Month: November 2024

  • Argentinada sahibkar 100 pinqvinin ölümündə təqsirli bilinib

    Argentinanın Roson şəhər Məhkəməsi sahibkarı pinqvinlərin yuva qurduğu ərazidə ağır texnika ilə hərəkət edərək ekoloji zərər vurmaqda təqsirli bilib.

    Bu barədə Çubut vilayətinin məhkəmə orqanlarının mətbuat xidməti açıqlama yayıb.

    “Məhkəmə yekdilliklə Rikardo La-Rexinin ağırlaşdırıcı vəziyyətdə zərər vurmaqda və heyvanlara qarşı amansız rəftar etməkdə təqsirli olduğuna qərar verdi”, – açıqlamada bildirilir.

    Məhkəmə qərarı noyabrın 11-də elan olunacaq.

    İstintaq müəyyən edib ki, La-Rexin 2021-ci ildə Punta-Tombo qoruğu zonasının yaxınlığında yerləşən öz ərazisi üçün yol və hasar inşa etmək məqsədilə pinqvinlərin yuva qurduğu ərazidən ağır texnika ilə keçib. Qəzetin məlumatına görə, sahibkarın hərəkətləri nəticəsində 100-dən çox pingvin ölüb və 300-ə yaxın yuva dağılıb. Nəşr, bu işin Latın Amerikasında ekosid üzrə ilk hökm çıxarılan məhkəmə işi olduğunu qeyd edir.
    //report

  • Alimlər mikroplastiklərin hava və iqlimə mənfi təsirini aşkarlayıblar

    ABŞ-nin Pennsilvaniya Universitetinin alimləri mikroplastikanın hava və iqlim proseslərinə təsirini araşdırıblar. Polimer hissəciklərinin buludlarda buz kristallarının yaranmasına kömək etdiyi ortaya çıxıb.

    Tədqiqat “ACS ES & T Air” elmi jurnalında dərc edilib.

    Laboratoriyanın nəzarətli mühitində mütəxəssislər dörd fərqli mikroplastikin dondurulmuş fəaliyyətini nəzərdən keçiriblər: aşağı sıxlıqlı polietilen (PENP), polipropilen (PP), polivinil xlorid (PVC) və polietilen tereftalati (PET.

    Alimlər plastikləri kiçik su damlalarına bölüblər və polimer dənəciklərinin buzun əmələ gəlməsinə necə təsir etdiyini müşahidə etmək üçün mayeni yavaş-yavaş soyudublar.

    Alimlər mikroplastiklərin damcıların donma nöqtəsini təmiz maye ilə müqayisədə 5-10 dərəcə artırdığını aşkarlayıblar. Əlavə çirkləndiriciləri olmayan atmosferdəki su mənfi 38 dərəcədə buza çevrilir, lakin hər hansı bir mikroplastik əlavə edildikdə, damcıların 50 % -i artıq mənfi 22 dərəcədə donur.

    Tədqiqatçılar atmosfer plastikinin havaya təsirinin hələ araşdırılmadığını söyləyiblər. Ehtimal olunur ki, polimer aerozollar daha güclü yağıntılara səbəb ola bilər.

    ““Mikroplastiklər kimi çoxlu aerozol hissəciklərinin olduğu çirklənmiş mühitdə siz mövcud suyu bir çox fraqmentlər arasında paylayaraq hər birinin ətrafında daha kiçik damcılar yaradırsınız. Damcılar yalnız kifayət qədər böyüdükdən sonra düşdüyündən, damcılar düşəcək qədər böyük olmazdan əvvəl buludlarda daha çox su toplayırsınız. Nəticədə daha güclü yağış alırsınız”, – məqalənin aparıcı müəllifi, professor Miriam Fridman qeyd edib.
    //report

  • Скончался генконсул России в Гюмри

    Скончался генеральный консул России в Гюмри Руслан Кандуаров.

    Об этом сообщает посольство РФ в Армении.

    Кандауров был назначен на пост генконсула в Гюмри в декабре 2020 г. Состоял на дипломатической службе с 1996 г. Работал на различных должностях в центральном аппарате МИД РФ и за рубежом.

  • Rusiyanın Gümrüdəki baş konsulu vəfat edib

    Rusiyanın Ermənistanın Gümrü şəhərindəki baş konsulu Ruslan Kandaurov vəfat edib.

    Median.Az-ın “Sputnik”ə (Ermənistan) istinadən məlumatına görə, bu barədə Rusiyanın Ermənistandakı Səfirliyi xəbər yayıb.

    Bildirilir ki, R.Kandaurov 2020-ci ilin dekabrından baş konsul vəzifəsində çalışıb. O, 1996-cı ildən diplomatik xidmətdə olub.

    R.Kandaurovun ölüm səbəbi açıqlanmayıb.

  • Bakıda yanğın olub, xəsarət alan var

    Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

    Bu barədə FHN-dən bildirilib.

    Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • “Whatsapp”a 5 YENİLİK gəlir

    Dünyanın ən çox istifadə edilən mesajlaşma proqramlarından biri olan “WhatsApp” yeni yeniləmələri ilə gündəmdədir.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Instagram”dan ilhamlanan “WhatsApp” özündə bəzi yenilikləri istifadəçilərinə təqdim edəcək.

    Əldə olunan məlumata görə, yeniliklər hazırda sınaq mərhələsindədir.

    “Whatsapp”ın yeni özəllikləri bunlardır:

    1- Musiqi əlavə etmək.

    Hazırda sınaq mərhələsində olan ən maraqlı yeniliklərdən biri statusa musiqi əlavə etməkdir.
    İstifadəçilər Instagram hekayələri kimi statuslarına musiqi əlavə edə biləcəklər. Bu funksiya dostlara və ailə üzvlərinə yazılarında emosiyanı daha yaxşı hiss etməyə imkan verəcək.

    2- Özəlləşdirilmiş “smile”

    Əlavə ediləcək digər xüsusiyyət isə istifadəçilərə ən çox istifadə etdikləri “smile”lara tez daxil olmaq imkanı verən “fərdi smile” funksiyasıdır.

    Bu, istifadəçilərə status yeniləmələri edərkən və ya mesajlara cavab verərkən “smile”lardan daha rahat istifadə etməyə imkan verəcək.

    3- “Web”də axtar funksiyası

    Davamlı olaraq foto paylaşan istifadəçilər üçün WhatsApp “Web axtarışı” seçimini təklif edir ki, bu da “Google Lens” vasitəsilə birbaşa söhbət ekranından fotoşəkilləri axtarmağa imkan verir.

    Bu funksiya istifadəçilərə şəkillərdəki obyektləri və ya simvolları tez bir zamanda müəyyən etməyə imkan verir.

    4- Sorğu anketi

    WhatsApp status yeniləmələrinə interaktivlik əlavə etmək üçün yeni məzmun teqləri təqdim edir. Bunlardan biri hələ də beta testində olan “sorğu” anketidir.

    Bu funksiya sayəsində istifadəçilər statuslarına çox seçimli sorğular əlavə edə və bu sorğular vasitəsilə qarşılıqlı əlaqədə ola biləcəklər. Əvvəllər “WhatsApp” söhbətlərində istifadə edilən sorğular bu funksiya sayəsində status yeniləmələrində də istifadə edilə bilər.

    5- “Seçiminizi əlavə edin” funksiyası

    Gözlənilən digər xüsusiyyət isə Instagram-da “Add Yours” etiketinə bənzər bir funksiyadır. Keçən il Instagram-da təqdim edilən bu teq istifadəçilərə sorğuya cavablarını əlavə etməyə imkan verir.

    WhatsApp-da cavablar yalnız orijinal paylaşıcıya və seçilmiş kontaktlara görünəcək, beləliklə, qarşılıqlı əlaqə gizli və şifrəli olacaq.
    //azxeber.com

  • COP29 vaxtı rayonlardan Bakıya giriş belə olacaq

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər tətbiq ediləcək.

    Median.Az Musavat.com-a istiandən xəbər verir ki, COP29 günlərdə Azərbaycanın bölgələrindən rayon qeydiyyatlı avtomobillərin paytaxta gəlməsi üçün məhdudiyyət olmayacaq. Həmçinin, bölgələrdən gələn avtomobillər üçün şəhərin giriş postlarında yoxlamalar aparılmayacaq.

    Bakıda bir sıra küçə və prospektlər üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək.

    Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək və oradan Badamdar istiqamətinə gedə biləcəklər.

    Yasamal və “Şamaxinka” adlanan əraziyə daxil olmaq istəyən sürücülər isə bu istiqamətlərdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaqlar. Beləliklə tədbir vaxtı Bakıda nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.

    Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkəti Müşfiqabad-Xocəsən yolunda təşkil olunacaq postlarda qismən məhdudlaşdırılacaq. Onlar “Şamaxinka” ərazisindən geriyə dönmə ilə Ziya Bünyadov prospekti istiqamətində fasilələrlə buraxılacaqlar.

    Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq.

    Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.

  • Vəzifəli şəxslər arasında mübahisə – Protokol tərtib edildi

    Astara rayonunda vəzifəli şəxslər arasındakı mübahisə inzibati xətanın törədilməsi ilə nəticələnib.

    “Qafqazinfo” xəbər verir ki, rayonun Burzubənd kəndindəki məktəbin direktoru 1987-ci il təvəllüdlü Z.Rəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

    Bildirilib ki, məktəb direktoru övladını aylıq 180 manat ödənişlə Astara şəhərindəki “Məryəm Kids” bağçasında loqopedik təlimə yazdırıb. Lakin təlimi keçməli olan mərkəzin əməkdaşı bir müddət sonra işdən çıxıb və göstərdiyi xidmət yarımçıq qalıb.

    Bundan sonra məktəb direktoru mərkəzin təsisçisi və direktoru olan şəxslə əlaqə saxlayaraq verdiyi pulu geri tələb edib və qarşı tərəf ödənişin 70 faizini geri qaytaracağına söz verib. Lakin razılaşdırılmış vaxtda pul qaytarılmadığı üçün Z.Rəfiyev bağçaya gedərək orada səs-küy salıb, direktoru söyərək təhqir edib.

    Bağça rəhbərinin şikayətindən sonra Z.Rəfiyev barəsində protokol tərtib edilib.

    Astara Rayon Məhkəməsinin dünən çıxardığı qərarla məktəb direktoru 50 manat cərimə edilib.

  • Дорожная полиция обратилась к водителям в связи с организацией работы в праздничные дни

    Главное управление Государственной дорожной полиции (ГУ ГДП) обратилось к населению в связи с услугами, предоставляемыми в праздничные дни.

    Как сообщили в ГУГДП, учитывая, что в праздничные дни у владельцев и водителей транспортных средств будет больше свободного времени, технические осмотры транспортных средств будут проводиться круглосуточно в центрах техосмотра, расположенных на территории Сабунчинского и Гарадагского районов столицы.

    “Кроме того, для регистрационных действий, связанных с транспортными средствами, и проведения назначенных экзаменов Регистрационно-экзаменационное управление ГУ ГДП, а также региональные регистрационно-экзаменационные отделения и центры техосмотра в других городах и районах республики будут работать без перерыва с 09:00 до 18:00 в праздничные дни.

    Владельцы и водители транспортных средств могут воспользоваться свободным временем и предоставленными возможностями, обратившись в соответствующие подразделения ГДП для регистрационно-экзаменационных процедур или технического осмотра, как и в обычные рабочие дни”, – говорится в обращении.

  • DYP bayram günləri ilə bağlı əhaliyə müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində göstərilən xidmətlərlə bağlı əhaliyə müraciət edib.

    BDYPİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, bayramla əlaqədar qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, avtomobillərin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat, nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə isə BDYPİ-nin Qeydiyyat-imtahan idarəsi, eləcə də regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcək.

    Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.