Month: November 2024

  • Место проведения COP29 передано UNFCCC

    Место проведения COP29 – Бакинский Олимпийский стадион – передан Азербайджанской операционной компанией COP29 Рамочной конвенции ООН об изменении климата (UNFCCC).

    Об этом сообщили в пресс-службе Операционной компании COP29.

    “Синяя зона”, расположенная в пространстве проведения конференции COP29, которая пройдет в Баку 11-22 ноября этого года, официально передана Рамочной конвенции ООН об изменении климата (UNFCCC) Азербайджанской операционной компанией COP29.

    “Синяя зона” является официальным местом проведения конференций и переговоров, регулируемых Рамочной конвенцией ООН об изменении климата (UNFCCC). Во время COP29 все сессии, встречи, дополнительные мероприятия и пресс-конференции будут проходить именно в “Синей зоне”. В “Синюю зону” будут допущены только участники, аккредитованные UNFCCC.

    С передачей “Синей зоны” Рамочной конвенции ООН об изменении климата (UNFCCC) Азербайджанская операционная компания COP29 завершила важный этап процесса. Для обеспечения комфорта делегаций здесь созданы соответствующие условия. В “Синей зоне” расположено около 39 пешеходных контрольно-пропускных полос, 35 регистрационных столов для аккредитации, три специализированных центра доступа, 9 дополнительных и 5 специальных залов для проведения мероприятий, а также 132 офиса для делегатов. Здесь также расположены различные зоны общественного питания.

    Во время конференции ежедневно с 07:00 до 22:00 между основными транспортными узлами и Бакинским стадионом будут курсировать специальные маршрутные автобусы конференции. Однако даже после 22:00 ограниченное количество маршрутных автобусов будет продолжать обслуживать людей, которые остаются на стадионе. Гости COP29 смогут спланировать поездку на Бакинский стадион онлайн с помощью цифровой транспортной карты, содержащей информацию о недавно введенных в эксплуатацию и расположенных на стратегических позициях транспортных узлах, а также в местах и зонах проведения мероприятия, местах размещения гостей.

    “Синяя зона” COP29 была разработана с учетом условий, необходимых для конструктивного участия всех представителей, а также заинтересованных сторон в важной конференции этого года.

  • COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib

    Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransının tədbir məkanında yerləşən Mavi Zonası COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) rəsmi surətdə müvəffəqiyyətlə təhvil verilib.

    Median.Az-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən verilən məlumata görə, Mavi Zona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır. COP29 zamanı bütün sessiya, görüş, əlavə tədbir və mətbuat konfransları məhz Mavi Zonada keçiriləcək. Mavi Zonaya yalnız UNFCCC tərəfindən akkreditasiya olunmuş iştirakçılar buraxılacaqlar.

    “Mavi Zonanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verməklə COP29 Azərbaycan Əməliyyat Şirkəti mühüm əməliyyat mərhələsinə yekun vurub. Nümayəndə heyətlərinin tədbir məkanında rahatlığının təmin edilməsi üçün burada müvafiq şərait yaradılıb. Mavi Zonada təxminən 39 piyada yoxlama-keçid zolağı, akkreditasiya üçün 35 qeydiyyat masası, müyəssərliklə bağlı üç xüsusi yardım masası, eləcə də doqquz əlavə və beş xüsusi tədbir otağı, habelə nümayəndə heyəti üçün 132 ofis yerləşir. Burada, həmçinin, nümayəndələr üçün müxtəlif qida və içkilərin təklif olunduğu müxtəlif iaşə sahələri yerləşir”, – deyə məlumatda qeyd olunur.

    Həmçinin bildirilir ki, konfrans zamanı hər gün səhər saat 7:00-dan saat 22:00-a kimi əsas nəqliyyat qovşaqları ilə Bakı Stadionu arasında konfransın xüsusi marşrut avtobusları işləyəcək. Bununla yanaşı, axşam saat 22:00-dan sonra da stadionda qalan insanlar üçün məhdud sayda marşrut avtobusları xidmət göstərməyə davam edəcək. COP29-un qonaqları yenicə istifadəyə verilmiş və strateji mövqelərdə yerləşən nəqliyyat qovşaqlarını, eləcə də tədbirin keçirildiyi yer və zonaları, habelə qonaqlama yerləri haqqında məlumatları özündə əks etdirən Rəqəmsal Nəqliyyat Xəritəsindən onlayn qaydada istifadə etməklə Bakı Stadionuna gediş-gəlişi planlaşdıra biləcəklər.

    COP29-un Mavi Zonası bütün nümayəndələrin, eləcə də maraqlı tərəflərin builki mühüm konfransda konstruktiv iştirakı üçün tələb olunan şərait nəzərə alınmaqla hazırlanıb.

  • Ermənistan-Gürcüstan sərhədində zəlzələ oldu

    Gürcüstan və Ermənistan sərhəd zolağında 3 bal gücündə zəlzələ baş verib.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

    Zəlzələ noyabrın 9-da yerli vaxtla saat 10:35-də (GMT 10:31) Bavra kəndindən 14 km şimal-şərqdə baş verib. Zəlzələnin coğrafi koordinatları 41․22⁰ şimal eni və 43,91⁰ şərq uzunluğudur.

    Zəlzələnin ocağı 10 km dərinlikdə, maqnitudası 2,3 olub.

    Episentrdə yeraltı təkanların gücü 3 bal olub. Zəlzələ rayonun Bavra, Sarağyux, Sizavet, Tavşut, Kazançı kəndlərində 2-3 bal gücündə hiss olunub.

    Dağıntılar, ölən və yaralananlar haqda xəbər yoxdur.

  • Azərbaycanda dəhşətli cinayət: Üç nəfər bıçaqlandı, ölən var

    Şəmkir şəhərində törədilən qətlin bəzi təfərrüatı məlum olub.

    Xudat Məmmədovla Anar Süleymanov arasında mübahisə yaşanıb. Bu zaman hər ikisi bir-birinə bıçaqla xəsarət yetirib.

    Nəticədə sonuncu aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə yerində olan Tural Gözəlov da bıçaq yarası alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

    Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    ///report

  • Закир Гасанов выразил соболезнования казахстанскому коллеге в связи с аварией Ми-8

    Министр обороны Азербайджана Закир Гасанов выразил соболезнования казахстанскому коллеге Руслану Жаксылыкову в связи с аварией вертолета Ми-8, приведшей к гибели одного военнослужащего.

    Об этом сообщили в Министерстве обороны АР.

    “Глубоко опечален вестью о гибели одного и ранении двух военнослужащих в результате аварии вертолета Ми-8 в Актюбинской области братского Казахстана”, – говорится в послании.

    Гасанов выразил соболезнования близким и родственникам погибшего военного и пожелал скорейшего выздоровления пострадавшим.

    Напомним, вертолет Ми-8 Министерства обороны Казахстана 9 ноября при выполнении учебно-тренировочного полета совершил жесткую посадку. На борту находилось три члена экипажа, двое доставлены в больницу. Один из членов экипажа скончался. Предварительная причина авиационного инцидента – техническая неисправность.

  • Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 9-da təlim-məşq uçuşları zamanı “Mİ-8” hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkova başsağlığı ünvanlayıb.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    “Qardaş Qazaxıstan Respublikasının Aktobe vilayətində baş vermiş helikopter qəzası nəticəsində ekipaj üzvlərindən bir nəfərin həlak olması və digərlərinin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

    Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm”.

    Xatırladaq ki, helikopterin göyərtəsində üç nəfər olub, onlardan biri dünyasını dəyişib. Digər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.

  • Реджеп Тайип Эрдоган поздравил Азербайджан с Днем государственного флага

    Президент Турции Реджеп Тайип Эрдоган поздравил Азербайджан с 9 Ноября – Днем государственного флага.

    Поздравление опубликовано на странице турецкого лидера в соцсети Х.

    “Поздравляю дружественный, братский Азербайджан с 9 Ноября, Днем государственного флага. Передаю приветствия и наилучшие пожелания всему азербайджанскому народу в лице моего дорогого брата Президента Ильхама Алиева”, – говорится в публикации.

  • Rəcəb Tayyib Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

    O, bununla bağlı “X” hesabında paylaşım edib.

    “Dostumuz, qardaşımız, tale ortağımız Can Azərbaycanın 9 Noyabr – Dövlət Bayrağı Gününü təbrik edir, əziz qardaşım, Prezident İlham Əliyevin timsalında Azərbaycan xalqına salam və məhəbbətimi göndərirəm”, – paylaşımda qeyd olunub.

  • Садыр Жапаров посетит Азербайджан для участия в COP29

    Президент Кыргызстана Садыр Жапаров 11-13 ноября посетит с рабочим визитом Азербайджан для участия в 29-й Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29).

    Как передает Median.Az со ссылкой на Sputnik Кыргызстан, об этом сообщил завотделом внешней политики администрации президента Муратбек Азымбакиев.

    В Баку 12 ноября глава государства примет участие в церемонии открытия Климатического саммита и выступит на пленарной сессии конференции.

    На мероприятии “Диалог высокого уровня: продвижение горной повестки и актуализация темы гор и изменения климата”, которое 13 ноября организует Кыргызстан совместно с Азербайджаном и Монголией на полях COP29, выступит Садыр Жапаров, президент Монголии Ухнаагийна Хурэлсуха, президент Непала Рама Чандры Поудела, а также главы других делегаций и международных организаций.

  • Qırğızıstan prezidenti Azərbaycana səfər edəcək

    Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana işgüzar səfəri çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

    Median.Az-ın “Sputnik Qırğızıstan”a istinadən xəbərinə görə, bu barədə ölkənin Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev məlumat verib.

    Məlumata görə, Sadır Japarov COP29-un plenar iclasında çıxış edəcək.

    Azımbakiyevin sözlərinə görə, Japarovun, həmçinin, Qırğızıstanın Azərbaycan və Monqolustanla COP29 çərçivəsində birgə təşkil etdiyi “Yüksək səviyyədə dialoq: Dağ gündəliyinin təşviqi və dağlar və iqlim dəyişikliyi mövzusunun aktuallaşdırılması” adlı tədbirdə çıxışı da planlaşdırılır.

    Eyni zamanda, Qırğızıstan prezidentinin COP29 zamanı ikitərəfli görüşləri də nəzərdə tutulur.