Month: October 2024

  • Tarixin ən yaxşı futbolçusu seçilib

    Lionel Messi tarixin ən dahi və ən görkəmli futbolçusu seçilib.

    Bu seçimi İspaniyanın nüfuzlu “Marca” nəşri həyata keçirib.

    Nəşrin nümayəndələri 37 yaşlı argentinalı forvardın çıxış etdiyi ABŞ-nin “İnter Mayami” klubuna mükafatı təqdim etmək üçün Mayamiyə gediblər.

    “Uşaqlıqda qurduğum bütün arzuları həyata keçirə bildim. Hamının arzuladığı kuboku – Dünya Kubokunu qazandım. Uşaqlıq klubum “Barselona” ilə hər şeyi qazandım”, – deyə Messi mükafatlandırma mərasimində bildirib.

    Xatırladaq ki, Messi tarixdə ən çox titul qazanan futbolçudur – 46 kubok. Argentinalının aktivində səkkiz “Qızıl top” mükafatı da var. O, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.

  • Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq? – VİDEO

    Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.

    Yeni yaradılan konsepsiyanın məqsədi təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli istifadə etmək və onların karyera inkişafına töhfə verməkdir.

    Belə ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisaslar üzrə 600-dən yuxarı bal toplayanlar və beynəlxalq reytinqli xarici universitetləri uğurla bitirənlər hərbi xidmətlərini bu bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.

    Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, aparılan təhlillər göstərir ki, birinci ixtisas qrupu üzrə “İnformasiya texnologiyaları”, “Kompüter elmləri” və digər sahələrə yüksək balla qəbul olan tələbələr təhsillərini başa vurduqdan sonra hərbi xidmət zamanı öz bilik və bacarıqlarından istifadə edə bilmirlər. Bu da sahə üzrə müəyyən zəifləmələrə səbəb olur.

    Qeyd edək ki, bu qərar yerli və beynəlxalq müsabiqələrin qalibi kimi ali təhsil müəssisələrinə növbədənkənar qəbul olunan gənclərə də şamil edilir.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • Разработчики Hamster Kombat раскрыли сюжет нового сезона

    Разработчики популярной во всем мире игры Hamster Kombat (“Хомяк”) опубликовали анонс второго сезона.

    Об этом сообщается в официальном Telegram-канале проекта.

    “Новая глава Hamster Kombat уже не за горами, и совсем скоро всем генеральным директорам придется управлять новыми предприятиями”, – говорится в сообщении разработчиков.

    По словам создателей проекта, вместе с пользователями будет строиться игровая платформа, а также – наниматься сотрудники и создаваться новые игровые хиты. Помимо того, на днях разработчики рассказали, что игроки, сохранившие на балансе “Хомяка” токены, получат некие бонусы за то, что держат монеты при себе.

    Ранее анонсировалось, что токен $HMSTR будет нужен для доступа к новым приложениям и играм, которые будут находиться в экосистеме Hamster.

  • “Hamster Kombat” tərtibatçıları yeni mövsümün süjetini açıqlayıblar

    Dünyaca məşhur “Hamster Kombat” oyununun tərtibatçıları layihənin ikinci mövsümünün başlanacağını elan ediblər.

    Bu barədə tərtibatçılar rəsmi “Telegram” kanallarında məlumat yayıblar.

    “Mövsüm çox yaxın zamanda başlayacaq və bütün baş direktorlar yeni bizneslərini idarə etməyə hazır olmalıdırlar”, – məlumatda qeyd olunub.

    Layihənin yaradıcılarının sözlərinə görə, istifadəçilərlə birgə oyun platforması qurulacaq, yeni işçilər işə götürüləcək və yeni oyun hitləri yaradılacaq. Bundan başqa, tərtibatçılar bildiriblər ki, “Hamster” balansında token saxlayan oyunçular sikkələrini qoruduqları üçün müəyyən bonuslar əldə edəcəklər.

    Qeyd edək ki, daha əvvəl açıqlanmışdı ki, “$HMSTR” tokeni “Hamster” ekosistemində təqdim olunacaq yeni tətbiqlərə və oyunlara giriş üçün istifadə ediləcək.

  • İran səfirliyi Azərbaycanı təbrik edib

    İranın Azərbaycandakı səfirliyi Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı paylaşım edib.

    Bu barədə səfirliyin “X” hesabında məlumat paylaşılıb.

    “Təbrik edirik”, – paylaşımda bildirilib.

  • Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı

    Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

    Toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

    Toplanış müddətində hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədiləcək.

    Təlim toplanışının əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

  • Dünən Qəbələdə baş verən atışmanın – TƏFƏRRÜATI

    Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb.

    Median.Az bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyevanın evinin həyətində baş verib.

    İlkin məlumata görə, G.Məmmədəliyevanın oğlunun başqa şəxsə pul borcu olub. Məsələyə onun tanışı 1979-cu il təvəllüdlü Əlibaba Gəncimov da qarışıb və qarşı tərəfə borcun vaxtında ödənilməsinə dair söz verib. Lakin G.Məmmədəliyevanın oğlu borcu vaxtında ödəyə bilməyib. Nəticədə onunla Əlibaba arasında narazılıq yaranıb.

    Mübahisənin münaqişəyə çevrilməsindən sonra Əlibaba Gəncimov tüfəng götürərək G.Məmmədəliyevanın yaşadığı evə gəlib. O əvvəlcə G.Məmmədəliyevaya atəş açıb. Bunu görən qadının nəvəsi 23 yaşlı Nurlan Məmmədəliyev evdən tüfəng götürərək Əlibabanı güllələyib. Baş verən atışma nəticəsində Ə.Gəncimov ölüb. Nurlan özü də müxtəlif dərəcəli xəsarətlər alıb.

    Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

  • Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur

    Astarada bağlarda kütləvi şəkildə zərərverici həşəratlar yayılıb. Nəticədə meyvə ağaclarında xəstəliklər baş qaldırıb.
    Xezerxeber.az-ın məlumatına görə, astaralı fermerlər ziyanvericiləri bitkilər üçün ən təhlükəli həşəratlardan hesab edirlər. Bu həşəratlar ağacın yarpaqlarının və təzə pöhrələrin üzərində oturur, yarpağın üz şirələrini sovuraraq qurumasına səbəb olur.
    Fermerlərin digər bir şikayəti isə dərmanların keyfiyyəti ilə bağlıdır. Belə ki, bağlarda yaranan xəstəliklərə görə bazarlarda saxta dərman preparatlarının da artdığı bildirilib.
    Bioloq Yunus Qulamovun sözlərinə görə, yayılan xəstəlik meyvənin üst qatını zədələyir və onun çürüməsinə səbəb olur. Həmçinin, xəstəlik səbəbindən meyvənin keyfiyyəti düşür.
    Problemlə bağlı Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov bildirib ki, rayonun Şiyəkəran kəndində sitrus bağlarında müşahidə olunan zərərvericilər yastıcalardır. Zərərvericilər sitrus bağlarına dərmanlama işləri vaxtında və düzgün aparılmadığı üçün yayılıb və ağaclara ziyan vurub.
    Ətraflı süjetdə:

  • Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur

    Astarada bağlarda kütləvi şəkildə zərərverici həşəratlar yayılıb. Nəticədə meyvə ağaclarında xəstəliklər baş qaldırıb.
    Xezerxeber.az-ın məlumatına görə, astaralı fermerlər ziyanvericiləri bitkilər üçün ən təhlükəli həşəratlardan hesab edirlər. Bu həşəratlar ağacın yarpaqlarının və təzə pöhrələrin üzərində oturur, yarpağın üz şirələrini sovuraraq qurumasına səbəb olur.
    Fermerlərin digər bir şikayəti isə dərmanların keyfiyyəti ilə bağlıdır. Belə ki, bağlarda yaranan xəstəliklərə görə bazarlarda saxta dərman preparatlarının da artdığı bildirilib.
    Bioloq Yunus Qulamovun sözlərinə görə, yayılan xəstəlik meyvənin üst qatını zədələyir və onun çürüməsinə səbəb olur. Həmçinin, xəstəlik səbəbindən meyvənin keyfiyyəti düşür.
    Problemlə bağlı Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov bildirib ki, rayonun Şiyəkəran kəndində sitrus bağlarında müşahidə olunan zərərvericilər yastıcalardır. Zərərvericilər sitrus bağlarına dərmanlama işləri vaxtında və düzgün aparılmadığı üçün yayılıb və ağaclara ziyan vurub.
    Ətraflı süjetdə:

  • Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.
     
    Median.Az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə açıqlama verib

    Onun sözlərinə görə, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir. Ancaq heyət qismən təxliyə olunub.