Month: October 2024

  • Sabiq deputat Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib

    Sabiq deputat Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

    Cinayət işi üzrə məhkəməyə şahid qismində çağırılan İlqar Mustafayevin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O deyib ki, H.Abdullayevi 1995-ci ildən tanıyır:

    “Hüseyin Abdullayevin biznes fəaliyyəti ilə məşğul olduğunu bilirdim. Mən onun mağazasında, daha sonra isə restoranında inzibati işlərdə işləyirdim. H.Abdullayevin şirkətlərinə qeyri-rəsmi olaraq Nizami Xəlilov nəzarət edirdi. Mən də uzun müddət onun ailə üzvlərinə məxsus şirkətlərdə işləmişəm və 2015-ci ilin sonlarında əməkdaşlığı dayandırmışam.”

    Şahid ibtidai istintaq zamanı H.Abdullayevin xaricdəki fəaliyyəti və oradan gələn pullarla bağlı məlumatının olduğunu, eləcə də H.Abdullayevə xaricdən külli miqdarda pul gəldiyini bildirib:

    “Xaricdən gələn pullarla bağlı ona hər hansı bir sual vermək ixtiyarımız yox idi. Bu pullara onun mühasibi Azadə Cəfərova nəzarət edirdi. O, Hüseyn Abdullayevin etibar etdiyi şəxslərdən biri idi. Belə ki, Azadə Cəfərova onların ailəsinə məxsus bank hesablarına mədaxil-məxaric edirdi. Bu pullar onların əmlaklarının icarə və satışından gələn pullar idi. Mən sözügedən pulları toplayıb ona verirdim. Miqdar çox olanda Azadə xanımı banka qədər müşayiət edirdim”.

    Cinayət işi üzrə dindirilməli olan növbəti şahid – H.Abdullayevin anası Zeynəb Abdullayev isə ifadə verməkdən imtina edib.

    Daha sonra hakim iş üzrə məhkəməyə daxil olan bir neçə teleqramı səsləndirib.

    Ağasəfər Ələkbərov vurduğu teleqramda bildirib ki, H.Abdullayev hələ deputat olan zaman Yasamal rayonunda yaşadığı evdən köçmək üçün Nüsrət adlı işçi pul təklif etmişdi:

    “Biz də köçməkdən imtina etmişdik. Ona görə də evin yaxınlığında olan binanın su borusunu qəsdən deşmişdilər və evimizi su basmışdı. Bu səbəbdən aylarla kirayədə yaşamağa məcbur olmuşduq”.

    Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin olunub.

    Qeyd edək ki, sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

    Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.

    İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
    //report

  • Прогноз погоды в Азербайджане на завтра

    В Баку и на Абшеронском полуострове 4 октября ожидается переменная облачность, временами пасмурно, в основном без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Ночью и утром местами возможны кратковременные осадки. Будет преобладать умеренный северо-западный ветер.

    Температура воздуха ночью составит 13-17° тепла, днем – 20-24° тепла. Атмосферное давление составит 764 мм ртутного столба. Относительная влажность ночью будет в пределах 70-75%, днем 40-45%.

    Погода в районах Азербайджана прогнозируется преимущественно без осадков, однако днем, в основном в горных и предгорных районах, ожидается дождь с грозами. В отдельных местах возможны кратковременные ливни, град. Ночью и утром местами будет наблюдаться туман. Ожидается умеренный восточный ветер.

    Температура воздуха составит ночью 12-17° тепла, днем – 22-27° тепла, в горах ночью 3-8° тепла, днем – 10-15° тепла.

  • Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

    Oktyabrın 4-də Azərbaycanda hava şəraitinin yağmurlu olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

  • Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb

    Hacıqabulda 21 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

    Hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Novruzov Elvin Rövşən oğlu həyətdə iş görərkən ehtiyatsızlıqdan elektrik cərəyanı onu vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Qarabağ”ın futbolçusu “Sabah”la oyunda zədələnib

    “Qarabağ” klubunun braziliyalı müdafiəçisi Mateus Silva Azərbaycan Premyer Liqasının VIII turunda “Sabah”la matçda (3:2) zədələnib.

    Bu barədə “Report”a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

    Onun sözlərinə görə, 29 yaşlı futbolçu matçın gedişində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Dizindən yüngül xəsarət alan müdafiəçi əməliyyat olunmayacaq.

    Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün qarşılaşacaqları “Malmö” (İsveç) ilə matçdan əvvəl təşkil olunan mətbuat konfransında Mateus Silvanın qarşıdakı 3 oyunda meydana çıxmayacağını bildirmişdi.

  • Bakıda vətəndaşın 12 min manatı dələduzluq yolu ilə ələ keçirilib

    Bakıda vətəndaşa qarşı dələduzluq edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 12.500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • Həftəsonu taksi sürücüsü olmaq istəyən 2 002 nəfər imtahan verəcək

    Dövlət İmtahan Mərkəzi oktyabrın 6-da xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək.

    Həmin gün avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.

    İmtahanlarda iştirak etmək üçün ümumilikdə 2002 nəfər qeydiyyatdan keçib.

    Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) və DİM-in Gəncə Regional bölməsində saat 10:00, 13:00 və 16:30 olmaqla 3 növbədə, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar isə saat 13:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüter vasitəsilə elektron qaydada keçiriləcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

    Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

    İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

    İmtahanlar 1 saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.

    “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.
    //report

  • Sabunçuda yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb

    Oktyabrın 2-si Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Sabunçu rayon Prokurorluğundan verilən xəbərə görə, araşdırmalarla yetkinlik yaşına çatmayan K.N-nin (şərti) rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində R.B-nin (şərti) müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, K.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam edir.

  • В Евлахе женщина скончалась от отравления угарным газом

    В Евлахе произошел несчастный случай.

    Инцидент произошел в селе Гараманлы.

    Жительница села Севгюль Оруджева скончалась от отравления угарным газом в собственном доме.

    По факту возбуждено уголовное дело.

  • Yevlaxda qadın dəm qazından boğularaq ölüb

    Yevlaxda qadın evində dəm qazından boğularaq ölüb.

    Hadisə rayonun Qaramanlı kəndində qeydə alınıb.

    Kənd sakini Sevgül Orucova yaşadığı evdə dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı cinayət işi başlanılıb.