Month: November 2024

  • Əfqanıstan nümayəndəsi: Azərbaycan son dərəcə önəmli və həyati tədbirə ev sahibliyi edir

    Azərbaycan son dərəcə önəmli və həyati bir tədbirə ev sahibliyi edir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Əfqanıstan nümayəndə heyətinin rəhbəri, Əfqanıstan Milli Ətraf Mühitinin Mühafizəsi Agentliyinin baş direktoru Əxhəb Mövlayi Matual Həq- Xalis “Real TV”-yə müsahibəsində deyib.

    O bildirib ki, Əfqanıstan ən azı son üç COP tədbirində iştirak etməyib: “Məhz Bakıda keçirilən tədbirdə iştirak etmək Əfqanıstan icmasının səsini beynəlxalq ictimaiyyətə çatdırmağa kömək edəcək. Çünki Əfqanıstan iqlim dəyişikliyindən ən çox əziyyət çəkən dövlətlərdəndir. Odur ki, biz COP29-un əhəmiyyətini yüksək qiymətləndiririk”.

    Agentliyin baş direktorunun sözlərinə görə, Əfqanıstan iqlim dəyişikliyi ilə mübarizədə müəyyən addımlar atmağa başlayıb.

    O, həmçinin bildirib ki, iqlimlə bağlı problemləri həll etmək bir ölkənin görə biləcəyi iş deyil: “Bu, kollektiv səy tələb edir. COP29-da iştirak edən bütün tərəflərin bizə dəstək olacağına inanırıq. Bizim tez bir zamanda atmalı olduğumuz addımlar, verməli olduğumuz qərarlar var. Həmçinin, biz burada Əfqanıstanın üzləşdiyi problemləri dünya dövlətlərinin diqqətinə çatdıracağıq. Bizim dəstəyə ehtiyacımız var”.

  • Emin Ağalarov: “Yeddi kilometr uzunluğunda bulvar yaradılacaq”

    “Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsindən çox məmnun və xoşbəxtəm. Bu gün Azərbaycana iqlim problemlərindən narahat olan hər kəs gəlib”.

    Bunu tanınmış biznesmen Emin Ağalarov Oxu.az-a açıqlamasında deyib.

    O, ekologiya ilə bağlı təşəbbüslərin əhəmiyyətini vurğulayıb:

    “Hər bir ölkə bu barədə düşünməyin vacibliyini anlamaqla inkişaf etməlidir”, – deyə o əlavə edib.

    E.Ağalarov özünün də ekoloji məsələlərlə maraqlandığını bildirib və bununla əlaqədar həyata keçirilən genişmiqyaslı ekoloji layihələrdən danışıb.

    “Sea Breeze”i təmiz və yaşıl eləməyə çalışırıq – təmizləyici qurğular tikirik, milyonlarla bitki və ağac əkirik, yaşıl şəhər yaradırıq. Qarşıdakı ildə minimum daha beş milyon bitki və ağac əkməyi planlaşdırırıq”, – deyə o qeyd edib.

    Biznesmen, həmçinin, COP29 çərçivəsində yeddi kilometr uzunluğunda bulvarın yaradılacağının anonsunu verib.

    “Noyabrın 16-da tədbir keçirəcəyik. Burada yeddi km uzunluğunda park salacağıq. İlk olaraq, 100 nar ağacı əkməyi planlaşdırırıq. Həm iştirakçılar, həm qonaqlar bunda iştirak edəcəklər və düşünürəm ki, COP29 çərçivəsində bu, simvolik olacaq”, – deyə o, sözlərini yekunlaşdırıb.

  • “WhatsApp”da kritik səhv aşkarlanıb

    Məşhur “WhatsApp” messencerində problem aşkarlanıb.

    Bu barədə “Android Police” məlumat yayıb.

    Bildirilib ki, WhatsApp 2.24.24.5-in Android beta versiyasında smartfon ekranının yaşıl rəngə çevrilməsinə və toxunmağa reaksiya verməməsinə səbəb olan problem var.

    Mütəxəssislər bildirirlər ki, proqramdakı nasazlıq son yeniləmədən sonra görünməyə başlayıb.

    Problemi həll etmək üçün cari beta versiyasını silməli və 2.24.24.4 versiyasında adi WhatsApp quraşdırmalısınız. Bu versiyada heç bir səhv yoxdur və hər şey qaydasındadır.

    Qeyd olunub ki, WhatsApp-ın beta versiyası xətalardan qorunmur. O, istifadəçiləri yalnız yeni funksiyalarla tanış etmir, həm də tərtibatçılara tətbiqdəki hər hansı çatışmazlıqları və ya səhvləri aşkar etməyə kömək edir.
    //Baku.ws

  • Çində DƏHŞƏT – Havada quşla toqquşan təyyarənin motoru yanıb

    Romadan Çinə gedən Hainan Hava Yollarına aid təyyarə havada quşla toqquşub.

    Həmin quş motorun alovlanmasına səbəb olub. 249 sərnişin və 16 heyət üzvü olan təyyarədə böyük panika yaşanıb.

    Qalxışdan qısa müddət sonra baş verən bu bədbəxt hadisə nəticəsində təyyarənin motorunda yanğın qeydə alınıb.

    Təhlükəsizlik protokollarını tətbiq edən pilotlar dəniz üzərində yanacaq boşaldıb. Sonra Romadaki Fiumicino Hava Limanına geri dönüblər.

    İtalyan rəsmilərinin açıqlamasına görə, təcili eniş uğurla həyata keçirilib və hava limanında hər hansı bir hadisə yaşanmayıb.

  • Lukaşenko: “Belarus iqlim vəziyyətinin yaxşılaşdırılması üzrə öhdəliklərini yerinə yetirir”

    “Belarus iqlim vəziyyətinin yaxşılaşdırılması üçün bütün öhdəlikləri yerinə yetirir”.

    “Report” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda keçirilən COP29 iqlim konfransında çıxışı zamanı deyib.

    “Milli iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatını dəyişən iqlim şəraitinə uyğun yenidən qurmaq lazımdır. Belarus bu işlə fəal məşğul olur və təcrübəsini bölüşməyə hazırdır”, – deyə o qeyd edib.

    A.Lukaşenko, həmçinin vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin dövlət təhlükəsizliyinə xələl gətirmədən yaşıl texnologiyalara çıxışına kömək etmək vacibdir.

    Belarus Prezidenti qeyd edib ki, ötənilki iqlim sammitindən sonra vəziyyət yalnız pisləşib.

  • Мехрибан Алиева поделилась кадрами с церемонии открытия Саммита лидеров COP29 – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась в своем официальном Instagram-аккаунте публикациями с церемонии открытия Саммита лидеров 29-й сессии Конференции сторон Рамочной конвенции ООН по изменению климата (COP29).

    В публикациях Первый вице-президент разместила фотографии с мероприятия:

  • Mehriban Əliyeva COP29 Liderlər Sammitinin açılış mərasimi ilə bağlı paylaşım edib – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COP29 Liderlər Sammitinin açılış mərasimi ilə bağlı paylaşım edib.

    M.Əliyeva noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilməsi barədə məlumat verib və tədbirdən bir neçə şəkil paylaşıb.

  • Prezident İlham Əliyev Çex Respublikasının baş naziri ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Qatarla rayonlara səfər etmək istəyənlərin NƏZƏRİNƏ

    “Azərbaycan Dəmir Yolları” QSC Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərə müraciət edib.

    Bu barədə QSC məlumat yayıb.

    Bildirilib ki, səhmdar cəmiyyəti bu günlərdə yollarda hərəkət intensivliyinin artması fonunda aşağıdakıları tövsiyə edib:

    – Şəhərlərarası səyahətlər üçün Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlin.

    – Sərnişinləri yola salmaq və ya qarşılamaq məqsədilə vağzala maksimum dərəcədə az daxil olun. Mümkün olduqda gəlməməyə çalışın.

    “Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək. Əlavə məlumat üçün 1822 Əlaqə Mərkəzinə zəng edə bilərsiniz”, – deyə müraciətdə qeyd olunub.

  • Президент Азербайджана Ильхам Алиев встретился с турецким коллегой – ФОТО

    12 ноября Президент Азербайджанской Республики Ильхам Алиев встретился с президентом Турецкой Республики Реджепом Тайипом Эрдоганом.

    Об этом сообщает АЗЕРТАДЖ.