Month: October 2024

  • Сбежавший из КНДР угнал автобус, чтобы вернуться обратно

    30-летний перебежчик из Корейской Народно-Демократической Республики (КНДР), проживающий в Южной Корее около 10 лет, предпринял беспрецедентную попытку вернуться на родину, угнав автобус. Мужчина въехал в баррикады, установленные на Мосту объединения, ведущем в КНДР, но был задержан южнокорейской полицией, сообщает Median.Az со ссылкой на агентство Yonhap.

    По словам задержанного, причиной его поступка стали финансовые трудности, с которыми он столкнулся в Южной Корее.

    Полиция завела дело по факту угона транспортного средства и незаконного пересечения границы. Известно, что на момент совершения правонарушения фигурант был трезв.

    Отметим, что в Южной Корее проживают около 34 000 выходцев из КНДР.

  • KXDR-dən qaçan şəxs geri qayıtmaq üçün avtobus oğurlayıb

    Qaçaq Pxacu şəhərində oğurlanmış avtobusla Cənubi Koreyadan KXDR-ə qayıtmağa cəhd edib.

    Median.Az bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir.

    30 yaşlı kişi KXDR-ə gedən və demilitarizasiya zonasının cənubunda yerləşən Birləşmə Körpüsündə qurulmuş barrikadalara çırpılıb. Qaçaq Cənubi Koreya polisi tərəfindən saxlanılıb.

    O, hüquq-mühafizə orqanlarına maliyyə çətinlikləri səbəbindən KXDR-ə qayıtmağa cəhd etdiyini bildirib. Kişi təxminən 10 il əvvəl Koreya yarımadasının cənubuna gəlib. Polis işlə bağlı cinayət işi açıb.

    Qeyd edək ki, Cənubi Koreyada təxminən 34 000 şimaldan qaçmış sakin yaşayır.

  • Növbəti iki gündə güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Oktyabrın 2-3-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/s təşkil edəcək.

  • Tayvanda aviareyslər təxirə salındı – SƏBƏB

    Tayvanda gözlənilən “Krathon” qasırğası səbəbindən 112 reys təxirə salınıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin bəzi bölgələrində daşqın və sürüşmə baş verib.

    Saatda 240 kilometr sürətlə hərəkət edən “Krathon” qasırğasından əvvəl Tayvana xəbərdarlıq edilib.

    Tayvanın Mərkəzi Meteorologiya İdarəsi (CWA) adanın cənub və şərq hissələri üçün xəbərdarlıq edib. Tayvan Müdafiə Nazirliyinin sözçüsü Sun Li-Fanq 38 mindən çox əsgərin evakuasiya və xilasetmə işlərinə kömək etmək üçün adanın müxtəlif yerlərində hazır vəziyyətdə olduğunu bildirib.

    Nəqliyyat Nazirliyi 88 daxili və 24 beynəlxalq reysin ləğv edildiyini açıqlayıb. Tayvanın cənubu ilə şərqini birləşdirən dəmir yolu xətti də bağlanıb.

    Yaxınlaşan tayfunun təsirinin hiss olunduğu şərq sahilində Hualian və cənubda Pintunq şəhərində torpaq sürüşmələri və daşqınlar baş verib.

    Hualien şəhərində Huide tunelində baş verən sürüşmə səbəbindən magistral avtomobillərin hərəkəti üçün bağlanıb. Daşqınlar Pinq Tunq şəhərinin kəndlərində də həyata mənfi təsir göstərib.

    Tayfunun yaxınlaşdığı adada əksər marketlərdə rəflər boş qalıb.

    Axşam saatlarında Tayvanın cənub-qərbindəki Kaohsiunqa çatması gözlənilən tayfunun 2-3 gün ərzində təsirini davam etdirəcəyi bildirilib.

    Kaohsiungda məktəblər və iş yerləri bağlanıb, insanlar evdə qalmağa çağırılıb.
    //azxeber.com

  • Bakıda körpü tikintisi zamanı usta öldü

    Bakıda körpü tikintisi zamanı usta ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Pirşağı qəsəbəsində baş verib.

    Körpü tikintisi zamanı 54 yaşlı Yaşar Əli oğlu Qasımovun üzərinə beton panel aşıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, ərazidə Böyükşor-Pirşağı yolu çəkilir. Sözügedən körpü də həmin layihə çərçivəsində inşa olunur.

  • Leytenantın bəraəti ləğv olundu – Ağır cəza verildi

    “N” saylı hərbi hissənin tibb xidməti leytenantı Nəcəf Nəcəfli ilə bağlı qərar dəyişilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, leytenant işlədiyi hərbi hissədə hərbçilərdən tibb kitabçalarına saxta xəstəlik diaqnozları yazması üçün müxtəlif məbləğdə pullar alıb.

    Hərbi Prokurorluğun araşdırması nəticəsində N.Nəcəflinin cinayətinin üstü açılıb. O, külli miqdarda rüşvət alma maddəsi ilə hakim qarşısına çıxarılıb. Birinci instansiya məhkəməsi şahidlərin müttəhimə pul vermədiklərini deməsini, müstəntiqə dediklərindən fərqli danışdıqlarını nəzərə alıb. Hökmə əsasən, sərbəst mühakimə edilən leytenanta bəraət verilib.

    Hökmdən narazı qalan prokuror təqsirləndirilən şəxsin sanksiya həddində cəzalanması tələbi ilə apellyasiya şikayəti verib. Apellyasiya instansiyasında iş yenidən araşdırılıb, tərəflərin ifadələri təkrar tədqiq edilib.

    Yekunda hakimlər belə qənaətə gəlib ki, istintaq vaxtı fərqli məhkəmədə, əzbərlənmiş şəkildə fərqli danışan şahidlərin ifadəsi inandırıcı deyil.

    Bu əsasla bəraətverici hökm ləğv edilib. Qərara əsasən, Nəcəf Nəcəfli təkrar rüşvət almaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Leytenant məhkəmə zalında həbsə alınıb.

  • Bakıda həbsdə olan Qarabağ separatçılarına ailələri ilə əlaqə üçün şərait yaradılıb

    Sentyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

    Bununla bağlı Median.Az BQXK-ya istinadən məlumat yayıb.

    Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb:

    “Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”.

  • Bu apteklərdə yoxlama APARILDI

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi 2024-cü ilin sentyabr ayı ərzində 27 aptekdə yoxlama aparıb.
     
    Bu barədə mərkəzdən məlumat verilib.
     
    Bildirilib ki, Bakı şəhəri üzrə 25, respublikanın digər şəhər və rayonlarında isə 2 aptekdə yoxlama aparılıb. 24 aptekdə planlı, 2 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.9 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
     
    “Vətandaşlara bildiririk ki, aptek müəssisəsi barədə hər hansı şikayət, müraciətlə bağlı və ya alınan dərman vasitəsinin keyfiyyəti barədə şübhə yaranarsa, ilkin olaraq apteklərin üzərindəki tanıtma lövhələrində qeyd olunan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (012) 596-07-12 nömrəli “qaynar xətt”inə, aem@pharma.az elektron ünvanı və ya www.pharma.az saytının “müraciət” bölməsi vasitəsilə məlumat versinlər.”

  • XİN-in iki idarə rəisi vəzifələrindən azad edildi – RƏSMİ

    Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) iki idarə rəisi vəzifələrindən azad edilib.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, nazirliyin Baş İdarəsinin rəisi Qaya Məmmədov və Linqvistik Təminat İdarəsinin rəisi Rizvan Nəbiyev deputat seçildikləri üçün vəzifələrindən azad olunublar.

    Qeyd edək ki, Qaya Məmmədov 31 saylı Suraxanı ikinci seçki dairəsindən, Rizvan Nəbiyev isə 49 saylı Abşerom ikinci seçki dairəsindən deputat seçiliblər.

    Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov da geri çağırılıb. O, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən mandat qazanıb.

    Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə saytımıza açıqlamasında təsdiqləyib. O, müvafiq vəzifələrə kimlərin təyin olunduğu ilə bağlı sualımıza belə cavab verib: “Daxili təyinatlar barədə mətbuata məlumat verilmir”.

  • DTX-nin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərində dəyişiklik edilib

    “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər təsdiq edilib.

    Baş nazir Əli Əsədov bu barədə müvafiq Qərar imzalayıb.

    Qeyd edilib ki, bu Qərar 2024-cü il iyunun 5-dən tətbiq edilir.