Month: November 2024

  • Ronaldunun dublu sayəsində “Ən-Nəsr” “Damak”ı məğlub etdi

    Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunun “Ən-Nəsr” – “Damak” qarşılaşması başa çatıb.

    Oyun Ər-Riyaddakı “Əl Avval Park” stadionunda baş tutub. Qarşılaşma 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib.

    17-ci dəqiqədə “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu 11 metrlik zərbə ilə qarşılaşmada hesabı açıb. 80-ci dəqiqədə o, dubla imza atıb.

    “Ən-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlində üçüncü yerdədir. Komanda 12 görüşdə 25 xal toplayıb. “Damak” 14 xal toplayıb və 11-ci yerdə qərarlaşıb. “Əl İttihad” 11 oyundan sonra 30 xalla birinci yerdədir.

  • Avropa Şurasının rəhbəri səlahiyyətlərini təhvil verdi

    Avropa Şurasının rəhbəri və Belçikanın keçmiş Baş naziri Şarl Mişel öz səlahiyyətlərini Avropa Komissiyasının ikinci tərkibi Ursula fon der Lyayenin vəzifəyə başlaması ilə sinxron olaraq dekabrın 1-də işə başlayacaq portuqaliyalı Antoniu Kostaya təhvil verib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, Avropa Şurasının Brüsseldəki iqamətgahında səlahiyyətlərin verilməsinin rəsmi mərasimi keçirilib.

    Kosta bu vəzifəyə 2024-cü ilin iyununda Aİ sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin səlahiyyətlərinin uzadılması ilə eyni vaxtda təyin edilib.

  • Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz edib

    Abşeron rayonunda 1979-cu il təvəllüdlü Rəhim qonşusunun azyaşlı qızı Səbinəyə (adlar şərti verilib – red.) təcavüz edib.

    Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

    Rəhim fərdi yaşayış evinin həyətində cinsi ehtirasını ödəmək məqsədi ilə qonşuluqda yaşayan 2014-cü il təvəllüdlü Səbinənin köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli iyrənc hərəkətlər edib.

    İstintaq orqanı tərəfindən Rəhimin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

    “Cücələri yemlədim, işlərimi gördüm”

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, işdən evə gəlib, həyat yoldaşının qardaşıgildə yas olduğu üçün ailə üzvlərini oraya yola salıb, özü isə evdə qalıb:

    “Həyətdə cücə saxlayıram, balaca itim var. Toyuqlar yerində olmadığı üçün çölə çıxaraq gəzdim. Toyuqları soruşdum, qonşular buralarda olduğunu bildirdilər. Həyətə qayıdıb cücələri yemlədim, içəri keçib yeməyimi yedim. Qapı döyüləndə çölə çıxdım, uşaqlar toyuqların qapımızın ağzında olduğunu bildirdilər. Onlara toyuqları qovalayaraq içəri salmalarını dedim.

    İki bacı Səbinə və Könül toyuqları içəri salarkən mənimlə birlikdə həyətə daxil oldular. Ardınca məndən itin yerini soruşdular, iti oynatmağı xahiş etdilər. Onların əlində kolbasa-çörək vardı. İti oynatmaq üçün bacılara verdim, özüm içəri keçərək cücələri yemlədim, işlərimi gördüm”.

    “Əri gələcəyini dedi”

    Təqsirləndirilən şəxs qeyd edib ki, cücə damından çıxdıqdan sonra Səbinənin üzünün toz-torpağa bulaşdığını görüb: “İtlə oynayanda üzünü bulaşdırmışdı. Mən də sol qolumla Səbinənin başını qaldırdım, sağ qolumla üzünü sildim. Həmin vaxt bacısı yanında idi, qapı da açığıydı.

    Qapı açıq olduğu üçün çöldən içəri görsənirdi. Mən ittiham olunduğum əməli etmiş olsaydım, camaatın gözü qarşısında yox, arxada, gizlin bir yerdə belə şey edərdim.

    Uşaqlar getdikdən sonra, üstündən təxminən yarım saat keçdi. Anaları gəldi və uşaqlarına nə etdiyimi soruşdu. Mən heç nə etmədiyimi dedim. Qonşu “yox, uşaqlarıma nəsə etmisən” dedi. Mən də israrla uşaqlarına qarşı hansısa pis hərəkət etmədiyimi söylədim.

    Daha sonra Səbinəgilin anası mənə əri Lətifin gələcəyini dedi”.

    “Mənə bıçaqla xəsarət yetirmək istədi”

    Rəhimin ifadəsinə görə, bir neçə saat sonra artıq hava qaralanda qapı döyülməyə, təpiklənməyə başlanıb: “Lətifgil qapını sındıraraq içəri keçdilər. Lətif uşağa nə etdiyimi soruşdu. Mən də heç nə etmədiyimi dedim. Üç nəfər üstümə düşüb məni vurmağa başladı. Əvvəl çöldə, sonra da evin içərisində vurdular. Məni döyüb getdilər. Hətta Lətifin dostu mənə bıçaqla xəsarət yetirmək istədi, ancaq buna imkan vermədilər”.

    Təqsirləndirilən şəxs bildirib ki, təqribən 2-3 ildir Lətifgillə qonşudur, Lətifin ailəsi bu ərazidə daha əvvəldən yaşayıblar: “Onların evi ilə mənim evim yan-yanadır, qapı qonşusuyuq. Aramızda əvvəllər hansısa ədavət və ya düşmənçilik olmayıb. Ailəvi gediş-gəlişimiz də olmayıb. Amma Səbinəgil mənim uşaqlarımla həyətimdə də, küçədə də oynayıblar”.

    Rəhim qeyd edib ki, uşaqların anası getdikdən təxminən bir saat sonra uşaqların atası Lətif, sonuncunun dostu və bacısı oğlu gəlib: “Lətifgil uşağa “əxlaqsız” hərəkət edib-etmədiyimi soruşdu. Mən də uşaqların valideynlərinin dediklərini inkar edərək onlara heç nə etmədiyimi bildirdim. Bu zaman üçü də üzərimə cumaraq mənə xəsarət yetirməyə başladılar.

    Mən Lətifgildən hansısa üzrxahlıq istəməmişəm. Təxminən yarım saat Lətifgil tərəfindən döyülmüşəm. Həmçinin döyülən zaman mənə qarşı əxlaqsız məzmunda hərəkətlər edilib. Döyüldüyüm gün sözügedən xüsusatla bağlı polisə şikayət etmişəm. Qarşı tərəfin məni şərləmək səbəbini bilməmişəm. Ailə üzvlərim evə ayın 12-si səhər saatlarında qayıtdı”.

    “Uşaqlarına nə etdiyimi soruşdu”

    Təqsirləndirilən şəxs bildirib ki, uşaqları evə dəvət etməyib, onlara oyuncaq, şirniyyat və digər əşyalar verməyib: ”Səbinənin ağzını qapının yanında siləndə qapı açıq, Könül çöldə, Səbinə isə içəridə olub. Könülün nə üçün bayıra çıxdığını bilməmişəm.

    Məni Lətif, onun dostu və bacısı oğlu birlikdə bellə döyüb, qarın boşluğum, baş və sifət nahiyələrimə xəsarət yetiriblər. Məni əvvəl çöldə, sonra da içəridə döyüblər. Həyətin qapısı taxta olduğu üçün qapı bağlandıqdan sonra həyətin içərisinin taxtaların arasından görünür.

    Qızın anası Sevil mənim yanıma gələndə ittihamda göstərilən konkret hərəkəti edib-etmədiyimi soruşmadı, uşaqlarına nə etdiyimi soruşdu. Lətif də mənə sual verəndə konkret olaraq ittiham aktında göstərilən hərəkəti edib-etmədiyimi soruşmadı. Məndən uşağa nə edildiyi soruşuldu. Mən isə heç bir şey etmədiyimi bildirmişəm.

    Lətifgil qapıma gələndə nəyəsə peşman olduğumu bildirməmişəm. Lətifgilə yalvarmamışam, “bir səhvdir etmişəm” deməmişəm”.

    “Döyüldüyümü bildirdim”

    Rəhim bildirib ki, döyüləndən sonra Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə şikayət edib, uşaqla bağlı döyüldüyünü bildirib: “Müstəntiq evimə hadisədən bir ay on gün sonra gəldi və müstəntiqin nə üçün belə gec gəldiyini bilmədim.

    Müstəntiq evə gələndə artıq qan izləri qalmamışdı. Təkcə divardakı qan izi bilinirdi. Evdə balaca uşaqlar olduğu üçün qan izləri evdə saxlamamışam, təmizlənib. Mənim paltarım təqribən hadisədən 15 gün sonra götürülüb. Həmin vaxt ərzində üzərimdə qan izləri olduğu üçün paltarım yuyulub və paltarı müstəntiqə təqdim edən zaman paltarın yuyulduğunu müstəntiqə bildirmişəm”.

    “Hadisəni anama danışdım”

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, o, həyətdə bacısı Könüllə oynayan zaman qonşuları Rəhimin toyuğu itib:

    “Bacımla birlikdə Rəhimin toyuğunu tapdım, toyuğu qonşunun həyətinə aparmaq üçün oraya getdim. Toyuğu hinə saldıq. Daha sonra bacım çölə çıxdı, mən isə Rəhimgilin həyətində tək qaldım.

    Rəhim mənə “gözlərini yum” dediyi üçün gözlərimi yumdum. Daha sonra isə qonşu ağzıma bir şey apardı. Gözlərimi açdıqda Rəhimin əynindəki şalvarın qabağının açıq olduğunu gördüm. Mən tez evə getdim və baş verən hadisəni olduğu kimi anama danışdım”.

    “Anam mağazada yox, evdəydi”

    Zərərçəkmiş azyaşlı ifadəsində hadisə vaxtı kolbasa çörək yemədiyini, qonşunun həyətində it olmadığını və itlə oynamadığını bildirib: “Hadisə vaxtı anam mağazada yox, evdə olub. Anam mənə kolbasa çörək verməyib. Hadisə qonşunun həyətində darvazaya yaxın yerdə baş verib. Darvaza ilə bizim aramızda təxmini 2 addım məsafə var.

    Birinci çölə bacım çıxdı, mən kömək üçün həyətdə qaldım. Rəhim məni evin içərisinə dəvət etmədi, mənə oyuncaq vermədi və başqa bir şey təklif etmədi.

    Anama bu hadisəni yemək süfrəsində oturduğumuz vaxt özüm demişəm. Hadisədən sonra çölə çıxıb həyətdə oynamamışam”.

    Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

    Məhkəmənin hökmü ilə Rəhim 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək – çox az qaldı

    Bürcün beş əlaməti önümüzdəki günlərdə hadisələrin gözlənilməz bir dönüşünü gözləyir. Açıq olun və qəbul edin. 

    Median.Az lent.az-a istinadən bildirir ki, bir şey səhv olarsa, bunu təcrübə kimi qəbul edin.

    Qoç

    Bu həftə sonu sizə çoxdan gözlənilən dəyişiklikləri gətirəcək və bu, adi iş rejiminizi tamamilə alt-üst edə bilər. Ani bir təklif, istər iş, istərsə də şəxsi, yeni həyatın başlanğıc nöqtəsi olacaq. Əsas odur ki, risk etməkdən qorxmayın və intuisiyanıza etibar edin.

    Əkizlər

    Həftə sonu sizin üçün əsl sürpriz olacaq. Keçmişdən gözlənilməz və geniş miqyaslı bir şey təklif edəcək bir insanla tanış olmaq mümkündür. Bu həm peşəkar, həm də şəxsi həyata təsir edə bilər. Adi planlarınızı dəyişməyə hazır olun.

    Xərçəng

    Tale sizin üçün münasibətlər sahəsində kəskin dönüş hazırlayır. Ola bilsin ki, yaxınlarınızdan biri vacib bir sirri açacaq və ya vəziyyət haqqında təsəvvürünüzü dəyişdirəcək bir etiraf edəcək. Bu dəyişikliklərə açıq olun – onlar çoxdan gözlənilən rahatlıq gətirəcək.

    Əqrəb

    Bu həftə sonu ulduzlar sizə karyeranızı dəyişdirə biləcək hadisələr təqdim edəcəklər. Gözlənilməz təklif və ya işlə bağlı yeni fürsət gözləyin. Qətiyyət və inam tələb edəcək bir seçim etməli ola bilərsiniz.

    Oxatan

    Sizin üçün həftə sonu şəxsi həyatınızda yeni mərhələnin başlanğıcı olacaq. Hisslərinizi dəyişdirəcək və ya münasibətlərə fərqli baxmağınıza səbəb olacaq görüş ola bilər. Yeni təcrübələr açmaqdan qorxmayın – bu, həyatı dəyişdirən bir an ola bilər

  • Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub

    Qərbi Azərbaycan İcması 2024-cü il 28 -29 noyabr tarixlərində Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub.

    Apa xəbər verir ki, icmanın Nəzarət-Təftiş Komissiyasının sədrinin müavini, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə iştirak və çıxış edib.
    Şahin İsmayılov çıxışında Qərbi azərbaycanlıların Ermənistandan qovulduğunu və nəticədə bu ölkənin tamamilə mono-etnik dövlətə çevrildiyini qeyd edib. Millət vəkili vurğulayıb ki, İcma soydaşlarımızın Ermənistandakı öz dədə-baba yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının beynəlxalq hüquq çərçivəsində təmin edilməsinə xidmət edən Qayıdış Konsepsiyasını qəbul etmişdir və BMT-nin Qərbi azərbaycanlıların qayıdışının və onların hüquq və təhlükəsizliyinin tam şəkildə qorunmasının təmin edilməsində fəal rol oynaması vacibdir.

    Ş.İsmayılov Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsi məsələsinin BMT-nin insan haqları gündəliyində mühüm yer tutmalı olduğunu da vurğulayıb.

    Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 2007-ci ildə qəbul etdiyi qətnamə əsasında hər il keçirilən bu forum milli, etnik, dini və linqvistik azlıqlara dair məsələlər üzrə dialoq və əməkdaşlığın təşviq olunması məqsədi daşıyır. Qərbi Azərbaycan İcması artıq 2-ci ildir ki, BMT-nin bu nüfuzlu forumunda iştirak edir. İcma qayıdış məsələsinin beynəlxalq müstəvidə irəlilədilməsi sahəsində fəaliyyətini davam etdirəcəkdir.

  • Tbilisidə etiraz aksiyası bərpa edilib

    Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.

    Apa-nın Tbilisi müxbri xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar hakim partiya əleyhinə müxtəlif şüarlar səsləndirirlər. Ərazidə gərginlik hökm sürür. Qanunverici orqanın ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri, eləcə də su şırnağı maşınları cəlb edilib.

  • Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib

    Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Drapatiyi Ukraynanın Quru Qoşunlarının komandanı təyin edib.

    Apa xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Telegram” kanalında məlumat yayıb.

    General-mayor Mixail Drapatiy Xarkov istiqamətində müdafiəni uğurla təşkil edib və rus qoşunlarının hücum əməliyyatının qarşısını alıb”, – Zelenski qeyd edib.

    O bildirib ki, Oleq Apostolu isə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini vəzifəsinə təyin edilib.

  • Masazırda ev uçdu – ölən və yaralananlar var – YENİLƏNİB

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə noyabrın 29-da saat 15:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi Cantəpə ərazisindən çağırış daxil olub.

    Bu barədə APA-nən sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

    “Təcili tibbi yardım briqadası tərəfindən 30 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölüm faktı qeydə alınıb. Xəsarət alan iki nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım
    Xəstəxanasına təxliyə olunub”.

    ***

    Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.

    Median.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
    Qeyd olunub ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.
    Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
    Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

  • Əməkdar artist: “Həmin aparıcıları “blok”a atmışam” – VİDEO

    Əməkdar artist Çingiz Əhmədov etirafı ilə diqqət çəkib.

    Median.Az xəbər verir ki, sənətçi “Gün ortası” verilişində aparıcıları sərt tənqid edib.

    Seçici olduğunu bildirən aktyor öz sənət fəaliyyətinə nəzər salıb:

    “29 ildir aparıcılıq təcrübəm var. Dövlət televiziyasından tutmuş, özəl kanallara kimi, hər birində çalışmışam. Mənim verilişimə sevərək, gələnlər olub. İndi elə aparıcılar var ki, proqramlarına getmirəm. Onları “blok”a da atmışam. Həmin insanların sayı çoxdur. Bilirəm ki, kimin efirinə getmək olar, kimə yox.”

  • “Rabitəbank” məhkəməyə müraciət etdi: bu ailənin mənzili əlindən alınır

    “Rabitəbank” 4 nəfərlik ailəni evindən çıxarmaq üçün məhkəməyə müraciət edib.

    Median.Az Tribunainfo.az-a istinadən xəbər verir ki, bank Yusifzadə Günay Əli qızı, Rəhimova Günel Əli qızı, Tatıyev Vüsal Əli oğlu, Tatıyev Əli Teymurəli oğlu ilə bağlı iddia qaldırıb. İşin mahiyyəti mənzil mübahisəsidir. “Rabitəbank” cavabdeh ailənin yaşadığı mənzildən çıxarılmasını tələb edir.

    Bankın qaldırdığı işlə bağlı prosesə Şirvan şəhər Məhkəməsində baxılır. 16 dekabr tarixində hakim Aydan Məmmədlinin sədrliyi ilə işə baxılacaq.

    Qeyd edək ki, “Rabitəbank”ın Baş direktoru Seyran Nuriyev, müşahidə şurasının sədri Zakir Nuriyevdir. Bankın İdarə heyətinin sədri isə Elçin Qədimovdur.