Month: November 2024

  • Пожар в многоэтажке в Хырдалане: горючая облицовка или случайность? – ВИДЕО

    31 октября в многоэтажном здании в жилом комплексе Gənclər şəhərciyi, расположенном на территории города Хырдалан Абшеронского района, произошел пожар. Благодаря оперативным действиям пожарных возгорание удалось быстро ликвидировать и избежать человеческих жертв.

    Как сообщает Qafqazinfo, в социальных сетях распространяется информация о том, что причиной инцидента стала легковоспламеняющаяся облицовка здания. На опубликованных видеокадрах видно, что фасад дома отделан алкопаном (алюминиевые композитные панели – ред.) – материалом с низкой огнестойкостью.

    Для прояснения ситуации редакция Qafqazinfo направила запросы в соответствующие госорганы. В Министерстве по чрезвычайным ситуациям (МЧС) Азербайджана заявили, что будет проведена экспертиза облицовки сгоревшего здания.

    “Будут взяты образцы соответствующего материала, и степень его огнестойкости определят по результатам экспертизы. Кроме того, в последний раз официальное обращение в местную Исполнительную власть (ИВ) касательно облицовки зданий огнестойкими материалами было направлено в марте 2024 года”, – добавили в ведомстве.

    В ИВ Абшеронского района сообщили, что вопрос будет изучен и на него будет дан ответ.

    Отметим, что Gənclər şəhərciyi, состоящий из 30 зданий, был построен в 2008-2009 годах.

  • Xırdalanda yaşayış binasındakı yanğının səbəbi tezalışan üzlüyüdür? – VİDEO

    Oktyabrın 31-i Abşeron rayonu, Xırdalan şəhərində (Abşeron Gənclər Şəhərciyi) çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və qısa zamanda yanğın söndürülüb.

    “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə baş verən yanğının binanın tezalışan materialla üzlənməsi səbəbindən baş verdiyi iddia olunur. Bununla bağlı yayılmış videogörüntülərdə binaya alkopan üzlük çəkildiyi deyilir.

    Yayılan iddialara cavab almaq üçün aidiyyəti dövlət orqanlarına sorğu ünvanladıq. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanan binanın üzlüyü ilə bağlı ekspertiza aparılacaq:

    “Qeyd olunan binanın üzlüyündən nümunə götürülərək materialın odadavamlılıq dərəcəsi müvafiq ekspertiza nəticəsində müəyyən ediləcək. Bununla yanaşı, binaların odadavamlı materiallarla üzlənməsi ilə bağlı sonuncu dəfə cari ilin mart ayında aidiyyəti üzrə yerli icra hakimiyyətinə rəsmi müraciət edilib”.

    Abşeron Rayon İcra Hakimiyyətindən isə məsələnin araşdırılıb cavablandırılacağı bildirilib.

    Qeyd edək ki, 30 binadan ibarət Abşeron Gənclər Şəhərciyi 2008-2009-cu illərdə inşa olunub.

  • ŞOK HADİSƏ: Türkiyədə tanınmış aktyor oğurluq etdi – FOTO

    Türkiyəli aktyor Ümit Gündeş oğurluq edib.

    Median.Az NTV-yə istinadən xəbər verir ki, o, İstanbulun Beylikdüzündəki marketdən 15 min lirə (744 AZN) dəyərində zeytun yağı oğurlayıb.

    Təhlükəsizlik kameralarına düşən görüntülərdən bunu edənin aktyor Ümit Gündeş olduğu ortaya çıxıb.

    Polislər onu yaşadığı Avcılar bölgəsində tutublar.

    Faktla bağlı araşdırma aparılır.


  • Azərbaycanda iki yeniyetmə itkin düşdü

    Bakıda 16 yaşlı qız, Ağdamda isə 14 yaşlı oğlan itkin düşüb.

    Median.Az qafqazinfo.az-ya istinadən xəbər verir ki, Nizami rayonunda Fətəliyeva Zəhra Elşən qızı oktyabrın 23-ü yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.

    Zəhranın anası polisə verdiyi məlumatda qızının tanımadığı rəfiqəsinin evində ola biləcəyini deyib.

    Ağdamda isə Məmmədov Zahid Hafiz oğlu üç gün əvvəl-oktyabrın 30-u itkin düşüb.

    Hər iki məlumatla bağlı əməliyyat-axtarış işlərinə başlanılıb.

  • Bakıda sərnişinlərin şikayət etdiyi sürücü həbs olundu – Narkotik aludəçisi imiş

    Bakıda narkotik maddələrin təsiri altında avtobus idarə edən sürücü sərnişinlərin tələbi ilə saxlanılıb.

    “Qaynarinfo”nun məlumatına görə, hadisə 30 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində baş verib.

    Belə ki, 1969-cu ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuş, paytaxtda “Daewoo BS090” markalı avtobusun sürücüsü işləyən F.G. barəsində sərnişinlər polisə şikayət ediblər. İki qadın və bir kişi sərnişin sürücü F.G.-nin avtobusu idarə edən zaman özünü qeyri-adekvat aparmasını müşahidə ediblər, bu barədə ərazidə fəaliyyət göstərən polisə məlumat veriblər. Onlar əvvəlcə F.G.-yə yaxınlaşaraq avtobusu saxlamasını tələb ediblər. Bundan sonra ərazidə xidmət aparan DYP əməkdaşlarını məlumatlandırıblar. Həmin vaxt avtobusun sərnişini olmuş şəxslər digər avtobusa minərək ərazidən uzaqlaşıblar.

    Sərnişinlərin şikayəti əsasında sürücü dərhal saxlanılaraq, tibbi müayinədən keçirilib və avtobusu narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.

    Məhkəmənin qərarı ilə F.G. İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, bir ay müddətinə inzibati qaydada həbs edilib.

  • Брат экс-прокурора Хатаинского района обвиняется в мошенничестве – ФОТО

    Возбуждено уголовное дело в отношении Расима Илдырымзаде, брата бывшего прокурора Хатаинского района Баку Юсифа Илдырымзаде.

    Как сообщает Report, Р.Илдырымзаде обвиняется в совершении мошенничества в особо крупном размере вместе с учредителями сайта bakutime.az Зауром Мирзазаде и Гошгаром Мамедовым в отношении одного потерпевшего.

    Им предъявлены обвинения по статье 178.4 (мошенничество, совершенное в особо крупном размере) Уголовного кодекса Азербайджана.

    Предварительное следствие по делу завершено, материалы направлены в Бакинский суд по тяжким преступлениям. Уголовное дело будет рассматриваться под председательством судьи Фахри Мамедова.

    Отметим, другой брат Расима Ильдырымзаде – Юнус Илдырымзаде – является учредителем Əmrah Bank.


    На фото Юсиф Илдырымзаде

  • Sabiq prokurorun qardaşı cinayət məsuliyyətinə cəlb edildi – FOTO

    Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb.

    “Report”un əldə etdiyi məlumata görə, ona verilən ittihama görə, Rasim İldırım “Bakutime.az” saytının təsisçiləri olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

    Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

    İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq.

    Qeyd edək ki, Rasim İldırımın bir qardaşı da “Əmrah Bank”ın təsisçisi Yunus İldırımzadədir.

    Fotoda Yusif İldırımzadə

  • Вниманию водителей: завтра будут ограничения на движение по основным дорогам Баку

    В преддверии масштабной 29-й сессии Конференции сторон Рамочной конвенции ООН по изменению климата (COP29), которая пройдет в Баку в этом году, власти города представили детальный план управления транспортом на период проведения мероприятия.

    На брифинге, состоявшемся на Бакинском олимпийском стадионе, представители Операционной компании COP29 Azerbaijan, Главного управления Государственной дорожной полиции и Агентства наземного транспорта Азербайджана (AYNA) рассказали о мерах по эффективной организации транспортного обслуживания и обеспечению комфортного передвижения участников и местных жителей.

    Директор транспортного департамента Операционной компании COP29 Azerbaijan Орхан Махмудлу отметил, что COP29 станет самым масштабным мероприятием, которое когда-либо принимал Азербайджан. Это потребовало особого подхода к организационной подготовке, в том числе в сфере транспорта. “План и концепция в этом направлении разрабатывались с февраля по сентябрь этого года”, – подчеркнул он.

    Концепция включает такие элементы, как безопасная и оперативная перевозка гостей из аэропорта к месту проведения конференции и обратно, обеспечение их свободного передвижения по городу, совершенствование транспортной инфраструктуры столицы. О.Махмудлу также подробно рассказал о транспортных узлах, которые будут функционировать в Баку во время COP29, специальных транспортных средствах, конференц-автобусах, сотнях специальных такси и экспресс-автобусов, а также о правилах движения по специальным полосам COP29.

    Председатель правления AYNA Анар Рзаев, учитывая количество гостей, которые прибудут в столицу для участия в COP29, призвал жителей города пользоваться общественным транспортом. Он также порекомендовал гражданам, которые будут двигаться в направлении аэропорта в эти дни, использовать альтернативное зыхское шоссе. “В дни COP29 от аэропорта до станций метро “28 Мая” и “Ахмедли” будут курсировать общественные экспресс-автобусы”, – добавил А.Рзаев.

    Начальник Центра интеллектуального управления транспортом (ЦИУТ) МВД Намидан Пириев сообщил о въездах и выездах из города в разных направлениях в дни COP29. Он отметил, что в целях обеспечения сопровождения и безопасного передвижения высокопоставленных гостей, которые прибудут в страну на это мероприятие глобального значения, в зависимости от хода события на некоторых основных улицах и проспектах столицы будут применяться ограничения с перерывами, однако необходимости в закрытии дорог нет. “Мы просто рекомендуем нашим гражданам меньше пользоваться личными транспортными средствами, учитывая масштаб мероприятия”, – подчеркнул он.

    Напомним, что в течение текущего месяца в целях тестирования схем управления транспортом в даты COP29 был проведен ряд масштабных мониторингов. Во время транспортных мониторингов с привлечением автобусов и автомобилей COP29, пожарных и машин скорой помощи, а также сотен волонтеров COP29 движение транспорта по различным сценариям и направлениям было успешно протестировано.

    Следующий транспортный мониторинг состоится 3 ноября с 11:00 до 14:00. Мероприятия по мониторингу охватят проспекты Гейдара Алиева, Истиглалият, Наримана Нариманова, Шаха Исмайыла Хатаи, Тбилиси, Азадлыг и Нефтчиляр, а также улицы Михаила Лермонтова, Теймура Эльчина, Ниязи, Низами, Юсифа Сафарова, Микаила Усейнова, Рашида Бейбутова, Хагани Рустамова, Александра Пушкина, Абдуллы Шаига, Низами, Измир, Аббасгулу ага Бакиханова и мардакянское, зыхское и аэропортовское шоссе. С учетом ограничений, которые будут применены к движению транспорта на указанных дорогах в указанный период, водителям рекомендуется пользоваться альтернативными дорогами и общественным транспортом.

  • Sürücülərin NƏZƏRİNƏ: Sabah Bakının əsas yollarında məhdudiyyət olacaq

    COP29 konfransı tarixlərində Bakıda nəqliyyatın idarə olunması planı və bu istiqamətdə icrası nəzərdə tutulan kompleks tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) iştirakı ilə COP29 nəqliyyat planının təqdimatına dair brifinq keçirilib.

    Tədbir məkanı olan Bakı Olimpiya Stadionunda baş tutan brifinqdə adıçəkilən qurumların nümayəndələri konfransın keçiriləcəyi müddətdə böyük ziyarətçi axınını idarə etmək məqsədilə nəqliyyat xidmətinin effektiv təşkili, iştirakçıların və yerli sakinlərin rahat hərəkətini təmin etmək üçün görülən tədbirlər barədə ətraflı məlumat verib.

    Brifinqdə təqdimatla çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu qeyd edib ki, ölkəmizin indiyə qədər ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir olan COP29-a təşkilati hazırlıq işlərinin tələb etdiyi spesifik yanaşma həmin nəqliyyat sahəsində icra olunan tədbirlərə də şamil olunub. Belə ki, bu istiqamətdə müvafiq plan və konsepsiyanın bu ilin fevralından sentyabr ayına qədər hazırlandığı diqqətə çatdırılıb. Konsepsiya COP29 müddətində təhlükəsiz və operativ qaydada qonaqların hava limanından konfrans məkanına və əks istiqamətdə daşınması, şəhər daxilində sərbəst hərəkətinin təmin olunması, paytaxtda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi kimi elementləri özündə ehtiva etdiyini bildirən O.Mahmudlu Bakı şəhərində fəaliyyət göstərəcək nəqliyyat qovşaqları barədə də ətraflı məlumat verib. Çıxışda həmçinin COP29 dövründə şəhərdə hərəkət edəcək xüsusi COP29 nəqliyyat vasitələri, xüsusi marşrutlu konfrans avtobusları, yüzlərlə xüsusi taksi və ekspres avtobusların fəaliyyəti, eləcə də COP29 xüsusi zolaqlar üzrə hərəkət qaydaları barədə də geniş məlumat verilib.

    Daha sonra çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev COP29-da iştirak məqsədilə paytaxta səfər edəcək qonaqların sayı nəzərə alınaraq şəhər sakinlərini ictimai nəqliyyatdan istifadə etməyə çağırıb. O həmçinin həmən günlərdə hava limanı istiqamətində hərəkət edəcək vətəndaşları alternativ olan Zığ şosesindən istifadə etməyi də tövsiyə edib. A.Rzayev qeyd edib ki, COP29 günlərində hava limanından “28 May” və “Əhmədli” metro stansiyaları istiqamətlərində ictimai ekspres avtobuslar fəaliyyət göstərəcək, həmçinin, konfrans günlərində Bakıda avtobusların marşrut xətlərində müəyyən dəyişikliklər olacaq, bununla əlaqədar vətəndaşların qarşıdakı günlərdə məlumatlandırılacağını əlavə edib.

    Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev isə çıxışında COP29 günləri müddətində şəhərin müxtəlif istiqamətlərindən giriş və çıxışlarla bağlı məlumat verib. O qeyd edib ki, qlobal əhəmiyyətli bu tədbirin ölkəmizə səfər edəcək yüksəksəviyyəli qonaqların müşayiəti və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə tədbirin gedişatından asılı olaraq paytaxtın bəzi əsas küçə və prospektlərində fasilələrlə məhdudiyyətlər tətbiq olunacaq, lakin yolların bağlanmasına zərurət yoxdur:

    “Biz sadəcə vətəndaşlarımıza tədbirin miqyasını nəzərə alaraq şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyə edirik”.

    Tədbirin sonunda media nümayəndələrini maraqlandıran sualların cavablandırılması üçün sual-cavab sessiyası keçirilib.

    Xatırladaq ki, cari ay ərzində COP29 tarixlərində nəqliyyatın idarəedilməsi sxemlərinin sınaqdan keçirilməsi məqsədilə bir sıra geniş miqyaslı monitorinqlər keçirilib. Nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsöndürmə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilmişdir.

    Növbəti nəqliyyat monitorinqi isə 3 noyabr tarixində saat 11:00-dan 14:00-dək keçiriləcək. Monitorinq tədbirləri Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Behbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şoselərini əhatə edəcək. Sözügedən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.

  • “Kartdan-karta” üsulu ilə işləyən daha 90 sahibkar CƏZALANDIRILDI

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 90 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

    Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

    Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirilir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 90-dan çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.

    “Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır”, – DVX xatırladıb.

    Qeyd edək ki, oktyabrın 31-də yayılan rəsmi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan 70 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.