Month: November 2024

  • Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir – FOTO / VİDEO (YENİLƏNİR)

    Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.

    Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.

    Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində nitq söyləyib.

    Sonra BMT-nin Baş katibi Antonio Quterreş və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxış ediblər.

    Sammitdə NASA astronavtlarının beynəlxalq kosmik stansiyadan xüsusi videomüraciəti nümayiş olunub.

    Daha sonra mədəni proqram təqdim edilib.

    * * * * *

    Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.

    Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.

    Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində nitq söyləyib.

    Sonra BMT-nin Baş katibi Antonio Quterreş və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxış ediblər.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxış edib.

    Daha sonra çıxış üçün söz BMT Baş katibi Antonio Quterreşə verilib.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxış edir.





    * * * * *

    Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.

    Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.




    * * * * *

    Dünya liderləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Bakı Stadionuna gəlirlər.

    Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT Baş katibi Antonio Quterreş tədbirin keçiriləcəyi məkandadırlar.
















    * * * * *

    Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti baş tutacaq.

    İki gün davam edəcək sammitdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı iştirak edəcək.

    Onlar Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksəksəviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.

    Sammitin açılış mərasimi canlı yayımlanacaq.

    Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəfləri Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

  • Президент: Начатые Азербайджаном мегапроекты изменили энергетические и транспортные маршруты

    Азербайджан – страна, где встречаются Восток и Запад, Север и Юг. И дело тут не только в географии. Мы можем построить политические, культурные, энергетические, торговые и транспортные мосты между различными международными игроками.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в своем выступлении на церемонии открытия саммита лидеров COP29 12 ноября в Баку.

    “Мегапроекты, начатые Азербайджаном, уже изменили энергетическую и транспортную карты Евразии и привели к созданию плодотворных форматов многостороннего сотрудничества”, – подчеркнул глава государства.

  • İlham Əliyev: “Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşıma yollarını dəyişib”

    “Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar, müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

    “Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşıma yollarını dəyişib. Beləliklə, biz məhsuldar, çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Ильхам Алиев: Проведение СОР29 означает оценку нашей активной роли на международной арене

    Азербайджану представилась возможность принимать СОР29 единогласным решением почти 200 стран. Это знак уважения к нашей стране и означает оценку активной роли страны на международной арене.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев 12 ноября в выступлении на церемонии открытия Саммита лидеров СОР29 в Баку.

  • Prezident: “COP29-a ev sahibliyi etməyimiz fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsidir”

    “Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

  • Президент: Азербайджан как председатель COP29 постарается внести вклад в поиск консенсуса странами

    Азербайджан как председатель COP29 постарается внести своей вклад в поиск консенсуса между развитыми и развивающимися странами и наладить отношения между Глобальным Югом и Глобальным Севером.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев в своем выступлении на церемонии открытия саммита лидеров COP29 12 ноября в Баку.

    Глава государства отметил, что при поддержке 120 стран Азербайджан возглавлял Движение неприсоединения, которое является крупнейшим институтом после ООН.

  • Prezident: “COP29-un sədri kimi ölkələr arasında razılığın tapılmasına töhfə verməyə çalışacağıq”

    “COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında razılığın tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

    Dövlətimizin başçısı bildirib ki, 120 ölkənin dəstəyi ilə Azərbaycan BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib.

  • В некоторых местах идет дождь, на Шахдаге – снег – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на 11:00 12 ноября, в некоторых районах Азербайджана наблюдается дождливая погода, на Шахдаге – снегопад.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Количество выпавших осадков в Нахчыване составило 10 мм, Лянкяране, Лерике, Шахбузе – 9 мм, Нефтчале, Губе – 8 мм, Шаруре – 7 мм, Билясуваре, Садараке, Астаре, Имишли, Ярдымлы, Джафархане, Джульфе, Хачмазе, Ордубаде, Алтыагадже, Гусаре, Грызе, Шабране, Тертере, Евлахе, Гёйчае, Зардабе, Кюрдамире, Шамкире и Сабирабаде – 5 мм.

    В Нахчыване, Ордубаде, Шамкире, Шамахы, Гобустане, Губе, Гусаре, Грызе, Халтане, Евлахе, Гёйчае, Лерике наблюдался туман.

    Минимальная температура воздуха в Баку и на Абшеронском полуострове составила 13, Нахчыванской АР – 5, низменных районах – 11, горных районах – 4 градуса тепла, в высокогорье – 3 градуса мороза.

  • Bəzi yerlərdə yağış, Şahdağda isə qar yağır – FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, noyabrın 12-də saat 11:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə arabir yağış, Şahdağda isə qar yağır.

    Vurğulanıb ki, düşən yağıntının miqdarı Naxçıvanda 10 mm, Lənkəran, Lerik və Şahbuzda 9 mm, Neftçala və Qubada 8 mm, Şərurda 7 mm, Biləsuvar, Sədərək, Astara, İmişli, Yardımlı, Cəfərxan, Culfa, Xaçmaz, Ordubad, Altıağac, Qusar, Qrız, Şabran, Tərtər, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Şəmkir və Sabirabadda 5 mm olub.

    Naxçıvan, Ordubad, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-də 5, Aran rayonlarında 11, dağlıq rayonlarda 4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3 dərəcə şaxta qeydə alınıb.

  • İƏT-in Baş katibi Azərbaycana səfərə gəlib

    İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda İƏT-in Baş katibini elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.