Month: November 2024

  • Azərbaycan və Esvatini Baş nazirlərinin görüşü olub

    Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Esvatininin Baş naziri Rassel Dlamini ilə görüşüb.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Esvatini arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qarşılıqlı maraq doğuran bir sıra sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

  • Qrenadanın Baş nazirinin Azərbaycana səfəri başlayıb

    Qrenadanın Baş naziri Dikon Miçel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycana səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Dikon Miçeli elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

  • Tonqa Krallığının Baş naziri COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdədir

    Noyabrın 12-də Tonqa Krallığının Baş naziri Siaosi Ofakivahafolau Sovaleni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Tonqa Krallığının Baş nazirini elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

  • Ruanda Prezidenti Azərbaycanda səfərdədir

    Ruanda Respublikasının prezidenti Pol Kaqame noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

  • Рамиль Гулиев завершил карьеру

    Азербайджанский спортсмен Рамиль Гулиев, защищавший честь сборной Турции, завершил карьеру.

    Об этом idman.biz сообщил сам чемпион мира.

    34-летний спортсмен не исключил возможности вернуться на стартовую линию в случае необходимости:

    “Я завершил свою профессиональную карьеру. Возможно, буду в эстафетной команде, если понадобится. Но мы еще не говорили с федерацией на эту тему. Сейчас я занимаюсь спортом только для своего удовольствия”.

    Отметим, что чемпион мира и Европы участвовал в соревнованиях только накануне летних Олимпийских игр Париж-2024 из-за прошлогодней травмы. Однако он не смог завоевать права участвовать в забеге четырехлетия.

  • Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub

    Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev karyerasını başa vurub.

    İdman.biz xəbər verir ki, 34 yaşlı atlet ehtiyac duyulacağı halda yenidən start xəttinə çıxa biləcəyini də istisna etməyib.

    “Peşəkar karyeramı bitirmişəm. Ola bilsin ki, lazım gələrsə, estafet komandasında çıxış edim. Amma bu mövzu ilə bağlı hələlik federasiya ilə danışmamışıq. İdmanla hazırda yalnız zövqüm üçün məşğul oluram”.

    Qeyd edək ki, dünya və Avropa çempionu ötən il zədələndiyi üçün yalnız Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində yarışlara qatılıb. Lakin dördilliyin əsas yarışında iştirak hüququ qazana bilməyib.

  • Мехрибан Алиева поделилась публикацией по случаю Дня Конституции – ФОТО

    Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева поделилась на своей официальной странице в Instagram публикацией по случаю 12 Ноября – Дня Конституции.

    Median.Az представляет данную публикацию:

  • Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Eldar Əzizov: “Bakıda qəzalı vəziyyətdə olan 1100 bina var”

    Соответствующая комиссия, созданная в целях принятия необходимых мер по инвентаризации многоквартирных жилых домов, находящихся в аварийном состоянии, и обеспечения безопасности проживающих в них жильцов, приступила к работе.

    Об этом сообщил АПА глава Исполнительной власти города Баку Эльдар Азизов.

    Он отметил, что в столице 1 100 ветхих зданий: “Они сносятся, гражданам предлагается новое жилье. Одновременно снести сразу 1 100 домов, и построить вместо них новые невозможно. Эти вопросы решаются, и будут решаться. Утвержден новый генплан Баку, с которым и связаны работы по сносу. Где-то планируется построить новые здания, где-то разбить парк. Главная стратегия – это генплан, на основании которого сегодня создаются парки, проводится снос ветхих зданий”.

  • Eldar Əzizov: “Bakıda qəzalı vəziyyətdə olan 1100 bina var”

    “Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə yaradılmış müvafiq komissiya fəaliyyətə başlayıb”.

    Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

    O bildirib ki, Bakı şəhərində 1100 qəza vəziyyətində olan bina var:

    “Ardıcıllıqla bu binalar sökülür. Vətəndaşlara yeni evlər təklif olunur. Hər halda bu proses göz qabağındadır. Bir anda 1100 evi söküb onun əvəzində yeni bina tikmək mümkün deyil. Proses çərçivəsində bu məsələlər öz həllini tapacaq və tapılır. Bakı şəhərinin yeni Baş planı təsdiq edilib. Aparılan söküntü işləri də bu Baş planla əlaqədardır. Haradasa yeni binalar tikilməsi nəzərdə tutulub, haradasa, park nəzərdə tutulub. Baş plan əsas strategiyadır. Baş plan daim inkişafdadır, əsas kimi qəbul edilib. Baş plan əsasında bu gün yeni parklar salınır, söküntülər aparılır. Bu dəfə Bakının Baş planı çoxmərkəzlik prinsipi əsasında yaradılıb və bu gün biz bunu icra edirik”.