Month: October 2024

  • В Азербайджане продолжаются мероприятия в рамках месячника “Чистый воздух” – ВИДЕО

    Сотрудники полиции продолжают мероприятия в рамках месячника “Чистый воздух”, проводимого на территории республики с 1 октября.

    Об этом сообщили в Главном управлении Государственной дорожной полиции (ГУГДП) Министерства внутренних дел (МВД).

    В ходе очередного мероприятия, проведенного на стационарном посту экологического контроля дорожно-патрульной службы ГУГДП, были приняты меры по предотвращению эксплуатации автомобилей, выбрасывающих в атмосферу избыточное количество вредных веществ, проведены разъяснительные беседы с водителями, а также физическими и юридическими лицами, занимающимися пассажирскими и грузовыми перевозками, об ущербе, наносимом окружающей среде, а также жизни и здоровью людей вследствие использования неисправных транспортных средств.

    Отметим, что физические и юридические лица, допустившие управление и ввод в эксплуатацию транспортных средств с превышением установленной нормы загрязняющих веществ в выбрасываемых в окружающую среду отходах, несут ответственность в соответствии с законодательством.

  • Atmosferə normadan artıq zərərli maddələr atan avtomobillər saxlanıldılar – VİDEO

    Oktyabr ayının 1-dən respublika ərazisində həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri polis əməkdaşları tərəfindən davam etdirilir.

    Bununla bağlı Daxili İşlər Nazirliyindən (BDYPİ) məlumat verilib.

    Bildirilib ki, bu məqsədlə BDYPİ-nin Ekoloji Nəzarət Üzrə Yol Patrul Xidmətinin stasionar postunda növbəti tədbir həyata keçirilib.

    Tədbir zamanı atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşının alınması ilə yanaşı, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərlə maarifləndirmə xarakterli söhbətlər aparılıb. Nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərər onların diqqətinə çatdırılıb.

    Qeyd edək ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

  • В Сабирабадском районе у бывшего заключенного изъяли наркотики

    В результате операции, проведенной сотрудниками Сабирабадского районного отдела полиции, по подозрению в незаконном обороте наркотиков был задержан ранее судимый Замиг Мирзоев.

    Как сообщили в ширванской региональной группе пресс-службы Министерства внутренних дел (МВД), у него были обнаружены и изъяты марихуана, а также 678 таблеток психотропного препарата.

    По данному факту возбуждено уголовное дело, ведется расследование.

  • Keçmiş məhkumdan narkotik vasitələr götürülüb

    Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Zamiq Mirzəyev saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan narkotik vasitə marixuana, eləcə də 678 ədəd psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Google перейдет на ядерную энергию для своего ИИ

    Американский технологический гигант Google заключил соглашение с компанией Kairos Power о закупке энергии, произведенной малыми модульными ядерными реакторами (small modular reactors, SMR – ред.), которые планируется запустить в США к 2030 году.

    Как передает Median.Az со ссылкой на РБК, об этом сообщили в блоге компании.

    Решение перейти на ядерную энергию связано с долгосрочной задачей снижения углеродных выбросов. Таким образом, Google подписала первое в мире соглашение о закупке энергии от нескольких малых ядерных реакторов.

    Согласно условиям сделки, Google сможет получать до 500 МВт электроэнергии от реакторов Kairos Power. Первый реактор должен быть запущен к 2030 году, а остальные планируют вводить в эксплуатацию до 2035 года.

    Представитель компании Google отметил, что новая технология позволит обеспечить круглосуточное снабжение серверов чистой энергией. Это крайне важно для огромных вычислительных мощностей, необходимых для искусственного интеллекта (ИИ).

    По словам руководителя энергетических программ Google Майкла Террелла, компания уже заключила более 115 соглашений по возобновляемым источникам энергии, мощность которых превышает 14 ГВт.

    Однако эксперты предупреждают, что индустрия малых реакторов пока не смогла достичь коммерческой зрелости. Стартапы, такие как Kairos Power, сталкиваются с финансовыми проблемами и со сложностями в получении лицензий на строительство и эксплуатацию ядерных установок. Обе компании отказались комментировать стоимость соглашения. Остается в тайне и то, будет ли Google финансировать строительство SMR заранее или просто покупать электроэнергию после их постройки.

  • “Google” ilkə imza atdı

    ABŞ-nin texnologiya nəhəngi “Google” 2030-cu ilə qədər ölkədə istifadəyə verilməsi planlaşdırılan kiçik modul reaktorların istehsal etdiyi enerjini almaq üçün “Kairos Power” ilə müqavilə bağlayıb.

    Median.Az RBC.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.

    Nüvə enerjisinə keçid qərarı karbon emissiyalarının azaldılması kimi uzunmüddətli hədəflə bağlıdır.

    Beləliklə, “Google” bir neçə kiçik nüvə reaktorundan enerji almaq üçün dünyada ilk müqaviləyə imza atıb.

    Müqavilənin şərtlərinə əsasən, “Google” reaktorlardan 500 MVt-a qədər elektrik enerjisi ala biləcək. İlk reaktorun 2030-cu ilədək, qalanlarının isə 2035-ci ilə qədər işə salınması planlaşdırılır.

  • Ürəyində işemik xəstəliyi olan insanlar üçün təhlükəli olan məhsullar hansılardır?

    Anhoy Elm və Texnologiya Universitetinin Birinci Filial Xəstəxanasından (Çin) olan alimlər müəyyən ediblər ki, fastfud, yarımhazır ət məhsulları və təmizlənmiş karbohidratlar ürək işemik xəstəliyi olan şəxslərdə ölüm riskini artırır.

    Median.Az bu barədə gazeta.ru-ya istinadən xəbər verir.

    Məlumata görə, tədqiqatda ürək işemik xəstəliyi olan 1303 xəstə iştirak edib. Bu, ürək əzələsi hüceyrələrinin oksigen və qida maddələri ilə xroniki olaraq kifayət qədər təmin olunmaması nəticəsində yaranan bir vəziyyətdir. İştirakçıların orta yaşı 67 və təxminən 34%-i isə qadın olub.

    Alimlər iştirakçıların qidalanması haqqında məlumat toplayıb və hər biri üçün Pəhriz İltihab İndeksini (Pİİ) hesablayıblar. Bu, iltihabi xüsusiyyətlərə malik qidaların istehlak həcmini əks etdirir. Məlumdur ki, orqanizmdə yüksək iltihab səviyyəsi bütün orqan və toxumalara mənfi təsir göstərir.

    Məlumatlar toplandıqdan sonra iştirakçılar üzərində orta hesabla 77 ay davam edən müşahidə dövrü başlayıb. Bu müddət ərzində 536 nəfər müxtəlif səbəblərdən vəfat edib. Alimlər aşkar ediblər ki, sıfırdan yuxarı hər hansı Pİİ dəyəri ürək işemik xəstəliyi zamanı ölüm riskini artırır.

    Tədqiqatçılar qeyd ediblər ki, iltihablandırıcı qidalara fastfud, sosiska, kolbasa, qənnadı məmulatları və çips kimi yağ və şəkərlə zəngin qidalar daxildir. Meyvə, tərəvəz, qoz-fındıq və balıq isə əksinə, iltihabı azaldır.

  • 2026-cı ildə təqdim ediləcək “iPhone” modelinin xüsusiyyətləri

    Gələcəkdə istehsal ediləcək “iPhone 18” iki nanometrlik çip və 12 GB operativ yaddaşla təchiz olunacaq.

    Median.Az bu barədə Gazeta.ru-ia istinadən xəbər verir.

    Məlumata görə, “Apple” 2026-cı ildə TSMC-nin 2 nanometrlik texnoloji prosesi ilə hazırlanmış A20 çipli “iPhone 18″i təqdim edəcək. Yeni model cari “InFo” texnologiyasını əvəz edəcək WMCM texnologiyası ilə hazırlanmış çiplə təchiz olunacaq. Bu, CPU, GPU və çipsetin digər komponentləri arasında daha yüksək çeviklik və əlaqənin optimallaşdırılmasını təmin edəcək.

    Bundan əlavə, smartfonun operativ yaddaşının 8 GB-dan 12 GB-a qədər artırılacağı bildirilir.

    Analitik Ming-Çi Kuo qeyd edir ki, iki nanometrlik texnoloji prosesi ilə hazırlanmış çiplər yüksək qiymətinə görə yalnız “iPhone 18″in “Pro” versiyalarında istifadə olunacaq. TSMC-nin bu cür çiplərin kütləvi istehsalına 2025-ci ilin sonunda başlayacağı və “Apple”ın onları əldə edən ilk şirkət olacağı gözlənilir.

    “iPhone 16” və “16 Pro” modelləri üç nanometrlik texnoloji proseslə hazırlanmış “Apple A18” və “A18 Pro” çipləri ilə təchiz olunublar. Hazırda “Android” smartfonları üçün üç nanometrlik texnologiya ilə yaradılmış yeganə çip “MediaTek Dimensity 9400″dür.

  • Sağlamlıq, gənclik və uzunömürlülük üçün ən faydalı beş ləpə

    Qoz-fındıq təkcə dadlı qəlyanaltı deyil, həm də vitaminlər, minerallar və faydalı yağların əsl xəzinəsidir.

    Median.Az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Yelena Çurakina danışıb.

    O, qida rasionuna daxil etməyə dəyər beş ən faydalı ləpə haqqında məlumat verib.

    Mütəxəssisin sözlərinə görə, qoz tərkibində “omega-3” yağ turşuları, həmçinin “E”, “PP”, “K” və “B” qrupu vitaminlərinin miqdarına görə liderdir.

    “Qoz ürək-damar xəstəlikləri riskini azaltmağa, yaddaşı və diqqəti yaxşılaşdırmağa kömək edir. Bundan əlavə, qoz kalsium, maqnezium, fosfor və manqanla zəngindir ki, bu da sümük toxumasının möhkəmlənməsinə kömək edir”, – deyə o bildirib.

    Endokrinoloq faydalı ləpələr siyahısında ikinci yerdə badamın adını çəkib:

    “Badam orqanizmi oksidləşmə proseslərindən qoruyan və dərinin gəncliyini qorumağa kömək edən təbii antioksidantlar – “A”, “C”, “E” və “B” qrupu vitaminləri ilə zəngindir. Badam həmçinin lif, maqnezium, dəmir və kalsiumla zəngindir ki, bu da normal həzm, diş və sümük sağlamlığına kömək edir”.

    Onun sözlərinə görə, fındıq “pis” xolesterinin səviyyəsini azaldan mono-doymamış yağların və beyin fəaliyyətini yaxşılaşdıran, yaşla əlaqəli xəstəliklərin riskini azaldan çoxlu doymamış yağ turşularının mənbəyidir.

    “Keşyu isə immuniteti gücləndirən sink, həmçinin sümük sağlamlığı üçün kalsium, maqnezium, mis və selen ehtiva edir. Keşyunun tərkibindəki mono-doymamış və çoxlu doymamış yağlar qanda normal xolesterin səviyyəsini saxlamağa kömək edir”, – deyə diyetoloq davam edib.

    Endokrinoloq bildirib ki, sidr qozu amin turşularının, o cümlədən insan üçün vacib olan səkkiz əvəzolunmaz amin turşusunun tərkibinə görə rekordçudur.

    “Yüksək triptofan tərkibi sayəsində sidr qozu əhval-ruhiyyəni və yuxunu yaxşılaşdırır. Bu qozun tərkibindəki fenol birləşmələri ürək-damar xəstəlikləri riskini azaldır, keyfiyyətli zülal isə orqanizmi tez doyurur və həzmi stimullaşdırır”, – deyə həkim sözlərini yekunlaşdırıb.

  • Прокуратура требует отстранить от соревнований самый титулованный футбольный клуб Португалии

    Португальская прокуратура требует отстранить футбольный клуб “Бенфика” от спортивных соревнований на срок от шести месяцев до трех лет по делу о коррупции.

    Об этом сообщают A Bola и Record.

    Экс-президент клуба Луиш Филипе Виейра, бывший юрисконсульт Паулу Гонсалвеш, а также несколько экс-руководителей “Витории Сетубал” из II дивизиона обвиняются в коррупции и налоговом мошенничестве. Обвинения касаются периода с 2016 по 2019 год, прокуратура утверждает, что “Бенфика” покупала и продавала испытывающей финансовые трудности “Витории” футболистов для отмывания денег.

    Прокуратура также потребовала запретить Виейре, Гонсалвешу, Фернандо Оливейре, Витору Валенте и Паулу Гренчо заниматься профессией или деятельностью спортивного агента на срок от одного до пяти лет. Кроме того, от Виейры и Гонсалвеша требуют выплатить штраф в размере 900 000 евро, от трех других обвиняемых -1.6 млн евро.

    “Бенфика” – самый титулованный футбольный клуб Португалии. Команда побеждала в национальном чемпионате 38 раз (последний – в 2023 году).

    В нынешнем сезоне “Бенфика” занимает третье место после семи туров чемпионата Португалии, набрав 16 очков. Также у нее две победы в Лиге чемпионов.