Month: November 2024

  • Xəzər dənizində görüntülənən “nəhəng canlı” nədir? – YENİLƏNİB (FOTO / VİDEO)

    Xəzər dənizinin sahilində görüntülənən və müzakirələrə səbəb olan maket bundan əvvəl 2022-ci ildə Fransanın Bordo şəhərində Qaronna çayının sahilində görüntülənib.

    Təbii ölçüdə sahilə düşmüş kaşalot heykəli kəskin ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyıb.

    Belçika incəsənət kollektivi “Captain Boomer” tərəfindən hazırlanan qeyri-adi sənət instalyasiyası heyrətamiz reallıqla hazırlanıb. Rəssamlar heyvanın başının xarakterik forması, dərisindəki qırışlar və hətta dişləri də daxil olmaqla anatomik xüsusiyyətlərini dəqiqliklə yaradıblar.

    Kaşalotlar dünya okeanında rast gəlinən ən böyük dişli balinalar hesab olunurlar. Möhtəşəm ölçülərinə baxmayaraq, bu əzəmətli məxluqlar su çirklənməsi, gəmilərlə toqquşma, balıqçılıq torlarına dolaşma və digər antropogen amillər səbəbindən nəsli kəsilmək təhlükəsi altındadır.

    Onu da qeyd edək ki, “Captain Boomer” daha əvvəl London, Paris və digər şəhərlərdə “sahilə atılmış balinalar” kimi oxşar heykəllər nümayiş etdirib və hər dəfə ictimaiyyət arasında böyük rezonans yaradıb.

    * * * *

    Bakı bulvarının ləpədöyənində nəhəng canlı tapılıb.

    Bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb.
    //oxu.az

  • Ağstafada avtomobil piyadanı vuraraq öldürüb

    Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    Hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

    Yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü Rəşad Mehdiyevi avtomobil vurub.

    Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
    Faktla bağlı araşdırma aparılır.

  • Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq

    Bu gün Çili ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü il noyabrın 3-də qurulub. Bu ay isə biz Çilinin Bakıda konsulluq şöbəsini açacağıq.
     
    Bu sözləri Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil edilən tədbirdə bildirib.

    O qeyd edib ki, Çili Latın Amerikasının Azərbaycandan ən uzaq ölkəsi olduğuna görə, ikitərəfli münasibətləri və ticarəti dərinləşdirmək asan məsələ olmayıb.
     
    “Çilidən COP29-da iştirak üçün Azərbaycana 121 nəfərlik nümayəndə heyətinin tərkibində iki nazir gələcək. Biz Azərbaycanı COP29 üçün dəstəkləyirik”, – Ciankarlo Alberti qeyd edib.

  • “Sabah” “Kəpəz”lə heç-heçə edib

    Misli Premyer Liqasının XIII turunda “Sabah” “Kəpəz”lə heç-heçə edib.

    “Bank Respublika Arena”da baş tutan görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb.

    Hesabı qonaqlar açıb. 4-cü dəqiqədə Orxan Əliyev dəqiq zərbə müəllifi olub. 32-ci dəqiqədə o, növbəti dəfə adını tabloya yazdırıb. Lakin O. Əliyev bu dəfə avtoqolla yadda qalıb. 73-cü dəqiqədə Kahim Parris “bayquşlar”ı hesabda irəli çıxarsa da, final fitinə 1 dəqiqə qalmış Nicat Süleymanov vurduğu qolla qərb təmsilçisini məğlubiyyətdən xilas edib.

    Turnir cədvəlində “Sabah” 18 xalla beşinci, “Kəpəz” isə 7 xalla sonuncu sırada qərarlaşıb.
    Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Şamaxı” ilə (2:2), “Səbail” isə “Turan Tovuz”la (1:1) heç-heçə edib.

  • Премьер РФ утвердил состав российской делегации на COP29 в Баку

    Премьер РФ Михаил Мишустин утвердил состав российской делегации, которая примет участие в климатической конференции COP29 в Баку.

    Согласно распоряжению правительства РФ, опубликованному на официальном портале правовой информации, руководителем делегации по согласованию назначен спецпредставитель президента РФ по вопросам климата Руслан Эдельгериев.
    Заместителем главы делегации назначен глава Федеральной службы по гидрометеорологии и мониторингу окружающей среды Игорь Шумаков.
    Президент РФ Владимир Путин 7 ноября сообщил, что российскую делегацию на климатической конференции COP29 в Баку возглавит премьер Мишустин.

  • Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib

    Rusiya hökumətinin sədri Mixail Mişustin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.

    Bu barədə hökumətin rəsmi hüquqi məlumat portalında dərc edilmiş sərəncamda qeyd olunub.

    Belə ki, nümayəndə heyətinin rəhbəri Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev təyin edilib.
    Nümayəndə heyətinin rəhbər müavini Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin başçısı İqor Şumakov təyin edilib.

    Xatırladaq ki, daha əvvəl Rusiya Prezident Vladimir Putin Bakıda keçiriləcək COP29 iqlim konfransında Rusiya nümayəndə heyətinə Baş nazir Mişustinin rəhbərlik edəcəyini bildirmişdi.

  • Bakıda sexdə yanğın – avtomobillər yandı

    Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 6500 m² (hər mərtəbəsi 1300 m²) olan beşmərtəbəli obyektin birinci mərtəbəsində yerləşən sahəsi 80 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan “Nissan” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, 30 paq.m elektrik kabeli və 8 ədəd qoruyucu açar yanıb.

    Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • 47 yaşlı müəllim qəfil vəfat etdi

    Biləsuvarda 47 yaşlı müəllim qəfil vəfat edib. 

    Median.Az “Qafqazinfo”ab istinadən xəbər verir ki, hadisə rayonun Əsgərabad kəndində baş verib.
    Belə ki, ibtidai sinif müəllimi işləyən Əzizova Yeganə Əşrəf qızı qan təzyiqi ilə bağlı yaranan narahatlıqdan dünyasını dəyişib.

  • Sirkə turşusu can aldı

    Gəncədə 68 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1956-cı il təvəllüdlü M.İbrahimova evdə sirkə turşusundan zəhərlənib.

    Xəstəxanada tibbi yardıma baxmayaraq, M.İbrahimovanı xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Qremmi”də nominasiyaların sayına görə liderdir

    Amerikalı müğənni Beyonse “Qremmi” musiqi mükafatına nominasiyaların sayına görə lider olub.

    Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, mükafat üçün namizədlərin siyahısı noyabrın 8-də rəsmi internet saytında dərc olunub.

    67-ci “Qremmi” mükafatları 2 fevral 2025-ci ildə Los-Ancelesdə keçiriləcək. Tədbir zamanı namizədlər 94 nominasiya üzrə nüfuzlu mükafat uğrunda mübarizə aparacaq ki, Beyonse onlardan 11-də təmsil olunur.

    43 yaşlı müğənnini 94 kateqoriyadan yeddi kateqoriyada təmsil olunan sənətçilər – Billie Eilish, Charli XCX, reperlər Kendrick Lamar və Post Malone izləyir. Onlardan sonra altı nominasiya qazanan Sabrina Karpenter, Ron Çappell və Taylor Svift gəlir.