Month: October 2024

  • İsmayıllıda minik avtomobilləri toqquşub, ölən var

    İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    İlqar Axundovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil Anar Həsənovun idarə etdiyi “KİA Ceed” markalı avtomobillə toqquşub.

    Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib.

    Həkimlərin səyinə baxmayaraq, İ.Axundov xəstəxanada ölüb.

    Faktla bağlı cinayət işi başlanıb.

  • В Литве на выборах в Сейм правящая партия вышла на второе место

    Правящая в Литве партия “Союз Отечества – Христианские демократы Литвы” проиграла очередные выборы в Сейм (однопалатный парламент) страны, но сумела подняться с третьего, на котором долго находилась, на второе место.

    Об этом свидетельствуют данные, обновляемые в режиме онлайн на сайте Главной избирательной комиссии Литвы.

    После того как в комиссию стали поступать сведения из крупнейших городов Литвы, дебютант парламентских выборов – политическая партия “Заря над Неманом” – стала сдавать позиции. В итоге консерваторы после подсчета голосов с 1 834 из 1 947 участков с 16,75% поднялись на второе место. У партии “Заря над Неманом” 15,54%.

    Сейм (однопалатный парламент) состоит из 141 депутата. Они избираются на четыре года всеобщим тайным голосованием по смешанной системе: 71 – в одномандатных округах по мажоритарной системе, 70 – по партийным спискам. 27 октября состоится второй тур выборов.

    Он понадобится на тех участках, где ни одному из претендентов не удается набрать более 50% голосов. Во втором туре за мандат поспорят два лидера предыдущего этапа. Это тоже может сказаться на расстановке сил в Сейме. Социал-демократы провели во второй тур 22, консерваторы – 24 кандидатов.

  • Litvada parlament seçkilərində hakim partiya ikinci yerə çıxıb

    Litvada hakim “Vətən İttifaqı – Litva Xristian Demokratları” partiyası növbəti Seym (birpalatalı parlament) seçkilərində məğlub olsa da, uzun müddət qaldığı üçüncü yerdən ikinci yerə yüksəlməyi bacarıb.

    Bu, Litvanın Mərkəzi Seçki Komissiyasının saytında onlayn rejimdə yenilənən məlumatlardan bəlli olub.

    Komissiyaya Litvanın ən böyük şəhərlərindən məlumatlar daxil olmağa başladıqdan sonra parlament seçkilərinin debütantı olan “Neman üzərində şəfəq” partiyası mövqelərini itirməyə başlayıb. Nəticədə 1 947 məntəqədən 1 834-ündən səslərin hesablanmasından sonra mühafizəkarlar 16,75 % ilə ikinci yerə yüksəliblər. “Neman üzərində şəfəq” partiyası 15,54 % səs toplayıb.

    Seym (birpalatalı parlament) 141 deputatdan ibarətdir. Onlar dörd il müddətinə ümumi gizli səsvermə yolu ilə qarışıq sistem üzrə seçilirlər: 71-i birmandatlı dairələrdə majoritar sistem üzrə, 70-i isə partiya siyahıları üzrə. Oktyabrın 27-də seçkilərin ikinci turu keçiriləcək. Bu, namizədlərdən heç birinin 50 %-dən çox səs toplaya bilmədiyi məntəqələrdə lazım olacaq. İkinci turda əvvəlki mərhələnin iki lideri mandat uğrunda mübarizə aparacaq. Bu da Seymdəki qüvvələr nisbətinə təsir edə bilər. Sosial-demokratlar ikinci tura 22, mühafizəkarlar isə 24 namizəd çıxarıblar.

  • Bakıda 7 yaşlı uşağı avtomobil vurub

    Bakının Nərimanov rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Avtomobil yolu keçən 2017-ci il təvəllüdlü H.Ə. oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ukraynanın Lissabondakı səfirliyi bomba təhlükəsi səbəbindən boşaldılıb

    Ukraynanın Lissabondakı səfirliyinin əməkdaşları partlayıcı qurğu təhlükəsi ilə əlaqədar təxliyə edilib.

    “Report” xəbər verir ki, bu barədə “CNN Portugal” məlumat yayıb.

    Qeyd edilib ki, məlumat elektron poçt vasitəsilə daxil olub.

    Məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

  • “Real”ın futbolçusu karyerasını başa vura bilər

    İspaniyanın “Real” (Madrid) klubunun futbolçusu David Alaba karyerasını başa vura bilər.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, ötən il çarpaz bağı yırtılan avstriyalı futbolçu fərdi məşqlərə başlasa da, ağrıları dayanmır.

    Mövcud vəziyyətə görə yüksək səviyyədə çıxış edə bilməyəcəyini ehtimal edən müdafiəçi karyerasını başa vurmağı düşünür.

    Qeyd edək ki, D.Alaba ötən mövsüm La Liqanın XVII turunda, “Vilyarreal” ilə matçda ciddi zədə almışdı.

  • Novxanıda restoranda 500 manatlıq yeyib-içib, qaçdılar – VİDEO

    Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən restoranlardan birində maraqlı hadisə yaşanıb.

    Bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.

    Bildirilib ki, dörd nəfərdən ibarət qrup 500 manatlıq hesabı ödəmədən restorandan çıxıb.

    Hadisə barədə bəzi kadrlar restoranın təhlükəsizlik kameralarına düşüb.

    Məlumata görə, həmin şəxslər yalnız hesabı ödəməməklə kifayətlənməyiblar, həmçinin ofisiant vasitəsilə 80 manatlıq spirtli içki də aldırıblar.

    Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır.

  • Bakıda yeni parklanma məntəqəsi yaradıldı

    Bakıda yeni parklanma məntəqəsi yaradılıb.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, paytaxtın İsmayıl bəy Qutqa

  • В Азербайджане психически больной мужчина зарезал зятя – СУД

    Завершилось судебное разбирательство по делу в отношении 36-летнего Джавида Исаева, обвиняемого в убийстве своего зятя в Шекинском районе.

    Как сообщает Qafqazinfo, на заседании в Шекинском суде по тяжким преступлениям был зачитан окончательный приговор.

    Отметим, инцидент произошел в октябре прошлого года в селе Ашагы Кюнгют.

    По данным следствия, Джавид Исаев убил своего 41-летнего зятя Асифа Гашимова за то, что последний оскорблял его сестру. Конфликт между мужчинами продолжился на пустыре на окраине населенного пункта, где Асиф вновь стал выкрикивать оскорбления в адрес Джавида и его сестры. Разозлившись, Джавид нанес зятю несколько ударов ножом, от которых тот скончался на месте. После случившегося Исаев добровольно сдался полиции.

    Во время следствия обвиняемый рассказал, что после возвращения с войны в Карабахе у него начались проблемы с психикой, которые обостряются, если он вовремя не принимает лекарства. По его словам, в тот роковой день он находился в напряженном состоянии. Эксперты подтвердили, что Исаев страдает психическим заболеванием. В медицинском заключении указано, что обвиняемый совершил преступление в невменяемом состоянии.

    Судебная коллегия под председательством Халига Мамедова, изучив материалы дела, сочла заключение врачей и решение следственного органа обоснованными.

    Согласно вердикту, Джавид Исаев освобожден от уголовной ответственности и наказания, так как убил зятя в невменяемом состоянии. Его направили на принудительное лечение в Республиканскую психиатрическую больницу.

    Напомним, что несколько дней назад аналогичное решение было вынесено в отношении Ахмеда Ахмедова, обвиняемого в убийстве членов семьи.

  • Yeznəsini öldürən Cavid də məcburi müalicəyə göndərildi

    Şəkidə yeznəsini öldürməkdə ittiham olunan 36 yaşlı Cavid İsayevin məhkəmə araşdırması yekunlaşıb.

    “Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda yekun qərar elan edilib.

    Məlumat üçün deyək ki, hadisə ötən ilin oktyabrında Aşağı Küngüt kəndində baş verib.

    İstintaqla müəyyən edilib ki, Cavid 41 yaşlı yeznəsi Asif Həşimovu bacısını (eyni zamanda mərhumun arvadı) təhqir etdiyinə görə qətlə yetirib. Onların bu məsələ ilə bağlı mübahisəsi kənd kənarındakı boş ərazidə davam edib. Həmin vaxt Asif yenə də onun və bacısının ünvanına nalayiq sözlər işlədib. Hisslərini cilovlaya bilməyən Cavid yeznəsinə bir neçə bıçaq zərbəsi endirərək hadisə yerində ölümünə səbəb olub. O, hadisədən sonra könüllü olaraq polisə təslim olub.

    Təqsirləndirilən şəxs istintaq dövründə müstəntiqə ifadəsində deyib ki, müharibədən qayıtdıqdan sonra onda psixi problemlər yaranıb. Dərmanlarını vaxtında qəbul etmədikdə isə vəziyyəti daha da kəskinləşir. Dediyinə görə, həmin gün də gərgin vəziyyətdə olub. Onun psixi xəstəlikdən əziyyət çəkməsi ekspertlər tərəfindən də təsdiq edilib. Həkim rəyində yazıb ki, təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törədib.

    Xaliq Məmmədovun sədrlik etdiyi məhkəmə tərkibi işi araşdırdıqdan sonra həkim rəylərini və istintaq orqanının qərarını əsaslı hesab edib. Qərara əsasən, Cavid İsayev yeznəsini anlaqsız vəziyyətdə öldürdüyündən cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə cəlb edilib.

    Xatırladaq ki, ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədov barəsində də bir neçə gün əvvəl eyni qərar çıxarılmışdı.