Month: October 2024

  • Bakıda müğənni bıçaqlandı: “Yeyib-içiblər, aparıb meşədə vurublar” – FOTO (YENİLƏNİB)

    Binəqədi rayonu, birinci mədən yaşayış massivi ərazisində bıçaqlanan və müğənni kimi fəaliyyət göstərən 1985-ci il təvəllüdlü Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır.

    Oxu.az hadisənin təfərrüatını öyrənmək üçün Ülviyyə Namazova ilə əlaqə saxlayıb.

    O açıqlamasında bildirib ki, qardaşını maşına mindirib Binəqədidə göl kənarında bıçaqlayıblar:

    “Hər gün bir yerdə oturub durduqları adamdır. Hadisə baş verəndə Azərbaycanda deyildim. Bu hadisə 3 gün əvvəl olub. Yeyib-içiblər. Oğlan məhəllədə reket kimi danışan biridir. Qardaşım maşında musiqiyə səs veribmiş, o da deyib mahnının səsini al. İçkili halda onlar arasında mübahisə yaranıb. Oğlan qardaşıma yumruq atıb. Qardaşım da deyib ki, “bura məhəllədir, qadınlar var, gəl gedək başqa yerdə danışaq görək mənə niyə əl qaldırırsan”. Qonşu da deyib ki, mənim maşınımla gedək. Qardaşım da razı olub, deyib hara istəyirsən gedək. Qardaşımı 3 nəfər qonşu maşına mindiriblər. Binəqədidə göl kənarında sıx meşəlik var. Orada isə heç kim olmur. Aparıb orada bıçaqlayıblar. Xəstəxanaya da aparmayıblar. Gəlib deyib ki, vurdum öldürdüm. Məhəllədə qardaşımın dostu var o bunu eşidib, qonşular ilə oraya qaçıb. Bu şəxs qardaşımı vurduğu yeri də deməyib. Qardaşım deyir ki, “ayıldım ki, sıx meşəlikdəyəm, öləcəyəm, işıq gələn yerə çıxdım”. O, qan itirə-itirə 600-700 metr meşənin çölünə doğru qaçıb. Qardaşım işıq gələn yerə çıxmasa, qonşu onu tapmasa, qan itirmədən öləcəkdi. Bundan sonra xəstəxanaya aparılıb. Ona 3 bıçaq zərbəsi endirilib. Biri mədəsinə tuş gəlib, mədəsi deşilib. Biri döş qəfəsinə dəyib, biri də onikibarmaq bağırsağına. Hazırda vəziyyəti yaxşıdır palatadadır”.

    * * * * *

    Bakıda müğənninin bıçaqlanması ilə bağlı təhqiqat aparılır.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

    Onun sözlərinə görə, oktyabrın 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonunun 1-ci Mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

    “Hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

    Hazırda araşdırma davam etdirilir”, – deyə İ.Əmiraslanlı bildirib.

    * * * * *

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində 1985-ci il təvəllüdlü Vüqar Namazov bıçaqlanıb.

    Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat edilib. Onun həyatını xilas etmək mümkün olub.

    Bildirilib ki, özü də müğənni kimi fəaliyyət göstərən Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır. Onlar adətən duetlər ifa edirlər.

    V.Namazovu bıçaqlamaqda şübhəli bilinən şəxs isə onun qonşusudur. İlkin məlumata əsasən, hadisə tərəflər arasında yaranmış münaqişə zəminində baş verib.

    Məlumata görə, münaqişə V.Namazovun avtomobildə musiqiyə yüksək səslə qulaq asmasına görə başlayıb.

    Belə ki, qonşusu gecə saatlarında müğənnidən musiqinin səsini azaltmasını tələb edib. Nəticədə tərəflər arasında dava düşüb və Vüqara bıçaqla xəsarət yetirilib.

    Xəstəxanaya yerləşdirilən müğənni qonşusundan şikayətçi olmadığını bildirib.

    Faktla bağlı araşdırma aparılır.


  • Plana düşən evə verilən ödənişlə razılaşmayan sakin məhkəmə qərarı ilə mənzildən ÇIXARILA BİLƏR?

    Artıq bir neçə ildir ki, Bakıda yararsız və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış evlərinin sökülərək yeniləri ilə əvəz olunması prosesi aparılır.

    Yaşadığı bina plana düşən bəzi vətəndaşlar onlara verilən ödənişlə razılaşsalar da, bəziləri bununla qane olmurlar. Nəticə etibarilə həmin mənzildən çıxmayan sakinə görə, binanın plana düşməsinə baxmayaraq, söküntü işlərinə başlanılmır.

    Maraqlıdır, bəs görəsən, yaşadığı binanın sökülməsi üçün verilən ödənişlə razılaşmayan sakin məhkəmə qərarı ilə mənzilindən çıxarıla bilərmi?

    Mövzu ilə bağlı oxu.az-ın suallarını cavablandıran hüquqşünas Pərviz Hacıyev bildirib ki, bu məsələdə tərəflər arasında razılıq əldə olunmalıdır:

    “Konstitusiyanın 13-cü maddəsinə görə, mülkiyyət hüququ əsas konstitusion hüquqlardandır. Bu, şəxsin pozulmaz, toxunulmaz hüququdur. Əgər şəxsin yaşayış yerinə dair mülkiyyət hüququnu rəsmi qaydada təsdiq edən sənədləri qaydasındadırsa, heç kim onun evini sökə bilməz, buna ixtiyarı yoxdur. Bina hansısa dövlət əhəmiyyətli boru xəttinin yanından, magistral yoldan keçmirsə, belə olan halda binanı söküb yerinə yenisini tikən, layihə həyata keçirən şəxs vətəndaşla razılığa gəlməlidir. Heç bir halda məhkəməyə verib sakini evdən çıxararaq binanı sökdürmək hüquqları yoxdur”.

    Hüquqşünas qeyd edib ki, yaşayış yerinə dair mülkiyyət hüququ olmayan şəxslər mülkiyyət hüquqlarını məhkəmə qaydasında tanıtmalıdırlar:

    “Əgər şəxs hər hansı yaşayış evi tikib, oraya sahiblik edirsə, eyni zamanda, həmin evin kommunal xərclərini qarşılayıbsa, onun mülkiyyət hüququnun olmaması adamın yaşayışdan istifadə hüququnu məhdudlaşdırmır. Lakin buna baxmayaraq, vətəndaş mənzilinin çıxarışı (“kupçası”) olmadığı üçün yaşayış yerindən çıxmağa məcburən razı olacaq. Əgər şəxsin 30 il ərzində köklü şəkildə yaşadığı mənzilə dair mülkiyyət hüququ yoxdursa, bunu məhkəmə qaydasında tanıtmalıdır, aidiyyəti qurumlar isə bunu gözləməlidirlər. Özbaşına tikilidirsə, neft boru xəttinin, qaz kəmərinin yanında, yüksəkgərginlikli xəttin altında gecəqondu kimi tikilibsə, aidiyyəti qurumlar tərəfindən sökülə bilər”.

  • Морские прогулки на бульваре возвращаются: изменятся ли цены?

    Несколько лет назад морские прогулки на бульваре были приостановлены из-за снижения уровня моря.

    В последние дни в местных СМИ и социальных сетях появились кадры, на которых вновь можно увидеть легендарный круизный лайнер Mirvari (“Жемчуг”) на бакинском бульваре.

    Повторное появление корабля вызвало у граждан вопрос о том, когда они смогут воспользоваться этим судном.

    Также они хотят знать, установлены ли цены на морские прогулки.

    В связи с этим руководитель пресс-службы Управления Приморского бульвара Афсана Мехдиева сообщила Bizim.Мedia, что ведутся последние приготовления.

    “Снижение уровня Каспийского моря привело к приостановке морских прогулок на бульваре с 2022 года. В этом году начались работы по возобновлению деятельности кораблей. Были проведены измерения глубины в определенных частях моря и в соответствии с этим определены новые маршруты.

    В то же время были проведены ремонтные и реновационные работы для безопасного и комфортного движения лайнера Mirvari. Уже несколько дней корабль пришвартован к пирсу напротив Морского вокзала, и ведутся последние приготовления. После завершения подготовительных работ будет предоставлена информация о ценах и льготах”, – сказала она.

  • Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK – Qiymətlər DƏYİŞƏCƏK?

    Bir neçə ildir dəniz səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisinin fəaliyyəti müvəqqəti dayandırılıb.

    Son günlər yerli media və sosial şəbəkələrdə Bakı bulvarında “Mirvari” gəmisinin yenidən görünməsinə dair fotolar yer alıb.

    Gəminin yenidən görünməsi vətəndaşların həmin gəmidən nə zaman istifadə edəcəkləri sualını yaradıb.

    Həmçinin gəmi gəzintisi üçün qiymətlərin müəyyən olunub-olunmaması da yaranan suallardandır.

    Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Bizim.media-ya deyib ki, gəmi gəzintisi üçün son hazırlıq işləri görülür:

    “Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı. Dənizin müəyyən hissələrində dərinliyinin ölçülməsi işləri aparıldı və buna uyğun olaraq yeni, təhlükəsiz marşrut xətləri müəyyənləşdirildi.

    Eyni zamanda “Mirvari” gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparıldı. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Hazırlıq işləri yekunlaşdıqdan sonra qiymətlər və güzəştlər barədə məlumat veriləcək”.

  • КНДР превратит границу с Южной Кореей в крепость

    Власти КНДР перекроют автомобильные и железные дороги с Южной Кореей и превратят границу в крепость.

    Об этом сообщает Центральное телеграфное агентство Кореи (ЦТАК) со ссылкой на заявление генштаба Корейской народной армии (КНА).

    Отмечается, решение “навечно перекрыть и заблокировать” границу с Южной Кореей – это необходимая мера самозащиты, сдерживания войны и обеспечения безопасности.

  • Şimali Koreya hakimiyyətindən qərar: Cənubi Koreya ilə sərhədi qalaya çevirəcək

    Şimali Koreya hakimiyyəti Cənubi Koreya ilə avtomobil və dəmir yollarını bağlayacaq və sərhədi qalaya çevirəcək.

    Median.Az-ın Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbərinə görə, bu barədə Koreya Xalq Ordusunun Baş Qərargahının bəyanatında bildirilib.

    Bəyanatda qeyd olunub ki, Cənubi Koreyaya bitişik sərhədin daimi olaraq bağlanması və bloklanması qərarı özünümüdafiə, müharibənin qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirdir.

  • Oğuzda sürücü sükan arxasında öldü

    Oğuzda sürücü sükan arxasında ölüb.

    Lent.az xəbər verir ki, hadisə Malıx kəndi ərazisində baş verib.

    Bayan kənd sakini, 58 yaşlı Arzu İsmayılov avtomobil idarə edərkən qəfil ürəyi tutub və vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ильхам Алиев принял старшего советника президента США по международной политике в области климата

    9 октября Президент Азербайджанской Республики Ильхам Алиев принял старшего советника американского лидера по международной политике в области климата Джона Подесту.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşavirini qəbul edib

    “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Müşfiqabad qəsəbəsində suyun verilməsi nə vaxt BƏRPA OLUNACAQ?

    Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin sakinləri üç gündür ki, suyun verilməməsindən şikayətçidir.

    Onlar bildirirlər ki, su təminatı tamamilə dayandırılıb və bu günlər ərzində heç bir rəsmi məlumat verilməyib:

    “Qaynar xətlə əlaqə saxlayırıq, hər dəfə bu gün-sabah olacaq deyərək aldadırlar. Lakin vəziyyət dəyişmir. Məlumdur ki, insanların ən əsas ehtiyaclarından biri olan su təminatı ilə bağlı uzunmüddətli kəsintilər sakinlərin gündəlik həyatına və sağlamlığına ciddi təsir göstərir. Əhalinin susuz qalması dözülməz haldır və alternativ su xətlərinin olmaması vəziyyəti daha da çətinləşdirir”.

    Mövzu ilə bağlı Oxu.Az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.

    Sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazidə axşam saatlarına qədər suyun verilməsi bərpa olunacaq:

    “Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində çökmə baş verdiyinə görə aparılan təmir işləri başa çatıb. Hazırda suyun durulma prosesi gedir. Axşam saatlarına qədər suyun ərazilərə verilməsi bərpa olunacaq”.