Month: November 2024

  • Azərbaycanda “Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı” təsdiq edildi

    Nazirlər Kabineti “Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı”nı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

  • В Сумгайыте начинается реализация проекта на 41 млн манатов

    Дирекция строящихся объектов при Государственном агентстве водных ресурсов Азербайджана начинает работы по реконструкции системы канализации и дождевых вод в Сумгайыте.

    Как сообщает Median.Az, для выполнения работ подписан контракт с ООО “EL EPCM” на сумму 41 505 292 маната, работы начнутся в начале декабря.

    В первую очередь будет реконструирована система канализации и дождевых вод вдоль трассы канала Аджыдере. Уже начались подготовительные работы.

  • Sumqayıtda 41 milyonluq layihənin icrasına başlanılır

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlayır.

    Median.Az xəbər verir ki, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41 505 292 manat olan müqavilə imzalanıb.

    İşlərə dekabrın ilk günlərindən başlanılacaq.

    İlkin olaraq, Acıdərə kanalının trassası boyu kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq. Artıq bununla bağlı hazırlıqlara başlanılıb.

  • В Азербайджане разрабатывается новый Налоговый кодекс

    В Азербайджане ведется работа над новым Налоговым кодексом.

    Как сообщает Median.Az со ссылкой на Report, об этом заявила заместитель начальника Государственной налоговой службы Самира Мусаева на сегодняшнем заседании комитета Милли Меджлиса по экономической политике, промышленности и предпринимательству.

    “Мы подготовим и представим более простой кодекс, который будет отражать все изменения в более структурированной форме и позволит однозначно применять законодательство”, – отметила она.

  • Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır

    “Azərbaycanda gələcək dövr üçün yeni Vergi Məcəlləsi üzərində iş aparılır”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında bildirib.

    “Bütün dəyişiklikləri özündə daha strukturlaşmış şəkildə əks etdirən, qanunvericiliyin birmənalı şəkildə tətbiqinə imkan verən daha sadə məcəlləni hazırlayıb təhvil verəcəyik”, – deyə o qeyd edib.

  • Bu şəxslər birdəfəyə 6 min pul alacaqlar

    Milli Məclis “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsini son oxunuşda müzakirəyə çıxarıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, bugünkü plenar iclasda layihənin təqdimatı zamanı bildirilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara ödənilən birdəfəlik müavinətin məbləği artırılır.

    Layihəyə əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 min manat müəyyən edilib.

    Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.

    Qeyd edək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir.

  • СГБ: Полковник-лейтенант пойман на контрабанде золотых слитков стоимостью более 10 млн манатов

    В Службе государственной безопасности (СГБ) Азербайджанской Республики (АР) возбуждено уголовное дело по факту участия граждан АР в совершении преступлений, связанных с контрабандой между иностранными государствами в сговоре с гражданами других стран.

    Как передает Median.Az со ссылкой на пресс-службу СГБ, в ходе расследования возникли обоснованные подозрения в том, что полковник-лейтенант Гахраман Мамедов, служивший старшим помощником военного атташе Вооруженных сил АР в США, вступив в сделку с гражданином Азербайджана Анаром Гасымовым и гражданами иностранных государств, участвовал в контрабандном перемещении через таможенную границу особо крупного количества золотых слитков, перевозимых из ОАЭ в Турцию.

    “22 ноября 2024 года Г.Мамедов, обладающий дипломатическим статусом, прибыл из США в Турцию. В тот же день он забрал из камеры хранения в стамбульском аэропорту, расположенной вне таможенного контроля, чемодан с особо крупным количеством золотых слитков, доставленный А.Гасымовым из ОАЭ. Используя дипломатический паспорт, подтверждающий привилегии и иммунитеты для членов дипломатического персонала, и злоупотребляя служебными полномочиями, он провез золотые слитки через таможенную границу в аэропорту без декларирования.

    Позже, когда Гахраман Мамедов ехал на такси в одну из гостиниц Стамбула, чтобы передать золотые слитки Анару Гасымову, он был задержан сотрудниками правоохранительных органов Турции. При досмотре его чемодана было обнаружено и изъято 70 кг золотых слитков стоимостью 10 220 900 манатов.

    В результате расследования в указанной камере хранения аэропорта был обнаружен еще один чемодан с 14 кг не прошедших соответствующие таможенные процедуры золотых слитков.

    Анар Гасымов, в отношении которого установлены обоснованные подозрения в участии в контрабанде, был задержан в Турции и привлечен к уголовной ответственности.

    Гахраман Мамедов привлечен к уголовной ответственности по статьям 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (контрабанда, совершенная гражданином Азербайджана за пределами страны группой лиц по предварительному сговору и с использованием служебного положения) и 12.1-1, 341.1 (злоупотребление должностными полномочиями или превышение должностных полномочий гражданином Азербайджана за пределами страны) Уголовного кодекса АР.

    Бакинский военный суд избрал в его отношении меру пресечения в виде ареста.

    В настоящее время следственно-оперативные мероприятия по уголовному делу продолжаются”, – говорится в информации СГБ.

  • Azərbaycanlı polkovnik-leytenantın 70 kiloqram qızılla Türkiyədə tutulması barədə DTX-dən AÇIQLAMA

    Diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıqla bağlı cinayət işi başlanılıb.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

    Məlumatda bildirilir ki, Azərbaycan Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə əlbir olaraq xarici dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etmələri faktı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə cinayət təqibi həyata keçirilir.

    Araşdırmalar zamanı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Qəhraman Şamil oğlu Məmmədovun digər Azərbaycan Respublikasının vətəndaşı Anar Əli oğlu Qasımov və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə Respublikasına daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində Amerika Birləşmiş Ştatlarından Türkiyə Respublikasına gəlib, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulub, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra Qəhraman Məmmədov bu qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10 220 900 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.

    Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

    Həmçinin, qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

    Qəhraman Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Çinli milyarder hərracda 6,2 milyon dollara alınan bananı yedi – FOTO

    Çinli milyarder Castin Sun hərracda aldığı divara yapışdırılan bananı yeyib.

    Qaynarinfo bu barədə “Barron’s”a istinadən xəbər verir.

    Qeyd edək ki, italyan rəssam Mauritsio Kattelanın “Komediyaçı” adlı konseptual sənət əsəri 6,2 milyon dollara satılıb. Onun alıcısı TRON kriptovalyuta platformasının yaradıcısı Castin Sun olub.


    Satın alındıqdan qısa müddət sonra Sun bananı “unikal bədii təcrübə”nin bir hissəsi kimi yemək niyyətini açıqlayıb və onun həm incəsənət dünyasında, həm də populyar mədəniyyətdə əhəmiyyətini vurğulayıb.

    “Bu sözləri deyəcəyimi heç düşünməmişdim: banan üçün altı milyon dollar ödədim”, deyə milyarder zarafat edib.

    Tezliklə milyarder verdiyi sözü yerinə yetirib və bananı divardan qopararaq yeyib.

    “Komediyaçı” ilk dəfə 2019-cu ildə Mayami-Biçdəki Art Baseldə nümayiş etdirilib və burada tamaşaçılar arasında bunun əsl sənət, yoxsa sadəcə bir zarafat olması ilə bağlı müzakirələrə səbəb olub.

    Castin Sun ilk pulunu “Snapchat”ın Çin ekvivalenti olan “Peiwo” tətbiqindən qazanan Çin əsilli sahibkardır. 2014-cü ildə o, kripto icmasının sıralarına qoşulub və həmin vaxtdan blokçeyn layihələrinə diqqət yetirib.

  • С завтрашнего дня меняется график движения поездов в бакинском метро

    С завтрашнего дня, 30 ноября, в Бакинском метрополитене вводятся изменения в график движения поездов по “зеленой” и “красной” веткам. Это связано с капитальным ремонтом и реконструкцией поворотной камеры на станции “Ази Асланов”.

    На время ремонта будет проведен ряд мероприятий по организации движения на ветках, а также регулированию пассажирских перевозок на станции “Ази Асланов”. Поезда будут курсировать по “красной” линии от станции “Ичеришехер” и по “зелёной” линии от станции “Дарнагюль” до станции “Ахмедли”.

    В рабочие дни будет действовать максимально возможный с технической точки зрения график движения. В часы пик (07:00-10:00 и 17:30-19:30) на участке “28 Мая” – “Ахмедли” интервал движения поездов составит 2 минуты. По субботам с 07:00 до 21:00 интервал на этом участке будет равен 2.5 минутам, а по воскресеньям – 3 минутам.

    Также изменится график движения поездов, следующих в направлении станции “Бакмил”. Расписание движения поездов до этой станции и обратно будет размещено 29 ноября на официальном сайте ЗАО “Бакинский метрополитен” в соответствующем разделе.

    Учитывая наличие пассажиров, следующих в направлении станции “Ази Асланов”, пассажирские перевозки на станции не будут приостановлены до завершения капремонта поворотной камеры. Однако движение поездов с этой станции будет организовано только до станции “Ахмедли” и обратно. Интервал движения поездов между станциями “Ахмедли” и “Ази Асланов” составит 10 минут.

    Расписание движения поездов между станциями “Ахмедли” и “Ази Асланов” будет размещено в разделе “Пассажиры” – “График движения поездов” на официальном сайте ЗАО “Бакинский метрополитен”.

    На участке “зелёной” ветки “Хатаи” – “Джафар Джаббарлы” и на “фиолетовой” ветке изменений в графике движения поездов не будет.

    Отметим, расписание движения поездов по рабочим и выходным дням публикуется в соответствующем разделе официального сайта “Бакинского метрополитена”.

    Дополнительная информация для пассажиров о нерабочих и праздничных днях, объявленных решением Кабинета министров, будет предоставлена дополнительно.