Month: November 2024

  • “Başdaşını müzakirə etmək yaxşı hal deyil” – Aygün Bəylərin məzarı qalmaqal yaratdı (FOTO)

    “Çox gözəl abidədir. Musiqiçilərin qəbirüstü abidələri gözəgəlimli olmalı, fərqlənməlidir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim Qəzənfər Abbasov mərhum Əməkdar artist Aygün Bəylərin məzarı üzərində qoyulan abidəsindən danışarkən deyib.


    Xanəndə bildirib ki, dünyasını dəyişən insanların qəbirüstü abidələrinin müzakirə olunması yaxşı hal deyil:

    “Kim necə istəyir elə də abidə qoyur. Bu yazığın hər işi söz-söhbətlə bitir, qəbirüstü abidəsi də onun kimi. Başdaşını müzakirə etmək yaxşı hal deyil”.

    Qeyd edək ki, Mərhum Əməkdar artist Aygün Bəylərin məzarı üzərində abidəsi qoyulub. Büstün fotoları sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki, Aygün Bəylər bu ilin yanvarında Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Sənətçi Suraxanı qəbiristanlığında dəfn olunub.

  • UEFA-nın Qəbələ şəhər stadionunun tribunalarına girişi məhdudlaşdırmasının SƏBƏBİ

    Millətlər Liqasının 5-ci turunun Azərbaycan və Estoniya milli komandaları arasında Qəbələdə keçiriləcək oyununa bilet satışı davam edir.

    Azerisport.az xəbər verir ki, satışa 1800 bilet çıxarılıb, onlardan da 800-ü artıq satılıb.

    Qəbələ şəhər stadionunun 4500 tamaşaçı tutumu var. Lakin UEFA stadionun iki tribunasına girişi məhdudlaşdırıb.

    Buna səbəb həmin tribunaların dəmir konstruksiyalı olmasıdır. Məhz bu səbəbdən, həmin oyun üçün stadionun tutumu iki dəfədən çox azalıb.

    Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan – Estoniya oyunu saat 18:00-da başlayacaq.

  • Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı – AQTA bağladı

    Binəqədi rayonunda yerləşən “Elmed Tibb Mərkəzi” klinikasının 1-ci mərtəbəsində yerləşən 28 m²-lik qəssabxana bağlanıb.

    Qaynarinfo-nun məlumatına görə, klinikanın direktoru və qanuni təmsilçisi Ramin Quliyev sözügedən 28 m² qeyri-yaşayış sahəsini qəssabxana kimi işlətmək üçün Əli adlı şəxsə icarəyə verib.

    Əli həmin qəssabxanada əsaslı təmir işləri apararaq 20 min manat xərc çəkib. Ramin Quliyev isə bir müddət sonra həmin ərazidən çıxmasını tələb edib. Əli isə klinika direktoruna, çəkdiyi 20 min manat xərci ödəmədən ərazidən çıxmayacağını bildirib.

    Nəhayət, Ramin Quliyev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib. AQTA-nın Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən ət satışı mağazasında yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimi ilə məşğul olduğu aşkar edilib. Bununla əlaqədar olaraq cavabdehin fəaliyyətinə qadağa qoyulub.

    Ramin Quliyev AQTA-nın bu qərarından yararlanaraq məhkəməyə müraciət edib.

    O, iddia edib ki, ona məxsus olan 1338.7 m²-lik qeyri-yaşayış sahəsinin 40 m²-lik hissəsi Əli tərəfindən qanunsuz olaraq zəbt edilib. Bu ilin aprel ayında AQTA tərəfindən yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimi ilə məşğul olduğu aşkarlanıb. O, dəfələrlə ərazinin boşaldılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymayıb və ərazini boşaltmayıb. Beləliklə, onun mülkiyyət hüquqları və biznes maraqları kobud şəkildə pozulub.

    Əli isə məhkəmədə Ramin Quliyevin iddiasını qəbul etməyib. Belə ki, həmin yerin təmiri üçün 20 min manat xərclədiyini bildirib. İddiaçı ona 20 min manat ödədiyi təqdirdə ərazidən çıxacağını, əks halda isə məhkəmə iddiası qaldıracağını bəyan edib.

    Məhkəmə, “Elmed Tibb Mərkəzi”nin qanuni təmsilçisi Ramin Quliyevin qəssaba qarşı iddiasını təmin edib və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qərar verilib.

    Qeyd edək ki, Binəqədi rayonundakı “Elmed” klinikası Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyevə məxsusdur. Klinikanın direktoru isə onun qardaşı oğlu Ramin Quliyevdir.

  • На COP29 прошла акция против колониальной политики Нидерландов и Франции

    На 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29) состоялась акция, направленная против колониальной политики Нидерландов и Франции.

    Как сообщает Report, в мероприятии, организованном Бакинской инициативной группой, приняли участие представители государств, пострадавших от колониализма этих стран.

    Участники акции скандировали лозунг “Солидарность во имя зеленого и деколонизированного мира”.

  • COP29 məkanında Niderland və Fransa müstəmləkəçiliyinə qarşı aksiya keçirilib

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda Niderland və Fransa müstəmləkəçiliyinə qarşı aksiya keçirilib.

    “Report” xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutan tədbirdə bu ölkələrin müstəmləkəsindən əziyyət çəkən dövlətlərin nümayəndələri iştirak ediblər.

    Aksiya iştirakçıları “Yaşıl və dekolonizasiya olunmuş dünya naminə həmrəylik” adlı şüar qaldırıblar.

  • İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Əks Əlaqə Texniki Yardım Qrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi” və “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.

  • Azərbaycan Premyer Liqasının 13 turunda cəmi yeddi futbolçu bütün oyunlarda sonadək meydanda olub

    Azərbaycan Premyer Liqasının geridə qalan 13 turunda start heyətdə yer alan və sona qədər oynayan yeddi futbolçu var.

    Futbolpress.az xəbər verir ki, bunlar “Neftçi”dən qapıçı Rza Cəfərov, “Sumqayıt”ın qolkiperi Mehdi Cənnətov, müdafiəçilər Elvin Bədəlov, Murad Xaçayev, “Turan Tovuz”dan Emmanuel Hakman, “Araz-Naxçıvan”dan İqor Ribeyro və “Səbail”dən Hüseynəli Quliyevdir.

    Bu mövsüm Azərbaycan Premyer Liqasında meydana çıxan ən gənc oyunçu Sadiq Məmmədzadədir. “Qarabağ”ın qolkiperi “Kəpəz”lə matçda iştirak edən zaman 17 yaş 9 ay 11 günlük olub. Ən yaşlı oyunçu isə Riçard Almeydadır. “Qarabağ”ın yarımmüdafiəçisi XIII turda “Zirə” ilə matçda meydana çıxan zaman 35 yaş 7 ay 21 günlük olub.

  • Mayk Taysonla bir şəkil iki milyon dollara: Ceyk Polla döyüşün fantastik qiymətləri

    Mayk Tayson və Ceyk Pol arasında noyabr ayının 16-da keçiriləcək döyüşün biletlərinin qiyməti məlum olub.

    Median.Az “Sporx”a istinadən xəbər verir ki, rinqin bir metr yaxınlığında əyləşmək istəyən şəxslər iki milyon dollar ödəməli olacaqlar.

    VIP biletlərə sahib şəxslər hər iki döyüşçü ilə şəkil çəkdirmək şansı da əldə edəcəklər.

    Kənardakı oturacaqlar üçün biletlərin qiyməti minimum 10 min, maksimum isə 50 min dollar təyin edilib.

    Marağın böyük olduğu döyüşdən öncə tərəflərdən biri ilə bağlı maraqlı məlumat yayılıb. Belə ki, Ceyk Polun sevgilisi Yutta Lerdam ona Taysonla döyüşdən imtina etməsini tapşırıb. Niderlanddan olan Yutta özü də konkisürmə ilə məşğuldur və bu iki idman növü arasında paralel apararaq təşvişini əsaslandırıb.

    Yuttanın fikrincə, idmanda yeni olanların təcrübəli ustalar qarşısında şansı çox azdır. Bu baxımdan, o düşünür ki, yaşına baxmayaraq, Tayson əzələ yaddaşı sayəsində gücünü qoruya və qələbə qazana bilər.

    Ceyk Pol isə boksla beş ildən az müddətdir ki, məşğul olur.

    Qeyd edək ki, döyüş Bakı vaxtı ilə noyabrın 16-sı, saat 4:00-da başlayacaq.

  • Azərbaycanın 10 şahmatçısı dünya birinciliyində iştirak edəcək

    Azərbaycanın 10 şahmatçısı noyabrın 15-də İtaliyanın Montesilvano şəhərində start götürəcək kadetlər arasında dünya birinciliyində iştirak edəcək.

    Bu barədə Report-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    8,10, 12 yaşlı qız və oğlanların yarışında ölkəmizi Mətin Bəkirli, Yasin Əzimov, Məhəmməd Kazımzadə, Əhməd Hüseynov, Yaşar Şirinov, Sabirə Muradlı, Mehriban Əhmədli, Nurgün Fəxrətzadə, Zəhra Allahverdi və Sadəgül Əfəndi təmsil edəcəklər.

    Ümumilikdə yarışda 80-dən çox ölkədən 4000-dən çox yeniyetmə iştirak edəcək. Dünya birinciliyinə noyabrın 26-da yekun vurulacaq.

  • Ağadadaş Ağayev məhkəməyə gəlib

    Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.


    Median.Az “Report”a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə məhkəmə iclası əlaqədər təqsirləndirilən Ağadadaş Ağayev məhkəməyə gəlib. Yaxın dəqiqələrdə məhkəmə prosesi başlayacaq.
    Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva və onun mübahisə etdiyi Nurəddin Cəlilov cinayət işində zərərçəkən qismində tanınıb.
    Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.