İstanbul Cumhuriyyət Prokurorluğu Türkiyədə qanunsuz şans oyunlarına təşviq edənlərə qarşı geniş əməliyyat keçirib. Məşhur müğənni Sərdar Ortaç, aparıcı Mehmet Ali Erbil və sosial media fenomenləri də daxil olmaqla 16 nəfər saxlanılıb. Öz açıqlamasında Sərdar Ortaç bu əməli ilə cəmiyyətə mənfi təsir göstərdiyini etiraf edib: “Bəlkə də fərqində olmadan insanlara pis nümunə oldum və cəmiyyətə yanlış örnək göstərdim.” Bu sözlər məşhurların təsir gücünün nə qədər əhəmiyyətli olduğunu göstərir.
Qanunsuz şans oyunlarına qarşı görülən bu tədbir, Türkiyədə olduğu kimi Azərbaycanda da oxşar problemlərin mövcud olduğunu gündəmə gətirir. Azərbaycanda da bəzi məşhur simalar “1Xbet”, “Mostbet”, “Pin-up”, “10lineloto” kimi qanunsuz şans oyunlarının reklamında iştirak edir. İdmançı Şükran Soltanov, aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslərin sosial media vasitəsilə bu cür oyunları təbliğ etməsi, qanunsuz fəaliyyətlərə təkan verir və vətəndaşların aldanmasına şərait yaradır.
Azərbaycanda da qanunsuz şans oyunlarına qarşı mübarizə gücləndirilib və artıq bu sahədə bir sıra hüquqi tədbirlər görülüb. Ölkədə Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının apardığı əməliyyatlar nəticəsində qanunsuz şans oyun fəaliyyətində iştirak edənlər, o cümlədən belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılıb. Bir neçə ay öncə bir sıra qanunsuz şans oyunu təşkilatçıları hüquqi məsuliyyətə cəlb edilib və onların qanunsuz əməliyyatlarına son qoyulub.
Qanunsuz şans oyun operatorlarının vergidən yayınma və dövriyyəni gizlətmə halları, dövlətə ciddi maliyyə ziyanı vurmaqla yanaşı, vətəndaşlar üçün də yüksək risklər yaradır. Bu qanunsuz platformalar sosial media üzərindən dələduzluq fəaliyyətlərini davam etdirərək insanları aldatmağa çalışırlar.
Bundan əlavə, bu cür fəaliyyətlərdə məsuliyyətli oyun standartlarının olmaması, iştirakçıların sosial və psixoloji sağlamlığı üçün də problemlər yaradır.
Azərbaycanın hüquq-mühafizə orqanları isə qanunsuz şans oyunlarına qarşı mübarizə tədbirlərini gücləndirərək cəmiyyətin və dövlətin maraqlarını qorumağa davam edir.
Month: November 2024
-
Türkiyədə qanunsuz şans oyunlarına görə məşhur simalar saxlanılıb
-
Oğurluq edərkən tutulan NBA ulduzu saxlanıldı
Keçmiş NBA oyunçusu Delonte West 16 milyon dollarlıq var-dövlətini itirib.
O, sərvətini itirdikdən sonra oğurluq edərkən yaxalanıb.
Keçmiş NBA ulduzu Delonte Westin ABŞ-ın Feyrfaks şəhərindəki evə girərkən yerli polis tərəfindən yaxalandığı açıqlanıb. Boston Celtics, Seattle Supersonics, Cleveland Cavaliers və Dallas Mavericks kimi komandalar üçün NBA liqasında 8 il ərzində 16 milyon dollar qazanan basketbolçu, narkotik maddə asılılığı və bipolyar xəstəlik səbəbiylə bütün sərvətini itirib.
Məşhur ulduz oğurluq etdiyi üçün 24 saat ərzində sərbəst buraxıldıqdan sonra polisə müqavimət göstərdiyi üçün yenidən həbs edilib. -
İngiltərə Premyer Liqası tarixinin ən pis hücumçuları açıqlanıb
İngiltərə Premyer Liqası tarixinin 10 ən pis hücumçusu bəlli olub.
Siyahını məşhur “GiveMeSport” nəşri tərtib edib.İlk sırada “Arsenal” və “Kristal Pelas”ın sabiq forvardı Yaya Sanoqo qərarlaşıb.
“Sanderlend” və “Hall Siti”də çıxış etmiş Cozi Altidor ikinci, “Çelsi”, “Uiqan” və “Blekbern”də oynamış Franko Di Santo üçüncü olub.
Növbəti sıralarda Jo (“Mançester Siti”, “Everton”), Frensis Ceffers (“Arsenal”, “Everton”, “Çarlton”, “Blekbern”), Andrey Voronin (“Liverpul”), Mido (“Tottenhem”, “Uiqan”, “Vest Hem”), Roberto Soldado (“Tottenhem”), Alfonso Alveş (“Midlsbro”) və Radamel Falkao (“Mançester Yunayted”, “Çelsi”) yer alıblar.
//report -
Прогноз погоды на завтра
Завтра в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, в течение дня преимущественно без осадков.
Об этом сообщили в Национальной службе гидрометеорологии.Ночью и утром в некоторых местах возможен небольшой дождь. Вечером северо-восточный ветер сменится юго-восточным.
Температура воздуха ночью составит 7-9°, днем 10-12° тепла. Атмосферное давление 774 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-75 %, днем 60-65%.
В районах Азербайджана местами ожидаются осадки и грозы. В отдельных местах возможны кратковременные ливни, в горных районах возможен снег, град. К вечеру осадки постепенно прекратятся. Временами ожидается туман. Будет преобладать умеренный восточный ветер.
Температура воздуха ночью составит 6-9°, днем 10-15° тепла, в горах ночью 3-8° мороза, днем от 3° мороза до 2° тепла.
-
Sabah Bakıda hava yağmursuz keçəcək
Bakı və Abşeron yarımadasında noyabrın 13-də hava yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
-
Ekvador millisinin futbolçusu 22 yaşında vəfat edib
Ekvador millisinin və LDU klubunun futbolçusu Marko Anqulo 22 yaşında vəfat edib.
Oyunçu avtomobil qəzasından sonra həyatını itirib.Hadisə oktyabrın 7-də baş verib. Kito şəhərinin cənub-şərqində Anqulo və digər dörd nəfərin olduğu avtomobil sürətlə hərəkət edərkən 50 tonluq metal konstruksiyaya çırpılıb. Qəza nəticəsində avtomobildəki şəxslərdən ikisi hadisə yerində həlak olub.
Anqulo isə çanaq sümüyünün sınığı, pnevmotoraks, beyin ödəmi və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bir ay xəstəxanada yatan futbolçu həkimlərin bütün səylərinə baxmayaraq, noyabrın 11-də vəfat edib.
Qeyd edək ki, M.Anqulo Ekvador millisində 2 oyun keçirmişdi.
-
Южноазербайджанский активист объявил голодовку в тюрьме в Тегеране
Южноазербайджанский активист и адвокат Тахир Нагави, содержащийся в тюрьме Эвин в столице Ирана Тегеране, объявил голодовку.
Как сообщает Median.Az со ссылкой на “Азад Иран”, данный шаг он предпринял в знак протеста против несправедливости, давления и угроз со стороны охранника тюрьмы.Согласно информации, 11 ноября Нагави обратился к врачу в тюрьме, после чего возник конфликт между ним и одним из охранников, который ранее подвергал его физическому давлению и пыткам, а в ходе конфликта угрожал смертью. О случившемся Нагави в письменном заявлении сообщил руководству тюрьмы Эвин.
Отметим, что в тегеранской тюрьме Эвин уже 10 месяцев содержатся южноазербайджанские общественные деятели Абдулазиз Азими Гадим, Араз Амани, Тахир Нагави, Муртаза Парвин, Гусейн Пири, Багер Гаджизаде и Аяз Сейфхах, незаконно арестованные иранской спецслужбой.
-
Tehran həbsxanasında güney azərbaycanlı məhbus aclıq aksiyasına başlayıb
İranın paytaxtı Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvi aclıq aksiyasına başlayıb.
Məlumatı “Azadiran” yayıb.Bildirilib ki, Tahir Nəqəvi həbsxana nəzarətçisinin ona qarşı haqsızlığına, təzyiq və hədələrinə etiraz olaraq bu addımı atıb.
Məlumata görə, noyabrın 11-də o, həbsxanada həkimə müraciət edib. Daha əvvəl ona qarşı fiziki təzyiqlər etmiş, işgəncə vermiş nəzarətçilərdən biri ilə arasında qarşıdurma yaranıb.
Bildirilib ki, nəzarətçi qarşıdurma yaradaraq, məhbusu ölümlə hədələyib. Bundan sonra Nəqəvi həbsxana nəzarətçisinin davranışına etiraz olaraq aclıq aksiyasına başlayıb. O, baş verənlərlə bağlı Evin zindanının rəhbərliyinə yazılı ərizə ilə məlumat verib.
Başqa bir məlumata əsasən, güneyli azərbaycanlı ictimai fəallar İran kəşfiyyat orqanı (ETTELAAT) tərəfindən qanunsuz tutularaq 10 aydır Tehrandakı Evin zindanında saxlanılır: Əbdüləziz Əzimi-Qədim, Araz Aman, Tahir Nəqəvi, Mürtəza Pərvin, Hüseyn Piri, Baqer Hacızadə və Ayaz Seyfxah.
//report -
Kriştianu Ronaldu növbəti mükafatını alıb
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu növbəti mükafatını alıb.
“Report” Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir ki, o, futbolda qazandığı nailiyyətlərə görə “Quinas de Platina” mükafatına layiq görülüb.39 yaşlı ön xətt oyunçusu aldığı mükafatla bağlı təəssüratlarını bölüşərkən qürurlandığını bildirib:
“Mən bu mükafatı son nöqtə deyil, əksinə, başlanğıc kimi qəbul edirəm. 18 yaşında milliyə qoşulanda arzum ilk oyunumu keçirmək idi. Sonra 25, 50-yə çatdım, bəs niyə 100 olmasın? Əvvəl iki, daha sonra üç rəqəm və 150, 200 oyun haqqında düşünməyə başladım. Bu, qürur hissidir”.
Qeyd edək ki, K.Ronaldu Portuqaliya millisində meydana çıxdığı 216 oyunda 133 qola imza atıb.
-
Rusiyalı ikiqat dünya çempionu vəfat edib
Müasir beşnövçülük (pentatlon) üzrə ikiqat dünya çempionu Eduard Sdobnikov vəfat edib.
Bu barədə Rusiya Müasir Pentatlon Federasiyası məlumat yayıb.Keçmiş idmançının 87 yaşında öldüyü bildirilib.
SSRİ-nin Əməkdar idman ustası 1962-ci ildə Meksikada fərdi və komanda yarışlarında qızıl medal qazanıb. O, həm də ikiqat SSRİ çempionudur.







