Month: November 2024

  • Bakıda motosiklet piyadanı vuraraq öldürüb

    Bakıda motosikletin iştirakı ilə qəza olub.

    “Report” xəbər verir ki, hadisə rayonun Səbail rayonu, 20-ci Sahə dairəsində qeydə alınıb.

    Bayram Ağalarlı idarə etdiyi “Bajaj” markalı motosikletlə yolu keçən piyada Adəm Əliyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Əksər çaylarda sululuq artıb

    Azərbaycan ərazisinə yağan intensiv yağıntılarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

    O qeyd edib ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsində 67, Təngərüdçayda 50, Viləşçayda 17, Şərətükçayda 4, Böyük Qafqazın ərazisindən axan Əyriçayda 21, Qarasuçayda 4, Qudiyalçayda 1, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda 4, Gəncəçayda 3, Əsrikçayda 1, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan Oxçuçayda 9, Bəsitçayda 6, Quruçayda və Tutqunçayda 4, Tərtərçayda 3, Bərgüşadçayda 2, Həkəriçayda isə 1 sm artm qeydə alınıb.

  • Dəm qazından zəhərlənən ana və qızı şəhidin ailə üzvləridir

    Zaqatalada dəm qazından zəhərlənən ana və qızı şəhidin ailə üzvləridir.

    Dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən Naimə İrapova və qızı, 15 yaşlı Havva İrapova Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.
    //lent.az

  • Boksçumuz dünya birinciliyində gümüş medal qazanıb

    Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyini gümüş medalla başa vurub.

    Bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

    48 kq-da mübarizə aparan milli üzvü finalda Safyiddin Sabirova (Özbəkistan) məğlub olub.

    Qeyd edək ki, Bilalhəbaşi Nəzərov yarımfinalda Osman Çadqura (Mərakeş) qalib gəlib. Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.

  • ADY-nin adından dələduzluq cəhdi – Vətəndaşlara XƏBƏRDARLIQ

    “Azərbaycan Dəmir Yolları” (ADY) QSC adından dələduzluq məqsədilə saxta link yaradılıb.
     
    Median.Az oxu.az-a istinadən xəbər verir ki, yaradılmış linkdə vətəndaşlara 12 ay pulsuz səyahət imkanı verən “ADY Kart”ının əldə olunması üçün hədiyyə müsabiqəsi keçirilir.
     
    Linkə keçid etdikdə “ADY Kart” nəqliyyat kartınızı bu gün əldə edin! Nəqliyyat şirkəti yeni müsabiqə elan edir. Biz Bakı və ətraf rayonların sakinləri üçün 500 yeni nəqliyyat kartı hədiyyə edəcəyik. “ADY Kart” ilə siz 12 ay müddətinə ictimai nəqliyyatda əlavə ödəniş və əlavə xərclər olmadan pulsuz səyahət əldə edəcəksiniz. Müştəri təcrübənizi yaxşılaşdırmaq üçün sizdən qısa bir sorğu keçirməyinizi və üç suala cavab verməyinizi xahiş edirik. Cavab aldıqdan sonra siz nəqliyyat kartını ala biləcəksiniz”, – mətnini özündə əks etdirən səhifə açılır.
     
    Sualları cavablandırdıqdan sonra hədiyyə qutuları olan seçim mərhələsini özündə ehtiva edən növbəti səhifə açılır. Burada hər kəsə 3 şans verilir: “Müşahidələrimiz əsasında onu deyə bilərik ki, 2-ci cəhddən sonra artıq hər kəs “ADY Kart” kartını qazanmağa namizəd olur”.
    Qalib olduqdan sonra kartı əldə etmək üçün açılan səhifəni kompüterə yüklənmiş antivirus proqramı “Potensial fişinq cəhdi” adlandıraraq, açılmasının qarşısını alır.
     
    Məsələ ilə bağlı ADY-dən sorğumuza cavab olaraq bildirilib ki, qurum adından yaradılmış sözü gedən link saxtadır və qeyd olunanlar həqiqəti əks etdirmir:
     
    “Vətəndaşları ADY-nin rəsmi sosial media hesabında yer alan məlumatlara və ady.az saytına istinad etməyə çağırırıq. Hər hansı məsələ barədə dəqiqləşdirmə ehtiyacı yaranarsa, sakinlər “1822” çağrı mərkəzinə hər gün 24 saat müraciət edə və istənilən məlumatı dəqiqləşdirə bilərlər”.

  • Əcnəbilər bu ilin ilk 9 ayında Azərbaycanda 2 milyard pul xərcləyib

    Bu ilin yanvar-sentyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2 milyard manat dəyərində əməliyyat aparılıb.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 25% artıb.

    Bildirilir ki, sentyabr ayında 265,2 milyon manat əməliyyat aparılıb.

  • Metroda yaradılan tibb məntəqələri COP29-dan sonra da fəaliyyətini davam etdirəcək?

    COP29 konfransı çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə  “Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metrostansiyalarında tibb məntəqələrinin təşkil edildiyi bildirilib.

    Nəzərə almaq lazımdır ki, metroda tez-tez halı pisləşənlərin sayı az deyil. Bu baxımdan tibb məntəqələrinin COP29-dan sonra da fəaliyyətinə davam etməsi sərnişinlər tərəfindən arzuolunandır.

    Bəs bu məntəqələr COP29-dan sonra fəaliyyətini davam etdirəcək?

    “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-nın sorğusuna cavab olaraq məsələnin TƏBİB-in səlahiyyətində olduğunu bildirib.

    TƏBİB-dən isə sualımıza sükutla cavab verilib.  

    Görünən qədərilə, COP29-dan sonra tibb məntəqələrinin qeyd olunan metrostansiyalarda fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil.

  • Bakıda bina sökülür, sakinlərə kompensasiya veriləcək

    Bakının Nərimanov rayonunda daha bir yaşayış binası sökülür.

    Bu barədə sakinlər məlumat veriblər.

    Bildirilib ki, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 128-130 ünvanlarındakı beşmərtəbəli binalar sökülür.

    Bİnaların qəzalı vəziyyətdə olduğu üçün söküldüyü deyilir.

    Qeyd edilir ki, evləri sökülən sakinlərə kompensasiya veriləcək.

  • Украина в кооперации с бельгийской Thales будет производить ракеты для сбивания дронов

    Украина подписала меморандум с бельгийской компанией Thales по совместному производству ракет для ПВО.

    Как передает Report, об этом министр по стратегическим отраслям промышленности Украины Герман Сметанин написал на своем канале в Telegram.

    “Thales Belgium подписала Меморандум о сотрудничестве с украинским оборонным предприятием. Эта договоренность предполагает совместное производство ракет для противодействия вражеским БПЛА”, – отметил министр.

    Кроме того, добавил министр, ожидается, что в дальнейшем это сотрудничество расширится до передачи технологий и комплектующих к этим ракетам.

    “Это сотрудничество усилит украинский оборонно-промышленный комплекс и защиту критической инфраструктуры от вражеских дронов”, – отметил Сметанин.

  • Ukrayna PUA vurmaq üçün raketlər istehsal edəcək

    Ukrayna Belçikanın “Thales” şirkəti ilə hava hücumundan müdafiə sistemləri üçün raketlərin birgə istehsalına dair memorandum imzalayıb.

    Bu barədə Ukraynanın strateji sənaye naziri German Smetanin özünün teleqram kanalında bildirib.

    “Thales Belgium” Ukrayna müdafiə şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu saziş düşmən PUA-larına qarşı birgə raketlərin istehsalını nəzərdə tutur”, – nazir deyib.

    Bundan əlavə, Smetanin əlavə edib ki, gələcəkdə bu əməkdaşlığın belə raketlər üçün texnologiya və komponentlərin ötürülməsinə qədər genişlənəcəyi gözlənilir.

    “Bu əməkdaşlıq Ukraynanın hərbi-sənaye kompleksini və kritik infrastrukturun düşmən PUA-larından qorunmasını gücləndirəcək”, – Smetanin qeyd edib.
    //report