Month: October 2024

  • Rusiyaya səfir təyin olunan Rəhman Mustafayev KİMDİR? – DOSYE

    Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiyaya yeni səfiri təyin edilib.

    Bununla bağlı bu gün Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

    Median.Az Rəhman Mustafayevin dosyesini təqdim edir:

    Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub.

    1980-1985-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.

    1985-1987-ci illərdə hərbi xidmətdə olub.

    1993-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi, 1994-1997-cı illərdə isə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.

    1997-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri, 2000-2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub.

    2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini təyin edilib.

    2006-cı ilin noyabr ayından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.

    Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    2017-ci ilin iyun ayından 2022-ci ilin oktyabr ayına kimi Fransada, 2022-ci ilin 17 oktyabrdan 2024-cü ilin 1 oktyabr tarixinə kimi isə Niderland Krallığında fövqəladə və səlahiyyətli səfir olub.

    İngilis, fransız, rus və ərəb dillərini bilir.

  • Ильхам Алиев назначил нового посла Азербайджана в России – ФОТО

    Президент Азербайджана Ильхам Алиев отозвал Рахмана Сахиб оглу Мустафаева с должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики (АР) в Королевстве Нидерландов, одновременно постоянного представителя АР в Организации по запрещению химического оружия.

    Текст документа приводит АЗЕРТАДЖ.

    Другим распоряжением главы государства, Р.Мустафаев назначен чрезвычайным и полномочным послом Азербайджана в России.

  • İlham Əliyev Rusiyaya yeni səfir TƏYİN ETDİ – FOTO

    Prezident İlham Əliyev Rəhman Sahib oğlu Mustafayevin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə, Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

  • Скончался полковник-лейтенант юстиции

    В Сумгайыте скончался Назир Шахсуваров, полковник-лейтенант юстиции, много лет проработавший в органах прокуратуры Азербайджана.

    Как сообщает Qafqazinfo, некоторое время назад он вышел на пенсию.

  • Təqaüddə olan prokuror vəfat edib

    Uzun illər prokurorluq orqanlarında çalışmış Nazir Şahsuvarov vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, ədliyyə polkovnik-leytenantı Sumqayıtda dünyasını dəyişib.

    Qeyd edək ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşı olan Nazir Şahsuvarov bir müddət əvvəl təqaüdə çıxıbmış.

  • Topçu Vüsal tələbə adını qazandı – FOTO

    Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərinin simvoluna çevrilən Vüsal Şahkərimov (Topçu Vüsal) tələbə adını qazanıb.

    Modern.az-ın məlumatına görə, o, Rusiyanın Şimali Qafqaz Federal Universitetinə qəbul olub.

    Vüsal Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Şəhid Arif Məmmədov adına orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanıb.

    O, hərbi xidmətdən qayıtdıqdan sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsində çalışırdı.

  • Göygöldə maşın qadınları vurdu: Ölən var

    Göygöldə avtomobil piyadaları vurub.

    Lent.az xəbər verir ki, hadisə şəhərin A.Kazımov küçəsində yerləşən restoranın qarşısında baş verib. Məntiq İlyas oğlu Mehdiyev idarə etdiyi VAZ-2106 avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadalar – Mətanət Arif qızı Əliyeva və Maral İsmayıl qızı Nəcəfovanı vurub.

    Nəticədə hər iki piyada xəsarət alıb, Maral Nəcəfova xəstəxanada ölüb.

    Faktla bağlı cinayət işi başlanıb.

  • В Кюрдамире Mercedes столкнулся с грузовиком: есть пострадавшие

    В дорожно-транспортном происшествии в Кюрдамирском районе пострадали шесть человек.

    Как сообщает Report, случай зафиксирован на участке трассы Баку – Газах, проходящем через территорию села Хырдапай.

    Согласно информации, грузовик КАМАЗ, двигавшийся в направлении Гянджи, столкнулся с выехавшим на встречную полосу автомобилем марки Mercedes.

    В результате аварии водитель и пассажиры легковой машины получили тяжелые травмы и были госпитализированы в Центральную районную больницу.

    По данному факту проводится расследование.

  • Kürdəmirdə “Mercedes” “KamAZ”a çırpıldı: Yaralananlar var

    Kürdəmir rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində altı nəfər yaralanıb.

    “Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “Mercedes” markalı minik avtomobili yolundan çıxaraq Gəncə istiqamətində hərəkət edən “KamAZ” markalı yük maşını ilə toqquşub.

    Nəticədə, “Mercedes”in ağır xəsarət alan sürücü və sərnişinləri Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Universiteti yeni bitirən şəxs işəgötürənin tələblərini necə qarşılaya bilər? – VİDEO

    İş tapmaq, haradasa işə düzəlmək sözün əsl mənasında qəliz məsələyə çevrilib.

    Bəzi şirkətlər tərəfindən qoyulan tələbləri isə bir çox insan absurd hesab edir.

    Aparılan sorğudan belə məlum olub ki, ən çox gənclər, xüsusilə də universiteti yeni bitirənlər iş tapmaqda çətinlik çəkiblər. Çünki əksər iş yerlərində təcrübə tələb edilir.

    Ekspertlər isə deyiblər ki, xüsusilə universiteti yeni bitirənlərdən tələb edilən təcrübə problemini aradan qaldırmaq üçün onların praktika dövrləri təcrübə kimi rəsmi qeydə alınmalı və sertifikatlaşdırılmalıdır. Bu da gənclərin əmək bazarına daha asan inteqrasiyasını təmin edə bilər.

    Təhsil eksperti Kamran Əsədov hesab edir ki, təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlıq artırılmalıdır. Praktika proqramlarında təcrübənin keyfiyyəti yüksəldilməli və bu dövrlər rəsmi iş təcrübəsi kimi tanınmalıdır.

    Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, bu istiqamətdə müxtəlif layihələr icra edilir. Agentliyinin təşkilatçılığı, Gənclər Fondu və Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra olunan “İrəliləyiş” layihəsinin iştirakçıları işəgötürənin tələb etdiyi iş təcrübəsini lazımınca əldə etmiş sayılırlar. Hətta təcrübə proqramının sonunda iştirakçılara təşəkkürnamə və ya sertifikatlar da təqdim olunur. Digər bir addım isə birgə maliyyələşmə proqramıdır. Bu layihə çərçivəsində boş iş yeri üzrə işə götürülən işçinin əməkhaqqının bir hissəsi dövlət tərəfindən qarşılanır.

    Ətraflı “Xəzər xəbər”in süjetində: