Month: November 2024

  • ЕС и Китай близки к соглашению об отмене пошлин на электромобили

    Брюссель и Пекин могут в скором времени договориться об отмене пошлин на ввоз китайских электромобилей в Европу.

    Об этом заявил немецкому телеканалу NTV председатель комитета по международной торговле Европарламента Бернд Ланге.

    “Мы близки к решению с Китаем для отмены пошлин. Мы близки к соглашению: Китай может взять на себя обязательство предлагать электромобили в ЕС не ниже минимальной цены. Это устранило бы проблему искажения конкуренции посредством несправедливых субсидий, из-за чего изначально и были введены пошлины”, — подчеркнул он.

    Парламентарий также заявил, что не разделяет опасений Германии по поводу возможных ответных мер: в качестве примера он привел пошлины на китайские электробайки, против введения которых Пекин возражал, но потом смирился с ними.

    Отметим, что между ЕС и Китаем в последние месяцы произошло несколько крупных торговых споров, получивших в СМИ название “торговых войн”. Так, 29 октября Евросоюз окончательно утвердил введение дополнительных пошлин на импорт электромобилей из КНР: в зависимости от производителя они составят до 35,3%. Китай уже оспорил этот шаг в ВТО. При этом в Брюсселе заявили, что совместно с Пекином продолжат поиск альтернативного решения.

  • Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar

    Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə rüsumların ləğvi barədə razılığa gələ bilərlər.

    Bu barədə Avropa Parlamentinin beynəlxalq ticarət komitəsinin sədri Bernd Lange Almaniyanın NTV telekanalına bildirib.

    “Biz Çinlə rüsumların ləğvi üçün həllə yaxınıq. Biz razılaşmaya yaxınıq: Çin Aİ-də elektromobilləri minimum qiymətdən aşağı təklif etməmək öhdəliyini götürə bilər. Bu, ədalətsiz subsidiyalar vasitəsilə rəqabətin təhrif olunması problemini aradan qaldıracaq ki, bu səbəbdən də əvvəlcə rüsumlar tətbiq edilmişdi”, – o vurğulayıb.

    Parlamentari həmçinin Almaniyanın mümkün cavab tədbirləri ilə bağlı narahatlıqlarını bölüşmədiyini bildirib: o, nümunə olaraq Çin elektrobayklarına tətbiq edilən rüsumları göstərib ki, Pekin bunların tətbiqinə etiraz etsə də, sonradan bununla barışıb.

    Qeyd edək ki, son aylarda Aİ və Çin arasında mediada “ticarət müharibələri” adlandırılan bir neçə böyük ticarət mübahisəsi baş verib. Belə ki, oktyabrın 29-da Avropa İttifaqı ÇXR-dən elektromobil idxalına əlavə rüsumların tətbiqini yekun olaraq təsdiqləyib: istehsalçıdan asılı olaraq bu rüsumlar 35,3 %-ə qədər təşkil edəcək. Çin artıq bu addımı ÜTT-də mübahisələndirib. Eyni zamanda, Brüssel bildirib ki, Pekinlə birlikdə alternativ həll yolunun axtarışını davam etdirəcəklər.

  • В Канаде зафиксировали крупнейшую за девять лет вспышку кори

    Крупнейшая с 2015 года вспышка заболеваемости корью отмечена в Канаде в 2024 году.

    Об этом говорится в сообщении канадского Минздрава.

    В ведомстве уточнили, что с начала года в стране зафиксировано 130 случаев заражения корью. Один человек скончался. Вспышка отмечена в шести регионах страны – Альберте, Британской Колумбии, Квебеке, Нью-Брансуике, Онтарио и Саскачеване. За последнюю неделю, добавляет Минздрав, корью заразились еще 30 человек.

    В 2023 году Минздрав зафиксировал 12 случаев заражения этой болезнью. В последний раз крупная вспышка заражения корью в Канаде была в 2015 году, когда заразились 113 человек.

  • Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb

    2024-cü ildə Kanadada 2015-ci ildən bəri ən böyük qızılca xəstəliyi alovlanması qeydə alınıb.

    Bu barədə Kanada Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

    Nazirliyə görə, ilin əvvəlindən ölkədə 130 qızılca yoluxma halı qeydə alınıb. Bir nəfər vəfat edib. Xəstəliyin alovlanması ölkənin altı bölgəsində – Alberta, Britaniya Kolumbiyası, Kvebek, Nyu-Bransuik, Ontario və Saskaçevanda qeydə alınıb. Qurum əlavə edib ki, son həftə ərzində daha 30 nəfər qızılcaya yoluxub.

    2023-cü ildə Səhiyyə Nazirliyi bu xəstəliyə yoluxmanın 12 halını qeydə almışdı. Kanadada son dəfə böyük qızılca alovlanması 2015-ci ildə baş vermiş və o zaman 113 nəfər yoluxmuşdu.

  • Переходная команда Трампа заявила о приостановке дела против избранного президента

    Дело против избранного президента США Дональда Трампа, рассматриваемое судом в Нью-Йорке, было полностью приостановлено, а вынесение приговора отложено.

    Об этом сообщил директор по коммуникациям в переходной команде Стивен Чун.

    “Президент Трамп одержал решительную победу. Американский народ дал ему мандат на возвращение в Белый дом и избавление от всех остатков сфабрикованных дел, – заявил Чун. – Все сфабрикованные правовые атаки против президента Трампа теперь разрушены, и мы сосредоточены на том, чтобы сделать Америку снова великой”.

    Ранее судья Хуан Мерчан согласился отложить вынесение приговора по делу о подлоге финансовых документов компании Trump Organization при выплате денег бывшей порноактрисе Сторми Дэниэлс и перенести рассмотрение дела.

    В конце мая Трамп был признан виновным по всем 34 пунктам обвинения по делу о подлоге финансовых документов. Он стал первым в истории США бывшим президентом, которого жюри присяжных признало виновным в совершении преступления. Вынесение приговора было назначено на 18 сентября.

    Поводом для расследования против экс-президента США стала публикация газеты The Wall Street Journal в январе 2018 года. По ее данным, за месяц до победы республиканца на президентских выборах в 2016 году его адвокат Майкл Коэн выплатил бывшей порноактрисе Сторми Дэниэлс $130 тыс., чтобы она не разглашала информацию о связи с Трампом около 10 лет назад.

    В 2018 году Коэн предстал перед судом по нескольким обвинениям, одно из которых касалось нарушения правил финансирования избирательной кампании Трампа, включая выплаты Дэниэлс. Тогда прокуратура не стала предъявлять претензий Трампу, сославшись на иммунитет главы государства. Однако в ноябре 2022 года офис окружного прокурора Манхэттена начал новое расследование. По версии следствия, Трамп возместил своему адвокату потраченные деньги, оформив это через компанию Trump Organization как возмещение судебных издержек и сославшись на несуществующий юридический аванс. 4 апреля 2023 года суд в Нью-Йорке выдвинул в отношении Трампа обвинения по делу о выплатах Дэниэлс.

  • Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb

    Keçid komandasının kommunikasiya direktoru Stiven Çun ABŞ-nin seçilmiş prezidenti Donald Trampa qarşı Nyu-Yorkda məhkəmədə baxılan işin tam dayandırıldığını və hökmün çıxarılmasının təxirə salındığını açıqlayıb.

    Bu barədə TASS məlumat yayıb.

    “Prezident Tramp qətiyyətli qələbə qazanıb. Amerika xalqı ona Ağ evə qayıtmaq və saxta işlərin bütün qalıqlarından xilas olmaq üçün mandat verib. Prezident Trampa qarşı bütün saxta hüquqi hücumlar indi dağıdılıb və biz Amerikanı yenidən böyük etməyə diqqət yetiririk”, – Çun vurğulayıb.

    Xatırladaq ki, daha əvvəl hakim Xuan Merçan keçmiş porno aktrisası Stormi Denielsə ödənilmiş pullarla bağlı “Trump Organization” şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə hökmün çıxarılmasını ertələməyə və işə baxılmasını təxirə salmağa razılıq verib.

    May ayının sonunda Tramp maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə bütün 34 ittiham bəndi üzrə təqsirli bilinib. O, ABŞ tarixində cinayət törətməkdə andlı iclasçılar tərəfindən təqsirli bilinən ilk keçmiş prezident olub. Hökmün çıxarılması sentyabrın 18-nə təyin edilmişdi.

    ABŞ-nin keçmiş prezidentinə qarşı araşdırmanın səbəbi “The Wall Street Journal” qəzetinin 2018-ci ilin yanvarında dərc etdiyi məqalə olub. Qəzetin məlumatına görə, respublikaçının 2016-cı il prezident seçkilərində qələbəsindən bir ay əvvəl onun vəkili Maykl Koen keçmiş porno aktrisası Stormi Denielsə Trampla təxminən 10 il əvvəl əlaqəsi barədə məlumatı açıqlamaması üçün 130 min dollar ödəyib.

    2018-ci ildə Koen bir neçə ittiham üzrə məhkəmə qarşısına çıxıb, bunlardan biri Trampın seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarının pozulması, o cümlədən Denielsə ödənişlərlə bağlı olub. O zaman prokurorluq dövlət başçısının toxunulmazlığına istinad edərək Trampa qarşı iddia irəli sürməyib. Lakin 2022-ci ilin noyabrında Manhetten dairə prokurorunun ofisi yeni araşdırmaya başlayıb. İstintaqın versiyasına görə, Tramp vəkilinə xərclənən pulları “Trump Organization” şirkəti vasitəsilə məhkəmə xərclərinin ödənilməsi kimi rəsmiləşdirib və mövcud olmayan hüquqi avansa istinad edib. 2023-cü il aprelin 4-də Nyu-York məhkəməsi Trampa qarşı Denielsə ödənişlərlə bağlı ittihamlar irəli sürüb.

  • İranlı deputatdan atom bombası yaratmağa çağırış

    “İran artıq atom bombası yaratmalıdır”.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani “Didar News” saytına müsahibəsində bəyan edib.

    O, atom bombasının yaradılmasını Tehran üçün zərurət adlandırıb.

    “Biz artıq qaynayan sanksiya qazanına düşmüşük. Qərb ölkələri Tehrana bundan artıq sanksiya tətbiq edə bilməz. Əgər biz atom bombası yaratsaq, ən çoxu altı ay müddətinə gərginlik yaşayacağıq, daha sonra isə Qərb bizdən niyə nüvə silahı istehsal etdiyimizi soruşacaq… İranın mütləq nüvə silahına ehtiyacı var, çünki hər halda biz Yaxın Şərqin lövbəriyik… Çətin ki, Qərb ölkələri bizimlə müharibə etmək istəyər. İranın yüksək hərbi çəkindirmə qabiliyyətinə görə ABŞ və İsrail Tehrana hücum etməyəcək”, – deyə parlament rəsmisi vurğulayıb.

  • Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar

    Azərbaycanla Qırğızıstan arasında gənclər siyasəti sahəsində əməkdaşlıq genişlənir.

    Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyi ilə Qırğızıstanın Gənclər Parlamenti arasında birgə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

    Memorandumu imzalayan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Qırğızıstanın Gənclər Parlamentinin rəhbəri Asel Amanova iki ölkəni tarixi dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini qeyd ediblər. Qeyd olunub ki, Azərbaycanla Qırğızıstan arasında bütün istiqamətlər geniş və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Gənc liderlər bildirib ki, iki qardaş ölkə arasında gənclər siyasəti sahəsində də əməkdaşlığın böyük perspektivi var: “İki ölkənin rəhbərləri cənab İlham Əliyev və cənab Sadır Japarovun liderliyi ilə həyata keçirilən dövlət siyasəti gənclər fəaliyyəti üçün də yol xəritəsidir”.

    İmzalanan memorandumda iki ölkənin gənclər təşkilatları arasında qarşılılıq səfərlərin intensivliyinin artırılması, gənclər siyasəti, ekologiya, ictimai diplomatiya sahəsində ortaq layihələrin icrası, iki ölkə həqiqətlərinin təbliği üçün birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib.

    Memoranduma Qırğızıstanın “Tilimpoz” layihəsinin rəhbəri Tilek Mirlan və “Damcı Bulaq” layihəsinin rəhbəri Elbek Həbibullayev də imza atıb.

    Tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri Zülfüqar Tanarverdi və Qırğızıstan Parlamentinin deputatı Eldar Suleymanov iştirak edib.

  • Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN

    Prezident İlham Əliyev elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, Fərmanla Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    Həmçinin, NK-ya müvafiq səlahiyyətlərin aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.

    “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I); 2024, № 7, maddə 821) isə aşağıdakı dəyişikliklər edilir:

    – 6.2-ci və 6.3-cü bəndlərə “Mingəçevir” sözündən sonra “, Naxçıvan” sözü əlavə edilir;

    – həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5-ci hissəsi üzrə:

    – 5.1-ci bənddən “, habelə Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanı (qurumu)” sözləri çıxarılır;

    5.8-ci bənddən “, Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanının (qurumunun) rəhbərindən” sözləri çıxarılır.

  • Кадры момента задержания азербайджанца с 70 кг золота в Турции – ВИДЕО

    Обнародованы кадры задержания в стамбульском аэропорту азербайджанца.

    Соответствующие кадры распространились в турецких СМИ.

    Согласно информации, он обвиняется в контрабанде золота.