Month: October 2024

  • Çips, burger, qazlı içki arıqlamağa maneə deyil, sadəcə bir şərt var – Mütəxəssisdən tövsiyə

    Sağlam qidalanma mövzusu ilə bağlı çoxlu miflər var. Adekvat qidalanma müxtəlif, balanslaşdırılmış və orqanizmin ehtiyaclarına cavab verən olmalıdır.

    Median.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı qastroenteroloq Yekaterina Kaşux deyib.

    O, düzgün qidalanma ilə bağlı ən geniş yayılmış miflər haqqında danışıb.

    Mif 1. Saat 18:00-dan sonra yemək olmaz

    Həkim xatırladıb ki, saat 18:00-dan sonra yeyilən qidanın dərhal bud və bel nahiyələrində özünü göstərəcəyi inancı çox yayılıb.

    “Bu qaydaya əməl etmək kifayət qədər çətindir, çünki bir çox insan saat 18:00-da ofisdə iş gününü yenicə bitirir. Bundan əlavə, bu vaxt şam yeməyi yesəniz, yatana qədər ən azı dörd-beş saat keçəcək və insan acmağa macal tapacaq. Nəticədə, o, ya gecə yatmazdan əvvəl qəlyanaltı etməli, ya da ac yatmalı olacaq”, – deyə o bildirib.

    Y.Kaşux izah edib ki, bu qayda faydasızdır.

    “Bəlkə də bir müddət belə bir vaxt cədvəlinə əməl etmək qəbul edilən kalorinin miqdarını azaltmağa imkan verəcək, lakin əksər insanlar üçün bu çətindir və qida pozuntularına səbəb ola bilər. Şam yeməyini yatmazdan iki-üç saat əvvəl yeməyi tövsiyə edirlər, hər kəs öz bioritmlərinə və həyat cədvəlinə əsasən optimal vaxtı hesablamalıdır”, – deyə mütəxəssis vurğulayıb.

    Mif 2. Karbohidrat qəbulunu azaltmaq lazımdır

    Mütəxəssis qeyd edib ki, aşağı karbohidratlı pəhrizlər dəbdən düşmür.

    “Kreml pəhrizi”, keto pəhrizi, Dukan pəhrizi, paleo pəhrizi – çoxlu zülal və yağ tərkibli rasionlardır, bunlarda karbohidratlar gündəlik kalori həcminin yalnız kiçik bir hissəsini təşkil edir. Yaponiya mütəxəssisləri tərəfindən 272 min nəfərin məlumatları əsasında aparılan genişmiqyaslı meta-təhlil göstərib ki, aşağı karbohidratlı pəhrizə əməl etmək vaxtından əvvəl ölüm riskini artırır. Balanslaşdırılmış rasionda karbohidratlar 50-55% təşkil etməlidir. Yadda saxlamaq vacibdir ki, böyük hissə mürəkkəb karbohidratların payına düşməlidir. Bunlara yarma, paxlalılar, bərk buğda növlərindən hazırlanmış makaron, tam taxıllı çörək aiddir”, – deyə Y.Kaşux vurğulayıb.

    Mif 3. Gündə mütləq 2 litr su içmək lazımdır

    Qastroenteroloq qeyd edib ki, su qəbulu normasının hesablanması üçün müxtəlif prinsiplər mövcuddur:

    “Bəzi mənbələrdə qəbul edilmiş hər 1 kaloriyə 1 ml maye qəbul etmək tövsiyə olunur, digərlərində gündəlik norma bədən kütləsinə əsasən hesablanır. Əslində, belə mürəkkəb hesablamaları nəzərə almaq heç də vacib deyil: beyindəki susuzluq mərkəzi orqanizmin “nəmliyini” mükəmməl şəkildə nəzarətdə saxlayır, buna görə də, hər bir insan üçün ehtiyac duyduğu qədər içmək kifayətdir. İsti havada, idmanla məşğul olarkən orqanizm tərləmə ilə sürətlə nəm itirdiyindən maye qəbulunu artırmaq vacibdir. Həmçinin KRVİ (kəskin respirator virus infeksiyası), bağırsaq infeksiyaları və orqanizmin intoksikasiyasına səbəb olan digər xəstəlikləri olan şəxslərə daha çox içmək tövsiyə olunur”.

    Mif 4. Sağlam rasionda şirniyyat və fastfudu tamamilə istisna etmək lazımdır

    Y.Kaşux qeyd edib ki, sağlam həyat tərzinin tərəfdarları tez-tez “zərərli” qidaları – fastfud, şirniyyat, qəlyanaltılar, qazlı içkiləri kəskin tənqid edirlər.

    “Bu cür qidada həqiqətən çoxlu kalori, yağ, şəkər, duz və az faydalı qida maddələri var. Lakin onu tamamilə rasiondan çıxarmaq vacib deyil. Onun gündəlik kalori həcminin 15%-dən çox olmaması kifayətdir.

    Yalnız faydalı qidaların arxasınca düşüb özünü unutmaq adətən məqsədə çevrilir, insan həyatının ancaq qida ətrafında fırlandığını belə hiss etmir. Bundan əlavə, daimi özünüməhdudlaşdırma psixika üçün çox da faydalı deyil. Həftədə bir dəfə bir stəkan qazlı içki, bir az çips və ya burger heç bir zərər verməz, ancaq qalan vaxtlarda insan balanslaşdırılmış qidalanmalıdır.

    Mif 5. Fraksiyalı qidalanma metabolizmi sürətləndirir

    “Deyirlər ki, tez-tez kiçik porsiyalarla qidalanmaq arıqlamağa kömək edir. Əslində, qida qəbulunun sayı metabolizmə heç bir təsir göstərmir və arıqlamaq üçün qəbul edilən kalorinin həcmini azaltmaq lazımdır. Gündə nə qədər rahatdırsa, o qədər yemək tövsiyə olunur. Əsas məsələ zülallar, yağlar və karbohidratlar arasında balansı qorumaq və bütün qəlyanaltıları nəzərə almaqdır, çünki onların hesabına çox asanlıqla həddindən artıq yemək olar”, – həkim vurğulayıb.
    //oxu.az

  • Saç qulluğunda etdiyimiz təhlükəli səhvlər

    Ev maskalarından istifadə saç qulluğunda təhlükəli səhvlərdən biridir.

    Median.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

    “L’Oréal Professionnel Paris”in tərəfdaşı, stilist Maksim Rokitski bildirib ki, qızlar tez-tez dəriyə çəkilmək üçün nəzərdə tutulmayan qeyri-steril, əl altında olan məhsullardan reseptlər tapırlar. Rokitskinin fikrincə, belə maskalar nəinki fayda vermir, hətta allergik reaksiyaya səbəb ola və ciddi zərər verə bilir.

    “Ən təhlükəli xalq vasitələri qıcıqlandırıcı tərkibli saç maskalarıdır. Bibər və xardal tərkibli maskaları yaddan çıxarın, çünki onlar baş dərisini zədələyə və qıcıqlanmaya səbəb ola bilər. Elmi cəhətdən sübut olunmuş şeylərdən istifadə etmək lazımdır”, – deyə stilist bildirib.

    Baş dərisi və saçların vəziyyəti ilə bağlı problemi həll etmək istəyənlərə Rokitski dermatoloq və ya trixoloqa müraciət etməyi tövsiyə edib. Rəngləmədən sonra saçların keyfiyyətini qorumaq üçün isə ekspert koloristlə məsləhətləşməyi məsləhət görüb.

  • “YouTube”da YENİLİKLƏR: İstifadəçilər və bloqerlər üçün təzə nələr var?

    “YouTube” videohostinqi çoxlu yeni funksiya və təkmilləşdirmə gətirib.

    Median.Az
    “TechCrunch”a istinadla bu yenilikləri təqdim edir.

    Məlumatdan aydın olur ki, əsas funksiyalardan biri yenilənmiş standart pleyerdir. İndi sadəcə “-” və “+” düymələrinə basmaqla oynatma sürətini 0.05 addımla tənzimləmək mümkündür.

    Bundan əlavə, mətn və önizləmələrin ölçüsü artırılıb, həmçinin istifadəçi hərəkətlərinə cavab daha da sürətlənib.

    Smartfonlarda tətbiq daxilində bütün ekran boyunca hərəkət etdirmək və istənilən ölçüyə kimi miqyaslandırmaq mümkün olan mini-pleyer əlavə edilib. Videoları izləyərək yuxuya getməyi sevənlər üçün isə videonun söndürülməsini planlaşdırmağa imkan verən “yuxu taymeri” funksiyası əlavə edilib.

    Tərtibatçılar sosial komponenti də unutmayıblar. Artıq pleylistləri dostlarla birlikdə tərtib etmək, özünün və ya yaradılmış şəkillərlə üz qabığını fərdiləşdirmək mümkündür. Birgə pleylistlərə dəvətləri QR-kod şəklində asanlıqla göndərmək olar.

    Videobloqerlər də xoş yeniləmələr əldə ediblər. İndi onlar “YouTube” və “YouTube Music”də abunəçilər üçün nailiyyətlər əlavə edə bilərlər. İstifadəçilər ifaçıları aktiv dinlədiklərinə, ödənişli abunəliyə erkən qoşulduqlarına və ya viktorinalara düzgün cavab verdiklərinə görə xüsusi nişanlar alacaqlar.

    Nəhayət, televizorlar üçün yenilənmiş “YouTube” müştərisi “Shorts” qısa videoları dəstəkləyir. İndi məşhur şaquli məzmunu birbaşa böyük ekranda izləmək, şərhləri oxumaq və izləməni dayandırmadan digər hərəkətləri yerinə yetirmək mümkündür.

    “YouTube” inkişaf etməyə və müasir istifadəçilərin ehtiyaclarına uyğunlaşmağa davam edir. Bütün platformalarda böyük yeniləmə bunun parlaq sübutudur. Yeni funksiyalar və təkmilləşdirmələrlə “YouTube”da video izləmək daha xoş və maraqlı məşğuliyyət olacaq.
    //oxu.az

  • SpaceX на порядок увеличит скорость Starlink

    Компания SpaceX уведомила Федеральную комиссию по связи США о планах на порядок увеличить скорость системы спутникового интернета Starlink.

    Об этом сообщает издание ArsTechnica.

    В заявке, направленной регулятору, утверждается, что пропускная способность спутников поколения Gen2 будет увеличена примерно со 100 мегабит в секунду до 1 гигабита в секунду. Отмечается, что с этой целью аппараты Gen2 будут располагаться на орбитах с высотами 480, 485 и 475 км вместо 525, 530 и 535 км, как у спутников поколения Gen1.

    По словам главы SpaceX Илона Маска, спутники Gen2 настолько велики, что их массовый запуск возможен только на многоразовой транспортной системе Starship.

  • “SpaceX” “Starlink”in sürətini dəfələrlə artıracaq

    “SpaceX” şirkəti ABŞ Federal Rabitə Komissiyasına “Starlink” peyk internet sisteminin sürətini dəfələrlə artırmaq planları barədə məlumat verib.

    Bu barədə “ArsTechnica” nəşri xəbər verir.

    Məlumata görə, “Gen2” nəsil peyklərin buraxılış qabiliyyəti saniyədə təxminən 100 meqabitdən 1 giqabitə qədər artırılacaq. Qeyd olunur ki, bu məqsədlə “Gen2” aparatları “Gen1” nəsil peyklərində olduğu kimi 525, 530 və 535 km əvəzinə 480, 485 və 475 km hündürlükdə yerləşdiriləcək.

    “SpaceX”in rəhbəri İlon Maskın sözlərinə görə, “Gen2” peykləri o qədər böyükdür ki, onların kütləvi buraxılışı yalnız “Starship” çoxistifadəli nəqliyyat sistemi ilə mümkündür.

  • Распространились снимки со свадьбы футболиста “Карабаха” Аббаса Гусейнова

    В социальных сетях распространились фотографии со свадьбы футболиста “Карабаха” и сборной Азербайджана Аббаса Гусейнова.

    А.Гусейнов женился на дочери Мусы Гурбанова, брата главного тренера “скакунов” Гурбана Гурбанова.

    Свадьба была организована в одном из ресторанов Баку.

    В торжестве приняли участие родственники молодоженов и известные представители спортивной общественности.






  • Qurbanovların şad günündən FOTOLAR

    Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Abbas Hüseynovun toyundan görüntülər yayılıb.

    Bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb.

    Belə ki, A.Hüseynov məşqçisi Qurban Qurbanovun qardaşı, veteran futbolçu Musa Qurbanovun qızı ilə ailə həyatı qurub.

    Toy Bakıdakı restoranların birində təşkil olunub.

    Qurbanovların şad günündə ailənin yaxınları, idman ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

    Qonaqlar arasında Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev də olub.

    Fotoları təqdim edirik:






  • Bakıda kişi “Trendyol”dan notbuk sifariş verdi, əvəzində gələn hər kəsi şoka saldı – İDDİA (VİDEO)

    Bakıda vətəndaş Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan “Trendyol”dan şikayətçidir.

    Bu barədə o, sosial şəbəkədə məlumat verib.

    İddialara görə, onun sifarişi yanlış gəlib.

    “Ötən ayın 20-də “Trendyol” vasitəsilə notbuk sifariş vermişdim. Oktyabrın 4-də isə əvəzinə milçək dərmanı göndərilib. Həm karqo şirkəti, həm də “Trendyol”a dəfələrlə müraciət olunub, lakin təzminat ödənilmir”.

    Həmin görüntüləri təqdim edirik:

  • Hər gün satılan yüzlərlə “dəvə qutabı” həqiqətən dəvə ətindən hazırlanır? – VİDEO

    Azərbaycan mətbəxinin əvəzolunmaz dadı sayılan dəvə qutabına müxtəlif yerlərdə rast gəlmək mümkündür. Əsasən “Corat qutabı” kimi tanınan təam müxtəlif qiymətlərlə alıcılara təklif edilir.

    Xezerxeber.az məlumat verib ki, onun dəvə ətindən hazırlanmadığına dair iddialar da var.

    Restoranlarda dəvə qutabı adı ilə verilən qida müzakirələrə səbəb olub.

    ”Corat qutabı” kimi də tanınan bu qida həqiqətən də dəvə ətindən hazırlanır?

    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Abşeron şöbəsindən bildirilib ki, dəvə kəsimi ilə bağlı onlarda hələ ki heç bir məlumat yoxdur. Ola bilsin ki, dəvələr şəxsi təsərrüfatlarda kəsilir.

    Qida Təhlükəsizliyi Agentliyindən isə qeyd edilib ki, iri və xırdabuynuzlu heyvanların kəsimi baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verən, baytarlıq-sanitariya ekspertizası aparılan heyvan kəsimi məntəqələrində həyata keçirilməlidir. Sahibkarlıq subyektləri kəsimi həyata keçirərkən həmin heyvana dair sağlamlıq arayışını da təqdim etməlidirlər.

    Ətraflı süjetdə:

  • Bakıda gənc sevdiyinin qapısında öldürüldü: Qız isə anbaan lentə aldı – DETALLAR (VİDEO)

    Qaradağ rayonunun Lökbatan qəsəbəsində öldürülən 1998-ci il təvəllüdlü İlham Haqverdiyevlə bağlı bəzi detallar məlum olub.

    Belə ki, bu barədə “ATV” televiziya kanalında yayımlanan “Bizimləsən” verilişində müzakirələr olunub.

    Efirə birbaşa bağlanan mərhumun keçmiş sevgilisi Günay bildirib ki, qətldən üç saat əvvəl İ.Haqverdiyevlə telefonla danışıblar:

    “Əvvəllər bir-birimizi sevirdik. Daha sonra aramızda kiçik söz-söhbətlər olub. İlham dünyasını dəyişmədən bir ay əvvəl bizim əlaqəmiz kəsilib. Martın 6-da saat 00:15-də mənə zəng etdi ki, gəlim danışaq, dedim ki, gecdir. Qonşuluqda yaşayır. Daha sonra öyrəndim ki, İlham evimizin yaxınlığındakı kafedə olub. Rəfiqəmlə telefonla danışırdım, binanın həyətindən səs-küy eşidildi. Hadisəni videoya çəkməyə başladım. İlhamın adını eşitdim. Rəfiqəmin qardaşı İlhamın dostudur. Dedim ki, düşüb aşağı baxsın ki, nə məsələdir. 5 nəfər İlhamla mübahisə edirdi. Mən həyətə düşənə qədər İlhamı ürəyindən və kürəyindən vurmuşdular. Onu xəstəxanaya aparırdılar. Daha sonra zəng etdilər ki, İlham dünyasını dəyişib”.

    Ətraflı süjetdə: