В Зардабском районе совершена попытка ограбления платежного терминала.
Как сообщили в ширванской региональной группе пресс-службы Министерства внутренних дел, сотрудники райотдела полиции (РОП) выявили и задержали Ниджата Гюльмалыева, пытавшегося совершить ночью 27 октября кражу из платежного терминала, установленного на одном из объектов на территории района.
По данному факту в Зардабском РОП возбуждено уголовное дело, ведется расследование.
Zərdabda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 27-də gecə saatlarında rayon ərazisində yerləşən obyektlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Nicat Gülmalıyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
В поселке Банка Нефтчалинского района на месте пожара в жилом доме обнаружено тело мужчины.
Как сообщает Report, в одном из частных домов в поселке возник пожар. На место происшествия прибыли сотрудники местного подразделения Государственной службы пожарной охраны МЧС. Они ликвидировали возгорание, не дав огню распространиться на близлежащие строения.
При осмотре места инцидента было обнаружено обгоревшее тело мужчины, оно направлено на судебно-медицинскую экспертизу.
По данному факту ведется расследование, принимаются меры для установления личности погибшего.
Neftçalada yanan ev söndürüldükdən sonra kişi meyiti aşkarlanıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün gecə saatlarında Bankə qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbədə fərdi yaşayış evlərin birində yanğın başlayıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsi tərəfindən yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.
Evə baxış zamanı yanmış kişi meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.
Hazırda meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər görülür.
На участке автомагистрали Баку – Сумгайыт на территории города Хырдалан произошло серьезное дорожно-транспортное происшествие (ДТП).
Как сообщает АПА, водитель автомобиля Peugeot потерял управление, в результате чего транспортное средство опрокинулось. Водитель и пассажир получили травмы.
Пострадавшие были госпитализированы в Клинический медицинский центр.
В связи с ДТП назначена автотехническая экспертиза.
Ölkədə beynəlxalq səviyyəli COP29 tədbirinin keçirilməsinə sayılı günlər qalıb. Ali təhsil müəssisələrində tədris prosesi onlayn qaydada aparılacaq. Artıq bir sıra universitetlər hazırlıqlara başlayıb.
Xezerxeber.az-ın məlumatına görə, Memarlıq və İnşaat Universitetindən bildirilib ki, tədris ocağının pandemiya dövründən onlayn təhsillə bağlı təcrübəsi var. Həmin təcrübə COP29 zamanı da universitetlərə kömək olacaq və onlayn tədrisdə heç bir problem yaşanmayacaq.
Turizm və Menecment Universitetinin də öncədən təcrübəyə malik olduqları vurğulanıb. Bildirilib ki, bu təcrübə imkan verəcək ki, tədrisin 9 və 10-cu həftələrində dərslər onlayn qaydada təşkil edilsin.
Təhsil eksperti Kamran Əsədov da bildirib ki, ölkənin təhsil sistemi məsafədən təhsillə 2020-ci ilin pandemiya dövründən tanışdır. Ona görə də noyabr ayında onlayn təhsilin təşkilində heç bir problem yaşanmayacaq.
Təhsil eksperti onu da bildirib ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır.