Month: November 2024

  • Ильхам Алиев: Сейчас на земле Карабаха не осталось и следа от сепаратистов

    Мы освободили от оккупации Агдамский, Кельбаджарский и Лачынский районы без единого выстрела. В результате целенаправленной и продуманной политики, решительных шагов, сделанных после этого, мы значительно укрепили свои политические, стратегические и военно-стратегические позиции.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев в обращении к народу по случаю Дня Победы.

    Отметив, что судьба группы сепаратистов и стоящих за ними лиц в Карабахе и Армении стала ясна после того, как Азербайджан обеспечил контроль над важными высотами, глава государства подчеркнул, что им был предоставлен выбор, но они все равно не приняли правильного решения: “Проведенная в сентябре 2023 года всего за несколько часов антитеррористическая операция преподала им очередной урок. В результате сепаратизму был положен конец раз и навсегда. А сейчас на земле Карабаха не осталось и следа от сепаратистов”.

  • İlham Əliyev: “İndi Qarabağ torpağında separatçıların izi, tozu da qalmayıb”

    “Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində səsləndirib.

    Vacib yüksəklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibətinin bəlli olduğunu söyləyən dövlətimizin başçısı onlara seçim verildiyini və yenə də düzgün qərar qəbul etmədiklərini vurğulayaraq deyib:

    “2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi isə Qarabağ torpağında separatçıların izi, tozu da qalmayıb”.

  • Президент: Исламофобы в некоторых западных столицах подстрекают Армению к новой войне

    Считаю, что результаты второй Карабахской войны, антитеррористической операции на сегодняшний день достаточны для того, чтобы Армения предприняла правильные шаги.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в обращении к народу по случаю Дня Победы.

    При этом глава государства подчеркнул, что есть вопрос, о котором не следует забывать. “Антиазербайджанские силы, не желающие мириться с этой ситуацией, исламофобы, азербайджанофобы, сидящие в некоторых западных столицах, сегодня подстрекают Армению к новой войне”, – добавил Президент.

  • Prezident: “Qərb paytaxtlarında oturan azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər”

    “İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistan üçün bu günə qədər düzgün addımlar atmaq üçün kifayətdir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində söyləyib.

    Ancaq unutmamalı olduğumuz bir məsələnin olduğunu bildirən dövlətimizin başçısı qeyd edib:

    “Bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər”.

  • Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib

    Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib.

    APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanda əksini tapıb.

    Siyahıya Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki “Azərsilah Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri daxil ediliblər.

  • МИД Турции поделился публикацией по случаю 8 Ноября – ФОТО

    Министерство иностранных дел Турции поздравило Азербайджан с 8 Ноября – Днем Победы.

    Об этом говорится на официальной странице ведомства в соцсети Х.

    “От всего сердца поздравляем братский Азербайджан с четвертой годовщиной освобождения от оккупации исконных территорий страны – Карабаха. С глубоким уважением чтим память павших и преклоняемся перед ветеранами, которые стали участниками этой великой победы”,- говорится в сообщении.

  • Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib – FOTO

    Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

    Bu barədə qurumun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

    “Can Azərbaycanı qədim torpağı – Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirik. Azadlıq uğrunda şəhid olanların xatirəsini dərin ehtiramla yad edir, qazilərimizi minnətdarlıqla xatırlayırıq”, – deyə paylaşımda vurğulanıb.

  • Əcnəbilər üçün iş icazəsini elektron üsulla əldə etmək mümkün olacaq

    Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

    “Report” xəbər verir ki, dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur.

    Həmçinin, iş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin müddəti uzadılmış iş icazəsini elektron üsulla əldə etmək imkanı təmin olunur.

    Bu qanunun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə elektron qaydada tərtib olunur, işəgötürənin onu elektron üsulla əldə etməsi imkanı təmin olunur və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur.

    Qanun 2024-cü il noyabrın 1-dən qüvvəyə minib.

  • Президент Азербайджана: К Победе нас вела сплоченность народа и власти

    Еще в 2003 году, когда меня впервые избрали на должность Президента Азербайджанской Республики, я заявил, что мы любой ценой восстановим нашу территориальную целостность. Что территориальная целостность и суверенитет Азербайджана не будут предметом переговоров. И жизнь это показала.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в обращении к народу по случаю Дня Победы.

    “Мы готовились, создавали сильную армию, обеспечивали экономическое развитие”, – подчеркнул глава государства, отметив: “Наше экономическое развитие, большой политический вес, решительное выступление с международных трибун, сплоченность народа и власти, воспитание молодого поколения, упрочение духа патриотизма в обществе – вот все те факторы, которые вели нас к Победе. И совокупность этих факторов сделала её возможной”.

  • Prezident: “Siyasi çəkimizin böyük olması, xalq-iqtidar birliyi bizi Qələbəyə doğru aparırdı”

    “Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində bildirib.

    “Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik”, – deyən dövlətimizin başçısı, həmçinin qeyd edib:

    “İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, beynəlxalq tribunalarda sözümüzü qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması – bütün bu amillər Qələbəyə doğru bizi aparırdı və bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir”.