Month: October 2024

  • Sayt rəhbəri və oğlu HƏBS EDİLDİ

    Şirvanda “Dogruxeber.com” saytının baş redaktoru və redaktoru həbs olunublar.

    Onların ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.

    Sayt rəhbəri, eyni zamanda baş redaktoru olan İlham Həsənov və oğlu, həmin saytda redaktor vəzifəsində çalışan Renar Həsənov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacağı ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, onlar cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə istintaq davam etdirilir.
    //oxu.az

  • Президент принял верительные грамоты новоназначенного посла Албании в Азербайджане – ФОТО

    31 октября Президент Азербайджанской Республики Ильхам Алиев принял верительные грамоты новоназначенного чрезвычайного и полномочного посла Республики Албания в нашей стране Бесарта Кадиа.

    Об этом сообщает АЗЕРТАДЖ.


  • İlham Əliyev Albaniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Albaniya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Besart Kadianın etimadnaməsini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.


  • Расследование СГБ: раскрыта масштабная схема контрабанды на сотни миллионов манатов

    Состоялось предварительное судебное заседание по уголовному делу Зохраба Хидаятова, Эльвина Ширинова и Гачгына Гумбатова, предварительное следствие по которому было проведено Службой государственной безопасности Азербайджана.

    На процессе под председательством судьи Сумгайытского суда по тяжким преступлениям Фахмина Гумбатова были уточнены анкетные данные обвиняемых. Принято решение о передаче уголовного дела в суд без изменения меры пресечения в виде ареста. Следующее заседание назначено на 7 ноября.

    Подсудимым предъявлены обвинения по статьям 192.3.2 (незаконное предпринимательство с получением особо крупного дохода) и 206.3.2 (контрабанда, совершенная группой лиц по предварительному сговору) Уголовного кодекса Азербайджанской Республики.

    Согласно материалам дела, З.Хидаятов организовал вывоз из страны продукции, принадлежащей различным юридическим и физическим лицам, от имени Э.Ширинова и Г.Гумбатова, которых он незаконно зарегистрировал в качестве предпринимателей, и представил в таможенные органы фальшивые документы о том, что эти лица являются производителями данных товаров, предназначенных для экспорта. Таким образом, ему удалось вывезти за границу товары на сумму более 326 млн манатов без должного декларирования. Эти действия служили способом вывода наличных средств из страны и создания теневой экономики.

    Также стали известны интересные подробности об одном из обвиняемых – Э.Ширинове. Согласно предоставленной Центром анализа экономических реформ и коммуникации информации, в 2021 году он не входил в число частных экспортеров, однако в 2023 году неожиданно занял первое место в рейтинге негосударственных экспортеров. Этот резкий скачок вызвал вопросы у СМИ, так как Э.Ширинов не имел даже небольшого земельного участка. Отмечается, что он является лишь одним из участников теневой схемы, созданной З.Хидаятовым. В целом подобные махинации направлены на вывод денежных средств из страны под видом экспорта сельхозпродукции.

  • DTX-nin yaxaladığı dəstə 326 milyon manatlıq qaçaqmalçılığı necə törədib?

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə Hidayətov Zöhrab Raqub oğlu, Elvin Valeh oğlu Şirinov və Qaçqın Şura oğlu Hümbətovun məhkəmə hazırlıq iclası keçirilib.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. İttiham olunanlar barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Növbəti proses noyabrın 7-nə təyin olunub.

    Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunurlar.

    DTX-də aparılan istintaqla müəyyən edilib ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.

    Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur. Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında olmadığı halda, 2023-cü ildə qəfildən qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında ilk onluqda 1-ci yeri tutub. Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, “kiçik bir torpaq sahəsi belə olmayan” 2700187092 VÖEN-li fərdi sahibkar – kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi. Məhkəmə baxışında olan iş üzrə isə Elvin Şirinovun adı əvvəllər heç yerdə keçməyən, hazırda həbsdə olan digər təqsirləndirilən Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir. Belə maxinasiyaların pul vəsaitlərinin ölkədən başqa ad altında çıxarılması – məsələn, alınan “kənd təsərrüfatı məhsulları” formasında çıxarılması və geri qaytarılmaması məqsədləri ilə bağlı olduğu məlumdur.

  • Лейла Алиева посетила Алтыагаджский национальный парк – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель Общественного объединения IDEA Лейла Алиева посетила Алтыагаджский национальный парк, расположенный в Хызынском районе.

    Соответствующей публикацией она поделилась на своей странице в Instagram.

  • Leyla Əliyeva Altıağac Milli Parkından fotolar paylaşdı – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xızıda yerləşən Altıağac Milli Parkında olub.

    Leyla Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • FHN: “Bu ilin 9 ayında 27 nəfər partlayışlarda həlak olub”

    2024-cü ilin 9 ayı ərzində respublika ərazisində 47 partlayış hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Qeyd edilib ki, bu 2023-ci ilin 9 ayı ilə müqayisədə 12 hadisə və ya 4% çoxdur.

    Partlayışlar zamanı 27 nəfər həlak olub, 75 nəfər xəsarət alıb.

  • Saatlıda saxta əlillik pensiyası düzəldən baş həkimə hökm oxundu

    Saatlı Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən M.M.-in (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az xəbər verir ki, hakim Mirlətif Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə M.M.-ə aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cəza təyin edilməyib. M.-ə təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkəcək. Cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından pul tutulmaların aparıldığı vaxtdan hesablanacaq.

    İttihama görə, M.M. Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini, baş həkim vəzifəsində çalışıb.

    Belə ki, o, əmək qabiliyyətinin olmaması vərəqələrində göstərilən xəstəxanaların heç birində ambulator və ya stasionar qaydada müalicə olunmadığı halda bununla bağlı bilə-bilə yalan məlumatlar daxil edərək həmin şəxslərə 2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 38 023 manat məbləğində pul müavinətinin ödənilməsini təmin edib.

    Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərib ki, əlillik dərəcəsi olmayan şəxslərə saxta sənədlər əsasında əlillik təyin edilərək onların qanunsuz pensiya almalarının qarşısını kəsmədiyinə görə özünü səhlənkarlıqda təqsirli bilir.

    Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qeyd edib ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməyib, ondan şikayətçidirlər və mülki iddianı müdafiə edirlər. Ona görə də göstərdiklərini nəzərə alaraq mülki iddianın təmin edilməsi və mülki cavabdehdən 38 023 manat maddi ziyanın alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməsi barədə qərar qəbul olunmasını xahiş edib.

  • Сколько человек погибло в результате природных и техногенных явлений за 9 месяцев 2024 года?

    За 9 месяцев 2024 года на территории Азербайджана зарегистрировано 12 183 происшествия природного и техногенного характера.

    Об этом сообщает Median.Az со ссылкой на данные Министерства по чрезвычайным ситуациям (МЧС).

    Это на 242 случая или на 2% меньше, чем за аналогичный период прошлого года. В результате природных и техногенных явлений погибли 68 и пострадали 252 человека.

    Сотрудниками МЧС были спасены 108, эвакуировано 914 человек.