Month: November 2024

  • В Баку иностранца сбил автомобиль

    В Насиминском районе Баку 20-летний иностранец получил травму при наезде автомобиля.

    Автомобиль сбил иностранного гражданина Сейида Амера Ашая, 2004 года рождения, когда тот переходил дорогу.

    Пострадавшего с различными травмами доставили в больницу.

    По факту ведется расследование.

  • Bakıda əcnəbi vətəndaşı avtomobil vurub

    Bakının Nəsimi rayonunda 20 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    Əcnəbi vətəndaş, 2004-cü il təvəllüdlü Seyid Amer Ashay yolu keçərkən avtomobil onu vurub.

    Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Эксперт: Интересы Ирана и Армении полностью совпадают

    Проармянский иранский эксперт Эхсан Моваххедийан, известный своей антиазербайджанской позицией, написал в аккаунте Х о своем интервью “Армянской прессе”:

    “Интересы Ирана и Армении полностью совпадают. Поскольку в ближайшее время нет возможности мира с Баку, а территориальная целостность Армении не соблюдается для создания коридора Восток-Запад между Турцией и Азербайджаном, Тегеран и Ереван должны завершить строительство коридора Север-Юг как можно скорее”.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    Эксперт отметил, что Армения может рассчитывать на Иран в реализации политики диверсификации энергопоставок и предвзято заявил: “Турция стремится создать тюркский мир при поддержке некоторых государств, и Армения является единственным препятствием. Некоторые соседи пытаются дестабилизировать Армению и уничтожить ее особую цивилизацию. В отличие от этих соседей, Иран защищает свое армянское наследие”.

  • İranlı ekspert: “Tehranın və İrəvanın maraqları tam üst-üstə düşür”

    “İranın və Ermənistanın maraqları tam üst-üstə düşür”.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə ermənipərəst ekspert Ehsan Mövahhedian “Armen Press”ə verdiyi müsahibədə deyib.

    “Bakı ilə tezliklə sülhün əldə olunması ehtimalı olmadığı, həmçinin Türkiyə və Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılması üçün Ermənistanın ərazi bütövlüyünə hörmət edilmədiyi üçün Tehran və İrəvan Şimal-Cənub dəhlizini mümkün qədər tez başa çatdırmalıdır”, – deyə o bildirib.

    Ekspert Ermənistan enerji təchizatının diversifikasiyası siyasətini həyata keçirmək üçün İrana arxalana biləcəyinə qeyd edib:

    “Türkiyə bəzi dövlətlərin dəstəyi ilə Türk dünyası yaratmağa can atır və yeganə maneə Ermənistandır. Bəzi qonşular Ermənistanda sabitliyi pozmağa və onun xüsusi sivilizasiyasını məhv etməyə çalışırlar. Bu qonşulardan fərqli olaraq, İran erməni irsini qoruyur”, – deyə o bildirib.

  • Bakıda itkinlərlə bağlı keçirilən beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı

    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 2-3 oktyabr 2024-cü il tarixlərində Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda təşkil edilmiş beynəlxalq konfransın yekun bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

    Bu barədə komissiyadan məlumat verilib.

    Bildirilib ki, sənəddə beynəlxalq konfransın iştirakçıları Müharibə qurbanlarının müdafiəsinə dair Konvensiyaları, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq sənəd və qətnamələrini rəhbər tutaraq, o cümlədən dövlətlərin beynəlxalq humanitar hüquqla bağlı öhdəliyini xatırladaraq silahlı münaqişə tərəflərini itkin düşmüş şəxslərin axtarışı üçün bütün mümkün tədbirləri görməyə və onların taleyi barədə istənilən məlumatı təqdim etməyə dəvət edirlər:

    “Sənəddə həmçinin, beynəlxalq təşkilatlar itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına yardım göstərməyə və silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin məsələsi ilə məşğul olacaq xüsusi mexanizmin yaradılmasını təşviq etməyə dəvət olunur.
    Azərbaycanda keçirilmiş beynəlxalq konfransın ən əsas nəticələrindən biri itkin düşmüş şəxslər probleminin müxtəlif aspektlərinin müzakirə edilməsi üçün «İllik Bakı Dialoqu»nun yaradılması çağırışıdır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın itkin düşmüş şəxslər probleminin həlli sahəsində həyata keçirdiyi səylərinə verilmiş yüksək qiymətin bariz nümunəsidir.

    Dövlət Komissiyası itkin düşmüş şəxslər məsələsinin beynəlxalq müstəvidə irəlilədilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək”.

  • Qatar biletləri bahalaşıb? – ADY-dən AÇIQLAMA

    Artıq “Azərbaycan Dəmir Yolları” (ADY) QSC ilə ölkədaxili marşrutlar üzrə səfər edən vətəndaşlara biletlər standart qiymətlərlə satılmır. Belə ki, əvvəldən bilet alan şəxslər aşağı məbləğdə, səfər gününə yaxın bilet alanlar isə daha çox pul ödəməli olurlar. Bu dəyişikliklərdən isə vətəndaşların xəbəri yoxdur.

    Məsələ ilə bağlı ADY-dən Milli.Az-a bildirilib ki, dinamik qiymət siyasətinin daxil olduğu loyallıq proqramına bir neçə gündür ki, başlanılıb.

    Bu proses noyabr ayının 1-dən start götürüb.

    “Bu ilk növbədə sərnişinlərə səfərlərini əvvəlcədən daha rahat təşkil etməyə imkan verir. Həmçinin ADY-yə əlavə qatar reyslərini daha operativ müəyyən etməyə şərait yaradır. Əsasən bayram günlərində, həftəsonu əlavə reyslər təyin olunurdusa, indi tələbatdan asılı olaraq təyin olunur.

    Eyni zamanda sərnişinlər daha tez bilet əldə etdikdə onlara daha çox güzəştlər olur. Qiymət isə bayram günləri və həftəsonlarında dəyişə bilər. Amma 2-3 həftə əvvəldən bileti daha ucuz əldə etmək olur”.

    Qeyd edək ki, ölkə ərazisində qatarlar Abşeron dairəvi dəmir yolu xətti istisna olmaqla Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətində hərəkət edir.

  • Пентагон отказал Украине в приоритетной поставке новых систем ATACMS

    Глава Пентагона Ллойд Остин отказал Украине в приоритетной поставке новых систем ATACMS в обход других заказчиков.

    Об этом пишет газета The Wall Street Journal (WSJ) со ссылкой на двух американских чиновников и советника из правительства Украины.

    По данным издания, Остин отклонил недавнюю просьбу украинского президента Владимира Зеленского отдать приоритет его стране в обход других покупателей при поставках ATACMS. Согласно материалу WSJ, американский министр обороны заявил главе Украины, что тот “просит слишком многого”, когда требует от США нарушить давние соглашения с другими заказчиками.

  • KİV: “ABŞ Ukraynaya ATACMS raketlərini verməkdən imtina etdi”

    ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenskiyə ATACMS taktiki raket sistemlərinin tədarükündən imtina edib.

    Bu barədə “Wall Street Journal” ABŞ-nin iki rəsmisi və Ukrayna hökumətinin məsləhətçisinə istinadən xəbər verib.

    Bildirilir ki, Ostin Zelenskinin ATACMS sistemlərinin prioritet tədarükü ilə bağlı son müraciətini rədd edib.

    Nəşrin məlumatına görə, Pentaqon rəhbəri Zelenskiyə ABŞ-dən digər sifarişçilərlə uzunmüddətli razılaşmaları pozmağı tələb edərkən “həddindən artıq çox şey istədiyini” bildirib.

  • Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?

    Azərbaycanda iş günü hesab olunmayan bayram günlərində işçilərin işə cəlb edilməsi qadağan olunsa da, burada istisnalar var. Onlara fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində çalışanlar aiddir.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, həmin günlərdə işləməyə görə onlara əlavə əməkhaqqı verilməlidir.

    Bəs əlavə ödənişin məbləği nə qədər olmalıdır?

    Azərbaycanda 15 bayram olsa da, onun 12-sinə təsadüf edən günlər qeyri-iş günü hesab olunur. İş günü hesab olunmayan bayram günləri aşağıdakılardır:

    Yeni il bayramı (Yanvarın 1 və 2-si);

    Beynəlxalq Qadınlar Günü (Martın 8-i);

    Faşizm üzərində Qələbə günü (Mayın 9-u);

    Müstəqillik Günü (Mayın 28-i);

    Azərbaycan Xalqının Milli Qurtuluş Günü (İyunun 15-i);

    Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü (İyunun 26-sı);

    Zəfər Günü (noyabrın 8-i);

    Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (Noyabrın 9-u);

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (dekabrın 31-i);

    Novruz bayramı – 5 gün;

    Qurban bayramı – 2 gün;

    Ramazan bayramı – 2 gün.

    Əmək Məcəlləsinə görə, bayram günləri görülən işə görə əməkhaqqı vaxtamuzd (faktiki iş saatlarına görə) ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamalıdır. Bayram günləri işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

    2024-cü ilin istehsalat təqviminə görə, noyabr ayında 5 günlük iş həftəsi üzrə 151 iş saatı var. Bu da o deməkdir ki, vəzifə maaşı 1000 olan işçinin həmin ay üzrə 1 saatlıq əməkhaqqı məbləği 6 manat 60 qəpikdir, 1 günlük maaşı isə 52 manat 80 qəpikdir. Bayram günlərində işləməyə görə isə bu məbləğlər 2-yə vurulmaqla hesablanıb əmək haqqına əlavə edilir.

    Həmçinin aylıq maaş alan işçilərə bayram gününə görə əlavə ödəniş, iş aylıq iş vaxtı norması çərçivəsində görülübsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla verilməlidir. Əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülübsə, işçiyə maaşdan əlavə gündəlik vəzifə maaşının 2 qat məbləğindən aşağı olmamaqla əlavə əməkhaqqı ödənilir.

    Müəyyən kateqoriyadan olan işçilərin bayram günlərində işə cəlb olunması müəyyən şərtlər əsasında mümkündür. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların bayram günlərində işə cəlb edilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir. Hamilə və 3 yaşınadək uşağı olan qadınların bayram günləri işə çıxmasına, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda razılıq verilir.

    Yaşı 18-dən az olan işçilərin bayram günlərində işə cəlb edilməsi isə ümumiyyətlə qadağandır.

  • Azərbaycan XİN Pakistana başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən terror aktında həlak olanlarla bağlı başsağlığı verib.

    Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

    “Bu gün Pakistanın Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”, – paylaşımda deyilir.