Month: October 2024

  • Canlı yayımda övladını alçaldan tiktoker CƏZALANDIRILDI – VİDEO

    Azərbaycanda bloqer saxlanılıb.

    Lent.az xəbər verir ki, bloqer Rəna Cəfərova sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub.

    Buna səbəb onun canlı yayım zamanı özünün azyaşlı oğlunu alçaltması olub. Belə ki, o, “Nə edirəm oğulu? Mənə oğul lazımdır?” – deyə fikirlər səsləndirib. Bu da izləyicilər tərəfindən xoş qarşılanmayıb.

    Rəna Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.

  • Şuşada ilk dəfə əmək yarmarkası keçirildi

    Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.
     
    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə növbəti tədbir olaraq, Agentlik Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Şuşada ilk dəfə əmək yarmarkası təşkil edib.

    Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 26 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 250-dən çox vakansiya təqdim olunub.

    Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov yarmarkada təqdim edilən vakansiyalarla tanış olub, işəgötürənlərlə görüşüblər. Tədbirdə Nazirlik yanında İctimai şuranın üzvləri, QHT nümayəndələri də iştirak ediblər.

    Yarmarkada müraciət edən şəxslərin qeydiyyatı aparılıb və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işlə təminatı həyata keçiriləcək.

    İştirakçılara həmçinin özünüməşğulluq proqramı, Qarabağ Peşə Hazırlığı Mərkəzində təşkil olunan peşə hazırlığı kursları barədə də məlumatlar verilib. Özünüməşğulluq proqramına, peşə kurslarına cəlb edilmək istəyən sakinlərin də qeydiyyatı aparılıb.

  • İşçilərin nəzərinə: Bu halda ezam üçün ödəniş almayacaqsınız

    Azərbaycanda işçilərin ezamiyyə qaydaları dəyişdirilib.

    Median.Az bildirir ki, yeni qərara əsasən:

    • Dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5%-i qədər vəsait ödənilir.
       
    • Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30%-i qədər vəsait ödənilir.
       
    • Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75%-i qədər vəsait ödənilir.

    Ölkə xaricinə ezam olunma qaydaları isə bir qədər fərqlidir:
    Ölkə xaricində dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının yenə də 40 %-i qədər, dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 %-i deyil, 65 %-i qədər vəsait ödənilir.
    Bəs, yaxşı, şəxs xaricə gedibsə və bütün xərclər dəvət edən tərəfdən təmin edilirsə bu zaman nə baş verir? İşçiyə heç bir əlavə ödəniş olunmur?
    Milli.Az-ın əldə etdiyi məlumata görə, əgər dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin edirsə bu zaman təşkilat tərəfindən işçiyə heç bir əlavə ödəniş edilmir.
    Qeyd edək ki, Nazirliyin Dövlət aparatının maliyyəsi şöbəsinə tapşırılıb ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil olunması üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.

  • Dönərdən zəhərlənən 21 nəfərin vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

    14 -15 oktyabr 2024-cü il tarixlərində müxtəlif saatlarda ümumilikdə 21 nəfər olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

    Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

    Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb.
    AQTA-dan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Agentliyin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Köz dönər” ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüb. Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

  • İranın yerində 4 dövlət… – Zirəddinin proqnozu

    Yaxın gələcəkdə İranın parçalanacağı və onun yerində 4 dövlətin qurulacağını görmürəm.

    Median.Az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens, kliniki psixoloq, ezoterik Zirəddin Rzayev İranın 4 dövlətə parçalanması ehtimalları haqda danışarkən deyib.
    Ekstrasens Qərbin Cənubi Qafqazla bağlı planları haqda da danışıb:

    “İndi Qərbin marağı Azərbaycan və Ermənistanı müharibə meydanına çevirməkdir. Səbəb isə Rusiyanı yeni münaqişəyə cəlb etməkdir. Məsələn, Qərb və onun Hindistan kimi tərəfdarları Ermənistanı hərbi sursatlarla gücləndirməklə Rusiyaya qarşı yeni cəbhə açmaq istəyir. Əgər bu müharibə baş tutarsa, məlum olduğu kimi, Rusiya Azərbaycanın yanında olacaqdır. Bu isə qərbyönlü Ermənistana uğur gətirməyəcək və Ukraynanın aqibəti Ermənistanı da gözləyəcək”.

    Z.Rzayevin sözlərinə görə, xırda toqquşmalar və lokal müharibələrə baxmayaraq, dünya savaşı baş verməyəcək.

  • Bəzi məktəblərdə dərs cədvəli hələ də təsdiqlənməyib – Səbəbi nədir? – VİDEO

    Tədris ilinin bir aydır başlamasına baxmayaraq bəzi məktəblərdə dərs cədvəli hələ də təsdiqlənməyib.

    Median.Az bildirir ki, valideynlərin sözlərinə görə, övladları yeni tədris ilinə uyğunlaşmaqda çətinlik çəkir, hər həftə fərqli cədvəllə dərslərə hazırlaşırlar.

    Şagirdlər isə bildiriblər ki, cədvəl dəqiqləşmədiyi üçün hər gün özləri ilə yanlış dərs vəsaitləri aparırlar.

    Mütəxəssislərin sözlərinə görə, orta məktəblərdə bu cür qeyri-müəyyənliyin olması həm şagirdlərin, həm də müəllimlərin tədris prosesini ləngidir.

    Ətraflı “İTV Xəbər”in süjetində:

  • Dövlət büdcəsində bəzi vergi və gömrük rüsumları üzrə proqnozlar artırılıb

    2025-ci ilin büdcə gəlirlərində gömrük rüsumlarından daxilolmalar 1 mlrd. 810 milyon manat proqnozlaşdırılır.

    “Apa-Economics” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Bu isə 2024-cü il üzrə gömrük rüsumları üzrə daxilolmalardan 3% və ya 53 mln. manat çoxdur. Cari il üçün gömrük rüsumları üzrə daxilolmalar 1 mlrd. 757 mln. manat müəyyən edilib.
    2025-ci ilin dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 179 mln. manat artırılaraq 1 mlrd. 989 mln. manata, hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz 27,9 mln. manat artırılaraq 392,6 mln. manata, əlavə dəyər vergisi üzrə proqnoz 222,3 mln. manat artırılaraq 8 mlrd. 326,2 mln. manata, sadələşdirilmiş vergi üzrə proqnoz 32 mln. manat artırılaraq 405 mln. manata, yol vergisi üzrə proqnoz 15,4 mln. manat artırılaraq 142,8 mln. manata, aksizlər üzrə proqnoz 287,7 mln. manat artırılaraq 1 mlrd. 840,7 mln. manata çatdırılıb.

    Ölkə ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi üzrə proqnoz dəyişməyərək 37 mln. manat, idxal aksizləri üzrə proqnoz isə yenidən185 mln. manat müəyyən edilib. Hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnoz isə 418,6 mln. manat azaldılaraq 6 mlrd. 344 mln. manata endirilib.

  • Lisey əməkdaşları qəzaya düşdü – 5 yaralı

    Bu gün səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb.

    Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Avto-qəza zamanı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xaçmaz Peşə Liseyinin beş əməkdaşının adları və vəziyyəti məlum olub.
    Yaralı şəxslərin siyahısı:

    Yaqubova Şölə Əlizadə qızı (1989-cu il təvəllüdlü) – Diaqnoz: Almacıq sümüyü və əngin sınığı. Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

    Elmira Kərimova Tahir qızı (1988-ci il təvəllüdlü) – Diaqnoz: QKBT, Döş qəfəsinin küt travması, Başın təpə nahiyyəsinin kəsilmiş yarası. Cərrahi müdaxilə olunub, hazırda Siyəzən RMX-da stasionar müalicədədir.

    Kərimov İlqar İsrafil oğlu (1966-cı il təvəllüdlü) – Diaqnoz: Sol əlin IV daraq sümüyünün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, sol bazu oynağının əzilməsi. Hazırda Acil şöbəsində tibbi yardım göstərilir.
    Yaqubov Çingiz Ramiz oğlu (1988-ci il təvəllüdlü) – Diaqnoz: Sol üz nahiyyəsinin sıyrılmış yarası, yüngül dərəcəli xəsarət aldığından müalicədən imtina edib.
    Rüstəmov Rəşad Nizami oğlu (2000-ci il təvəllüdlü) – Diaqnoz: Sağ əlin V daraq sümüyünün sınığı. Müalicədən imtina edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda gələn il üçün səhiyyə xərcləri 7.1 faiz artırılır

    Növbəti ilin dövlət büdcəsinin layihəsində səhiyyə xərcləri üçün 1 milyard 999 milyon 438,359 min manat vəsait nəzərdə tutulub.

    “Apa-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da 2024-cü illə müqayisədə 133 milyon 43.4 min manat və ya 7.1% çoxdur.

  • В Азербайджане предложено предоставить статус шехида погибшим при разминировании

    Впервые за 4 года на освобожденных территориях от взрыва мины погиб наш коллега.

    Как сообщает апа, об этом при обсуждении законопроекта «О разминировании» на сегодняшнем заседании Комитета Милли Меджлиса по обороне, безопасности и борьбе с коррупцией сказал первый заместитель председателя Правления Агентства по разминированию Азербайджанской Республики (ANAMA) Бахруз Мамедов.

    «Он погиб во время обезвреживания мины-ловушки. Прошу поднять вопрос о присвоении статуса шехида и лицам, погибшим при разминировании», – отметил он.