Month: October 2024

  • İqlim dəyişikliyi hansı qəhvə növünə təsir edəcək?

    Ərəb qəhvəsinin (Arabika) vətəni olan Efiopiyada qəhvə istehsalı əhalinin 20%-dən çoxu üçün gəlir mənbəyidir. Alimlərin yeni araşdırmasında müəyyən edilib ki, 2080-ci ilə qədər iqlim dəyişikliyi qəhvə yetişdirmək üçün yararlı ərazilərin 30-44% artmasına səbəb olacaq.

    Median.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

    Alimlər mövcud qəhvə istehsalı zonalarının paylanmasını və HadGEM2 və CCSM2 modellərindən proqnozlaşdırılan iqlim dəyişikliyini təhlil ediblər. Nəticələr göstərib ki, iqlim dəyişikliyi 2080-ci ilə qədər qəhvə yetişdirmək üçün yararlı əraziləri HadGEM2 və CCSM2 modellərinə görə müvafiq olaraq təxminən 44.2% və 30.37% artıracaq.

    Tədqiqat, həmçinin göstərib ki, yetişdirmə zonaları qərb və şimal-qərb istiqamətində dəyişəcək. Bununla yanaşı, hazırda qəhvə yetişdirilən bəzi ərazilər ərəb qəhvəsi istehsalı üçün yararsız hala gələcək. Nəticələr Efiopiyaya iqtisadiyyatın ciddi pisləşməsinin qarşısını almaq üçün iqlim dəyişikliyinə hazırlaşmağa kömək edəcək.

  • “Atletiko Madrid” UEFA-ya şikayət göndərib – SƏBƏB

    “Atletiko Madrid” Çempionlar Liqasının III turunun “Lill” ilə oyununda hakimin təyin etdiyi penaltidən narazıdır.

    Bu barədə “Marca” nəşri məlumat yayıb. Madrid klubu qonaqların önə keçdiyi “11 metr”lik epizodda sərt oyun olmadığını düşünür və hakimlərdən UEFA-ya şikayət edib.

    Qeyde edək ki, “Atletiko Madrid” “Lill”ə 1:3 hesabı ilə məğlub olub.

  • Ürək dayandıqdan sonra beyin ölümünü gecikdirməyin yolu tapıldı

    Çinli alimlər qan dövranı dayandıqdan təxminən bir saat sonra donuzlarda beyin aktivliyini bərpa edə biliblər.

    Bu barədə “Svejesti” “Telegram” kanalı xəbər verib.

    Alimlərin sözlərinə görə, ürəyin qəfil durması qan dövranının sürətlə dayanmasına səbəb olur. Proses bir neçə dəqiqə çəkəndə orqanlarda, xüsusən də beyində bərpa olunmayan zədələr yarana bilər. Ona görə qan dövranı dayandıqdan sonra həkimlərin beyin zədələnmələrindən əvvəl uğurlu reanimasiya üçün yalnız bir neçə dəqiqəsi olur. Yeni tədqiqat göstərir ki, bu vaxtı əhəmiyyətli dərəcədə artırmaq olar.

    Tədqiqatçılar beyinin aktivliyinin bərpasında qaraciyərin əsas rol oynadığını aşkar ediblər. Çinli alimlər zədələnməmiş qaraciyəri (orqanizm tərəfindən qanı təmizləmək üçün istifadə olunan orqanı) müəyyən vaxtdan sonra beyini dirçəltmək üçün istifadə olunan həyat dəstək sisteminə qoşublar və inanılmaz nəticələr əldə ediblər.

    Beləliklə, gələcəkdə ürək dayanmasından sonra xəstələrin sağ qalma şansları əhəmiyyətli dərəcədə yüksələ və sağalma nəticələri yaxşılaşa bilər.

  • Bərk, yoxsa maye sabun üstündür? – Mütəxəssislər illərdir davam edən mübahisəyə son qoydular

    Şəxsi gigiyena məqsədilə istifadə olunan sabunlar bərk və maye olmaqla iki yerə ayrılır. Onlardan hansının istifadəsinin daha sağlam olduğu isə həmişə mübahisə mövzusu olub.

    Median.Az-ın “Haber Global”a istinadla verdiyi məlumata görə, axır ki, bu mövzuya mütəxəssislər tərəfindən nöqtə qoyulub.

    Onlar sözügedən sabun növlərinin düzgün istifadə üsulları və saxlanılma şəraiti barədə məlumat veriblər.

    “Bərk sabunlar dəri üzərində birbaşa sürtünmə yaratdıqlarından, dəridə toplanan kir və yağların təmizlənməsində effektivdirlər. Eyni zamanda, “pH” səviyyəsi adətən yüksək olduğundan bərk sabunlar bəzi bakteriya və mikrobların aradan qaldırılmasını təmin edir.

    Ancaq bu sabunlar nəmli saxlanıldıqda səthində zərərli mikroorqanizmlər yaranır. Bu səbəbdən bərk sabunlar istifadə edildikdən sonra quru saxlanılmalıdır”, – deyə onlar bildiriblər.

    Ekspertlərin sözlərinə görə, maye sabunlar adətən nasoslu şüşələrdə olduqlarından daha gigiyenik istifadə təmin edirlər.

    “Həmçinin bəzi maye sabunlar antibakterial xüsusiyyət daşıdığından dəridəki mikroorqanizmlərin yaranmasının da qarşısını almağa kömək edir. Bərk sabuna nisbətən daha çox köpüklənməsi ilə də təmizliyi asanlaşdıran maye sabunlar daha çox gündəlik istifadəyə uyğun sayılır”.

    Beləliklə, hər iki sabunun xüsusiyyətlərinə baxdıqda bərk sabunlar dəri səthində daha effektiv təmizlik təmin edir, maye sabunlar isə daha gigiyenik bir seçim olaraq qarşımıza çıxır.

    Bununla belə, mütəxəssislərin sözlərinə görə, gündəlik təmizlikdə dəri quruluşunu qorumaq üçün maye sabun seçmək daha sağlam olar.

  • В Windows 11 появилось “суперразрешение”

    Корпорация Microsoft продолжает внедрять инновации в свою операционную систему Windows 11. На этот раз компания представила функцию суперразрешения (super resolution), которая способна увеличить размер изображения в 8 раз без потери качества. Эта опция, работающая на основе искусственного интеллекта, уже доступна участникам программы бета-тестирования.

    Об этом сообщается на сайте операционной системы.

    Суперразрешение использует нейронный процессор и специальные алгоритмы для улучшения разрешения фотографий. Пока что функция будет доступна только на компьютерах Copilot+ на базе чипов Qualcomm, выпущенных в мае этого года. Однако в будущем Microsoft планирует расширить доступность этой опции.

    Встроенный редактор фотографий в Windows 11 теперь позволяет выбрать желаемый размер улучшенного изображения с помощью ползунка. По заявлению Microsoft, суперразрешение особенно пригодится для восстановления старых снимков и подготовки изображений низкого качества к печати на плакатах.

    Кроме того, все пользователи Windows 11 получат доступ к технологии оптического распознавания символов (OCR) во встроенном приложении “Фото”. ИИ-алгоритмы смогут распознавать текст на изображениях и переносить его в буфер обмена для дальнейшего использования. Примечательно, что OCR в Windows 11 поддерживает более 160 языков мира.

  • “Windows 11″də superkeyfiyyət funksiyası yarandı

    “Microsoft” korporasiyası “Windows 11” əməliyyat sistemində yeniliklərin tətbiqini davam etdirir. Bu dəfə şirkət şəklin ölçüsünü keyfiyyət itkisi olmadan 8 dəfə artıra bilən superkeyfiyyət (superresolution) funksiyasını təqdim edib. Süni intellekt əsasında işləyən bu seçim artıq beta-testerlər üçün əlçatandır.

    Bu barədə əməliyyat sisteminin saytında bildirilib.

    Superkeyfiyyət fotoşəkillərin keyfiyyətini yaxşılaşdırmaq üçün neyron prosessor və xüsusi alqoritmlər istifadə edir. Hələlik bu funksiya yalnız bu ilin mayında buraxılmış “Qualcomm” çipləri əsasında “Copilot+” kompüterlərində mövcud olacaq. Lakin “Microsoft” gələcəkdə bu seçimin əlçatanlığını genişləndirməyi planlaşdırır.

    “Windows 11″də daxili şəkil redaktoru indi sürüşdürücü vasitəsilə yaxşılaşdırılmış şəklin istənilən ölçüsünü seçməyə imkan verir. “Microsoft”un bildirdiyinə görə, superkeyfiyyət xüsusilə köhnə şəkillərin bərpası və aşağı keyfiyyətli şəkillərin plakatlarda çap üçün hazırlanması üçün faydalı olacaq.

    Bundan əlavə, bütün “Windows 11” istifadəçiləri daxili “Şəkillər” tətbiqində optik simvol tanıma (OCR) texnologiyasına çıxış əldə edəcəklər. Süni intellekt alqoritmləri şəkillərdəki mətni tanıya və onu gələcək istifadə üçün mübadilə buferinə köçürə biləcək. Qeyd edək ki, “Windows 11″də OCR dünyanın 160-dan çox dilini dəstəkləyir.

  • Эксклюзивные кадры AzTV: секретные бункеры армянских сепаратистов в Агдере – ВИДЕО

    Азербайджанское государственное телевидение (AzTV) опубликовало эксклюзивные кадры секретных бункеров в городе Агдере, где когда-то укрывались армянские сепаратисты.

    На видеозаписи видны хорошо оборудованные помещения, включая комнаты отдыха и коридоры, ведущие в траншеи.

    Посредством оборудования в комнате связи боевики могли поддерживать контакты с боевыми позициями.

    Подробнее – в репортаже:

  • Separatçıların “şeytan yuvası”ndan eksklüziv GÖRÜNTÜLƏR – VİDEO

    Ağdərə şəhərində yerləşən erməni silahlılarının sığındığı bunkerlərin yeni görüntüləri yayılıb.

    Burada istirahət, rabitə otağı və səngərlərə keçmək üçün dəhlizlər mövcuddur.

    Rabitə otağındakı naqillər vasitəsilə isə döyüş mövqeləri ilə əlaqə yaratmaq mümkün olub.

    AzTV separatçıların “şeytan yuvası”ndan eksklüziv görüntüləri lentə alıb.

    Ətraflı süjetdə:

  • Evə soba quraşdıran zaman nələrə diqqət etməliyik? – VİDEO

    Mağazalarda hər kəsin zövqünə uyğun istənilən ölçüdə soba tapmaq mümkündür.

    Əsasən bağ evlərində rast gəldiyimiz sobalar İran və Türkiyə istehsalıdır.

    Qiymətləri isə 100 manatdan 750 manatadək təklif olunur.

    Satıcılar bildiriblər ki, sərfiyyat baxımından İran sobalarına tələbat çoxdur. Lakin sobaların quraşdırılmasında səhvə yol vermək olmaz.

    Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımovun sözlərinə görə, bu cür sobaların tüstü bacası damdan yarım metr hündürdə olmalıdır.

    Ətraflı “Xəbərimiz var” verilişinin süjetində:

  • Azərbaycanda sosial şəbəkədə açıq-aşkar silahabənzər oyuncaq SATIŞI – VİDEO

    Sosial şəbəkələrdə silah satışı ilə məşğul olan şəxslər var. “TikTok”da səhifə yaradan bu şəxslər satdıqları məhsulun keyfiyyətini göstərmək üçün video çəkərək paylaşıblar.

    Ölkə.Az xəbər verir ki, səhifə (adı müəyyən səbəblərdən qeyd olunmur) əsasən qazla işləyən airsoft tapança satışı ilə məşğul olur və qiymətlər 700-850 AZN aralığında dəyişir.

    100 metr məsafədən atış etmək mümkün olan bu silahların 1-1.2 kq çəkidə, gülləsinin isə 6 mm-lik xüsusi qırılmayan plastik şariklərdən ibarət olduğu bildirilir.

    Həmçinin qeyd olunub ki, silahlar pnevmat və travmat deyil və “strikeball” üçün nəzərdə tutulub.

    Silahı satan şəxslər bildiriblər ki, bunun üçün hər hansı icazə sənədi tələb olunmur.

    Bəs qanun nə deyir?

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi daha əvvəl bununla bağlı məlumat yayıb.

    “Respublikamızda 18 yaşına çatmış hər bir vətəndaşın mülki silah əldə etmək hüququ var. Mülki silah – özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Özünümüdafiə silahı – yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahı; idman silahı – idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silah, ov silahı isə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır.

    Mülki silah əldə etmək istəyən vətəndaş ərazi polis orqanına və ya DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidir. Bu zaman ondan ərizə, şəxsiyyət vəsiqəsi, ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış, iki ədəd fotoşəkil tələb olunur. Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması da DİN-in müvafiq idarəsi tərəfindən yoxlanılır.

    Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeydlər aparır”.

    Mövzu ilə bağlı DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, insanda təşviş yarada biləcək və ya qorxutmaq məqsədilə hər hansısa bir cinayət əməlində istifadə edilmə ehtimalı olan, zahiri görünüşü döyüş silahına bənzəyən xəsarət yetirmə xüsusiyyəti olan silahların satışı qadağandır:

    “Sosial şəbəkələrdə açıq-aşkar belə silahların satışı ilə məşğul olan səhifələr nəzarətdə saxlanılır və həmin səhifələri idarə edən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir” – deyə o əlavə edib.