Month: November 2024

  • Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

    “Həzi Aslanov” stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropoliteninin “yaşıl” və “qırmızı” xətlərində qatarların hərəkət qrafikinə noyabr ayının 30-dan dəyişiklik ediləcək.

    Təmir müddətində xətlərdə hərəkətin təşkili, eləcə də “Həzi Aslanov” stansiyasının sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi məqsədilə digər texniki məsələlərlə bağlı bir sıra tədbirlər həyata keçirilib. Qatarlar “qırmızı” xətt üzrə (“İçərişəhər” stansiyasından) və “yaşıl” xətt üzrə (“Dərnəgül” stansiyasından) “Əhmədli” stansiyasına qədər hərəkət edəcək.

    İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq. Gur saatlarda (07:00-10:00 və 17:30-19:30) “28 May” – “Əhmədli” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2.5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.

    “Bakmil” istiqamətində hərəkət edən qatarların hərəkət cədvəli də noyabr ayının 30-dan dəyişdiriləcək. Qatarların bu stansiyaya və əksinə hərəkət cədvəli noyabr ayının 29-da “Bakı Metropoliteni” QSC-nin rəsmi “metro.gov.az” internet saytının müvafiq bölməsində yerləşdiriləcək.

    “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq. Lakin bu stansiyadan qatarların hərəkəti yalnız “Əhmədli” stansiyasına və geri olmaqla təşkil olunacaq. “Əhmədli” və “Həzi Aslanov” stansiyalarından qatarların hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.

    “Əhmədli” – “Həzi Aslanov” stansiyalarından qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi “metro.gov.az” internet saytının “Sərnişinlər” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində yerləşdiriləcək.

    Yaşıl xəttin “Xətai” – “Cəfər Cabbarlı” mənzili və “bənövşəyi” xətdə qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.
    //oxu.az

  • Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu

    Şamaxıda narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Qobustan rayon sakini Rövşən Quliyev idarə etdiyi VAZ-2114 markalı avtomobillə Şamaxı şəhərində yol nəqliyyat hadisəsi törədib. Sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.

    R.Quliyev barəsində toplanan material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay inzibati qaydada həbs olunub.

  • 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib – RƏSMİ

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 10 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 165.6 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənişinin gecikdirildiyini müəyyən edib.

    Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmət məlumat yayıb.

    Bildirilib ki, xidmətin gördüyü tədbirlər nəticəsində aidiyyəti işəgötürənlər tərəfindən həmin vəsait işçilərə ödənilib. Vəsaitin 86 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

    Cari ilin yanvar-oktyabr aylarında 53 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

  • В Москве открылось заседание глав служб безопасности и разведок СНГ

    Совещание глав органов безопасности и разведслужб государств-участников СНГ по вопросам разведывательной деятельности открылось в Москве.

    Об этом сообщает Median.Az со ссылкой на ТАСС.

    Это 20-е заседание в таком формате.

    Как отметили в пресс-бюро Службы внешней разведки Российской Федерации, будут рассмотрены итоги совместной работы, обсуждены задачи и приоритеты дальнейшего взаимодействия спецслужб стран СНГ на ближайшую перспективу.

    В совещании планируется участие делегаций Азербайджана, Армении, Беларуси, Казахстана, Кыргызстана, Таджикистана, Туркменистана и Узбекистана.

  • Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb

    Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin XX iclası işə başlayıb.

    Median.Az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

    Qeyd olunur ki, iclasın gündəliyinə MDB çərçivəsində birgə işin nəticələrinin, gələcək qarşılıqlı fəaliyyət üçün tapşırıqların və prioritetlərin nəzərdən keçirilməsi daxildir.

  • Азербайджанские таможенники обнаружили наркотическое вещество в тюбике зубной пасты

    Сотрудники Главного таможенного управления воздушного транспорта Государственного таможенного комитета (ГТК) обнаружили спрятанные наркотики при досмотре чемодана гражданина Индии, прибывшего авиарейсом Дели – Баку.

    Как сообщает Median.Аz со ссылкой на ГТК, в ходе досмотра в тюбике зубной пасты было обнаружено 32.15 г опиума.

    По данному факту ведется расследование.

  • Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər

    Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edib.

    Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

    Bildirilib ki, yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32,15 qram narkotik vasitə – tiryək aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Коррупционный скандал в Сураханском управлении водоканала: экс-начальник арестован за взятки

    Бывший начальник Сураханского районного управления водоканала Мехман Гашимов обвиняется в получении взяток.

    Как сообщает Qafqazinfo, он был арестован некоторое время назад в ходе операции, проведенной Главным управлением по борьбе с коррупцией при генеральном прокуроре.

    Согласно обвинению, М.Гашимов, пользуясь своим служебным положением, неоднократно получал взятки от граждан.

    В отношении чиновника избрана мера пресечения в виде ареста.

    Ущерб от коррупционной деятельности М.Гашимова понесло Государственное агентство водных ресурсов Азербайджана, которое признано потерпевшей стороной по данному уголовному делу.Бывший начальник Сураханского районного управления водоканала Мехман Гашимов обвиняется в получении взяток.

    Как сообщает Qafqazinfo, он был арестован некоторое время назад в ходе операции, проведенной Главным управлением по борьбе с коррупцией при генеральном прокуроре.

    Согласно обвинению, М.Гашимов, пользуясь своим служебным положением, неоднократно получал взятки от граждан.

    В отношении чиновника избрана мера пресечения в виде ареста.

    Ущерб от коррупционной деятельности М.Гашимова понесло Государственное агентство водных ресурсов Азербайджана, которое признано потерпевшей стороной по данному уголовному делу.

  • Bakıda sabiq rəis həbs edildi

    Suraxanı Rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Haşımov rüşvət almaqda ittiham olunur.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Haşımov bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilib.

    İttihama görə, o, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan rüşvət alıb. Ağır cinayətə görə rəis barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayətdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi zərər çəkib. Cinayət işi üzrə zərərçəkmiş qismində də elə sözügedən agentlik tanınıb.

  • В Азербайджане скончался известный ученый

    Сегодня утром в возрасте 88 лет ушел из жизни известный ученый, заслуженный учитель, профессор Гасан Фейзиев.

    Об этом сообщили в пресс-службе Азербайджанского университета архитектуры и строительства (AzMİU).

    Г.Фейзиев родился в 1936 году. С отличием окончил Бакинский энергетический техникум и Азербайджанский институт нефти и химии им. М.Азизбекова. В 1969 году в Москве, в НИИ “ВОДГЕО” защитил кандидатскую, в 1980-м в Московском энергетическом институте – докторскую диссертацию. В 1982 году ему было присвоено ученое звание “профессор”.

    Г.Фейзиеву принадлежат большие заслуги в развитии AzMİU и научные достижения мирового масштаба в области теплоснабжения и теплотехники. В 1978-2013 годах заведовал кафедрой “Теплоснабжение и теплотехника” в Азербайджанском инженерно-строительном институте, позднее – Азербайджанском университете архитектуры и строительства. Научно-исследовательские работы и проекты, выполненные под его руководством, применяются во многих странах.