Month: October 2024

  • Gənc oğlan avtomobilində sevgilisini DÖYDÜ

    Bakının Yasamal rayonunda 1995-ci il təvəllüdlü Fazil qısqanclıq zəminində yaranan mübahisə zamanı Nərminəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

    Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin fevralın 13-də Yasamal rayonu, Tbilisi prospekti, 49 ünvanında baş verib. Fazil həmin ünvanda idarə etdiyi “Toyota Corolla” markalı avtomobildə hərəkətdə olarkən qeyri-rəsmi münasibətdə olduğu Nərminə ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı onu qəsdən yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

    Hadisəni törədən Fazilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    O, ifadəsində göstərib ki, təxminən 2 ildir Nərminə ilə qeyri-rəsmi münasibətdədir:

    “Münasibətdə olduğum müddətdə Nərminə ilə heç bir mübahisəm olmayıb. Hadisə günü təxminən saat 13:00-da Tbilisi prospekti, 49 ünvanında idarə etdiyim avtomobil ilə Nərminəni yaşadığı ünvandan götürdüm. Hərəkətdə olan zaman Nərminə ilə aramızda qısqanclıq zəminində mübahisə yarandı. Mübahisə zamanı Nərminə mənimlə kobud və yüksək əslə danışdığı üçün əsəbiləşdim. Əsəblərimi cilovlaya bilmədim və əlim ilə onun baş nahiyəsinə yumruqla vurdum. Həmin vaxt Nərminə zərbəmin qarşısını almaq üçün sol əlini başıma qoydu və mənim yumruq zərbəm onun sol əlinə dəydi”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nərminəni sakitləşdirib və yaşadığı ünvana gətirib:

    “Sonradan Nərminənin barəmdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək onu vurmağım barədə məlumat verməyindən xəbərim oldu. Törətdiyim əməldən səmimi peşman olmuşam. Hazırda Nərminə ilə barışmışam. Nərminənin mənə qarşı heç bir şikayəti yoxdur”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminənin sözlərinə görə, təxminən 2 ildir Fazil ilə qeyri-rəsmi münasibətdədir:

    “Hadisə günü təxminən saat 13:00-da Fazil idarə etdiyi avtomobili ilə məni yaşadığım ünvandan götürdü. Maşında olan zaman Fazil mənimlə qısqanclıq zəminində mübahisə etməyə başladı. Mübahisə zamanı əsəblərimi cilovlaya bilmədim, ona qarşı kobud və yüksək səslə danışdım. Bunun üçün aramızda mübahisə yarandı. Qısa müddətdən sonra Fazil əli ilə baş nahiyəmə yumruqla vurmaq istədi. Əlimi onun zərbəsinin qarşısını almaq üçün başıma qoydum. Fazilin yumruğu mənim sol əlimə dəydi. Bundan sonra Fazil məni sakitləşdirərək yaşadığım evə gətirdi. Sonradan hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək müraciət etmək qərarına gəldim. Mən hadisə zamanı sol əl nahiyəmdən xəsarət almışam. Xəsarəti mənə Fazil yetirib”.

    Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb.

    Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fazilin barəsində olan cinayət təqibinə xitam verilib.

    O, cinayət məsuliyyətindən azad edilib.

  • Bakıda avtomobil qatarla toqquşdu: ÖLƏN VAR

    Bakıda avtomobil qatarla toqquşub.

    Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində baş verib. Minik avtomobilinin qatarla toqquşması nəticəsində sərnişin 70 yaşlı Rüstəmxanım Baba qızı Məmmədova xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

    Həkimlərin gördükləri tədbirlərə baxmayaraq, qadın orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 85 yaşlı aktyoru və arvadını öldürməkdə təqsirləndirilən şəxs HƏBS EDİLDİ

    Bakıda iki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs həbs edilib.

    Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

    Qeyd olunub ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 2 nəfər şəxsin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    İbtidai istintaq davam etdirilir.

    Qeyd edək ki, öldürülən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedaqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

  • Cənubi Koreya KXDR-ə görə Ukraynaya ölümcül silahlar göndərə bilər

    Seul Şimali Koreya qoşunlarının Ukraynaya göndərilməsi xəbərləri fonunda münaqişə zonasındakı vəziyyətin inkişafından asılı olaraq Ukraynaya silah göndərməyi nəzərdən keçirir.

    Median.Az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Cənubi Koreya Prezidenti Yun Sok Yol bildirib.

    Onun sözlərinə görə, indiyədək Seul Kiyevə ölümcül silahların tədarükündən çəkinib, lakin indi Cənubi Koreya hakimiyyəti bu məsələni yenidən nəzərdən keçirməyə hazırdır:

    “Əgər Şimali Koreya xüsusi təyinatlı qüvvələrini Ukraynada döyüş bölgəsinə göndərərsə, biz Ukraynaya addım-addım dəstək göstərəcəyik və Koreya yarımadasının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görməyi nəzərdən keçirəcəyik”.

  • Maduro BMT-nin fəaliyyətini kəskin tənqid edib

    “Qəzzadakı yaşayış binalarına düşən hər bir raket BMT-nin ümumi fəaliyyət sistemini darmadağın edir”.

    Bunu Venesuela prezidenti Nikolas Maduro “BRICS+” çərçivəsində keçirilən toplantıda bildirib.

    O, Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini də tənqid edib. N.Maduro vurğulayıb ki, sözügedən struktur Afrika, Asiya və Latın Amerikası ölkələrinə təzyiq göstərmək məqsədilə istifadə edilir:

    “Livanın cənubunda və Beyrutda hər gün insanlar qətlə yetirilir, yaxud yaralanır. Bəs beynəlxalq səviyyəli ədalət mühakiməsinin fəaliyyəti nədən ibarətdir? Onlar işlərinin bir sıra sənəd və bəyanatlar qəbul etməkdən ibarət olduğunu düşünür. Afrika, Asiya və Latın Amerikası ölkələrində yaşayan qadınlar və uşaqların vəziyyəti heç kimi maraqlandırmır”.

    ///apa

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Sabah Bakının Binəqədi, Suraxanı, Nərimanov və Yasamal rayonlarında qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Məlumata görə, oktyabrın 25-də saat 09:30-dan etibarən Binəqədi rayonu, 9-cu mkr. ərazisində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması və xəttin təmiri, saat 10:00-dan isə Suraxanı rayonunda sayğacların quraşdırılması, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonunda qaz xəttinin mənbəyə qoşularaq tıxaclanması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 9-cu və 6-cı mikrorayonlarının, “Varovski” və “Xutor” yaşayış ərazilərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Suraxanı rayonunun İ.İsmayılov küçəsinin və Yeni Günəşli qəsəbəsinin Hətəm Allahverdiyev küçəsinin, Nərimanov rayonunun Ə.Əliyev, Təbriz və F.Yusifov küçələrinin, Yasamal rayonunun M.Axundzadə, N.Aşurbəyli və Fuad İbrahimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun bütün kəndlərində və Culfa rayonunun bir sıra kəndlərində qaz təchizatı dayandırılacaq. Bildirilib ki, 219 mm magistral xətdə payız-qış mövsümü ilə əlaqədar təmir işləri görüldüyü üçün Ordubad rayonunun bütün kəndlərində, Culfa rayonunun Gal, Şurud, Dizə və Yaycı kəndlərində qaz təchizatında oktyabrın 25-də saat 09:30-dan saat 15:00-dək müvəqqəti fasilə yaranacaq.

  • 578 milyon manatlıq cinayət: Üç VƏZİFƏLİ ŞƏXS həbs olundu

    Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa ediliblər.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

    İstintaqla Tərlan Firuddin oğlu Məmmədov, Gündüz İsmayıl oğlu Hüseynov, Hafiz Malik oğlu Rezzahnicat, Elşən Bayram oğlu Əmrahov, Röyal Mahir oğlu İmanov, İntiqam Feyruz oğlu Nəsirov, Nicat Kərim oğlu Əlimərdanov və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Xaçmaz Aqro”, “Natural Fruit”, “Fresh Fruits Group”, “Global Trade Group”, “Garden Store” və digər məhdud məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib.

    Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov, Nicat Əlimərdanov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

    Qeyd edək ki, dünən də eyni faktlar üzrə bir neçə şəxs həbs edilib.

  • Roman Qriqorçukun yeni ünvanı bəlli olur

    “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk karyerasını Ukraynada davam etdirə bilər.

    Birinci Liqa təmsilçisi “Bukovina”ya Roman Qriqorçukun rəhbərlik edəcəyi gözlənilir.

    Xatırladaq ki, ukraynalı çalışdırıcı cari mövsüm 9 tur “Neftçi”nin uğurları üçün çalışıb.

  • Главам МИД Азербайджана и Армении даны инструкции относительно мирного соглашения

    Министрам иностранных дел (МИД) Азербайджана и Армении были даны инструкции продолжить двусторонние переговоры по Соглашению о мире и установлении межгосударственных отношений с целью его финализации и заключения в возможный кратчайший срок.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, этот вопрос обсуждался на встрече Президента Азербайджанской Республики Ильхама Алиева и премьер-министра Армении Никола Пашиняна, состоявшейся 24 октября в городе Казань (Российская Федерация) в рамках 16-го саммита БРИКС.

    Стороны также обсудили продвижение двусторонней мирной повестки, включая мирный договор, делимитацию и демаркацию границ, и другие вопросы, представляющие взаимный интерес.

  • Azərbaycan və Ermənistan XİN rəhbərlərinə sülh sazişi ilə bağlı TƏLİMAT verildi

    Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə müzakirə edilib.

    Görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə mövzusu olub.