Month: November 2024

  • Azərbaycan manatının dövretmə sürəti sentyabrda artıb

    Bu il oktyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,46 bənd təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,02 bənd çox, ilin əvvəlinə nisbətən 0,02 bənd az, illik müqayisədə isə 0,19 bənd azdır.

    AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
    //report

  • Минздрав РФ сделал бессрочным разрешение студентам работать в медучреждениях

    Министерство здравоохранения РФ сделало бессрочным приказ, позволяющий студентам медицинских вузов работать в медучреждениях, включая станции скорой помощи.

    Об этом сообщают российские СМИ.

    Таким образом, допуск студентов медвузов, не закончивших обучение, к работе на должностях специалистов со средним медицинским или фармацевтическим образованием станет бессрочным. Изменения внесены в соответствующий приказ Минздрава России, который действовал до 1 марта 2025 года.

    В частности, специализированный портал “Медвестник” пишет, что эта мера направлена на снижение кадрового дефицита в здравоохранении.

    Студенты-медики, окончившие четвертый курс по специальностям “Лечебное дело”, “Педиатрия” или “Стоматология”, смогут выполнять обязанности фельдшеров на скорой помощи под наблюдением врача. Это решение, приводит издание выдержку из пояснительной записки к документу, является важным шагом в борьбе с кадровым дефицитом в сфере здравоохранения.

  • Rusiyada təcili tibbi yardımda həkim çatışmazlığı səbəbindən tələbələrin işləməsinə müddətsiz icazə verilib

    Rusiya Səhiyyə Nazirliyi tibb universitetlərinin tələbələrinə tibb müəssisələrində, o cümlədən təcili yardım stansiyalarında işləməyə icazə verən əmri müddətsiz edib

    Median.Az “Medvestnik”ə istinadən xəbər verir ki, bu tədbir səhiyyədə kadr çatışmazlığının azaldılmasına yönəlib.

    “Müalicə işi”, “Pediatriya” və ya “Stomatologiya” ixtisasları üzrə dördüncü kursu bitirən tibb tələbələri həkimin nəzarəti altında təcili yardımda feldşer vəzifələrini yerinə yetirə bilərlər. Əmrə izahedici qeyddə bildirilir ki, bu qərar səhiyyə sahəsində kadr çatışmazlığı ilə mübarizədə mühüm addımdır.

    Portal vurğulayıb ki, indi “təhsilini başa vurmamış tibb universiteti tələbələrinin orta tibb və ya əczaçılıq təhsili olan mütəxəssis vəzifələrində işləməsinə icazə müddətsiz olacaq”.

  • Pirallahıda 44 yaşlı kişini avtomobil vurub

    Bakının Pirallahı rayonunda 44 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    1980-ci il təvəllüdlü Məmmədov İlqar Gülməmməd oğlu yolu keçərkən avtomobil onu vurub.

    Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.
    //report

  • США выделили Украине очередной пакет вооружений

    США объявили о выделении Украине очередного пакета вооружений на сумму $425 млн.

    Об этом говорится в заявлении Пентагона.

    В документе отмечается, что в новый пакет помощи вошли боеприпасы для зенитных ракетных комплексов NASAMS, реактивных систем залпового огня HIMARS, переносных зенитных ракетных комплексов Stinger, артиллерийские снаряды калибров 155 и 105 мм, боеприпасы для противотанковых систем TOW, противотанковые комплексы Javelin и AT-4, средства для борьбы с БПЛА, боеприпасы класса воздух – земля, бронетранспортеры Stryker, стрелковое оружие и боеприпасы.

    Также подчеркивается, что оружие будет выделено Киеву через механизм PDA (Presidential Drawdown Authority), который позволяет президенту США своим указом поставлять вооружения иностранному партнеру без согласования с Конгрессом в случае возникновения чрезвычайной ситуации.

    Накануне министр обороны США Ллойд Остин заявил на совместной пресс-конференции по итогам переговоров в формате “2 + 2” с участием глав внешнеполитических и военных ведомств США и Республики Корея в Вашингтоне, что Вашингтон и его союзники намерены нарастить поставки оружия Украине.

  • ABŞ Ukraynaya növbəti silah paketi ayırıb

    ABŞ Ukraynaya 425 milyon dollar məbləğində növbəti silah paketi ayırdığını elan edib.

    Bu barədə Pentaqonun bəyanatında bildirilir.

    Sənəddə qeyd olunub ki, yeni yardım paketinə NASAMS hava hücumundan müdafiə raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri, “Stinger” daşınan zenit-raket kompleksləri, 155 və 105 mm kalibrli artilleriya mərmiləri, TOW tank əleyhinə sistemlər üçün döyüş sursatı, “Javelin” və AT-4 tank əleyhinə komplekslər, PUA-lara qarşı mübarizə vasitələri, hava – yer sinifli döyüş sursatı, “Stryker” zirehli transportyorlar, atıcı silahlar və döyüş sursatı daxildir.

    Həmçinin vurğulanıb ki, silahlar Kiyevə PDA (Presidential Drawdown Authority) mexanizmi vasitəsilə veriləcək ki, bu da ABŞ prezidentinə fövqəladə vəziyyət yarandığı təqdirdə xarici tərəfdaşa Konqreslə razılaşdırmadan silah tədarük etməyə imkan verir.

  • Türkiyədə zəlzələ oldu

    Türkiyənin Malatya vilayətinin Yaşılyurd rayonunda 3,5 bal gücündə zəlzələ baş verib.

    Median.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

    Zəlzələ yerin 15,03 kilometr dərinliyində meydana gəlib.

    Dağıntı və tələfat barədə məlumat verilməyib.

  • Premyer Liqa: “Zirə” növbəti qələbəsini qazanıb

    “Zirə” Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

    “Report”un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv XII turda “Şamaxı”nın qonağı olub.

    Qarşılaşma paytax təmsilçisinin qalibiyyəti ilə bitib – 2:0. 33-cü dəqiqədə Junior Martins, 63-cü dəqiqədə Ruan Renato fərqlənib.

    Qələbə sayəsində xallarını sayını 20-yə çatdıran “qartallar” hələlik dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 12 xalla altıncı sıradadır.

    Qeyd edək ki, ötən gün “Neftçi” evdə “Araz-Naxçıvan”a uduzub – 0:1. “Turan-Tovuz” – “Qarabağ” matçında isə qol vurulmayıb. Turun digər iki qarşılaşması noyabrın 3-də gerçəkləşəcək.

  • Azərbaycanda bu avtomobillər ucuzlaşa bilər – AÇIQLAMA

    Azərbaycanda avtomobil istehsalında kəskin artım qeyd alınıb. Belə ki, rəsmi məlumata görə, ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-sentyabr aylarında 562,3 milyon manatlıq məhsul istehsal edilib.

    Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4 faiz artıb. Cari ilin yanvar-sentyabr aylarında ölkədə 3623 ədəd minik avtomobili istehsal olunub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, minik avtomobil istehsalı 71,7 faiz (və ya 1513 ədəd) artıb. Xatırladaq ki, 2023-cü ildə ölkədə 2110 ədəd minik avtomobili istehsal olunub.

    Ölkədə avtomobil istehsalında kəskin artımın qeydə alınması daxili bazarda qiymətlərə necə təsir göstərəcək?

    Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Trend-ə açıqlamasında deyib ki, yerli istehsal aktual və vacib məsələdir.

    O bildirib ki, yerli avtomobillər digərlərinə nisbətən qiymət baxımından istehlakçılara daha ucuz başa gəlir:

    “Artıq, demək olar ki, taksi parkımız yenilənməkdədir. Buna yaşı 10 ildən yuxarı olan avtomobillərin ölkəyə idxalının qadağan edilməsi, utilizasiya prosesinə start verilməsi təsir göstərib. İndiki məqamda yerli istehsalın həcminin artması çox vacibdir”.

    Mütəxəssisin sözlərinə görə, istehsalda kəskin artım daxili bazarda müəyyən qisim avtomobilərin qiymətlərinə təsir göstərə bilər:

    “Lakin ciddi qiymət fərqini müşahidə etməyəcəyik. Çünki yalnız daxili istehsal hesabına tələbi qarşılamaq qeyri-mümkündür. Azərbaycana Koreya, Yaponiya və xüsusən də Çindən avtomobillər idxal olunur. Yerli avtomobil istehsalında artım ikinci əl avtomobil bazarında yaşı 10 ilə qədər olan minik nəqliyyat vasitələrinə müəyyən mənada təsir göstərə bilər. Bunun digər avtomobillərə o dərəcədə də ciddi təsiri olmayacaq”.

    Qeyd edək ki, Azərbayanda ötən ilə nisbətən yük avtomobili istehsalında da artım qeydə alınıb. Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 394 ədəd yük avtomobili istehsal olunub. 2023-cü ilin müvafiq dövründə isə bu göstərici 285 ədədə bərabər olub.

    Beləliklə, ölkədə yük avtomobili istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2 faiz (və ya 109 ədəd) artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində isə traktorların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz azalıb.

  • DYP-dən sabah məhdudiyyət olacaq yollarla bağlı sürücülərə MÜRACİƏT

    “Noyabrın 3-də səhər saat 10-dan 14-dək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Abbasqulu ağa Bakıxanov, Tbilisi, İnşaatçılar, Nəriman Nərimanov, Mehdi Hüseyn, Teymur Elçin, Niyazi, Neftçilər, Yusif Səfərov, Xətai, Heydər Əliyev, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Zığ şosesi (qismən), İstiqlaliyyət küçəsində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək”.

    Bunu Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin sürücülərə müraciətində qeyd edib.

    Bildirilib ki, hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə, eləcə də Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə və Mikayıl Əliyev küçəsinə keçməklə hərəkət edə bilərlər.

    “Şəhərin mərkəzinə doğru isə sürücülər Mətbuat prospekti, Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər.

    Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsindən, Albalılıq yolundan Mərdəkan istiqamətinə keçməklə Qala dairəsindən Zığ şosesi istiqamətində hərəkət edə bilərlər.

    Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları, mümkün qədər ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur”, – deyə DYP-dən bildirilib.