Month: November 2024

  • Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli bayram konserti keçirilir

    8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilir.

    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin dördüncü ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd edilir.

    Bayram tədbirinin keçirildiyi ərazi, mərkəzi küçələr və prospektlər, istirahət parkları Vətən müharibəsindəki Şanlı Zəfərin dördüncü ildönümü ilə əlaqədar bayramsayağı bəzədilib, Zəfərə həsr edilən plakatlar asılıb. Binaların eyvanlarında ölkəmizin üçrəngli bayrağı dalğalanır.
    //report

  • Cпециальная световая проекция по случаю Дня Победы показана на здании Национальной библиотеки в Минске – ВИДЕО

    По случаю Дня Победы Азербайджана на здании Национальной библиотеки в столице Беларуси Минске была показана специальная световая проекция с изображением флага Азербайджана и символов Победы.

    Как сообщает Report, проекция появилась на здании по инициативе действующего в Беларуси Торгового дома Азербайджана.

    Представители Торгового дома Азербайджана в Беларуси отметили, что подобные мероприятия имеют большое значение с точки зрения ознакомления белорусской общественности с азербайджанской культурой и историей.

  • Minsk Milli Kitabxanasında Azərbaycanın Zəfər Günü xüsusi işıq proyeksiyası ilə nümayiş etdirilib – VİDEO

    Minsk Milli Kitabxanasının binasında 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan bayrağı və zəfərə aid simvolları əks etdirən xüsusi işıq proyeksiyası nümayiş etdirilib.

    Tədbir Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin təşəbbüsü ilə baş tutub və hər iki ölkə arasındakı dostluq münasibətlərin yüksək səviyyədə olmasını nümayiş etdirir.

    Turistlər və şəhər sakinləri arasında böyük maraq doğuran bu təşəbbüs Azərbaycan-Belarus münasibətlərinin inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın təbliğinə müsbət təsir edir.

    Azərbaycan Ticarət Evinin nümayəndələri bildiriblər ki, bu cür tədbirlər Azərbaycan mədəniyyətinin və tarixinin Belarus ictimaiyyətinə tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.
    //report

  • Офицер: Азербайджанский спецназ освобождал Шушу, преодолевая сложный рельеф и атакуя с неожиданных направлений

    Азербайджанская армия, атакуя с различных направлений и отражая контратаки противника, освободила Шушу от оккупации в ходе 44-дневной Отечественной войны.

    Об этом Report заявил офицер Сил специального назначения Азербайджанской армии журналистам в рамках поездки, организованной Министерством обороны в Шушу в связи с четвертой годовщиной освобождения города от оккупации.

    Он сказал, что азербайджанский спецназ, двигаясь в направлении города, пробирался сквозь густые леса и овраги, труднодоступные горные перевалы.

    “Используя беспилотные летательные аппараты, мы определяли цели впереди. Проходя через перевалы, мы атаковали с направлений, откуда противник нас не ждал. Мы пересекли Лачынскую дорогу, передвигаясь в туманную погоду. Они ждали нас на дороге, которую постоянно использовали, поэтому сосредоточили там свои основные силы. Когда мы атаковали с неожиданного направления, противник запаниковал. Несмотря на скопление больших сил врагом в Шуше и его окрестностях, они не были способны сражаться. Мы наносили удары по оставшимся в городе оккупантам, продвигаясь в направлении крепости Шуша. Противник попытался контратаковать со стороны Лачына и Ханкенди, но мы успешно отразили эти попытки.

    Воля Верховного главнокомандующего и поддержка нашего народа стали залогом освобождения от оккупации города Шуша — жемчужины Карабаха”, – сказал офицер.

    Напомним, что 8 ноября 2020 года азербайджанская армия освободила Шушу от вражеской оккупации.

    После изгнания армянских оккупантов в центре города был водружен трехцветный флаг Азербайджана. В тот же день в своем обращении к народу с Аллеи шехидов президент Ильхам Алиев объявил об освобождении города Шуша от оккупации.

  • Xüsusi təyinatlı: Şuşa əməliyyatlarında dərələrdən keçərək gözlənilməz istiqamətlərdən hücum edirdik

    44 günlük Vətən müharibəsinin Şuşa əməliyyatları zamanı dərələrdən keçərək işğalçıların üzərinə gözlənilməz istiqamətlərdən hücum edirdik.

    Bu sözləri “Report”un Şuşaya ezam olunmuş əməkdaşına müsahibəsində Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Vətən müharibəsində iştirak etmiş zabiti şəhərin işğaldan azad olunmasının dördüncü ildönümü ilə əlaqədar təşkil edilən mediatur zamanı deyib.

    O bildirib ki, 2020-ci il noyabr ayının 2-də Şuşa istiqamətində hərəkət etmək üçün tapşırıq alıblar:

    “Pilotsuz uçuş aparatlarından istifadə edərək qarşıdakı hədəfləri müəyyən edirdik. Dərələrdən keçərək düşmənin gözləmədiyi istiqamətlərdə hücuma keçirdik. Laçın yolunu keçərək dumanlı havada hərəkət edirdik. Onlar bizi daimi istifadə etdikləri yolda gözləyirdilər, ona görə də əsas qüvvələrini ora toplamışdılar. Onların gözləmədiyi istiqamətdə və vaxtda hücum edən zaman təşvişə düşdülər. Şuşa və ətrafına böyük qüvvə cəmləşdirsələr də, döyüşmək iqtidarında deyildilər. Şuşa qalası istiqamətində işğalçıların şəhərdə qalmış qüvvələrini məhv etməyə başladıq. Laçın və Xankəndi istiqamətindən əks-həmlələr etməyə çalışdılar, lakin biz bunu dəf etdik. Ali Baş Komandanın iradəsi və xalqımızın dəstəyi ilə Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad etdik”.

    Hərbi qulluqçunun sözlərinə görə, Azərbaycan Ordusu Şuşaya girdikdən sonra işğalçılar Xankəndi şəhəri tərəfdən artilleriya və digər ağır silahlardan atəş açmağa başlayıblar. O bildirib ki, düşmən adətən ağır texnikalardan istifadə etməkdən çəkinirdi, çünki bu texnikaları Azərbaycan Ordusu PUA-lar vasitəsilə asanlıqla məhv edirdi.

    “Dalana dirənən işğalçılar məcbur qalıb Şuşada ağır zirehli texnikalardan istifadə edirdilər. Şəhidlərimiz və yaralılarımız var idi. Lakin döyüş ruhumuz yüksək səviyyədə idi. Biz irəlilədikcə düşmən zirehli texnikasını qoyub qaçırdı. Şuşa əməliyyatına qədər artıq düşmənin mübarizə əzmi qırılmışdı. Bu, hücum edəndə onların özlərini itirərək döyüş meydanından qaçdıqları zaman da aydın hiss olunurdu. Bölmələrimiz Şuşada düşmənin bütün müqavimətini qırırdı. Müharibədə iştirak etdiyim üçün Azərbaycan Bayrağı Ordeni, Şücaətə görə və digər medallarla təltif olunmuşam”, – deyə Azərbaycan Ordusunun xüsusi təyinatlı zabiti bildirib.

    Qeyd edək ki, 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad edib. Bu qələbəni Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çatdırıb.

  • Ученые: Частый загар в солярии повышает риск развития меланомы

    Американские ученые из Брауновского университета пришли к выводу, что использование соляриев приводит к более частым случаям заболевания меланомой – наиболее летальным видом рака кожи.

    Исследование опубликовано в научном издании Journal of Investigative Dermatology (JID).

    Специалисты оценили геопространственную связь между случаями меланомы и наличием соляриев на уровне округов в регионе Новая Англия на северо-востоке США с 2014 по 2018 год.

    Исследование выявило значительную связь между более широким доступом к соляриям и более высокими показателями меланомы в регионе Новая Англия в США.

    Ученые обнаружили шесть кластеров высокого риска, семь кластеров низкого риска и один всплеск заболеваемости меланомой.

    Скорректированная пространственная регрессия показала, что чем дольше жителям округов Новой Англии было добираться до студии искусственного загара, тем ниже был риск развития рака кожи.

    С каждой потраченной минутой в дороге до солярия в пределах получасового путешествия шанс заболеть меланомой снижался на 1,92%.

    По словам ученых, их открытие поможет скорректировать стратегии общественного здравоохранения и предупредить людей об угрозе их жизни, исходящей от студий искусственного загара.

  • Alimlər: Süni qaralma dəri xərçəngi xəstəliyinə səbəb olur

    ABŞ-nin Braun Universitetinin alimləri belə qənaətə gəliblər ki, solyaridən (dərinin süni yolla qaralması – red) istifadə dəri xərçənginin ən ölümcül növü olan melanoma xəstəliyinə daha tez-tez tutulmaya gətirib çıxarır.

    “Report” xəbər verir ki, bununla bağlı tədqiqat “Journal of Investigative Dermatology” elmi nəşrində dərc edilib.

    Mütəxəssislər, melanoma xəstəliyinə tutulma halları ilə ABŞ-nin şimal-şərqindəki Yeni İngiltərə regionunda bölgə səviyyəsində solyaridən istifadə əlaqəsini qiymətləndiriblər. Tədqiqat, melanomaya tutulma halları ilə solyari arasında əhəmiyyətli əlaqəni aşkarlayıb.

    Alimlər altı yüksək riskli qrup, yeddi aşağı riskli qrup və melanomaya tutulmalarda artım aşkarlayıblar. Nəticələr göstərib ki, Yeni İngiltərə dairəsinin sakinləri süni qaralma studiyasına nə qədər az getsələr, dəri xərçəngi xəstəliyinin inkişaf riski o qədər aşağı olub.

    Alimlərin fikrincə, onların kəşfi ictimai səhiyyə strategiyalarını tənzimləməyə və insanları süni qaralma studiyalarından gələn həyat təhlükəsi barədə xəbərdar etməyə yardımçı olacaq.

  • ADY меняет график движения поездов в дни COP29

    ЗАО “Азербайджанские железные дороги” (ADY) вносит изменения в расписание пригородных и междугородних поездов, назначает дополнительные рейсы на период проведения конференции ООН по изменению климата COP29 в Баку.

    Как сообщили в ADY, данная мера направлена на обеспечение более комфортных и безопасных пассажирских перевозок в дни проведения масштабного международного мероприятия.

    Для своевременного и безопасного осуществления пассажирских перевозок 30 октября завершился технический перерыв на Абшеронской кольцевой железной дороге. В связи с этим с 11 ноября поезда будут курсировать по графику, объявленному 16 сентября, а скоростные поезда 8-10, 17 и 24 ноября будут ходить по расписанию нерабочих дней.

    Поезда по маршруту Баку–Сумгайыт–Баку будут курсировать по расписанию рабочих дней 11, 12, 13, 16 и 23 ноября. Расписание поездов из Баку в Габалу меняется: рейсы, запланированные на 16 и 23 ноября, отменяются и переносятся на 17 и 24 ноября. В эти даты поезда будут ходить в обоих направлениях.

    Кроме этого, на маршруте Баку–Агстафа–Баку в связи с праздничными днями 8-10 ноября назначены дополнительные рейсы как из столицы, так и из Агстафы. Поезд, отправляющийся из Баку в 09:15, прибудет в Агстафу в 15:40, а поезд, отправляющийся из Агстафы в 17:00, прибудет в Баку в 23:38.

  • ADY COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Nazirlər Kabinetinin noyabr ayında iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qəbul etdiyi qərara uyğun olaraq, həmçinin COP29 tədbir günlərində sərnişin səfərlərinin daha rahat və təhlükəsiz təşkil edilməsi məqsədilə şəhərətrafı və ölkədaxili qatarların hərəkət cədvəlində müvafiq dəyişikliklər edir.

    Median.Az ADY-yə istinadən xəbər verir ki, sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün oktyabrın 30-da Abşeron dairəvi dəmiryol xətti üzrə götürülmüş texniki fasilə tamamlanıb. Belə ki, qatarlar noyabrın 11-dən etibarən 16 sentyabrda elan edilmiş qrafik üzrə hərəkətdə olacaq. Sürət qatarları 8, 9, 10, 17 və 24 noyabr tarixlərində qeyri-iş günlərinin cədvəlinə uyğun hərəkət edəcək.

    11, 12, 13, 16 və 23 noyabr tarixlərində isə Bakı–Sumqayıt–Bakı marşrutu üzrə qatarlar iş günlərinin cədvəlinə uyğun fəaliyyət göstərəcək.

    Ölkədaxili marşrutlara gəlincə, Bakıdan Qəbələyə 16 və 23 noyabr tarixlərinə planlaşdırılan reyslər ləğv edilərək əvəzinə Bakıdan 17 və 24 noyabr tarixlərinə təyin edilir. Belə ki, qatarlar həmin tarixlərdə hər iki istiqamətdə hərəkətdə olacaq.

    Bakı–Ağstafa–Bakı istiqamətində isə 8, 9 və 10 noyabr tarixlərində həm paytaxtdan, həm də Ağstafadan əlavə reyslər təyin edilir. Həmin tarixlərdə Bakıdan saat 09:15-də yola düşən qatar Ağstafaya 15:40-də, Ağstafadan saat 17:00-da yola düşən qatar isə Bakıya 23:38-də çatacaq.

  • В Аргентине предпринимателя признали виновным в гибели 100 пингвинов

    Суд аргентинского города Росон признал виновным в нанесении ущерба окружающей среде аргентинца, который проехал тяжелой техникой по месту гнездования пингвинов.

    Как передает Median.Az со ссылкой на газету Clarin, об этом сообщила пресс-служба судебной власти провинции Чубут.

    “Суд единогласно решил признать Рикардо Ла-Рехина ответственным за причинение вреда с отягчающими обстоятельствами”, – говорится в тексте. Его также признали виновным в жестоком обращении с животными. Приговор будет вынесен 11 ноября.

    Следствие установило, что Ла-Рехина в 2021 году проехал тяжелой техникой по территории, где гнездятся пингвины, чтобы построить дорогу и ограждения для своего участка, расположенного по соседству с заповедником Пунта-Томбо. По данным газеты, от действий предпринимателя погибли более 100 пингвинов, были уничтожены почти 300 гнезд. Как отмечает издание, речь идет о первом деле об экоциде, по которому был вынесен приговор в Латинской Америке.