Month: October 2024

  • Save the Children: Почти 500 млн детей живут в зоне конфликта

    Один из пяти детей в мире живет в стране, где идет конфликт и совершаются преступления против детей. В среднем, каждый день 31 ребенок погибает или получает серьезные увечья в результате военных действий и насилия. Почти 500 млн детей по всему миру вынуждены расти в условиях конфликтов и постоянной угрозы для жизни.

    Об этом говорится в последнем обнародованном докладе организации Save the Children.

    Доклад показывает тревожную тенденцию: число грубых нарушений и преступлений против несовершеннолетних в 2023 году выросло на 15% по сравнению с предыдущим годом, достигнув максимального уровня с начала проведения оценки ситуации в 2005 году. Эксперты анализировали такие преступления, как убийства, ампутации, похищения, сексуальное насилие, привлечение детей в вооруженные группировки, нападения на детские учреждения и отсутствие доступа к гуманитарной помощи. В среднем, подобные преступления совершаются 76 раз в день, а их общее число достигло беспрецедентного уровня.

    Наиболее катастрофическая ситуация сложилась на палестинских территориях, где число преступлений против детей увеличилось на 170%, а также в Судане, где в 2023 году число таких преступлений выросло более чем в пять раз по сравнению с 2022 годом. В “черный список” стран, где дети подвергаются наибольшей опасности, входят также Демократическая республика Конго и Сомали.

    Эксперты Save the Children подчеркивают, что приводимые в докладе данные – лишь “верхушка айсберга”, и реальные масштабы трагедии могут быть значительно больше. Преступления против детства имеют далеко идущие последствия, в том числе для экономики: меры по предупреждению и преодолению последствий преступлений против детей обходятся в 19.1 трлн долларов, что соответствует мировому паритету покупательной способности. При этом мировые военные расходы достигли 2.4 трлн долларов.

  • Dünyada təxminən 500 milyon uşaq münaqişə zonasında yaşayır

    Dünyada hər beş uşaqdan biri münaqişənin olduğu və uşaqlara qarşı cinayətlərin törədildiyi ölkədə yaşayır, gündə orta hesabla 31 uşaq ölür və ya ciddi xəsarət alır. Təxminən 500 milyon uşaq münaqişə vəziyyətində yaşayır.

    Bu barədə “Save the Children” təşkilatının son hesabatında bildirilir.

    Hesabata əsasən, 2023-cü ildə yetkinlik yaşına çatmayanlara qarşı kobud pozuntular və cinayətlərin sayı əvvəlki illə müqayisədə 15% artıb və 2005-ci ildə vəziyyətin qiymətləndirilməsinə başlanandan bəri ən yüksək həddə çatıb. Hesabatda münaqişə şəraitində uşaq hüquqlarının kobud pozulması halları, o cümlədən qətllər, amputasiyalar, oğurluqlar, cinsi zorakılıq, silahlı qruplara cəlb edilmə təhlil edilir. Uşaq müəssisələrinə hücumlar və humanitar yardıma çıxışın olmaması da nəzərə alınır. Təşkilat bildirir ki, belə cinayətlər gündə orta hesabla 76 dəfə törədilir və onların ümumi sayı misli görünməmiş həddə çatıb.

    Ən pis vəziyyət uşaqlara qarşı cinayətlərin 170% artdığı Fələstin ərazilərində və 2023-cü ildə uşaqlara qarşı cinayətlərin sayının 2022-ci illə müqayisədə beş dəfədən çox artdığı Sudandadır. “Qara siyahı”ya həmçinin Konqo Demokratik Respublikası və Somali daxildir.

    Təşkilat qeyd edir ki, göstərilən məlumatlar yalnız “aysberqin görünən hissəsidir”. Hesabatda qeyd olunur ki, uşaqlığa qarşı cinayətlər iqtisadiyyata təsir göstərir, belə ki, uşaqlara qarşı cinayətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması tədbirləri dünya alıcılıq qabiliyyəti paritetinə uyğun olaraq 19.1 trilyon dollar təşkil edir. Bu zaman dünya hərbi xərcləri 2.4 trilyon dollara çatıb.

  • Yağ alarkən nələrə diqqət etməliyik? – Ən yaxşı və pis yağlar

    Qızartma hazırlamaq üçün yağ seçərkən, onun hansı maksimum temperatura tab gətirəcəyini bilmək vacibdir.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, yağın sağlamlığa faydası və ya zərəri birbaşa bundan asılıdır.

    Bu baxımdan ən yaxşı yağlar aşağıdakılar hesab olunur:

    Zeytun yağı

    Tərkibində böyük miqdarda sağlam mono doymamış yağlar (oleik turşusu, omeqa-9 yağ turşuları), antioksidanlar (vitamin E və polifenollar) var. Bu yağın tüstülənmə nöqtəsi təxminən 375-410 dərəcədir. Ancaq qidalanma xüsusiyyətlərini qorumaq üçün bu yağla orta və aşağı istilikdə bişirmək daha yaxşıdır.

    Avokado yağı

    Tərkibində çoxlu olein turşusu da var. Təxminən 520 dərəcə yüksək tüstülənmə nöqtəsi sayəsində bu yağ qızartmalar üçün əla seçimdir. Onun tüstülənmə nöqtəsi emal edilib-edilməməsindən asılı olaraq 350 ilə 450 dərəcə arasında dəyişir.

    Safflover çiçəyi yağı (Yalançı zəfəran yağı)

    Təxminən 450 dərəcə buxarlanma nöqtəsi sayəsində yüksək istilikdə bişirmək üçün idealdır.

    Ən pis yağlar

    Yüksək istilikdə yemək bişirərkən onlardan çəkinin.

    Balıq yağı və ya yosun yağı

    Omeqa-3 yağ turşuları EPA və DHA-da yüksəkdirlər, eyni zamanda aşağı buxarlanma nöqtəsinə malikdirlər.

    Palma yağı

    Yüksək temperatura məruz qaldıqda sağlamlığa zərər verə bilər.

    Qoz yağı

    Aşağı qaynama nöqtəsinə malik olduğu üçün yeməklərə çiləmək və ya souslarda istifadə etmək üçün daha uyğundur.

    Xəbər materiallarını həkim resepti ilə eyniləşdirmək olmaz. Qərar verməzdən əvvəl mütəxəssislə məsləhətləşin.
    //Baku.ws

  • Bakıda çoxmərtəbəli yaşayış binası yanır – VİDEO

    Bakıda yaşayış binası yanır.

    Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

    Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

  • Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir

    Rusiyadan Azərbaycana ekstradisiya olunan beş nəfərdən biri tanınmış biznesmendir.

    “Repot” xəbər verir ki, tikinti materialları, taxta-şalban biznesi ilə məşğul olan Qədim Ədilov Rusiyadan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

    O, külli miqdarda dələduzluqda ittiham olunub. 2019-cu ildə həbs edilsə də, sonrada şərti azadlığa buraxılıb. Daha sonra istintaqdan yayınaraq Azərbaycandan qaçıb. Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

    Qədim Ədilovun 17 nəfərə qarşı 2 milyon manatlıq dələduzluq etdiyi iddia olunur.

    Belə ki, hələ 2017-ci ildə bir qrup sahibkar Qədim Ədilov barəsində ölkənin baş prokuroruna müraciət ünvanlayaraq, onun 2014-cü ildə hər bir vaqon taxta məhsulunu 8-10 adama “sataraq” pulları mənimsədiyini və nəticədə heç kəsə heç bir mal vermədən tikinti bazarında, özəlliklə taxta-şalban biznesi ilə məşğul iş adamlarının hər birinə 100 min dollardan 200 min dollara qədər pul “atıb”. İddiaya görə, inşaat malları bazarında, sadəcə, yeddi nəfərin 750 min dollar, ümumilikdə 10-15 nəfərin 1 milyon 800 min dollar pulu Qədim Ədilov tərəfindən mənimsənilib.

    Müraciət edən sahibkarlar əlavə ediblər ki, 2015-ci il oktyabrın 10-da şikayətləri əsasında Q.Ədilov barəsində CM-in 178.2.2 və 178.3.2 maddələri ilə 150066098 nömrəli cinayət işi başlanıb: “Sonradan dələduzun özü kimi dələduz məsləhətçiləri onun adını “MTN işi” üzrə “zərərçəkmişlər” siyahısına saldırıblar, bundan sonra o, havadarları vasitəsi ilə cinayət işinin xitamına nail olub”.

    Qədim Ədilov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkən qismində ifadsəsində ibtidai istintaqda generalın onu döyüb təhqir etdiyini deyib:

    “3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda oturmuşdu.

    Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boynuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub.

    Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim “Range Rover” avtomobilini bir həftə ərzində onlara verim. Masanın üstündəki iki “Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.

    Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib. Daha sonra general-mayor rütbəsindən də məhrum edilib, 2020-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

  • Evdən 400 ədəd ətçəkən oğurlandı – Qonşular saxlanıldılar

    Paytaxtın Xəzər rayonu ərazisindəki evlərin birindən 20 min manat dəyərində 400 ədəd ətçəkən maşının oğurlanması barədə polisə məlumat daxil olub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşiblər.

    Zərərçəkənin qonşuları E.Həbibli, R.Umudov və bir nəfər qadın müəyyən olunaraq saxlanılıblar. Onların yaşadıqları evə baxış zamanı narkotik vasitələr olan metamfetamin və marixuana da aşkar edilərək götürülüb.

    Qeyd edək ki, zərərçəkən şəxs ticarət mərkəzlərindən birində ətçəkən maşınların satışı ilə məşğuldur. Onun həmin evdən anbar kimi istifadə etdiyindən xəbərdar olan qonşuları mənzildən müxtəlif vaxtlarda oğurluqlar ediblər.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Шахин Багиров произвел новые назначения

    В структуре Государственного таможенного комитета (ГТК) Азербайджана произведены кадровые назначения.

    По информации Qaynarinfo, майор таможенной службы Кянан Асадов назначен руководителем аппарата, а Эльчин Гасымзаде – заместителем начальника нового Управления аудита ГТК.

    Соответствующие приказы подписал председатель комитета генерал-лейтенант таможенной службы Шахин Багиров.

  • Şahin Bağırov iki quruma rəis əvəzləri təyin etdi

    Dövlət Gömrük Komitəsində Aparat rəhbəri və Audit İdarəsinin rəis əvəzləri məlum olub.

    “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, qurumun aparat rəhbəri vəzifəsi gömrük xidməti mayoru Kənan Əsədova, yeni yaradılan Audit İdarəsinin rəis əvəzi vəzifəsi Elçin Qasımzadəyə həvalə edilib.

    K.Əsədov DGK-da aparat rəhbərinin müavini, E.Qasımzadə Audit İdarəsinin rəis müavinidir.

    Bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr izalayıb.

  • В бакинской тюрьме скончался заключенный

    В Баку скончался заключенный.

    Как сообщает lent.az, факт смерти зафиксирован в одном из столичных исправительных учреждений Пенитенциарной службы.

    Умер отбывавший там наказание 69-летний Кямиль Исаев.

    По информации, причиной его смерти стала болезнь.

    Отметим, что К.Исаев был признан виновным по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью или общеопасным способом) Уголовного кодекса Азербайджанской Республики.

    Напомним, это 38-й по счету случай смерти заключенного с начала этого года.

  • Bakı həbsxanasında daha bir ÖLÜM

    Azərbaycanda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Burada cəza çəkən 69 yaşlı Kamil Cahangir oğlu İsayev dünyasını dəyişib.

    Onun xəstəlik üzündən öldüyü bildirilib.

    Xatırladaq ki, Kamil İsayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunaraq, azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 38-ci ölüm hadisəsidir.