axtardıqlarını bildirib. O, əraziyə gələrək qardaşını öz evinə aparıb.

    Ətraflı süjetdə:

  • Google посвятил дудл Дню восстановления независимости Азербайджана

    Ведущий мировой интернет-поисковик Google посвятил специальный дудл (doodle) Дню восстановления независимости Азербайджана.

    При нажатии на изображение азербайджанского флага пользователи перенаправляются на страницы, где размещена информация об этой знаменательной дате.

    Отметим, что дудлы Google – это символические иллюстрации, которые появляются на главной странице поисковика в честь различных событий, праздников и юбилеев.

    Напомним, что сегодня, 18 октября, Азербайджан отмечает одну из важнейших дат в своей истории – День восстановления независимости. Этот праздник символизирует возрождение азербайджанской государственности и напоминает о славном пути, пройденном страной за последние десятилетия.

  • “Google” Azərbaycan bayrağının rənglərində “doodle” hazırlayıb

    Məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində xüsusi “doodle” hazırlayaraq özünəməxsus şəkildə təbrik edib.

    Azərbaycan bayrağını kliklədikdə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı informasiyaların yer aldığı saytlara və xəbər agentliklərinin səhifələrinə keçid edilir.

    Qeyd edək ki, “doodle” “Google” axtarış saytının əsas səhifəsində əlamətdar hadisələrə həsr olunmuş xüsusi simvolik illüstrasiyalardır.

    Qeyd edək ki, bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür.

    Xatırladaq ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

    Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

    Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.

  • Жительница Товузского района и ее 13-летний сын отравились угарным газом

    В Товузском районе произошло отравление угарным газом.

    Как сообщает Report, случай зафиксирован в селе Абулбейли.

    Согласно информации, в Товузскую центральную районную больницу с соответствующим диагнозом были госпитализированы 42-летняя У.Исмайылова и ее 13-летний сын Р.Мамедов.

    Их состояние оценивается как удовлетворительное.

    По данному факту проводится расследование.

  • Tovuzda ana və övladı dəm qazından zəhərləniblər

    Tovuz rayonunun Abulbəyli kəndində ana və övladı dəm qazından zəhərləniblər.

    “Report”un məlumatına görə, 1982-ci il təvəllüdlü Ü. İsmayılova və 2011-ci il təvəllüdlü övladı R. Məmmədov dəm qazından zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Onların vəziyyəti kafi qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Marca назвала самого выдающегося футболиста всех времен

    Авторитетное испанское издание Marca назвало Лионеля Месси самым величайшим и выдающимся футболистом всех времен.

    Об этом сообщает sport.ua.

    Согласно информации, представители газеты прилетели в Майами (США), чтобы вручить награду 37-летнему аргентинскому форварду, который выступает за местный клуб “Интер Майами”.

    “Я смог осуществить все свои мечты, которые я имел в детстве. Я выиграл чемпионат мира, трофей, которого все хотят. И я выиграл все с клубом своего детства, “Барселоной”, – сказал Месси во время награждения.

    Аргентинец является самым титулованным футболистом в истории – 46 трофеев. На его счету также восемь “Золотых мячей”. В 2022 году Месси выиграл вместе с национальной командой чемпионат мира в Катаре.