Month: November 2024

  • Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir

    8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində yürüş keçirilir.

    Ərazidə xidmət edən “N” saylı hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi parad hərbi orkestrin sədaları ilə müşayiət olunur.

    Həmçinin bayram yürüşündə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak edirlər.

    Zəfər yürüşü Xankəndi şəhərinin zəfər meydanında başa çatacaq.

    “Trend” yürüşdən görüntüləri təqdim edir:

  • Ильхам Алиев поделился публикацией по случаю четвертой годовщины освобождения города Шуша

    Президент Азербайджанской Республики Ильхам Алиев на своих официальных страницах в соцсетях поделился публикацией в связи с четвертой годовщиной освобождения города Шуша.

    В публикации говорится:

    “История нашей Победы – прошло четыре года со дня освобождения города Шуша от армянской оккупации”.

  • İlham Əliyev Şuşanın erməni işğalından azad edilməsi ilə bağlı paylaşım etdi

    Prezident İlham Əliyev Şuşanın Ermənistan işğalından azad olunmasının dördüncü ildönümü münasibətilə paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • В Paint и “Блокноте” на Windows появились функции с искусственным интеллектом

    Приложения “Блокнот” и Paint в Windows 11 получили новые функции на базе искусственного интеллекта.

    Об этом говорится в блоге компании.

    Теперь пользователи “Блокнота” могут с помощью ИИ переписывать предложения, меняя их длину и тональность. Пользователи могут выделить часть текста или текст целиком, выбрать в контекстном меню пункт “Переписать”, после чего в диалоговом окне появятся пункты с возможностью укоротить, сделать длиннее или изменить тональность текста.

    Нововведения в “Блокноте” доступны пользователям программы Windows Insider в США, Франции, Великобритании, Канаде, Италии и Германии.

    Paint получил новые инструменты редактирования изображений с помощью ИИ, в том числе генеративную заливку, которая позволяет добавлять на изображение новые объекты по текстовому. Также у тестировщиков заработала функция генеративного ластика, позволяющая удалять объекты с фото и заполнять пустое пространство.

    Функция по добавлению новых объектов изначально будет доступна тестировщикам на ПК с сертификацией Copilot+, а вторая – всем участникам программы предварительной оценки Windows 11.

    Когда обновленный “Блокнот” и Paint заработают у всех пользователей Windows 11, не уточняется.

  • “Windows”da “Paint” və “Notepad”da süni intellekt funksiyaları yarandı

    “Windows 11″də “Notepad” və “Paint” proqramları süni intellekt əsaslı yeni funksiyalar əldə edib.

    Bu barədə şirkətin bloqunda bildirilib.

    İndi “Notepad” istifadəçiləri süni intellekt vasitəsilə cümlələri yenidən yaza, onların uzunluğunu və tonunu dəyişə bilərlər. İstifadəçilər mətnin bir hissəsini və ya bütün mətni, kontekst menyusunda “Yenidən yaz” bəndini seçə bilərlər, bundan sonra dialoq pəncərəsində mətni qısaltmaq, uzatmaq və ya tonunu dəyişmək imkanları olan bəndlər görünəcək.

    “Notepad”dakı yeniliklər “Windows Insider” proqramının ABŞ, Fransa, Böyük Britaniya, Kanada, İtaliya və Almaniyadakı istifadəçiləri üçün əlçatandır.

    “Paint” süni intellekt vasitəsilə şəkilləri redaktə etmək üçün yeni alətlər əldə edib, o cümlədən mətn əsasında şəklə yeni obyektlər əlavə etməyə imkan verən generativ doldurma funksiyası. Həmçinin test istifadəçiləri üçün şəkillərdən obyektləri silməyə və boş məkanı doldurmağa imkan verən generativ silgi funksiyası işə salınıb.

    Yeni obyektlərin əlavə edilməsi funksiyası ilkin olaraq “Copilot+” sertifikatlı kompüterlərdəki test istifadəçiləri üçün, ikinci funksiya isə “Windows 11″in ilkin qiymətləndirmə proqramının bütün iştirakçıları üçün əlçatan olacaq.

    Yenilənmiş “Notepad” və “Paint”in bütün “Windows 11” istifadəçiləri üçün nə vaxt işləyəcəyi dəqiqləşdirilmir.
    //oxu.az

  • Unun qiyməti ARTDI – Çörək də BAHALAŞACAQ?

    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, oktyabr ayı ilə müqayisədə noyabrda 50 kiloqramlıq unun topdansatış qiyməti 70 qəpiyədək artıb. 

    Topdansatış mərkəzlərində qiymətlər 25 manat 95 qəpikdən 28 manat 20 qəpiyədək dəyişir. Ötən ay bu göstərici 25 manat 30 qəpikdən 27 manat 50 qəpiyədək olub. 
    Məsələ ilə bağlı İqtisadçı Eyyub Kərimli bildirib ki, mövsümlə əlaqədar əsasən taxıl istehsalçısı və əsas ixracatçı olan ölkələrdə taxıl qiymətində artım müşahidə olunur:

    “Ölkəmiz taxıl idxalından ciddi şəkildə asılı olduğundan unun qiymətinə müəyyən təsir göstərib. Digər tərəfdən yerli taxıl istehsalında logistika və nəqliyyat xərclərinin artması baş verib”.

    Qeyd edək ki, dünya bazarlarında buğdanın ucuzlaşması əsasən məhsulun biçin dövründə müşahidə olunur. Sentyabrın sonunda bu mövsüm bitib. Eyni zamanda Azərbaycanın buğda idxal etdiyi Rusiya sentyabr ayından bu məhsulun xaricə satışına tətbiq olunan rüsumu artırmağa başlayıb”.
    Qeyd edək ki, çörəyin qiymətinin artıb-artmayacağı hələ ki qeyri-müəyyəndir.
    //Milli.az

  • COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək şəxsin adı açıqlanıb

    Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ölkəsinin heyətinə BMT-nin Bakıdakı İqlim Konfransında (COP29) Baş nazir Mixail Mişustin rəhbərlik edəcək.

    Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

  • Rusiyanın Zaporojya bölgəsinə hücumu onkoloji mərkəzə ziyan vurub, 4 nəfər ölüb

    Rusiya ordusunun Ukraynanın cənub-şərqindəki Zaporojya şəhərinə hücumu nəticəsində 4 nəfər ölüb, 33 nəfər yaralanıb.

    Reuters“ agentliyinin yaydığı məlumata görə hücum zamanı xeyli ev dağılıb, onkoloji mərkəz isə ciddi zərər görüb.

    Regionun qubernatoru İvan Fyodorov “Telegram” hesabında yaralananlar arasında dörd aylıq bir qız, 1 və 10 yaşlarında iki oğlan uşağının olduğunu yazıb.

    Fyodorovun sözlərinə görə, Rusiya ordusu şəhərə 6 bomba atıb, onların hamısı mülki infrastruktura, o cümlədən fərdi evlərə və beş mərtəbəli yaşayış binasına dəyib.

    Şəhər rəhbərliyi dağıntılar altında daha çox insanın qalması ehtimalı ilə xilasetmə əməliyyatının davam etdiyini bildirib.

  • “Budyo Qlimt” – “Qarabağ” oyunu start götürüb

    UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” (Norveç) – “Qarabağ” oyunu start götürüb.

    Qarşılaşma Bude şəhərindəki “Aspmira” stadionunda keçirilir.

    Matçı portuqaliyalı baş hakim Luiş Qodinyu idarə edir.

  • Gəncədə avtomobil tibb işçisini vuraraq öldürüb

    Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    Şəhər ərazisində xəstəxanaların birində tibb bacısı işləyən 1969-cu il təvəllüdlü R.Quluyevanı avtomobil vurub.

    O, aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.