Month: November 2024

  • Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar

    Azərbaycan Respublikasının Ali Məhkəməsi kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsinə dair konkret iş üzrə qərar qəbul edib.

    Qərarda qeyd edilib ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının (kreditorun) üzərinə düşür.

    Bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti), o cümlədən kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri əsaslı hesab edilmir.

    Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.

  • “AZ Alkmaar” klubu “Qalatasaray” azarkeşlərinə şərt qoydu

    Niderlandın “AZ Alkmaar” klubu UEFA Avropa Liqasının V turu çərçivəsində “Qalatasaray”la keçiriləcək görüşə rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulan tribunadan başqa yerlərə bilet alanları stadiona buraxmayacaq.

    Median.Az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

    Buna səbəb olaraq azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi göstərilir.

    Qeyd edək ki, “AZ Alkmaar” – “Qalatasaray” görüşünü stadiondan izləmək və bilet əldə etmək istəyən azarkeşlər kluba müraciət etməli olacaqlar. Qonaq azarkeşlərin yerləşdiyi sektor üçün biletlərin satışı onlayn həyata keçirilmir.

  • В Азербайджане предложено новшество при расчете пенсий

    Я предлагаю при расчете пенсий использовать качественные критерии, наряду с количественными показателями.

    Как сообщает Qafqazinfo, об этом заявил депутат Вугар Байрамов во время обсуждения на пленарном заседании Милли Меджлиса законопроекта “О бюджете Государственного фонда социальной защиты на 2025 год”.

    “Так, при расчете суммы трудовой пенсии пенсионный капитал делится на средний пенсионный период, то есть на коэффициент 144. Очевидно, что у тех, у кого капитал небольшой, и размер пенсии не будет высоким. С этой точки зрения было бы целесообразнее использовать качественные показатели при определении размера пенсии, например, такие индикаторы, как количество детей в семье. Таким образом, родители в многодетных семьях получили бы право не только раньше выходить на пенсию, но и получать более высокую пенсию”, – сказал депутат.

    В.Байрамов коснулся и другого момента, а именно – расчета размера пенсии для граждан, у которых накопления меньше требуемого пенсионного капитала в 40 320 манатов.

    “Применение пенсионной амнистии по указанию Президента создало право на трудовую пенсию для многих граждан, даже при небольших накоплениях. Это следует высоко оценить. Вместе с тем было бы хорошо при определении размера пенсии для граждан, чьи накопления близки к минимальному показателю, учитывать их накопления как коэффициент. В этом отношении необходим дифференцированный подход”, – заявил парламентарий.

  • Pensiyaların hesablanmasında yenilik təklif edilib

    “Pensiyaların hesablanmasında kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadəni təklif edirəm”.

    “Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

    “Belə ki, əmək pensiyasının məbləği hesablanan zaman pensiya kapitalının məbləği orta pensiya müddətinə, yəni 144 əmsalına bölünməklə hesablanır. Nəticədə aydındır ki, kapitalı yüksək olmayanların pensiya məbləğləri də yüksək olmur. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunsun. Bununla çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı, daha yüksək pensiya almaq imkanı da qazanarlar”, – deyə millət vəkili qeyd edib.

    Deputat onu da bildirib ki, digər məqam – əmək pensiyaları üçün tələb olunan pensiya kapitalından, yəni 40 320 manatdan az yığımı olan vətəndaşlarımızın pensiya məbləğinin hesablanmasıdır:

    “Prezidentin göstərişi ilə pensiya amnistiyasının tətbiq edilməsi çoxlu sayda vətəndaşımıza yığımı az olsa da, əmək pensiyası hüququ yaradıb. Bu, olduqca yüksək qiymətləndirilməlidir. Bununla yanaşı, yığımları minimum kapital tələbinə yaxın olan vətəndaşlarımızın pensiya məbləği müəyyənləşən zaman onların yığımlarının əmsal kimi nəzərə alınması yaxşı olardı. Bu baxımdan, diferensial yanaşmaya ehtiyac var”.

  • Азербайджан обеспечит Москву цитрусами для конкурса “Мандарин”

    Несколько тысяч мандаринов закупят на конкурс по их очистке единой полоской кожуры, который пройдет в столичных парках в рамках проекта “Зима в Москве”. Для справедливости соревнования мандарины одного размера будут отбирать с помощью специальных форм.

    Об этом сообщили ТАСС в пресс-службе объединенной дирекции “Мосгорпарк”.

    “Для конкурса “Мандарин” будет закуплено несколько тысяч этих новогодних фруктов, точная цифра будет известная после конкурса. На конкурсе будут специальные формы для измерения мандарина, чтобы все цитрусы были одного размера”, – сказал собеседник агентства.

    Он уточнил, что фрукты для конкурса поступят из Азербайджана. “Азербайджанские мандарины среднего размера, легче очищаются, поскольку их кожица тонкая и эластичная”, – пояснили в пресс-службе. Очищенные фрукты участники соревнований смогут оставить себе. Кроме того, для соблюдения гигиенических мер каждому участнику будет выдана одноразовая салфетка, а мандарины будут предварительно обработаны. Главными призами будут награждены обладатели первых трех мест, все победители получат подарки.

  • Azərbaycan Moskvanı “Mandarin” müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək

    Rusiya paytaxtında “Moskvada qış” layihəsi çərçivəsində “Mandarin” vitamin müsabiqəsi keçiriləcək. Meyvələr Azərbaycandan gətiriləcək.

    Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Moskva Mədəniyyət Departamentindən bildirilib.

    “Yeni il tətilində paytaxt sakinləri və qonaqları “Mandarin” müsabiqəsində iştirak edə biləcəklər, yarışda tələb sitrusun qabığını vahid lent şəklində soymaqdan ibarətdir”, – deyə məlumatda əlavə edilib.

    Qurumdan bildirilib ki, əyləncəli müsabiqə üçün Azərbaycandan minlərlə naringi alınıb.

    “Azərbaycan naringiləri orta ölçülüdür, qabığı nazik və elastik olduğu üçün daha asan təmizlənir”, – deyə departamentdən vurğulanıb.

    Müsabiqə 2-7 yanvar tarixlərində keçiriləcək, final yanvarın 8-nə planlaşdırılıb. İştirakçılar təmizlənmiş meyvələri yeyə biləcəklər. Müsabiqə üçün eyniölçülü naringilər seçiləcək və sitrusdan ən uzun qabıq lenti soyan iştirakçılar qalib olacaqlar. İlk üç yerin sahibi baş mükafatlarla təltif olunacaq, bütün qaliblər hədiyyələr alacaqlar.

  • В Японии произошло сильное землетрясение

    Землетрясение магнитудой 6.4 произошло в центральной части Японии.

    Об этом сообщило Национальное метеорологическое управление страны.

    Согласно данным, эпицентр подземных толчков находился в префектуре Исикава.

    Очаг стихии залегал на глубине 10 км.

  • Yaponiyada güclü zəlzələ baş verib

    Yaponiyanın mərkəzində 6.4 bal gücündə zəlzələ baş verib.

    Median.Az bu barədə TASS-a istinadən xəbər verir.

    Ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri İşikava prefekturasında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

  • Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: “İki inək verirlər, üç gün sonra ölür”

    “Özünüməşğulluq proqramı ilə kəndliyə iki inək verirlər, o da qapıdan girəndən üç gün sonra ölür”.

    Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

    O qeyd edib ki, şəhid ailələri və veteranlara güzəştlərin verilməsi ilə bağlı çoxlu qanunlar, Prezidentin fərmanı, icra hakimiyyətlərinin sərəncamları var:

    “Nazirlik onların hüquq və imtiyazları ilə bağlı məlumatı portalda yerləşdirsə, şəhid ailələri və müharibə veteranları öz hüquqları barədə məlumatı oradan öyrənə bilərlər. Bundan başqa, özünüməşğulluqla bağlı proqram çox yaxşıdır. Amma proqramın həyata keçirilməsi mexanizmində problemlər var. Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə iki inək, ona bir illik zəmanət verilir. Heç olmasa, üç aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır.

    Eyni zamanda, müharibə veteranları ilə bağlı müraciətlər olur. Onlar əlillik təyinatı almaq üçün müraciət edirlər. Ola bilər, hansısa kompüter, aparat onu göstərə bilmir. Əgər qucağında silahla kazarmada yatmamısansa, bunu dərk edə bilməzsən. Beş dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz”.

    Nazir Sahil Babayev isə cavabında qeyd edib ki, elektron şəkildə hər bir şəhid ailəsinə olan imtiyazlar var:

    “Bununla bağlı bukletlər də çap olunub. Təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin. Təqdim olunmuş heyvanlarla bağlı AQTA-nın xəstəlik-sağlamlıq arayışları olur. Araşdırmamış heç kim heç nə deməsin”.

  • Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur

    Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur.

    “Report” xəbər verir ki, bununla bağlı müvafiq qanun layihələri Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

    Belə ki, iclasın gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi haqqında qanun layihələri daxil edilib.

    Qeyd edək ki, hər iki dövlətin vətəndaşları üçün Azərbaycan tərəfindən sadələşdirilmiş viza rejimi tətbiq edilirdi.