Month: October 2024

  • Viktor Orban Bakıya GƏLİR

    Macarıstanın Baş naziri Viktor Orban Bakıya gələcək.
     
    Median.Az xəbər verir ki, bu barədə Macarıstanın Azərbaycandakı Səfiri Tamaş Torma məlumat verib.

    O, Macarıstanın Milli günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, COP29-da ölkəsini Viktor Orban təmsil edəcək.
     
    “O, bir ildən az müddətdə Azərbaycana üçüncü dəfə səfər edəcək. COP29 böyük çağırışdır. Azərbaycan bizim hamımızın xeyrinə çox təsir edici bir iş görür. Şübhə yoxdur ki, Macarıstan və Macarıstan səfirliyi Azərbaycanın sədrliyinin məqsədlərinə tam dəstək verir və biz əminik ki, Azərbaycan tədbirə uğurla ev sahibliyi edəcək”- deyə səfir vurğulayıb.

  • Səudiyyə vətəndaşları Oğuzda qəzaya düşdü: Yaralılar var

    Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
     
    Median.Az xəbər verir ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
     
    Belə ki, Oğuz rayon sakininin idarə etdiyi “Hunday” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sürücü və Səudiyyə Ərəbistanının iki vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
     
    Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.
     
    ***
     
    Oğuzda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.
     
    Xəsarət alanlar – sürücü Oğuz rayon sakini 1961-ci il tələvəllüdlü Rəhmətov Məhəmməd, Səudiyyə Ərəbistanı vətandaşları 1985-ci il təvəllüdlü Alamri Əhməd Hassan və 1987-ci il təvəllüdlü Hakami Əli Qumayrıdır.

  • Rusiyada həbsdə olan Fransa vətəndaşının 3 il 3 ay azadlıqdan məhrum edilməsi istənilib

    Rusiyada həbsdə olan Fransa vətəndaşı Loran Vinatyenin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, prosesdə çıxış edən dövlət ittihamçısı Vinateynin cəzasını koloniya rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, Loran Vinatye bu ilin iyunun əvvəlində Moskva restoranlarından birində saxlanılıb. İstintaqın məlumatına görə, o, bir neçə il ərzində xarici agentlərin reyestrinə daxil olmaqdan yayınıb və lazımi sənədləri təqdim etməyib.

    Rusiya FTX Vinatyenin İsveçrə Humanitar Dialoq Mərkəzinin əməkdaşı olduğunu, əslində bu təşkilatın əməkdaşlarının ölkədəki vəziyyətlə bağlı “həssas məlumatlar”ı topladıqlarını açıqlayıb.

    Xatırladaq ki, Vinatyenin Rusiyanın hərbi fəaliyyəti haqqında məlumat toplamaqda günahını etiraf etdiyi bildirilib.

  • Naxçıvana yük maşınlarının girişi məhdudlaşdırıldı

    Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılıb.

    Median.Az xəbər verir ki, bu barədə “Naxçıvan TV”də məlumat verilib.

    Bununla bağlı yerlərdə müvafiq nişanlama işləri görülməyə başlayıb.

    Qeyd edək ki, şəhərdaxili hərəkəti qadağan etmək üçün icazə verilən maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7 radələrindən axşam saat 8 radələrinə hərəkəti qadağan olunur.

  • Евросоюз расширил санкционный список по Молдове

    Совет ЕС объявил в понедельник, что принял ограничительные меры в отношении пяти лиц и одной организации, ответственных, по его мнению, за “действия, дестабилизирующие Республику Молдова”.

    Как передает Median.Az со ссылкой на “Интерфакс” глава дипломатии ЕС Жозеп Боррель.

    “ЕС продолжит оказывать всю свою поддержку законным стремлениям молдавского народа. Сегодняшние санкционные списки являются еще одним вкладом в устойчивость Молдавии”, – заявил он.

    При этом он обвинил Россию в попытках дестабилизировать Молдову.

    Кроме того, под санкции попала неправительственная организация “Евразия” и ее директор и основатель Нелли Парутенко.

    У лиц и организации, подпавших под санкции, замораживаются активы. Физическим лицам запрещается въезд в ЕС. Также наложен запрет “на предоставление им средств или экономических ресурсов, прямо или косвенно”.

    В коммюнике сообщается, что “ограничительные меры в рамках этого режима теперь применяются в общей сложности к 16 лицам и двум организациям”. Соответствующие правовые акты были опубликованы в “Официальном журнале” Европейского союза.

  • Aİ Moldovaya qarşı sanksiyalar siyahısını genişləndirib

    Avropa İttifaqı (Aİ) Şurası bu gün Moldovada sabitliyi pozan fəaliyyətə görə məsuliyyət daşıyan beş şəxs və bir təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

    Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

    “Aİ Moldova xalqının qanuni istəklərinə tam dəstək verməyə davam edəcək. Bugünkü sanksiya siyahıları Moldovanın sabitliyinə daha bir töhfədir”, – o bildirib.

    Eyni zamanda J.Borrell Rusiyanı Moldovada sabitliyi pozmağa cəhddə ittiham edib.

    Bundan başqa, “Avrasiya” qeyri-hökumət təşkilatı, onun direktoru və təsisçisi Nelli Parutenkoya da sanksiya tətbiq edilib.

    Sanksiyaya məruz qalan şəxslər və təşkilatların aktivləri dondurulur. Fiziki şəxslərin Aİ-yə daxil olması qadağan olunur.

    Kommunikedə deyilir ki, bu rejim çərçivəsində məhdudlaşdırıcı tədbirlər ümumilikdə 16 şəxs və iki təşkilatı əhatə edir.

  • Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

    Sabah Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.

    Bildirilib ki, paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Səbail rayonu, Bayıl qəsəbəsində, Xəzər rayonu, Binə qəsəbəsində və Binəqədi rayonu, Biləcəri qəsəbəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 15-də saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə Pirşağı qəsəbəsinin, Bayıl qəsəbəsinin Z.Yusifzadə, S.Qədimova, A.Əliyev, Ə.Nəzmi, L.Babayev küçələrinin, Binə qəsəbəsinin Gürcüstanlılar məhəlləsinin, Biləcəri qəsəbəsinin Y.Hüseynov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Рестораны в Баку готовят специальные меню к COP29

    В преддверии 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29), которая пройдет в следующем месяце в Баку, в ресторанах столицы разработаны специальные меню.

    Об этом журналистам сказала заместитель председателя Государственного агентства по туризму Азаде Гусейнова.

    “В связи с этим совместно с Национальным кулинарным центром начаты тренинги. Ведется работа над тем, чтобы прибывающим в нашу страну для участия в COP29 гостям предлагалось широкое меню, включающее блюда национальной кухни, а также веганские и вегетарианские меню”, – отметила она.

  • Bakıdakı restoranlar COP29-a hazırlaşır

    Gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxtdakı restoranlarda xüsusi menyular tərtib olunub.

    Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.

    “Bununla bağlı Milli Kulinariya Mərkəzi ilə birlikdə təlimlərə başlanılıb. COP29 çərçivəsində ölkəmizə gələcək qonaqlara həm milli mətbəximizi, həm də vegan və vegeterian menyularını təqdim etmək üçün işlər görülür”, – deyə o qeyd edib.

  • İranda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən on nəfər həbs edilib

    İranın “Behişti-Zəhra” qəbiristanlığından kabel və elektrik enerjisi oğurlamaqda şübhəli bilinən on nəfər həbs edilib.

    Median.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Polis İdarəsinin başçısı Əli Qudarzipur bildirib.

    Onun sözlərinə görə, saxlanılanlar tutduqları əməli etiraf ediblər: “Bu dəstənin dörd ay ərzində etdiyi qarət on milyard rial (240 min dollar) məbləğindədir”.

    “Behişti-Zəhra” dünyanın və İranın ən böyük qəbiristanlıqlarından biridir.

    Tehrandan altı kilometr cənubda yerləşən qəbiristanlıq 1970-ci il iyulun 25-də açılıb. Qəbiristanlıq İmam Əlinin həyat yoldaşı Fatimeyi-Zəhranın şərəfinə ”Behişti-Zəhra” adlandırılıb. Burada İran-İraq müharibəsinin şəhidləri və o cümlədən bir çox dini və siyasi liderlərin məzarları yerləşir.