Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Zəfər tariximiz – Füzulinin Ermənistan işğalından azad edilməsindən dörd il ötür”.
Состоялась встреча президента ЗАО Azerbaijan Airlines (AZAL) Самира Рзаева с Временным поверенным в делах Китая в Азербайджане Дин Тао.
Как сообщили в пресс-службе национального авиаперевозчика, на встрече были обсуждены вопросы развития авиасообщения между Азербайджаном и Китаем, а также отмечена положительная динамика роста пассажирского потока между двумя странами.
В ходе мероприятия было подчеркнуто, что на данный момент AZAL осуществляет рейсы по маршруту Баку – Пекин – Баку два раза в неделю. Однако начиная с 2025 года планируется доведение частоты полетов на этом маршруте до трех раз в неделю, что позволит удовлетворить растущий спрос на этом направлении.
Кроме того, стороны обсудили перспективы дальнейшего расширения географии полетов AZAL в Китай. Рассматривается возможность открытия рейсов в такие крупные города, как Гуанчжоу и Шанхай. Это также укрепит сотрудничество между странами и создаст дополнительные возможности для пассажиров.
Особое внимание было уделено роли Баку как важного транзитного узла между Китаем и Европой. Развитие авиасообщения будет способствовать не только увеличению туристического потока, но и усилению транзитной роли Азербайджана в международных пассажирских и грузовых перевозках.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev ilə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao arasında görüş keçirilib.
Bu barədə AZAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Görüş çərçivəsində Azərbaycan və Çin arasında aviadaşımaların inkişafı müzakirə edilib, həmçinin iki ölkə arasında sərnişin axınının artmasının müsbət dinamikası vurğulanıb.
Tədbirdə qeyd olunub ki, hazırda AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirir. Bununla yanaşı, 2025-ci ildən etibarən bu marşrut üzrə uçuşların tezliyinin həftədə üç dəfəyə çatdırılması planlaşdırılır ki, bu da sözügedən istiqamətdə artan tələbatın ödənməsinə zəmin yaradacaq.
Bundan əlavə, tərəflər AZAL-ın Çinə uçuş coğrafiyasının daha da genişləndirilməsi perspektivlərini, həmçinin Quançjou və Şanxay kimi böyük şəhərlərə aviareyslərin açılması imkanlarını müzakirə ediblər. Bu, həm ölkələr arasında əməkdaşlığı gücləndirəcək, həm də sərnişinlər üçün əlavə imkanlar açacaq.
Bakının Çin və Avropa arasında mühüm tranzit mərkəzi kimi roluna xüsusi diqqət yetirilib. Aviadaşımaların inkişafı həm turist axınının artmasına, həm də Azərbaycanın beynəlxalq sərnişin və yük daşımalarında tranzit rolunun gücləndirilməsinə töhfə verəcək.
Слова президента Франции Эммануэля Макрона о том, что Израиль был создан указом ООН – это признак исторического невежества и неуважения, а также удручающее искажение истории.
Об этом премьер-министр Израиля Биньямин Нетаньяху заявил в интервью французской газете Le Figaro.
“Это признак исторического невежества и неуважения. ООН признала право еврейского народа на государство, но она определенно не создала его”, – отметил он.
Нетаньяху напомнил о том, что еврейский народ “привязан” к израильской земле уже 3 500 лет. По его словам, современный Израиль создан “благодаря жертве отважных борцов его войны за независимость”, которые противостояли натиску пяти объединившихся арабских государств.
Слова о том, что Организация Объединенных Наций “создала государство Израиль” являются “удручающим искажением истории”, резюмировал Нетаньяху.
Газета Parisien писала о том, что Макрон напомнил Нетаньяху о том, что Израиль был создан решением ООН. В связи с этим, по словам французского президента, премьер Израиля не должен нарушать указы организации.
“Fransa prezidenti Emmanuel Makronun İsrailin BMT qərarı ilə yaradıldığı barədə sözləri tarixi cəhalət və hörmətsizlik əlaməti, həmçinin tarixin kədərli təhrifidir”.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib.
“Bu, tarixi cəhalət və hörmətsizlik əlamətidir. BMT yəhudi xalqının dövlət hüququnu tanıyıb, lakin qətiyyən onu yaratmayıb”, – deyə o qeyd edib.
Netanyahu xatırladıb ki, yəhudi xalqı artıq 3.5 min ildir ki, İsrail torpağına bağlıdır. Onun sözlərinə görə, müasir İsrail müstəqillik müharibəsinin cəsur döyüşçülərinin fədakarlığı sayəsində yaradılıb ki, onlar beş birləşmiş ərəb dövlətinin hücumuna qarşı durublar.
Qeyd edək ki, “Parisien” qəzeti Makronun Netanyahuya İsrailin BMT qərarı ilə yaradıldığını xatırlatdığı barədə yazmışdı. Bu baxımdan, Fransa prezidentinin sözlərinə görə, İsrail baş naziri BMT qərarlarını pozmamalıdır.
Oktyabrın əvvəlində Makron Netanyahuya telefon danışığında Livan və Qəzza bölgəsində atəşkəsin zəruriliyini bildirmişdi. Bununla yanaşı, siyasətçilər Yaxın Şərqdə baş verənlərə baxışlarda fikir ayrılıqlarının mövcudluğunu etiraf etmiş, lakin bir-biriləri üçün anlaşılan olmaq istədiklərini qeyd etmişdilər.
Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı diqqətdə saxlanılır.
Median.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu istiqamətdə növbəti hazırlıqlara başlayıb.
Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak ilə əlaqədar əlil olmuş və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan daha 39 şəxsə avtomobillər veriləcək.
Agentlik bu istiqamətdə həyata keçirilən növbəti sosialyönümlü tədbirlər çərçivəsində ümumilikdə 39 minik avtomobili alır.
Qurum minik avtomobillərinin satın alınmasına 721.500 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı diqqətdə saxlanılır.
Median.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu istiqamətdə növbəti hazırlıqlara başlayıb.
Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak ilə əlaqədar əlil olmuş və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan daha 39 şəxsə avtomobillər veriləcək.
Agentlik bu istiqamətdə həyata keçirilən növbəti sosialyönümlü tədbirlər çərçivəsində ümumilikdə 39 minik avtomobili alır.
Qurum minik avtomobillərinin satın alınmasına 721.500 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Yüksək intellektə malik istedadlı çağırışçılar, 600-dən çox bal toplamış abituriyentlər əsgərliyi Milli Müdafiə Universitetində çəkəcəklər.
Median.Az musavat.com-a istinadən bildirir ki, “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.
Bu xəbər ictimaiyyət arasında maraqla qaşılanıb və hər kəs bu yeniliyin detalları ilə maraqlanır.
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a danışıb.
O deyib ki, yüksək intellektə malik çağırışçıların Milli Müdafiə Universitetində xidmət etməsi ilə bağlı verilən təkliflər hərbi xidmətə gedən gənclərə yönəldilən xüsusi bir proqramı əhatə edir:
“Burada əsas məqsəd ölkənin müdafiə qüdrətini artırmaq və orduda müasir, yüksək səviyyəli kadrların hazırlanmasını təmin etməkdir. Bu addım Azərbaycanın həm qlobal müdafiə tendensiyalarına uyğunlaşması, həm də ölkənin təhlükəsizlik strategiyasını daha da gücləndirməsinə xidmət edir.
Yüksək intellektə malik çağırışçılar – bu kateqoriyaya Dövlət İmtahan Mərkəzindən (DİM) 600 və yuxarı bal toplayan gənclər daxildir. Bu gənclərin hərbi xidmətə yönəldilməsi müdafiə sisteminin intellektual səviyyəsinin artırılmasına səbəb olacaq. Çünki bu şəxslər ali təhsil prosesində yüksək nəticələr əldə edərək intellektual potensiallarını sübut ediblər. Belə gənclər orduda kompleks qərarlar qəbul etmək və texnologiyaların daha effektiv istifadəsini təmin etmək üçün müstəsna bir resurs ola bilərlər.
Hərbi xidmətin intellektual səviyyəsinin artırılması isə beynəlxalq təcrübədə də geniş tətbiq olunan bir yanaşmadır. Məsələn, ABŞ ordusu yüksək intellektə malik gənclərin xidmətə cəlb edilməsinə xüsusi diqqət ayırır. Hərbi xidmətçilərin təhsili ordunun texnoloji üstünlüyünü və strateji qərarların keyfiyyətini artıran faktorlardan biri kimi qəbul edilir.
Azərbaycanın təklif etdiyi digər bir kateqoriya isə beynəlxalq və respublika fənn olimpiadalarının qalibləridir. Bu gənclər hərbi xidmətə cəlb edilməklə yanaşı, müdafiə sahəsinə elmi yanaşmalar gətirə bilərlər. Beynəlxalq olimpiada qalibləri təcrübə və innovasiya sahələrində önəmli biliklərə sahibdirlər və onların xidmətə cəlb olunması ordunun tədris, texnologiya və elmi tədqiqat sahələrini gücləndirəcək.
Beynəlxalq olimpiadaların qaliblərinin müdafiə sahəsində iştirakı təhsilin və elmi biliklərin orduda tətbiqinə geniş imkanlar yaradır. Bu yanaşma xüsusilə yüksək texnoloji avadanlıqların və müasir hərbi strategiyaların tətbiqi baxımından mühüm rol oynayır. Məsələn, Çin ordusu da yüksək səviyyəli tələbələrin hərbi sahəyə cəlb edilməsinə diqqət yetirir və elmi biliklərə əsaslanan qərarların alınmasına üstünlük verir.
Daha bir mühüm kateqoriya isə beynəlxalq reytinqdə yüksək yerlərdə olan universitetlərin məzunlarıdır. Burada söhbət “Times Higher Education (THE) World University Rankings” və “Shanghai” reytinqlərində 500-cü yerdən aşağı olmayan universitetlərdən məzun olan gənclərdən gedir. Bu şəxslərin hərbi xidmətə cəlb olunması Azərbaycan ordusuna müasir bilikləri və qlobal təcrübəni gətirəcək.
Beynəlxalq reytinqi yüksək olan universitetlərin məzunları dünyada tanınmış elmi biliklərə malikdir və bu biliklər orduda texnoloji inkişafı və innovasiyaları sürətləndirmək üçün istifadə edilə bilər. Bu, xüsusilə kibertəhlükəsizlik, süni intellekt və dron texnologiyalarında ordunun güclənməsinə səbəb olacaq. Məsələn, İsrail ordusu da yüksək akademik uğurları olan gənclərin xidmətə cəlb olunması ilə tanınır və bu, onların texnoloji üstünlüklərini qorumağa imkan yaradır”.
Ekspert bu yeniliyin müsbət tərəflərindən söz açıb:
“Yüksək bal toplayan və beynəlxalq olimpiada qalibləri kimi gənclər ordunun intellektual səviyyəsini artıracaq, strateji qərarların daha keyfiyyətli olmasını təmin edəcək. Beynəlxalq səviyyədə uğur qazanmış gənclərin orduda fəaliyyəti müdafiə sahəsində elmi və texnoloji inqilablara səbəb ola bilər. Bu da ordunun qlobal texnoloji trendlərə uyğunlaşmasına şərait yaradacaq.
Xarici universitetlərdən məzun olan tələbələr qlobal təcrübə və bilikləri ölkəyə gətirir, bu isə ordunun müasir yanaşmalarla təchiz edilməsinə və beynəlxalq müdafiə strategiyalarına uyğun hərəkət etməsinə yardım edəcək. Bu təkliflərin həyata keçirilməsi Azərbaycanın müdafiə strategiyasını yeni bir səviyyəyə qaldıra bilər. Elmi biliklərə, texnoloji bacarıqlara malik gənclərin xidmətə cəlb edilməsi ölkənin təhlükəsizlik potensialını gücləndirəcək və ordunun daha müasir və səmərəli fəaliyyət göstərməsinə səbəb olacaq.
Beynəlxalq təcrübədə də belə yanaşmaların uğurlu nəticələr verdiyi məlumdur. Azərbaycanda da bu addımların atılması həm milli təhlükəsizliyin güclənməsinə, həm də ölkənin qlobal arenada daha etibarlı müdafiə qüvvəsinə çevrilməsinə xidmət edəcək”.
Kreml Rusiya prezidentinin mütəmadi olaraq Mərkəzi Klinik Xəstəxanada müayinələrdən keçməsi ilə bağlı sözlərinə münasibət bildirib.
Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, Vladimir Putin hökumət üzvləri ilə görüşü zamanı Mərkəzi Klinik Xəstəxananın ona yerli dərman vasitəsi ilə qripə qarşı peyvənd edilməsini tövsiyə etdiyinə diqqət çəkib. Dövlət başçısı səhiyyə naziri Mixail Muraşkonun soyuq dövrə hazırlıq və peyvənd kampaniyası ilə bağlı hesabatına belə cavab verib.
Dmitri Peskov TASS ilə söhbətində prezidentin səhhətində problem olmadığını deyib. O, söhbətin adi tibbi müayinələrdən getdiyini vurğulayıb.
Vladimir Putin əvvəllər dəfələrlə qripə qarşı peyvənd aldığını bildirib. Bundan əlavə, dövlət başçısına koronavirusa qarşı peyvənd vurulub.