Month: November 2024

  • ABŞ-da 40 eksperimental meymun laboratoriyadan qaçdı

    Cənubi Karolinada tədqiqat mərkəzindən 40 eksperimental meymun qaçıb. 

    Qaynarinfo xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

    “Polis çərşənbə günü axşam Cənubi Karolina ştatında tədqiqat müəssisəsindən qaçan 40 meymunu axtarır”, deyə məlumatda qeyd edilir.

    Polis yerli sakinləri meymunların evlərinə girməməsi üçün qapı və pəncərələri bağlı saxlamağa, onlarla təmasda olmamağa çağırıb.

    Polis bildirib ki, tələlər qurulub və məmurlar heyvanları geri qaytarmaq üçün termal görüntü kameralarından istifadə edirlər. Yemassee Şerif Departamentinin açıqlamasında bildirib: “Sakinlərə bu heyvanların evlərə girməsinin qarşısını almaq üçün qapı və pəncərələri bağlı saxlamaq tövsiyə olunur. Meymun tapan hər kəs ona yaxınlaşmamalı, əksinə 911-ə zəng etməlidir”.
    Şerif şöbəsi qaçan primatların cinsini dəqiqləşdirməyib, lakin şirkətin saytında onun makaka və kapuçin meymunları ilə işlədiyi bildirilir. Qaçan meymunların hansı sınaqlarda iştirak etdiyi, hər hansı xəstəliyə məruz qalıb-qalmadığı da məlum deyil. “Alpha Genesis” “NBC News”un sorğusuna cavab verməyib.

    Şirkət “Meymun adası” kimi tanınan Cənubi Karolina sahillərindəki Morqan adasında 3500 meymundan ibarət koloniya idarə etmək üçün federal müqavilə bağlayıb.
    “Post and Courier” qəzeti primatların qaçışının bu ilin may ayı da daxil olmaqla, ərazidə daha əvvəl bir neçə dəfə baş verdiyini yazıb.
    Heyvanların kliniki sınaqlar, o cümlədən beyin xəstəliklərinin müalicəsi üçün meymunlarla işləyən “Alpha Genesis” şirkətinin tədqiqat mərkəzindən qaçdığı qeyd edilir.

  • İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb

    İsrail Müdafiə Nazirliyi “Boeing Co” şirkətindən 25 ədəd yeni nəsil “F-15” qırıcılarının alınması ilə bağlı 5,2 milyard ABŞ dollar dəyərində saziş imzalandığını açıqlayıb.

    Bu barədə Müdafiə Nazirliyinin baş direktoru Eyalya Zamir bəyanat yayıb.

    “Yeni “F-15IA” təyyarələrinin tədarükü 2031-ci ildə başlayacaq və ildə 4-6 təyyarə təhvil veriləcək”, – məlumatda bildirilib.

    Bildirilib ki, təyyarələr silah sistemləri ilə təchiz ediləcək, yükdaşıma qabiliyyətinə və s. üstünlüklərə malik olacaq.
     
    ///Report

  • Bu univermağın fəaliyyəti dayandırıldı – VİDEO

    İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermağın fəaliyyəti dayandırılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb.

    Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermaqda yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    Belə ki:

    – obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu natamam quraşdırılıb və işlək vəziyyətdə deyil;

    – təxliyə çıxışları və pilləkən qəfəsi əşyalarla tutulub;

    – təxliyə çıxışlarını göstərən elektron lövhələr mövcud deyil və təxliyə planı yoxdur;

    – obyektin daxili elektrik təsərrüfatında elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib və nasaz elektrik qurğularından, örtüyü zədələnmiş elektrik naqillərindən istifadə edilib;

    – daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktik baxış keçirilərək naqillərin gərginliyə dayanıqlığı yoxlanılmayıb;

    – obyekt normalara uyğun ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

    – mövcud daxili yanğın su kranları işlək vəziyyətdə deyil;

    – obyektin birinci mərtəbəsi layihədənkənar taxta arakəsmələrlə otaqlara bölünərək istismar olunur;

    – obyektin ticarət sıralarında ara məsafəsi normativlərə uyğun deyil.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermağın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

  • Elza Seyidcahan: “Rəfaellə Coşqun qızıllarımı qaytarmır”

    Əməkdar artist Elza Seyidcahan “Bu şəhərdə”nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimovla bağlı maraqlı açıqlama verib. Müğənni cütlüyün onun zinnət əşyalarını götürdüyünü və geri qaytarmadığını bildirib.

    Elza Seyidcahan Qaynarinfo-ya açıqlamasında həmin zinnət əşyalarını Rəfael İsgəndərov və Coşqun Rəhimova halal etdiyini açıqlayıb:

    “Rəfael İsgəndərov və Coşqun Rəhimova qurbandır, onlar mənim sənət dostlarımdır. Halal xoşları olsun. Rəfaelə, Coşquna, Müşfiqə hər şey qurbandır. Onlar bizim sənət fədailərimizdir, əziz aktyorlarımızdır. Çox sağ olsunlar. İstəsələr mən onlara yenə zinnət əşyaları alaram”.

    Bəstəkar hazırda Zəfər günü ilə bağlı Laçın şəhərinə getdiyini vurğulayıb:

    “Hazırda Laçın şəhərinə gedirəm, orada Zəfər günü ilə bağlı konsertimiz olacaq. Dövlət tədbiridir, konsertdə iki mahnı ifa edəcəm – “Laçınımın dağlarında” və “Yallı”. Mənim bütün musiqilərim gözəldir. İnşallah onların hər birini solo konsertimdə ifa edəcəm”.

  • Sabahdan məktəblilərin 17 günlük tətili başlayır

    Bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 23 noyabr, beş günlük iş həftəsi ilə işləyənlərdə isə 25 noyabr tarixlərində olacaq.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, qeyri-iş günləri istisna olmaqla, COP 29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edəcək.

    Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olacaq.

    Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq. Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün – 25 noyabra qədər davam edəcək.

  • Выплачены пенсии по Баку, Сумгайыту и Абшерону за ноябрь

    Сегодня выплачены пенсии за ноябрь по городам Баку, Сумгайыт и Абшеронскому району.

    Об этом сообщили в Государственном фонде социальной защиты.

    Пенсии за текущий месяц в других регионах республики, а также лицам, имеющим право на пенсию на льготных условиях, также будут выплачены по графику.

  • Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödəyib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Qeyd olunub ki, digər bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

  • Эрдоган и Пашинян встретились на полях саммита Европейского политического сообщества

    Президент Турции Реджеп Тайип Эрдоган и премьер-министр Армении Никол Пашинян побеседовали на полях V саммита Европейского политического сообщества в Будапеште.

    Об этом сообщают армянские СМИ со ссылкой на пресс-службу премьера.

    Деталей переговоров пресс-служба не привела.

  • Ərdoğan və Paşinyan Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin V Sammiti çərçivəsində danışıblar.

    Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    Baş nazirin mətbuat xidməti görüşün təfərrüatlarını açıqlamayıb.

  • Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən kranın istismarı dayandırılıb – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi təhlükəsizlik tələblərinə cavab verməyən qülləli kranın istismarını dayandırıb.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Bildirilib ki, agentliyin əməkdaşları tərəfindən vətəndaş müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Memarlıq Şəhərciyi 2021” MMC tərəfindən aparılan tikinti işlərində istifadə edilən qülləli krana baxış keçirilib.

    Məlumata görə, baxış zamanı qülləli kranın istismarında insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

    “Qülləli kranın istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi, o cümlədən texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, kranın iş icra layihəsinə uyğun istismar edilmədiyi müəyyən olunub. Aşkar edilmiş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, qülləli kranın istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surətləri sahibkara təqdim edilib”, – məlumatda qeyd olunub.