Month: October 2024

  • Bakıda IV “Qələbə qaçışı” təşkil ediləcək

    Noyabrın 3-də Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək.

    “Qələbə qaçışı” 2021-ci ildən bu yana ənənəvi olaraq hər il keçirilir.

    “Qürurla irəli” şüarı ilə keçirilən qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 20 manat iştirak haqqı ödəməlidirlər. Qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.

    “Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

    Qaçış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil ediləcək. Finişə çatmış bütün iştirakçılara medal təqdim ediləcək. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər.

    Qeyd edək ki, qaçışda iştirak üçün 18 yaşdan yuxarı şəxslər 1 noyabr saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.

  • Прогноз погоды в Азербайджане на 10 октября

    10 октября в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода, преимущественно без осадков, однако ночью и вечером в некоторых местах возможны кратковременные дожди с грозами, будет дуть северо-восточный ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха ночью составит 15-19, днем – 22-26 градусов тепла.

    Атмосферное давление будет в пределах нормы – 759 мм ртутного столба. Относительная влажность ночью – 70-80%, днем – 45-50%.

    В районах Азербайджана осадков не ожидается, ночью и утром на отдельных территориях туман, ветер восточный умеренный.

    Температура воздуха ночью составит 13-18, днем – 25-30, в горах ночью – 5-10, днем – 13-18 градусов выше нуля.

  • Oktyabrın 10-a olan hava proqnozu AÇIQLANIB

    Ölkə ərazisində oktyabrın 10-a gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

  • Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

    Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında (BAQM) uyğunsuzluq aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində “Healthy Life” MMC-nin və “Caspi Pharm” MMC-nin Türkiyədən idxal etdiyi BAQM partiyalarından agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub. Qeyd olunan BAQM partiyaları aşağıdakılardır:

    1. “Healthy Life” MMC-nin idxal etdiyi “Pharmanor İlaç San.Tıc. Ltd.Ştı” müəssisəsinə məxsus 01.02.2024 – 01.02.2027-ci il istehsal və son istifadə tarixli, DNT07 partiya nömrəli ümumi sayı 4500 ədəd “Depovit New, daxilə qəbul üçün məhlul-damcı, 5 ml, flakonda №4” əmtəə nişanlı BAQM;

    2. “Healthy Life” MMC-nin idxal etdiyi “Pharma Standart İlaç Medikal Kozmetik Gıda Sanayi Ticaret Limited Şirketi” müəssisəsinə məxsus 01.12.2023-01.12.2026-cı il istehsal və son istifadə tarixli, ST03 partiya nömrəli ümumi sayı 4500 ədəd “Desol-D3+, daxilə qəbul üçün məhlul-damcı, 5 ml şüşə flakonda №4” əmtəə nişanlı BAQM;

    3. “Caspi Pharm” MMC-nin idxal etdiyi “Unirex Healthcare Sağlık Sanayi ve Dış Ticaret Limited Şirketi” müəssisəsinə məxsus 01.01.2024-01.01.2027-ci il istehsal və son istifadə tarixli, TM240101 partiya nömrəli ümumi sayı 2000 ədəd “Tiger Man, tablet №10” əmtəə nişanlı BAQM.

    Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyaları məhv edilib.

  • Самолет-амфибия Азербайджана привлечен к тушению лесных пожаров в направлении Измир-Алиага – ВИДЕО

    Самолет-амфибия Бе-200ЧС Министерства по чрезвычайным ситуациям (МЧС) продолжает участвовать в операциях по тушению очагов возгорания в Турции.

    Как сообщили в МЧС, со вчерашнего дня самолет привлечен к тушению пожара в лесном массиве в направлении Измир-Алиага.

    Напомним, что самолет-амфибия Бе-200ЧС авиационного отряда МЧС Азербайджана был направлен в Турцию в соответствии с поручением Президента Ильхама Алиева для помощи братской стране в борьбе с сильными лесными пожарами.

  • Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizəni davam etdirir – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

    “Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Əliağa istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunaraq yanğınsöndürmə işlərini həyata keçirib”, – məlumatda qeyd olunub.

  • Старший советник Джо Байдена Джон Подеста прибыл в Азербайджан

    Старший советник президента США Джо Байдена по международной климатической политике Джон Подеста посетил с визитом Азербайджан.

    Об этом сообщает Median.Az со ссылкой на публикацию посольства США в Азербайджане в Facebook.

    “Сердечно приветствую прибывшего в страну старшего советника президента по международной климатической политике Джона Подесту для участия во встречах в преддверии конференции COP29 (PreCOP) и укрепления сотрудничества США и Азербайджана по критическим климатическим вопросам”, – приводятся в публикации слова посла США в АР Марка Либби.

  • Baydenin müşaviri Bakıda səfərdədir

    ABŞ prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycana səfər edib.

    Bu barədə məlumatı ABŞ-nin Bakıdakı səfirliyi öz “Facebook” hesabında paylaşıb.

    “Biz COP29-un konfrans ərəfəsində görüşlərində iştirak etmək və kritik iqlim məsələlərində Azərbaycanla ABŞ əməkdaşlığını gücləndirmək üçün ölkəyə gələn prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı səmimiyyətlə salamlayırıq”, – deyə paylaşımda qeyd olunub.

  • İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard manatdan çox oldu

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Fərmanla:

    1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328 (Cild I); 2024, № 3, maddə 263) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 6.2-ci bəndində “980 700 000 (doqquz yüz səksən milyon yeddi yüz min)” sözləri “1 068 400 000 (bir milyard altmış səkkiz milyon dörd yüz min)” sözləri ilə əvəz edilir.

    2. Bu fərmanın 1-ci hissəsinin icrası “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanının 1.11.7.9.1-ci abzası ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2024-cü ilin dövlət büdcəsindən fonda ayrılan 87 700 000 (səksən yeddi milyon yeddi yüz min) manat hesabına təmin ediləcək.

    Maliyyə Nazirliyinə bu fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, İKZF-ə isə bu fərmandan irəli gələn məsələləri həll etmək həvalə olunub.

  • Азербайджанские волейболисты создают семью

    Два волейболиста создают семью.

    Как передает idman.biz, об этом сообщил президент Федерации волейбола Азербайджана Шахин Багиров на церемонии жеребьевки Кубка страны и соревнований Высшей лиги по волейболу среди мужчин и женщин.

    По его словам, игрок “Азеррейла” Джавид Азимов женится на Ильхаме Азимовой из “Муров Аз Терминал”. Свадебная церемония пары состоится через несколько дней.