Month: October 2024

  • Goranboyda iki nəfər dəm qazından boğularaq ÖLDÜ

    Goranboyda dəm qazından ölənlər var.

    Hadisə rayonun Nizami kəndində qeydə alınıb.

    Kəlbəcər rayon sakinləri, 1958-ci il təvəllüdlü Kamal Qurbanlı oğlu Əkbərov və həyat yoldaşı, 1960-cı il təvəllüdlü Ayidə Əli qızı Əkbərova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

    Hər iki şəxs hadisə yerində ölüb.

  • Сильный пожар вспыхнул в многоэтажном здании в Хырдалане – ВИДЕО

    Сильный пожар вспыхнул в многоэтажном здании, расположенном на 7-м километре трассы Баку – Сумгайыт в городе Хырдалан.

    Как сообщили в пресс-службе МЧС, на место происшествия немедленно прибыли силы Государственной службы пожарной охраны.

    В настоящее время ведутся работы по тушению огня.

    Представляем кадры с места происшествия:

  • Xırdalanda yaşayış binasında güclü YANĞIN BAŞLAYIB – VİDEO

    Xırdalanda yaşayış binasında güclü yanğın başlayıb.

    Hadisə Bakı-Sumqayıt şosesinin 7-ci kilometrliyində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

    Yanğınla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

    Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

    Həmin görüntüləri təqdim edirik:

  • Broyler yumurtaları ZƏRƏRLİDİR? -XƏBƏRDARLIQ

    Azərbaycanda toyuq əti gündəlik tələbat məhsulları sırasındadır. Toyuq ətini istehlak edənlərin çoxu broyler məhsullarına üstünlük verir. Çünki broyler toyuğu kənd toyuğundan – yəni kənar müdaxilə, xüsusi şərait, qida və dərmanlar olmadan yetişdirilən toyuqdan ucuzdur. Həmçinin broyler yumurtası da kənd yumurtasından qat-qat ucuz satılır.
     
    Cibimizə görə faydalı olduğunu düşündüyümüz bu məhsulların təəssüf ki, sağlamlığa ziyanları çoxdur. Broyler məhsullarının ziyanlı olduğu barədə xeyli sayda fikirlər mövcuddur.
     
    Yəni bu toyuqlar günəş işığı olmadan, hərəkətsiz şəkildə bəslənirlər. Süni işıqlandırılmaya məruz qalırlar, həmçinin kimyəvi dərmanlar, hormonal tərkibli süni yemlərlə qidalanırlar.
     
    Yemlərə vurulan və insan orqanizmi üçün təhlükəli hesab edilən dioksin maddəsi onun kəsildikdən uzun müddət sonra belə xarab olmasının qarşısını alır.
     
    Bəs bu cür zərərli maddələrdən istifadə etməklə yetişdirilən toyuqların və onların yumurtalarının hansı zərərləri var?
     
    Sfera.az bildirir ki, ölkəmizdə də çox istehlak edilən broyler toyuq və yumurtalarının zərərləri haqqında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.media-ya danışıb.
     
    O bildirib ki, broyler toyuqlarının yetişdirilməsində, tez çəki almasında bir çox zərərli dərmanlardan istifadə olunur:
     
    “Sənaye üsulu ilə saxlanılan broyler toyuqları var ki, bu broyler toyuqlarının az bir zamanda ağır çəkiyə sahib olması, eyni zamanda, xəstəliklərdən qorunması, hərəkətsiz şəkildə saxlanılmasına görə bir çox kimyəvi, hormonlu dərmanlardan, antibiotiklərdən istifadə olunur. Onların daha tez çox çəkiyə sahib olması, hərəkət etməməsi üçün onları bir-birinə yaxın yerdə, kiçik sahədə saxlayırlar. Belə olan halda toyuq normal inkişaf etmir və normalda 3-4 ayda əldə edəcəyi çəkiyə həmin toyuqlar 28, ən yaxşı halda 56 gündə çatırlar.
     
    Onların yetişdirilməsində istifadə edilən antibiotiklər var ki, bu antibiotiklər daha çox xəstəliklərdən qorunmaq üçün istifadə olunsa da, eyni zamanda, orqanizmdə faydalı bakteriyaların da məhv olmasına gətirib çıxarır. Bu səbəbdən qəbul etdiyimiz həmin toyuğa verilən antibiotiklər insan orqanizminə eyni təsiri göstərir”.
     
    Bu şəxslərə daha çox zərər verir
     
    Mütəxəssis qeyd edib ki, broyler toyuqlarına verilən hormonlu dərmanlar yetkinlik yaşına çatmış qız və oğlanlara mənfi təsir edir:
     
    “Digər məqam isə toyuqların yetişdirilməsində istifadə olunan hormonlu dərmanlar toyuq, yumurta vasitəsilə insan orqanizminə keçir ki, bu da qızlarda cinsi yetişkənlik dövrünün daha erkən başlamasına və oğlanlarda cinsi yetişkənlik dövrünün pozulmasına gətirib çıxarır”.
     
    Ekspert hesab edir ki, broyler yumurtaları keyfiyyətcə çox aşağıdır:
     
    “Həmin toyuqların yumurtlaması üçün süni gur işıqlar verilir. Yəni bir gün ərzində süni şəkildə gecə-gündüz effekti yaradıb, onları aldadaraq daha çox yumurtlamasına səbəb olurlar. Say etibarı ilə artırsalar da, təbii yetişmədiyinə, təbii prosesdən keçmədiyinə görə, yumurtanın tərkibindəki makro və mikroelementlər kənd yumurtasına görə daha aşağı olur.
     
    Təhlükəsizlik baxımından faydalı olsa da, amma keyfiyyət, sağlamlıq baxımdan heç də sənaye üsulu ilə yetişdirilən yumurta kənd yumurtasını əvəz edə bilməz. Ona görə də yaxşı olar ki, quş əti, toyuq əti məhsullarını mənşəyi bəlli olan yerdən, təbiisini alsınlar”.

  • Mehriban Əliyeva Alim Məmmədov adına uşaq bağçası-körpələr evinin açılışında iştirak edib – FOTO

    Oktyabrın 31-də Bakının Xətai rayonundakı Alim Məmmədov adına uşaq bağçası-körpələr evi təmirdən sonra yenidən istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri bağçada yaradılmış şəraitlə tanış olublar.

    Uşaq bağçasının direktoru Liya Məcidova Birinci vitse-prezidentə və ailə üzvlərinə bağçada görülən işlər barədə məlumat verib.

    Bildirilib ki, 1958-ci ildə inşa olunan Alim Məmmədov adına uşaq bağçası-körpələr evi ötən müddətdə istismara yararsız vəziyyətə düşdüyünə görə təmirə ehtiyac yaranmışdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, uşaq bağçası-körpələr evi müasir tələblər səviyyəsində təmir olunub.

    Yüz yerlik uşaq bağçası-körpələr evi zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Bu məktəbəqədər müəssisədə uşaqlar 5 qrup üzrə təhsil alırlar.

    Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb, uşaqlar üçün oyun meydançası yaradılıb.

    Qeyd edək ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi qayğı göstərilir. Uşaq bağçalarının yenidən qurulması ilə bağlı həyata keçirilən layihələr bu baxımdan mühüm rol oynayır.

    Uşaqların təlim-tərbiyəsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun həyata keçirdiyi layihələr məktəbəqədər təlim-tərbiyə müəssisələrinin inkişafına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olub. Gələcəyimiz olan uşaqların sosial rifahının yaxşılaşdırılmasına hesablanan belə tədbirlər ölkəmizdə aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.














  • TikTok-un yaradıcısı 2024-cü ildə Çinin ən varlı adamı oldu

    Çində video paylaşma saytı Douyin və onun beynəlxalq versiyası TikTok-un yaradıcısı və rəhbəri Cang Yiming Çinin ən varlı adamı olub.

    TikTok-un yaradıcısı və rəhbəri 2024-cü ildə Çinin ən varlı adamı olub.

    Cang Yiming 49,3 milyard dollarlıq sərvətlə, Hurun Araşdırma İnstitutunun dərc etdiyi “Çin Zənginləri Siyahısı”nda birinci yeri tutub.

    2012-ci ildə qurduğu “ByteDance” şirkətinin daxilində hər iki məşhur tətbiqi (Douyin və TikTok) inkişaf etdirən 41 yaşlı Cang, ilk dəfə siyahıda birinci yeri tutub.

    ABŞ Konqresinin “ByteDance”ın Çin hökuməti ilə iddia edilən əlaqələrini əsas gətirərək “TikTok”a təzyiqinə baxmayaraq, şirkətin qlobal gəlirləri son bir ildə 30 faiz artıb.

    2021-ci ildə şirkətin idarəçiliyini təhvil verməsinə baxmayaraq hələ də əhəmiyyətli bir paya sahib olan Cang-ın şəxsi sərvəti də son bir ildə 43 faiz artıb.

    “Su kralı” ikinci yerə düşüb

    Son üç ildir siyahıda 1-ci yerdə olmuş “Nongfu Spring” təbii bulaq suyu şirkətinin qurucusu və rəhbəri Cong Şanşan 47,9 milyard dollarlıq sərvətlə ikinci yerə düşüb.

    Cong-un su biznesinin gəliri bu il oğlunun ABŞ vətəndaşı olması və rəqib su şirkətinin müdirinin ölümündən sonra aralarındakı bəzi fikir ayrılıqlarına görə əhəmiyyətli bir zərbə alıb. 71 yaşlı iş adamının sərvəti son bir ildə 24 faiz azalıb.

    Cong Çinin Alibaba internet şirkətinin qurucusu Jack Ma-nı geridə qoyaraq 2020-ci ildə ilk dəfə siyahıda birinci yerə yüksəlmişdi.

    Mesajlaşma proqramları və elektron ödənişlər də daxil olmaqla bir çox funksiyaları yerinə yetirən tətbiq platforması WeChat-ın sahibi olan Çinin aparıcı internet və texnologiya şirkəti Tencent-in qurucusu və rəhbəri Pony Ma Huating 44,4 milyard dollarlıq sərvətlə siyahıda üçüncü yeri tutub.

    2023-cü ilin sonuna qədər WeChat istifadəçilərinin sayı 1,3 milyardı keçdiyi halda, 53 yaşlı Ma-nın sərvəti keçən illə müqayisədə 13 faiz artıb.

    26 il ərzində 18 ad siyahıda birinci yerə çıxıb

    Şəxsi sərvəti 5 milyard yuanı (təxminən 700 milyon dollar) keçən şəxslərin siyahısına 1094 nəfər yer tutub. Bu il siyahıda olanların sayı ötən illə müqayisədə 12 faiz azalıb. Siyahıda yer alanların ümumi sərvəti 3 trilyon dollara çatdığı halda, sərvətlərinin miqdarı 10 faiz azalıb.

    Cang Yiming, yaradıldığı 26 il ərzində Çində Hurun siyahısında birinci yerə yüksələn 18-ci ad olub.

    Hurun İnstitutunun prezidenti və hesabatın baş tədqiqatçısı Rupert Hoogewerf, eyni dövrdə ABŞ-da yalnız 4 adın ən varlı mövqeyə yüksəldiyinə diqqət çəkərək, bunun Çin iqtisadiyyatının dinamik tərəfinə işarə etdiyini vurğulayıb.

    Bill Gates, Warren Baffett, Jeff Bezos və Elon Musk 26 ildə ABŞ-ın “ən varlı” adları olublar.
    //marja.az

  • “Kartdan karta” üsulu ilə işləyən daha 70 sahibkara maliyyə sanksiyaları tətbiq edildi

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

    Median.Az Dövlət Vergi Xİdmətinə istinadən xəbər verir ki,Tədbirlər nəticəsində 70 obyektdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib. Həmin sahibkarlıq subyektlərinə protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

    Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

    Qeyd edək ki, bundan öncə 97 obyektdə nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı faktlar aşkarlanmış, sahibkarlıq subyektlərinə protokollar tərtib olunmuş və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilmişdi.

    Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur.

  • İlham Əliyev İspaniya Hökumətinin Sədrinə başsağlığı verib

    Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Hökumətinin Sədri Pedro Sançezə başsağlığı verib.

    AZƏRTAC xəbər verir ki, başsağlığı məktubunda deyilir:

    “Hörmətli cənab Sədr,

    Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

  • IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır

    Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda nominal ÜDM-in 2023-cü ildəki 72,4 milyard ABŞ dollarından 2024-cü ildə 75,6 milyard ABŞ dollarına, 2025-ci ildə isə 77 milyard ABŞ dollarına qədər artacağaını proqnozlaşdırır.

    “Report” xəbər verir ki, bu barədə IMF-in “Dəyişən geoiqtisadi landşaftda naviqasiya” adlı “Regional iqtisadiyyatın inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya” yeni hesabatında deyilir.

    Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in real artımı 2023-cü ildəki 1,1 %-lə müqayisədə 3,2 % təşkil edəcək, 2025-ci ildə isə 2,5 %-dək azalacaq.

    Qeyri-neft sektorunda artımın 2024-cü ildə 4,8 %, 2025-ci ildə 3,8 % səviyyəsində (2023-cü ildəki 3,7 %-ə qarşı) olacağı gözlənilir.

    Eyni zamanda, neft sektoru üzrə ÜDM-də 2023-cü ildəki 4,2 %-lik azalma 2024-2025-ci illərdə 0,5 %-dək yavaşlayacaq.

    Qazaxıstanda neft hasilatının artımının dayanması səbəbindən Qafqaz və Mərkəzi Asiya (CCA) regionunda neft ixracatçıları arasında artım tempinin 2023-cü ildəki 3,9 %-dən 2024-cü ildə 3,3 %-ə enəcəyi proqnozlaşdırılır.

    2025-ci ildə ÜDM-in 3,9 %-ə qədər müvəqqəti artımı Qazaxıstandakı “Tengiz” neft yatağının genişləndirilməsi ilə əlaqədar olacaq.

    Ortamüddətli perspektivdə Azərbaycan və Türkmənistanda böyük məbləğdə investisiya qoyuluşu olmadan istehsal gücləri ilə məhdudlaşan karbohidrogen hasilatının sabitləşməsi proqnozlaşdırılır.

    “Qlobal neft və qaz qiymətlərinin azalması regionun Azərbaycan və Qazaxıstan kimi neft ixracatçıları arasında iqtisadi artımda qeyri-enerji sektorunun rolunu yüksəldib.

    Xüsusilə Azərbaycanda və Qazaxıstanda hələ də yüksək istehlak kreditləşməsi və biznes kreditləşməsinin son dərəcə artımı ilə səciyyələnən böyük daxili tələb tikinti və xidmət sektorlarında aktiv iqtisadi fəallıqla müşayiət olunub. 2024-cü ildə Azərbaycanda dövlət və özəl investisiyalar bu sektora əhəmiyyətli təkan verib.

    Ölkədə inflyasiyanın yavaşlaması pul-kredit siyasətini yumşaltmağa və uçot dərəcəsini 75 baza bəndi endirməyə imkan verib”, – IMF vurğulayır.

    Proqnozlara görə, Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildəki 8,8 %-ə qarşı 2024-cü ildə 2,1 %, 2025-ci ildə 4,8 % olacağı gözlənilir.

    “Qlobal tendensiyalara uyğun olaraq, CCA-nın neft ixracatçıları arasında ümumi baza inflyasiyasının 2024-cü ildəki 7 %-dən ortamüddətli dövrdə 5,2 %-ə enəcəyi proqnozlaşdırılır.

    Azərbaycanda 2024-cü ilin əvvəlində idxal inflyasiyasının təsirinin azalması səbəbindən inflyasiya əhəmiyyətli dərəcədə zəifləyib. Qazaxıstanda kommunal xidmət tariflərinin artması və valyutanın dəyərdən düşməsi səbəbindən inflyasiya təzyiqi yüksək olaraq qalır.

    Qazaxıstan Mərkəzi Bankı cari faiz dərəcəsinin ilin sonuna qədər saxlanılacağının mümkün olduğunu bildirib. Türkmənistanda isə əksinə, yumşaq pul-kredit siyasəti və dövlət tərəfindən əməkhaqqı və pensiyaların illik 10 % artırılması inflyasiyanın yüksəlməsinə səbəb olub”, – IMF bildirir.

    Fondun məlumatına görə, neft ixracatçıları arasında Rusiya ilə xarici ticarətin həcmi 2024-cü ilin birinci rübündə azalıb: Qazaxıstandan Rusiyaya ixracda 20 %, Azərbaycandan ixracda isə 10 % azalma olub.

    Eyni zamanda, ümumi ixrac və idxalın ümumi həcmi də azalıb ki, bu da neft və qaz qiymətlərinin aşağı düşməsi fonunda xarici mövqenin pisləşməsinə səbəb olub.

    IMF enerji qiymətlərinin aşağı düşməsi fonunda neft ixracatçıları arasında xarici balansların azalacağını gözləyir, bununla belə, orta cari hesab profisiti bu il ÜDM-in 0,8 % həcmində qalacaq, ortamüddətli perspektivdə isə kəsirlə əvəzlənəcək.

    Bu proqnoz apreldəki gözləntilərlə müqayisədə ÜDM-in 1,5 faiz bəndi artımını, Qazaxıstanda daha yüksək neft gəlirlərini və dividend repatriasiyasının azalmasını əks etdirir.

    Karbohidrogenin ucuzlaşması, Türkmənistanda valyutanın yenidən qiymətləndirilməsi və Qazaxıstanda sənaye malları idxalının artım tempinin neft ixracını üstələməsi ilə əlaqədar gələcəkdə bütün neft və qaz ixracatçıları, xüsusən də Azərbaycan və Türkmənistanda cari hesab saldosunun pisləşəcəyi gözlənilir.

    “Buna baxmayaraq, dövlət borcu ÜDM-in 20 %-i və ya ondan aşağı səviyyədə qalır ki, bu da bu ölkələrin sabit fiskal mövqeyindən xəbər verir”, – hesabatda bildirilir.

    Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbətinin 20,5 %, 2025-ci ildə isə 20,3 % olacağı gözlənilir.

    Hesabatın müəlliflərinin fikrincə, karbohidrogen gəlirlərinin azalması xüsusilə Azərbaycanda və Qazaxıstanda fiskal problemləri kəskinləşdirir. Hər iki ölkə karbohidrogen gəlirlərinin azalmasının təsirini yumşaltmaq üçün tədbirlər həyata keçirsə də (məsələn, Azərbaycanda və Qazaxıstanda vergi güzəştlərinin azaldılması və Qazaxıstanda korporativ vergi dərəcələrinin artırılması yolu ilə), bu tədbirlər dövlət borcunun artmasının qarşısını almaq üçün kifayət etmir (xüsusilə Qazaxıstanda). Bununla belə, dövlət sektorunun borc səviyyəsinin proqnozlaşdırılan dövrdə ÜDM-in 27 %-i və ya ondan aşağı səviyyədə qalacağı gözlənilir.

  • Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdiriləcək

    Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəlində dəyişiklik olacaq.

    Median.Az “Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, buna səbəb rəqəmsal yeniliklə bağlı sınaqların aparılmasıdır.

    Bildirilib ki, Bakı metropolitenində hərəkətin təşkili sistemlərinin rəqəmsal texnologiyalara keçidi istiqamətində daha bir mühüm yeniliyin tətbiqi nəzərdə tutulur. Metropoliten mütəxəssislərinin xüsusi proqramlaşdırılmış innovativ texnoloji tətbiqinin nəzəri və texniki yoxlamaları uğurla başa çatdırlıb. İşlərin ikinci mərhələsində simulyasiya proqramı və xətti sınaqlar müsbət nəticələr verib.

    Qəbul edilmiş qərara əsasən, üçüncü mərhələdə mövcud hərəkət qrafikinə xələl gətirilmədən onun rəqəmsal əkizinin paralel müşahidələri aparılacaq. Bununla əlaqədar noyabr ayının 1-də “Bakmil” stansiyasına gedən qatarların hərəkət cədvəlinə dəyişiklik ediləcək.

    Noyabr ayının 2-dən qatarların “Bakmil” istiqamətində hərəkəti Bakı metropoliteni saytının müvafiq bölməsində göstərilmiş qaydaya uyğun olaraq bərpa olunacaq.

    Noyabr ayının 1-də “Bakmil” stansiyası istiqamətində və əksinə olmaqla tətbiq ediləcək hərəkət qrafiki belə olacaq: