Month: November 2024

  • В аэропортах РФ иностранных туристов обяжут сдавать биометрические данные

    Правительство РФ утвердило проведение с 1 декабря эксперимента по сдаче биометрических данных иностранцами и лицами без гражданства для получения возможности пересечь границу РФ.

    Соответствующее постановление подписал премьер-министр России Михаил Мишустин, документ опубликован на официальном интернет-портале правовой информации.

    В постановлении указано, что эксперимент пройдет в два этапа. На первом этапе иностранцы, въезжающие в РФ через международные аэропорты Москвы (Домодедово, Шереметьево, Внуково) и Московской области (Жуковский) и автомобильный пункт пропуска в Оренбургской области (Маштаково), с 1 декабря 2024 года по 30 июня 2026 года будут сдавать биометрические данные в пунктах пропуска.

    На втором этапе, который пройдет с 30 июня 2025 года по 30 июня 2026 года, для безвизового въезда в Россию иностранцы смогут заранее сдавать биометрию в специальном приложении и подавать заявление со своими данными и информацией о целях визита.

    Изменения не коснутся граждан Беларуси, детей до шести лет, дипломатов и сотрудников дипломатических представительств и консульских учреждений иностранных государств в России, а также членов их семей, сотрудников международных организаций и их представительств, аккредитованных в РФ, и членов их семей.

    Министерство иностранных дел РФ обязали уведомить о проведении эксперимента дипломатические учреждения и консульства иностранных государств.

  • Rusiyaya gedən əcnəbilərin sərhəddə biometrik məlumatları toplanacaq

    Rusiya hökuməti dekabrın 1-dən ölkənin sərhədini keçə bilmək üçün biometrik məlumatları təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə aparılacaq eksperimenti təsdiqləyib.

    Müvafiq qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

    Sənəddə eksperimentin iki mərhələdə baş tutacağı bildirilib. Birinci mərhələdə 2024-cü il dekabrın 1-dən 2026-cı il iyunun 30-dək Moskva (Domodedovo, Şeremetyevo, Vnukovo) və Moskva vilayətinin (Jukovski) beynəlxalq hava limanları və Orenburq vilayətindəki avtomobil buraxılış məntəqəsi (Maştakovo) vasitəsilə Rusiya Federasiyasına daxil olan əcnəbilər buraxılış məntəqələrində biometrik məlumatlarını verəcəklər.

    Rusiyaya vizasız giriş üçün 30 iyun 2025-ci il tarixindən 30 iyun 2026-cı il tarixinədək keçiriləcək ikinci mərhələdə əcnəbilər əvvəlcədən biometrik və səfərin məqsədi haqqında məlumatlarını xüsusi tətbiqlə təqdim edə biləcəklər.

    Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşına çatmamış uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların ölkədə akkreditə olunmuş nümayəndəliklərinə, onların ailə üzvlərinə şamil edilməyəcək.

    Sənəddə həmçinin bildirilib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi eksperimentlə bağlı xarici dövlətlərin diplomatik qurumlarını və konsulluqlarını xəbərdar etməyə borcludur.

  • COP29 maliyyə hədəfi üçün effektiv mühit yaradır

    Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) maliyyə hədəfi üçün effektiv mühit yaradır.

    Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

    O, bütün dünyanın Bakıda toplaşdığını xatırladıb:

    “196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, onların arasında 80 prezident, vitse-prezident, baş nazir olması konfransın miqyasının və nüfuzunun göstəricisidir. Bir neçə gündür COP29 çərçivəsində səmərəli müzakirələr aparılır”.

    K.Nurullayeva deyib ki, COP29-dan böyük gözləntilər var:

    “Bunlardan biri də 2015-ci ildə imzalanmış Paris razılaşmasının 6-cı maddəsilə əlaqədardır. Belə ki, 9 il əvvəl imzalanmasına, çoxsaylı müzakirələrə baxmayaraq, sənədin karbon bazarlarını əhatə edən 6-cı maddəsi üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. Məlumdur ki, 6-cı maddə üzrə əsas oyunçular ABŞ və Avropa İttifaqıdır. COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi üzrə vahid mexanizm barədə razılığa gəliblər. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır”.

    “Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturları da iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artırmaqla bağlı açıqlamalar veriblər. Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün Bakıdakı danışıqlar üçün effektiv mühit yaradır”, – deputat qeyd edib.

    Milli Məclisin üzvü vurğulayıb ki, ötən gün keçirilən kiçik ada dövlətlərinin sammiti də səmərəli müzakirələrlə yadda qaldı:

    “Bu tədbirdə bir daha bəyan olundu ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməyə başlayıb. Qoşulmama Hərəkatına sədrliyi dövründə kiçik ada dövlərinə dəstək verən Azərbaycan COP29-un sədri kimi bu dəstəyi davam etdirməkdədir.

    Prezident inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan dövlətlərə müraciət edərək ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilmələri üçün kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı. Rəsmi Bakı COP29-un ev sahibi kimi həmin icmaların səsinin bir çox hallarda onların metropoliyalarındakı rejimlər tərəfindən susdurulmasını pisləyir”.

  • Suriya münaqişəsinə dair sammit 2025-ci ildə Rusiyada keçiriləcək

    Suriya münaqişəsinin həlli üzrə Astana formatında sammit 2025-ci ildə Rusiyada keçiriləcək.

    Bu barədə TASS-a müsahibəsində Rusiya prezidentinin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

    “2025-ci ildə biz bu görüşün tam hüquqlu olaraq Rusiya ərazisində keçiriləcəyinə ümid edə bilərik”, – deyə o bildirib.

    Lavrentiyev həmçinin qeyd edib ki, Tehranda keçirilən sonuncu analoji sammitdən artıq iki il keçib. Hazırda tərəflər 2025-ci ilin birinci yarısında görüşün keçirilməsi və bu sammiti Suriya böhranı üçün həqiqətən konkret təkliflər, təşəbbüslər və fəaliyyətlərlə zənginləşdirilməsi imkanlarını nəzərdən keçirirlər.

    ///apa

  • Bakıda kişi hamilə arvadını xəstəxanaya atıb XARİCƏ QAÇDI

    Bakıda kişi hamilə arvadını xəstəxanada tərk edib.

    Bu barədə Qadın və Uşaq Sığınacağının sosial şəbəkə hesabında məlumat paylaşılıb.

    Bildirilib ki, hamilə olan həyat yoldaşını Sabunçu xəstəxanasına müayinə adı ilə aparan ər orada onu tərk edərək qaçıb:

    “Artıq bir aydır ki, qadın xəstəxanada qalır və həyat yoldaşının onu geri götürməsini gözləyir. Daha sonra həyat yoldaşı ona pasportunun şəklini göndərərək xaricdə olduğunu bildirib və öz başının çarəsinə baxmasını məsləhət görüb”.

  • Avropada qazın qiyməti kəskin bahalaşdı

    Avropa qaz fyuçersləri ilin ən yüksək səviyyəsinə yüksəldi. Bu, “Qazprom” un Avstriyaya tədarükü dayandıra biləcəyi ehtimalından irəli gəlir.

    Bu barədə Qaynarinfo “Bloomberg”ə istinadən xəbər verir.

    Niderlandda TTF qovşağında fyuçerslər 3,7% artaraq meqavat-saat üçün 45,3 avroya (min kubmetr üçün təxminən 510 dollar) çatıb.
    Avstriyanın OMV şirkəti xəbərdarlıq edib ki, şirkət arbitrajda qazanılan pulu geri almaq məqsədilə “Qazprom”dan idxala görə ödənişi dayandırmağı planlaşdırdığı üçün Rusiya qazının tədarükü kəsilə bilər.

    OMV “Qazprom”un 230 milyon avronu ödəyəcəyini gözləmir, bu da Kremlin nəzarətində olan şirkəti tədarükləri dayandırmağa vadar edə bilər.
    Avropanın çox hissəsi son illərdə Rusiya qazından üz döndərib və Avstriya və Slovakiya Ukrayna vasitəsilə nəql olunan qazın qalan əsas idxalçıları olaraq qalır.

    Təchizat üçün ödənişlər böyük ehtimalla hər ayın 20-nə qədər ödənilməlidir. “OMV-nin mükafatı dərhal geri qaytarmağa çalışacağını söylədiyini nəzərə alsaq, oktyabr ayında aldığı tədarük üçün “Qazprom”a ödənişi saxlaması mümkündür”, deyə ICIS-in qaz təhlili şöbəsinin rəhbəri Tom Martsek-Manser bildirib.

    OMV uzunmüddətli müqaviləsi çərçivəsində Rusiyadan tədarükün çətinləşəcəyi təqdirdə, tədarük öhdəliklərini alternativ mənbələr vasitəsilə yerinə yetirə biləcəyini söyləyib.

    “Avstriya Rusiya qazı olmadan da özünü idarə edə bilər və edəcək də. Bununla belə, aydındır ki, tədarükdə qəfil dəyişiklik qaz bazarlarında gərginliyə səbəb ola bilər”, deyə Avstriyanın energetika naziri Leonora Qevessler bildirib.

    OMV ayda 5 terawatt-saat tədarükün təsir altına düşə biləcəyini söyləyib. Bu, bu ilin əvvəlində pik tələbat zamanı Avropa İttifaqının ümumi qaz tələbatının təxminən 1%-ni təşkil edir – bazar balansının kövrəkliyini nəzərə alaraq treyderləri “narahat etmək” üçün hələ də kifayətdir. Rusiya Avstriyanın qaz tələbatının 80%-dən çoxunu ödədiyi sentyabr ayı ardıcıl 10-cu ay olub.

    Slovakiyanın ən böyük enerji tədarükçüsü “Slovensky Plynarensky Priemysel”, müqavilə Ukrayna üzərindən gələcək axınları təmin edə bilməyəcəyi təqdirdə alternativ qaz təchizatı marşrutlarını açıqlayıb. İyun ayında Almaniyanın “Juniper” kommunal şirkəti “Qazprom”un çatdırılmamış qazına görə 13 milyard dollardan çox təzminat mübahisəsini udub.

    Kiyevlə alternativ razılaşma əldə olunmasa, dekabrın 31-də Ukrayna ərazisindən Rusiya boru kəməri axınının dayandırılacağı gözlənilir.

  • В Тегеране национальному активисту был вынесен смертный приговор

    Активист из Южного Азербайджана Милад Армун, который несколько месяцев содержался под стражей в СИЗО КСИР и тюрьме Гызылхисар, был приговорен к смертной казни уголовным судом Тегерана.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    Адвокат Бабак Пакнийа написал в соцсети X, что Милад Армун, Алирза Кафаи, Амир Мохаммад Хошикбал, Навид Наджаран, Гусейн Немати и Алиреза Бармарзпурнак, обвиняемые по делу, известному как “Дети Экбатана”, 13-м отделением уголовного суда, были приговорены к смертной казни.

    Два года назад во время массовых протестов, после убийства солдата сил “Басидж” по имени Арман Аливарди в городе Экбатан, более 50 молодых людей, проживающих в городе Экбатан, были арестованы силами безопасности, 14 из них были предъявлены обвинения, а 8 молодых людей были обвинены в убийстве.

    По данным независимых источников и правозащитников, фигурантов дела “Экбатан” во время задержания жестоко пытали и заставляли давать признательные показания против себя и других обвиняемых.

  • Həbsdə olan güneyli etirazçıya ölüm hökmü verildi

    2022-ci ilin sentyabrından İranda başlayan xalq etirazları zamanı həbsə atılan, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təcridxanasında, sonra da Kərəcin Qızılhisar həbsxanasında saxlanılan güneyli gənc Milad Armuna Tehranın 1-ci Cinayət Məhkəməsi tərəfindən ölüm hökmü verilib.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə güneyli etirazçının vəkili Babək Pakniya xəbər verib. Vəkilin sözlərinə görə, onunla birlikdə yarımhərbi və radikal Bəsic qüvvələrinin üzvünü öldürməkdə günahlandırılan daha üç gənc barəsində edam qərarı çıxarılıb.

  • AYNA: COP29-un ilk 3 günü ərzində 123 min sərnişin daşınıb

    Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk 3 günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və ümumilikdə 123 min sərnişin daşınıb.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Bildirilib ki, nəqliyyat vasitələrinin düzgün idarə olunması ilə sərnişinlər Heydər Əliyev Beynəlxalq Hava Limanından H1 ekspres marşrutu ilə “28 May” və H2 ekspres marşrutu ilə “Əhmədli” metro stansiyalarına rahat və təhlükəsiz şəkildə çatdırılıb. Qeyd edək ki, bu daşınmalar ödənişsiz həyata keçirilir.

    Qeyd edək ki, COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Sərnişindaşıma əməliyyatlarında ümumilikdə 1 600-dən çox əməkdaş iştirak edir.

    Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü isə 45 minə yaxın sərnişin şatllarla daşınıb. Növbəti günlərdə də sərnişin daşımalarının yüksək səviyyədə həyata keçirilməsi üçün tədbirlər davam etdiriləcək.

  • Bakıda COP29 çərçivəsində Avropada miqrantlara qarşı təzyiqlərlə əlaqədar səssiz aksiya keçirilib

    Bu gün Bakıda COP29 çərçivəsində “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”nın təşkilatçılığı ilə Avropada miqrantlara qarşı təzyiqlərə, dözülməz münasibətə etiraz olaraq Azərbaycanın QHT fəalları etiraz aksiyası keçirib.

    Aksiya səssiz olub.

    Aksiyada üzərinə “Sərhədlər deyil, iqlim ədaləti!”, “Yer yox, sərhəd yoxdur!”, “İqlim böhranı heç bir millət tanımır”, “İqlim qaçqınları evə layiqdirlər”, “İqlim dəyişikliyi ilə mübarizə aparın, immiqrantlarla deyil!”, “İnsanları qoruyun, planeti qoruyun!”, “Miqrasiya insan hüququdur!”, “İqlim ədaləti miqrasiya ədalətlidir!” və digər şüarları yazılmış plakatlar qaldırılıb.