Month: October 2024

  • Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

    Avtomobilin vurduğu 70 yaşlı piyada xəstəxanada ölüb.

    Report-un yerli bürosu məlumat verir ki, hadisə Sumqayıtın 9-cu mikrorayonunda qeydə alınıb.

    Yolu keçmək istəyən piyada,1954-cü il təvəllüdlü Elyaz Muxtar oğlu Məmmədovu avtomobil vurub.

    Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisənin səbəbi araşdırılır.

  • Moldovada prezident seçkilərinin nəticələri açıqlandı

    İkinci müddətə namizədliyi irəli sürülmüş Moldova prezidenti Maya Sandu seçkilərin birinci turunda liderdir.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin protokollarının 100%-ni işlədikdən sonra məlumat yayıb.
     
    Moldovada prezident seçkilərinin birinci turu dünən, oktyabrın 20-də baş tutub.

    MSK seçki məntəqələrindən daxil olan protokolların 100 faizini işləyib. Müvafiq olaraq, nəticələr aşağıdakı kimidir:

    Seçicilərin 42,45 faizi Sanduya, Sosialist Partiyasının namizədi Aleksandr Stoyanoqlo isə 25,98 faiz səs toplayıb.
     
    Bu namizədlərin hər ikisi noyabrın 3-də keçirilməsi nəzərdə tutulan ikinci tura keçir.

    Sandu ölkənin Aİ-yə inteqrasiyasının və qərbyönlü oriyentasiyanın tərəfdarıdır. Müxalifət onu Rusiya ilə əlaqələri kəsməkdə və milli maraqlara xəyanət etməkdə ittiham edir.

    Stoyanoqlo hesab edir ki, Moldova ilə Aİ arasında münasibətlər Rusiya və ümumiyyətlə, MDB ilə ənənəvi tərəfdaşlığa xələl gətirməməlidir.

    Birinci turun nəticələrinə görə, “Bizim Partiya” siyasi qüvvəsinin lideri Renato Usati (13,79 % səs toplayıb) üçüncü yerdə, qərarlaşıb.

    Keçmiş gənclər və idman naziri Oktavian Tsiku (0,93%), keçmiş daxili işlər naziri Andrey Nestase (0,64%), jurnalist Natalya Morar (0,61%) və keçmiş xarici işlər naziri Tudor Ulyanovski (0,52%) 1 faizdən az səsə malikdir.

    Sandu artıq ikinci turda dəstək üçün “Avropapərəst namizədlər” Oktavian Çiku, İon Çiku, Tudor Ulyanovski və Renato Usatinin tərəfdarlarına müraciət edib.

  • Bu rayona güclü qar yağdı – FOTO

    Laçın rayonu Mirik və Quşçu kəndlərində qar yağıb.

    Median.Az trend-ə istinadən xəbər verir ki, Şərqi Zəngəzurun dağlıq hissələrinə yağan qar bugün Laçın rayonu Mirik və Quşçu kəndlərində də müşahidə olunub. Əsrarəngiz təbiəti ilə seçilən Laçın kəndləri sırasında yer alan Mirik və Quşçu kəndlərinə payız mövsümündə qar yağıb.

    Saat 10 radələrində yağmaya başlayan qar qısa müddətli olsa da ətrafda ağ örpək yaradıb. Bu gün həmçinin Şuşa-Laçın yolunun yüksəklik hissələrinə də qar düşüb. Qar yağıntısı Şuşa rayonu Turşsu kəndi ərazisində də müşahidə edilib. Sözü gedən kəndlərdə yağan qarın fotolarını təqdim edirik.

  • Bakıda adam oğurluğu: Avtobus dayanacağında gözlərini bağlayıb apardılar

     
    Əvvəllər məhkum olunmuş Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən – ikisi yetkinlik yaşına çatmayan şəxs olmaqla 7 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi keçirilib.

    Median.Az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri bir neçə vəsatət təqdim ediblər.

    Onlar cinayət işinin istintaq mərhələsinə qayıtmasını tələb ediblər.

    Buna səbəb olaraq, təqsirləndirilən Müştəba Əliyev bildirib ki, ittiham aktında göstərilən əməli o törədib. O, ailəsindən 3 üzvün və digər şəxslərin günahsız olduğunu bildirərək cinayət işinin məhkəmə istintaqına qayıtmasını istəyib.

    Digər vəsatət isə təqsirləndirilən şəxslər arasında olan azyaşlı Murad Rzayev haqqında seçilmiş “həbs qətimkan tədbiri”nin “ev dustaqlığı qətimkan tədbiri” ilə əvəzlənilməsi barədə olub.

    Çıxış edən prokuror Orxan Səmədov işin məhkəmə baxışına verilməsini təklif edib.

    Təqsirləndirilən Şücayət Rzayev tutulan insanların günahsız olduğunu qeyd edərək bildirib ki, lazım olsa, lezva ilə öz bo…ını kəsəcək, tələb edib ki, iş istintaqa qayıtmalıdır.

    Məhkəmə müşavirədə qərara alıb ki, müdafiəçilər tərəfindən verilən vəsatətlər təmin edilməsin. Təqsirləndirilən şəxslər barəsində seçilmiş “həbs qətimkan tədbiri” qüvvədə saxlanılsın.

    Məhkəmənin baxış iclası 4 noyabr tarixinə təyin edilib.

    Qeyd edək ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov “TikTok” sosial şəbəkəsində “Nəzirxan qanuni oğruların dədəsi” adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

    Təqsirləndirilən Şücaət Rzayev isə tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir. İttihamda bildirilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar. Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.

    İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar. Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli “gəlinlik” paltarını onun əyninə geyindirərək etdiyi paylaşımlara görə üzr istəməsini tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Qanunsuz əməllərinə görə hüquq mühafizə orqanları tərəfində cinayət işi açılaraq təqsirləndirilən 7 nəfər barəsində Cinayət məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə yanaşı daha bir neçə ağır maddə ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

  • Yağış suları Avropada da problemlər yaradır – Meriyadan açıqlama

    Bakı Şəhər İcra Hakimiyyəti küçələrdə yığılan yağış suları ilə bağlı məlumat yaydı

    Bakıda bu gün səhər saatlarından başlayan yağıntıların normadan artıq olması müşahidə olunur. Bu hal paytaxt küçələrində hərəkəti çətinləşdirib, bir sıra yerlərdə isə yollar yağış suları ilə dolub. Normadan dəfələrlə artıq yağıntının şəhərin kanalizasiya sisteminin xaric edə biləcəyi miqdardan xeyli artıq olduğu bildirilir.

    “Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Dəniz Məmmədli bildirib ki, məsələ ilə bağlı bu gün Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirilib. Xüsusi riskli ərazilərdə fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər müəyyənləşdirilib:

    “Həmçinin Bakı Şəhər İcra hakimiyyəti təsərrüfat strukturları tərəfindən gün boyu aidiyyəti üzrə ADSEA-ə subasmalarla bağlı məlumatlar veriləcək”.

    Mütəxəssislər qeyd edir ki, dünyanın heç bir şəhəri bundan sığortalanmayıb. Bildirilir ki, belə hallar son zamanlarda Avropa və dünyanın digər ölkələrində də müşahidə olunur. Misal üçün, İtaliyanın Siciliya bölgəsində, Avropanın digər şəhərləri və ya Rusiyada bəzi şəhərlər bu günlərdə təbii fəlakətlə üz-üzə qalıblar. Buna səbəb kimi bəzi alimlər qlobal iqlim dəyişikliyini də göstərirlər.

  • Bakıda sərçələr yoxa çıxdı – Maraqlı səbəb

    Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb. Əvvəlki dövrlərdə ölkəmizdə qeydə alınan 6 sərçə növündən dam sərçəsinin sayı çoxluq təşkil edirdi. Bu sərçələr xüsusən də pəncərələrin önündə, parklarda, müxtəlif istirahət məkanlarında və insanların sıx toplaşdığı ərazilərdə gözə dəyirdi. Lakin son illər paytaxtda sərçələrin sayı demək olar ki, yox səviyyəsindədir. Bəs görəsən, sərçələrin sayının kəskin azalmasının səbəbi nədir?

    Teleqraf.com xəbər verir ki, mövzu ilə bağlı “iqtisadiyyat.az”a açıqlama verən Elm və Təhsil Nazirliyinin Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov sərçələrin sayının kəskin azalmasının səbəbini açıqlayıb.

    Onun sözlərinə görə, sərçələrin sayının azalmasına təsir edən başlıca səbəblərə şəhərdə gedən urbanizasiya prosesi və yeni tikililərin sayının kifayət qədər çoxalması daxildir. Mütəxəssis bildirib ki, son vaxtlara qədər Bakının əsas quş faunasını sərçələr təşkil edib. O, Bakıda yerləşən binaların dam örtüyünün dəyişdirilməsi və üzlənməsinin sərçələrin sayına mənfi təsir etdiyini söyləyib.

    Biologiya üzrə elmlər doktoru bildirib ki, əvvəllər sərçələr binaların çatlarında və damlarında yuva qururdularsa, artıq bu şəraitdən məhrum olublar: “Digər tərəfdən, sərçələr kol quşları hesab olunur. Sərçələr buğda dənələri, çörək, xırda doğranmış meyvələr və tərəvəzlərlə qidalanırlar. Şəhərdə kolların sayı azalıb və onların yerinə tropik bitkilər əkilib. Sərçələr tropik bitkilərdə yuva qura bilməməklə yanaşı, həmin bitkilərin meyvəsindən və toxumundan da yeyə bilmirlər. Süni çəmənliklər isə tez-tez biçildiyinə görə sərçələr qazon otların toxumundan məhrum olurlar. Yəni sərçələrin sayının azalmasına təsir edən digər faktorlardan biri də qidalanma ilə bağlıdır. Xüsusilə də pandemiya dövründə paytaxtda davamlı şəkildə aparılan dezinfeksiya işləri sərçələrin yem bazasını məhv edib”.

    T.Kərimov qeyd edib ki, bir zamanlar paytaxt səmasında süzən sərçələr qonşu ölkələrə deyil, Bakıdan kənarda yerləşən ərazilərə köç ediblər. Onun sözlərinə görə, bu quşlar daha çox əkin sahələri olan ərazilərdə məskunlaşıblar.

    “Bir neçə il öncə ölkəmizdə sərçə biznesi var idi. Çünki sərçənin əti zehinin qüvvətlənməsinə və digər orqanların fəaliyyətinə müsbət təsir edir. Lakin hazırkı məqamda ölkəmizdə sərçə biznesi mövcud deyil”, – deyə dosent sərçə ətinin faydalarına da toxunub.

  • Göygöldə meyit tapılıb

    Göygöl rayonunda restoran yaxınlığında meyit aşkarlanıb.

    Report-un Qərb bürosunun məlumatına görə, hazırda tapılan meyitinin şəxsiyyəti və ölüm səbəbi araşdırılır.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.

    Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib. Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Sürücü və sərnişin arasında GƏRGİNLİK: Avtobusu saxlayıb, düşməsini tələb etdi

    Bakıda 120 nömrəli avtobusun sürücüsü ilə sərnişin arasında mübahisə yaranıb.

    Bu barədə oxu.az-a sərnişinlər məlumat veriblər.

    Sərnişinlər bildiriblər ki, mübahisə zamanı sürücü maşını saxlayıb, sərnişinin avtobusdan düşməsini tələb edib.
    Sözügedən hadisə ilə bağlı videogörüntünü təqdim edirik:

  • В Азербайджане мужчина повесился на балконе квартиры

    В Абшеронском районе произошло самоубийство.

    Как сообщает lent.az, случай зафиксирован в поселке Хёкмяли.

    Согласно информации, местный житель Рафиг Джебраилов повесился на балконе своей квартиры. Тело мужчины обнаружили соседи, которые незамедлительно сообщили об этом членам его семьи.

    Причины суицида пока не установлены.

    По данному факту в районной прокуратуре проводится расследование.

  • Tükürpədici intihar: Meyiti binanın eyvanından sallandı

    Abşeron rayonunda intihar baş verib.
    Lent.az-ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb.
    Qəsəbə sakini Rafiq Mərifət oğlu Cəbrayılov yaşadığı
    evin eyvanında özünü asıb.
    Onun asılmış meyitini qonşuları görüb, ailəsinə xəbər veriblər.
    İntiharın səbəbləri məlum deyil.
    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.