Month: October 2024

  • Kişi gecələr evə gec gələn arvadına xəsarət yetirdi

    Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Taleh ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Dilşada (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində baş verib.

    Neftçala rayon sakini Taleh ilə yaşadığı fərdi nömrəsiz evin həyətində arvadı Dilşad arasında ailə məişət zəminində mübahisə yaranıb. Mübahisə zamanı Taleh yumruq-təpik zərbələri ilə Dilşadı vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

    Hadisəni törədən Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Dilşad ilə 14 ildir evlidirlər və iki uşaqları var: “Dilşad son zamanlar evə gec gəlib. Mən kişi olaraq bunu qüruruma sığışdıra bilmədiyimdən haradan gəldiyini soruşdum. Dilşad isə qonşudan gəldiyini dedi. Lakin gecə saat 23-24 radələrində qonşudan gəlməsi mümkün deyil. Bir neçə dəfə Dilşada etdiyim xəbərdarlıqdan sonra özümü cilovlaya bilmədim və onu vurdum. Dilşadı əlim ilə vurdum. Onu yaşadığımız evdə döymüşəm”.

    İş üzrə zərərçəkmiş Dilşadın sözlərinə görə, 2011-ci ildə Taleh ilə ailə quraraq rəsmi nikaha daxil olub: “Birgə nikahdan iki uşağımız var. Ərim Taleh günəmuzd fəhlə işləyir. Hazırda ailəmiz ilə birlikdə Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində fərdi nömrəsiz evdə yaşayırıq. Ərim qısqanc olduğuna görə məni evdən küçəyə çıxmağa qoymayıb. Buna görə, ailəmizdə mütəmadi olaraq münaqişələrimiz baş verib”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl saat 20:00-da azyaşlı qızı ilə birlikdə yaşadığı evin yaxınlığında ərzaq mağazasına gedib: “Həmin gün saat 21:00-da evə gəldim. Ərim Taleh həyətdə oturaraq məni gözləyirdi. Mən həyətə daxil oldum. Taleh əlimdə ərzaqları görsə də, mənimlə mübahisə edərək qollarımdan yumruqla zərbə vuraraq xəsarət yetirdi. Məni yerə yıxaraq sürüdü, sonra evə saldı. Bu barədə heç kimə məlumat vermədim”.

    Dilşadın ifadəsinə görə, növbəti gün, saat 21:00-da yaşadığı evdən çıxaraq qızı ilə birlikdə dükana, eyni zamanda, uşağını gəzdırməyə çıxıb: “Həmin gün, saat 22:00 radələrində evə gəldim. Ərim Talehin yaşadığımız evin həyətində məni gözlədiyini gördüm. Mən küçədən yaşadığım evin həyətinə daxil oldum. Bu zaman Taleh mənimlə mübahisə edərək icazəsiz küçəyə çıxdığıma görə saçımdan əlləri ilə tutaraq başımı evin divarına bir neçə dəfə çırpdı, təpik zərbələri ilə ayaqlarımdan zərbələr vurdu. Məni sürüyərək evə saldı”.

    Zərərçəkmiş daha sonra ifadəsində bildirib ki, həyat yoldaşı Talehin banka borcu olduğuna görə atasından xahiş edib və 13 min manat pul alaraq ona verib: “Taleh bank borcunu ödədiyini bildirdi. Bundan başqa sinif yoldaşım İnarədən 1000 manat pul borca aldım. Onu da atamdan alaraq borcumu verdim”.

    Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Taleh 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    Təqsirləndirilən şəxsin yaşadığı Neftçala rayonunun kəndində olan evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.

  • В Нахчыванской АР предотвращена очередная попытка заключения раннего брака

    В Бабекском районе Нахчыванской Автономной Республики (НАР) предотвращена очередная попытка заключения раннего брака.

    Как сообщает АПА, была получена информация, что несовершеннолетнюю жительницу села Керимбейли З.Л. (дата рождения – 23 августа 2008 г.) выдают замуж за уроженца села Гахаб Т.М. (10 октября 1996 г.) и 18 октября состоится свадебная церемония.

    На основании этих данных при участии сотрудников Государственного комитета по проблемам семьи, женщин и детей НАР, членов Комиссии по делам и защите прав несовершеннолетних при Исполнительной власти Бабекского района и Мониторинговой группы по гендерному насилию и насилию в отношении детей на месте было проведено расследование по этому вопросу, с родителями обеих сторон проведена соответствующая беседа, до их сведения доведено, что подобные случаи, нарушающие права детей, противоречат требованиям законодательства.

    Несмотря на создание препятствий со стороны родителей и родственников, благодаря усилиям сотрудников соответствующих органов удалось предотвратить проведение церемонии бракосочетания с участием несовершеннолетней.

  • Naxçıvanda erkən evliliyin qarşısı alınıb

    Naxçıvanın Babək rayonunda erkən evliliyə cəhd edilib.

    APA xəbər verir ki, Babək rayonunun Kərimbəyli kənd sakini 23 avqust 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Z.L-nin (ad və soyad şərtidir) 10 oktyabr 1996-cı il təvəllüdlü Babək rayonunun Qahab kənd sakini T.M. (ad və soyad şərtidir) ilə 18 oktyabr tarixində toy mərasiminin keçiriləcəyi məlumatı əldə edilib.

    Həmin məlumat əsasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Babək Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.

    Tərəflərin valideynlərinin və yaxın qohumlarının aqressiya nümayiş etdirmələrinə baxmayaraq, aidiyyəti təşkilatların nümayəndələrinin səyi nəticəsində yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyinin qarşısı alınıb.

  • Севда Алекберзаде рассказала, как стала жертвой мошенничества – ВИДЕО

    Заслуженная артистка Севда Алекберзаде поделилась историей о том, как много лет назад стала жертвой мошенничества.

    Об этом она рассказала в передаче журналиста Парвиза Гусейна Pərvizə görə.

    По словам певицы, земельный участок, который она приобрела для создания дома-музея своего деда, народного писателя Абдулгасана Алекберзаде, был незаконно продан другому лицу.

    “Меня обманули. Я собиралась построить дом-музей моего деда в Басгале около 15-20 лет назад. У меня попросили 2 000 манатов за участок. Я заплатила, и мне выдали документы. Поскольку я не разбиралась в юридических вопросах, то просто поблагодарила и ушла. Через несколько лет узнала, что этот участок продали другому человеку, и на нем построили дом. Оказалось, что документы, которые мне передали, были поддельными. Тогда глава Исполнительной власти Исмайыллинского района принял меня. Я объяснила ему, что меня обманули. Когда он спросил, кто в этом виноват, я указала на сидящего напротив человека. Этот мужчина был ровесником моего отца и родом из Басгала. Представьте, он покраснел, встал и начал все отрицать, утверждая, что я лгу и денег он якобы не получал. Глядя на него, я сказала, что теперь понимаю, как подобные ему люди оклеветали моего отца. После этого я сильно обиделась и перестала пытаться вернуть этот участок”, – поделилась С.Алекберзаде.

  • “Məndən pul alıb, saxta sənədlər verdilər” – Sevdaya qarşı dələduzluq (VİDEO)

    Əməkdar artist Sevda Ələkbərzadə illər əvvəl dələduzluğa məruz qalmasından danışıb.

    Bu barədə o, jurnalist Pərviz Hüseynin “Pərvizə görə” verilişində açıqlama verib.

    Sevda deyib ki, babası, Xalq yazıçısı Əblühəsən Ələkbərzadəyə ev muzeyi hazırlatmaq üçün aldığı torpaq qanunsuz şəkildə başqasına satılıb:

    “Məni aldatdılar. Babam üçün ev muzeyi istəyirdim. Bunu da öz gücümlə edə bilməzdim. Basqala üz tutdum, 15-20 ilin söhbətidir. Məndən pul istədilər. Mən də yığdım, 2000 manat idi, ödədim. Mənə kağızlar verdilər. O işdən başım çıxmadığı üçün, kağızı götürdüm, çox sağ olun deyib getdim. Orada ev tikməyə imkanım olmadı, torpağımdır da qalıb, deyə düşündüm. İllər keçdi, gördüm ki, o yeri kiməsə satıblar, orada ev tikiblər. Demə, mənə verilən kağızlar da düz deyilmiş. İndi deyirəm, utansın. Onda İsmayıllının icra başçısı məni qəbul etdi, getdim dedim ki, məni aldadıblar. Bizi qəbul etdi, dedi ki, kim aldadıb. Söylədim ki, qarşımda oturan şəxs. İnanmazsınız, atam yaşımda olardı, Basqaldan idi, durdu, üzü də qıpqırmızı idi, dedi ki, mənə pul verilməyib, guya yalan deyirəm. Ona baxdım, dedim ki, indi başa düşürəm, atama necə şər atıb, orada otuzdurub üzünə durdular, sizin kimi adamlar onu edib. Mən küsdüm, o torpağın dalınca getmədim”.

  • Вышедший из тюрьмы житель Астаринского района снова выстрелил в сына

    Стали известны подробности ранения в результате стрельбы из огнестрельного оружия 33-летнего жителя села Сыгалони Астаринского района.

    Как отметил председатель сельского муниципалитета Рамин Дадаев, когда они прибыли на место происшествия вместе с сотрудниками правоохранительных органов, подозреваемый в совершении преступления Агашир Гусейнов уже скрылся.

    “Полиция продолжает его поиски. В 2020 году между отцом и сыном возник конфликт, на почве которого Агашир Гусейнов прострелил сыну колено. В связи с этим он был приговорен к 3 годам лишения свободы. Однако после освобождения из тюрьмы А.Гусейнов снова это сделал”, – рассказал Р.Дадаев.

    Отмечается, что раненый доставлен в Лянкяранскую центральную районную больницу, его состояния оценивается как тяжелое.

    По данному факту ведется расследование.

  • Həbsdən çıxan ata oğlunu yenidən GÜLLƏLƏDİ

    Astarada atanın oğlunu güllələməsinin təfərrüatı məlum olub.

    Kənd sakinlərinin təşvişə düşdüyü, ailə üzvlərinin isə evi tərk etdikləri bildirilir. Sığaloni kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, hüquq-mühafizə orqanları ilə birlikdə hadisə yerinə gəldikləri zaman Hüseynov Ağaşir oradan qaçmışdı:

    “Hüquq-mühafizə orqanları tərəfindən axtarışları davam edir. 2020-ci ildə ata ilə oğlunun aralarında mübahisə yaranmışdı. Ağaşir Hüseynov öz oğlunu diz nahiyəsindən güllələmişdi. Bundan sonra ona 3 il həbs cəzası verildi. Lakin həbsdən çıxdıqdan sonra hadisə təkrar baş verdi”.

    Qeyd edək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma davam etdirilir.

  • Azərbaycanda bunu edən şəxslər 15 il müddətində həbs oluna bilərlər

    Azərbaycanda ekosidə görə cinayət məsuliyyəti tətbiq ediləcək.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

    Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihədə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir.

    Dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.

    Məcəlləyə əlavə edilməsi təklif edilən maddəyə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

  • 15-летний подросток в США расстрелял родных, пять человек погибли

    По меньшей мере пять человек погибли и еще один пострадал в результате стрельбы в пригороде Сиэтла (штат Вашингтон, США).

    Об этом сообщает Median.Az со ссылкой на Associated Press.

    По данным, инцидент произошел в понедельник утром. Полиция прибыла к дому после сообщения соседей о звуках стрельбы. Войдя в дом, они обнаружили тела пяти человек: двух взрослых и трех подростков. Еще один молодой человек, пострадавший при стрельбе, был доставлен в больницу.

    Полицейские задержали подозреваемого. Им оказался 15-летний подросток. Личность преступника не раскрывается, однако отмечается, что погибшие и нападавший были родственниками.

    Полиция продолжает вести расследование, мотивы преступника неизвестны.

  • ABŞ-də yeniyetmə silahla beş nəfərin həyatına son qoyub

    ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində baş verən atışma nəticəsində azı beş nəfər ölüb.

    Bu barədə “Associated Press” məlumat yayıb.

    Qeyd olunub ki, insident barədə polisə qonşular məlumat veriblər.

    Evə daxil olan polislər orada beş nəfərin meyitini tapıblar. Ölənlərdən ikisi ortayaşlı, digər üç nəfər isə yeniyetmə olub. Atışma zamanı yaralanan daha bir gənc xəstəxanaya yerləşdirilib.

    Polis şübhəli şəxsi saxlayıb. “Reuters” xəbər verib ki, onun 15 yaşlı yeniyetmə olduğu üzə çıxıb. Hadisəni törədənin kimliyi açıqlanmasa da, ölən və hücum edən şəxslərin qohum olduqları qeyd edilib.

    Polis araşdırmanı davam etdirir, hadisəni motivləri hələlik bəlli deyil.