Month: October 2024

  • Rusiya Azərbaycan ilə BRİKS və ŞƏT arasında qarşılıqlı fəaliyyətin intensivləşməsini alqışlayır

    “Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS ilə qarşılıqlı fəaliyyətinin intensivləşdirilməsini alqışlayır və dəstəkləyir”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda jurnalistlərə bildirib.

    “Rusiya, əlbəttə ki, Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almasını və bu ölkə ilə BRİKS dövlətlər qrupu arasında daha sıx qarşılıqlı əlaqəni alqışlayır və dəstəkləyir. Azərbaycan bunu çox gözəl bilir”, – Narışkin qeyd edib.

  • Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməli qoyulub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma sənaye parkında görülən işlər barədə məlumat verdi.

    Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin – sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir.

    İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investorların marağını artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

    Dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

    Ərazisi 200 hektar olan sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, bu Sənaye Parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir.

    Sənaye parkının hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 133,8 milyon manat investisiyanın yatırılması, 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb.

    Rezidentlər tərəfindən sənaye parkında fibrobeton və polistirolbeton blokların, quru inşaat qatqılarının, tamet daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, ayaqqabıların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların və digər məhsulların istehsalı, 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi həyata keçiriləcək, logistik mərkəz inşa olunacaq.

    Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir müəssisə fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir.

  • Спецслужбы Азербайджана и России предотвратили провокацию против российского дипломата

    Спецслужбы России и Азербайджана недавно совместно предотвратили провокацию против российского дипломата.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил глава российской Службы внешней разведки (СВР) Сергей Нарышкин журналистам в Баку.

    “Последнее время мы наблюдаем и ощущаем расширение подрывной деятельности по отношению к загранучреждениям и гражданам наших двух стран за рубежом. В качестве примера могу сказать, что относительно недавно совместными усилиями наших спецслужб удалось ликвидировать провокационную угрозу по отношению к одному из российских дипломатов со стороны американцев”, – сказал он.

    Нарышкин добавил, что в СВР высоко ценят профессионализм азербайджанских коллег. “Взаимодействие Службы внешней разведки с нашими азербайджанскими коллегами во многом определяется характером стратегического партнерства между двумя государствами и историческими, братскими связями между нашими народами”, – подчеркнул он.

    Как сообщили ранее в пресс-бюро СВР, Нарышкин 2-3 октября посетил с официальным визитом Баку.

  • Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları bir diplomata qarşı təxribatın qarşısını alıblar

    “Bu yaxınlarda Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları rusiyalı diplomata qarşı təxribatın qarşısını birgə alıblar”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin məlumat verib.

    “Son vaxtlar biz xaricdə olan qurumlarımıza və ölkələrimizin vətəndaşlarına qarşı təxribat fəaliyyətinin genişlənməsini müşahidə və hiss edirik. Nümunə olaraq deyə bilərəm ki, nisbətən yaxınlarda xüsusi xidmət orqanlarımızın birgə səyi nəticəsində amerikalılar tərəfindən rusiyalı diplomatlardan birinə qarşı təxribat xarakterli təhdidin qarşısı alınıb”, – deyə Narışkin qeyd edib.

  • Ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta qarşılayacaq – RƏSMİ

    “Ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta qarşılayacaq”.

    Bu barədə “Report”a açıqlamasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib.

    Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb.

    O qeyd edib ki, layihə hazırlanarkən dünya təcrübəsi, xüsusilə də bu sahədə aparıcı dövlətlərin normativ-hüquqi sənədləri öyrənilib və geniş şəkildə araşdırılıb:

    “Beynəlxalq təcrübə araşdırılarkən müəyyən edilib ki, ambulator dərman vasitələrinin təminatının həyata keçirilməsi bir neçə əsas aspektdən dəyərləndirilir. Ambulator dərman təminatının əhatə dairəsinin müəyyən olunmasında istifadə olunan əsas prinsiplər profilaktik və preventiv müalicənin təşkili, ağırlaşma hallarının və əhalinin səhiyyə xərclərinin azaldılmasıdır”.

    “Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb. Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir. Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq”, – A.Vəliyev əlavə edib.

    Parlament rəsmisi vurğulayıb ki, layihə əhalinin dərman vasitələri ilə təchizatının icbari tibbi sığorta çərçivəsində təmin edilməsi üçün mərhələli şəkildə keçidlə bağlı hazırlanıb.

  • Bakının bir küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Məlumata görə, küçədə avtobus zolağının saat 07:00-21:00 aralığında qüvvədə olma vaxtını göstərən yol nişanı quraşdırılıb. Beləliklə, A.M.Şərifzadə küçəsində digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

    Qaydalara riayət etməyənlər üçün 100 manat cərimə və 2 bal müəyyən edilib.

    “Gündəlik 155 mindən çox sərnişinin daşındığı bu zolaqlar ictimai nəqliyyatın rahatlığı və səmərəliliyi üçün çox önəmlidir”, – deyə AYNA bəyan edib.

  • Новый вирус атакует: как защитить себя и близких

    С приходом осени активизируются различные вирусы. В последние дни на территории Азербайджана среди населения распространилась инфекция, проявляющаяся такими симптомами, как тошнота, боли в животе и диарея.

    Заразившиеся отмечают, что болезнь быстро распространяется и длится от 3 до 5 дней. Симптомы наблюдаются в основном у детей дошкольного и школьного возраста, а также у пожилых людей. Некоторые утверждают, что это признаки нового вируса.

    Так что же это за вирус, проявляющийся подобными симптомами?

    Профессор, эксперт в области медицины Адиль Гейбулла заявил Bizim.Media, что многие вирусные инфекции создали странную клиническую картину:

    “Сейчас распространяется форма респираторных вирусов, сопровождающаяся тошнотой, рвотой, диареей и общей слабостью. В основном это вирус гриппа, который широко распространен. Ранее ротавирусы вызывали подобные проблемы. Сейчас аденовирусы, энтеровирусы, а затем штамм коронавируса “Омикрон” и его мутации создали странную клиническую картину в разных странах. Заражаются многие, но поскольку люди переносят это на ногах, они не придают болезни большого значения”.

    Врач призвал людей быть внимательными.

    “Всем рекомендуется быть бдительными, максимально защищать себя от заражения. Учитывая осенний сезон и приближение зимы, необходимо укреплять иммунную систему. Для этого очень важно уделять большое внимание употреблению витаминных продуктов, фруктов и овощей, увеличивать физическую активность, гулять на свежем воздухе. То есть нужно держать иммунную систему в форме, чтобы не было проблем.

    Опыт показывает, что люди с сопутствующими заболеваниями переносят эти болезни хуже, и смертельные случаи обычно встречаются чаще среди них”, – добавил он.

  • Yeni virus XƏBƏRDARLIĞI – Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

    Payız fəslində bir çox virus aktivləşir. Son günlər də ölkə ərazisində insanlar arasında ürəkbulanma, mədə ağrısı, ishal kimi əlamətlərlə özünü göstərən infeksiya yayılıb.

    İnfeksiyaya yoluxanlar xəstəliyin sürətlə yayıldığını, 3-5 gün davam etdiyini deyirlər. Əlamətlər, əsasən, azyaşlı və məktəbyaşlı uşaqlar, eləcə də yaşlılar arasında yayılır.

    Bəziləri bu simptomların yeni virus əlamətləri olduğunu iddia edirlər.

    Bəs əlamətlərlə özünü göstərən virus nədir?

    Bu barədə Bizim.media-ya danışan tibb sahəsi üzrə ekspert, professor Adil Qeybulla deyib ki, bir çox virus infeksiyaları qəribə kliniki vəziyyət yaradıblar:

    “Hazırda yayılan ürəkbulanma, qusma, ishal, ümumi halsızlıqla müşayiət olunan respirator virusların bir formasıdır. Daha çox influenza virusudur ki, geniş yayılıb. Bir müddət əvvəl rotavirusların bu cür problem yaratdığı göz önündə idi. İndi adenoviruslar, enterviruslar, sonra koronavirusun “Omikron” ştamı, mutasiya variantları ayrı-ayrı ölkələrdə qəribə bir kliniki vəziyyət yaradıb. Yoluxan çoxdur, insanlar bunu ayaqüstü keçirdiklərindən çox önəm vermirlər”.

    Həkim insanları diqqətli olmağa səsləyib:

    “Hər kəsə məsləhət görülür ki, diqqətli olsun, yoluxmadan maksimum özünü qorusun. Payız fəsli və qışa doğru getdiyini nəzərə alaraq, immun sistemini möhkəmləndirmək lazımdır. Bunun üçün vitaminli qidalar, meyvə-tərəvəz yeməyə çox diqqət etmək, fiziki aktivliyi artırmaq, açıq havada gəzmək çox vacibdir. Yəni immun sistemini formada saxlamaq lazımdır ki, problem olmasın.

    Təcrübə göstərir ki, əlavə xəstəlikləri olan insanlar bu xəstəlikləri daha pis keçirirlər, ölüm halları da adətən bunların arasında daha çox rast gəlinir”.

  • В Азербайджане мужчина повесился после того, как жена и дети ушли из дома

    В Кюрдамирском районе произошло самоубийство.

    Как сообщает lent.az, житель одного из сел А.М. покончил с собой, повесившись во дворе своего дома.

    Согласно информации, ранее жена покойного ушла от него, забрав с собой детей. Предполагается, что это и стало причиной самоубийства.

    В настоящее время по данному факту проводится расследование, в результате которого будет установлена точная причина самоубийства.

  • Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı

    Kürdəmirdə intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, kəndlərdən birinin sakini olan Ə.M. yaşadığı evin həyətində özünü asaraq, həyatına son qoyub.

    Məlumata əsasən, mərhumun arvadı övladlarını da götürərək onu tərk edib. Onun bu səbəbdən intihar etdiyi ehtimal olunur.

    Hazırda faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.