Month: November 2024

  • Qəza törətdi, “100-150 qram içmişəm” dedi – Həbs olundu

    Bakıda qəza törətdikdən sonra “100-150 qram arağ içmişəm” deyən sürücü həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 17 noyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində qəza baş verib.

    Belə ki, Masallı rayonunun Ərkivan qəsəbəsində qeydiyyatda olan F.G. “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən BMW markalımaşınla toqquşub. Nəticədə hər iki avtomobilə ciddi zərər dəyib.

    F.G. barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə sürücü hadisədən əvvəl 100-150 qram spirtli içki qəbul etdiyini etiraf edərək, barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş edib.

    Məhkəmənin qərarı sərxoş halda qəza törədən sürücü barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati həbs tətbiq olunub.

  • Kələmin qiyməti artacaq (AÇIQLAMA)

    Kənd təsərrüfatı məhsullarının qiyməti iki dəfə artıb. Bəzi məhsulların qiymətində isə ucuzlaşma müşahidə olunur. Mütəxəssislər bunun səbəbini hava şəraiti ilə əlaqələndirirlər. Buna baxmayaraq, qarşıdakı aylarda məhsulların qiymətində kəskin artımın olacağını proqnozlaşdırırlar.

    Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzi oktyabr ayı üçün verdiyi kənd təsərrüfatı məhsullarının qiymət dəyişikliyi aşağıdakı kimidir: Kartofun qiyməti 6 faiz artaraq 83 qəpikdən 88 qəpiyə yüksəlib. Sarı soğanın qiyməti 12,5 faiz düşərək 35 qəpik olub. Xiyarın qiyməti 2,4-2,9 dəfə artıb. Çəhrayı pomidor 1,9 manatdan 2,9 manatadək bahalaşıb. Kələmin qiyməti 61 faiz artaraq 28 qəpikdən 45 qıpiyə yüksəlib. Yaşıl bibərin qiyməti 47 faiz artaraq 75 qəpikdən 1,10 manata yüksəlib. Badımcanın qiyməti 60 faiz artaraq 1,25 manatdan 2 manata qalxıb.

    Fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, kələmin sahədə topdansatış qiyməti 45 qəpiyə təklif olunur:

    “Azərbaycan kələmi Ukraynaya göndərilir. Hazırda kələmi sahələrdən iki fərqli iş adamları toplayır. Həm Bərdə, həm də Masallı zonalarında yetişən kələm Ukraynaya aparılır. Onlara kələm 40-42 qəpiyə təklif edilir. Qiymət kələmin sortuna görə dəyişir. Amma yerli bazarlara 45 qəpiyə satılır. 10 gün bundan əvvəl 53-55 qəpiyə təklif edilirdi”.

    Fermer qiymətin artım səbəblərini belə izah edib:

    “İlk növbədə Ukrayna getməsidir. Cənub bölgəsində bu mövsümdə 34 hektar kələm əkilib. Ötən il isə rəxminən 130 hektardan çox kələm əkilmişdi. Hələ həyətlərdə əkilən kələmləri demirik. Xaçmaz, Qusarda quraqlıq olduğundan məhsuldarlıq olmadı. Hesab edirəm ki, bu mövsümdə qiyməti artacaq. Ukraynaya daşınması da qiymətə təsir edəcək. Hər gün Azərbaycanda iki furə kələm çıxır. Bu da hardasa 40 tona yaxın məhsul edir. Bilirdim ki, bu il kələm az əkiləcək, çünkü ötən il hamının məhsulu batdı. Bu il 11 hektar kələm əkmişəm, ötən il isə 3 hektar əkmişdim”.

    Anar Abbasov deyib ki, əsas problem biznesmenlərin yerli məhsulları almaması, daha çox xaricdən gətirməyə üstünlük verməsidir. Fermer Yaponiyadan gətirilən toxumlara üstünlük verdiyini xüsusi vurğulayıb:

    “Çox keyfiyyətlidir, yetişəndən sonra 100 günə kimi məhsul tarlada qalır. Nə çürüyür, nə də çatlayır. Yanvar ayından sonra bizdə kələmin bir kiloqramı bir manatdan yüksək olacaq”.

  • Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü

    Noyabrın 16-na keçən gecə Kişinyovda məşhur moldovalı ifaçı İqor Kuçukun yeganə qızı 17 yaşlı Andrea Kuçuk yerli əyləncə klublarından birində ölüb.

    Baku.ws “Veçernaya Moskva”ya istinadən xəbər verir ki, faciəli hadisə qızın oxuduğu Stefan Neaga adına musiqi kollecində birinci kurs tələbələrinin əyləncəsindən sonra baş verib.

    Klubdakı bayramın qeyri-rəsmi hissəsində Andrea sinif yoldaşları ilə rəqs edərkən qəfildən halı pisləşib. Qız huşunu itirərək yıxılıb.

    Hadisə yerinə iki təcili yardım briqadası cəlb olunub. Həkimlər 52 dəqiqə ərzində intensiv terapiya aparıb və ürək-ağciyər fəaliyyətini bərpa etməyə çalışıblar. Bütün səylərə baxmayaraq, qızı xilas etmək mümkün olmayıb.

    Sonradan məlum olub ki, Andreanın ürəyində problemlər olub və təxminən beş il əvvəl o, əməliyyat olunub. Ölümün ilkin səbəbi ürək dayanmasıdır. Kişinyov polisi faktla bağlı araşdırmalara başlayıb. Andrea Kuçuk ailəsində yeganə uşaq idi. O, atasının yolu ilə gedib və musiqi karyerasında ilk addımlarını atası ilə həm solo, həm də duet şəklində ifa edib.

  • Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi

    Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətin hərəkətlərindən narazılığını bildirib. Onun sözlərinə görə, siyasi partiyalar küçə etirazlarına yox, seçkilərə hazırlaşırdılar.

    Bu barədə Zurabişvili “Arxi Mtavari”yə müsahibəsində bildirib.

    “Heç kim müxalifətdən razı deyil – nə mən, nə də əhali, çünki müxalifət başqa şeyə hazırlaşırdı. Biz xartiyaya (müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə plan-red.) uyğun fəaliyyət planını bilirdik, hansı qanunlar qəbul edilməlidir, növbəti seçkilərə necə çatmalı idik”, deyə Zurabişvili bildirib.

    Xatırladaq ki, Gürcüstanda seçkilər oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 89 mandat (53,93%) əldə edən hakim Gürcü Arzusu Partiyası qalib gəlib. Səsvermənin ertəsi günü müxalifət seçkilərdə saxtakarlıq olduğunu elan edib və prezidentin də iştirak etdiyi etiraz aksiyalarına başlayıb. Müxalifət koalisiyaları alternativ parlament yaratmaq niyyətindədir.
    //qaynar.az

  • “Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq” – Ekspert

    “Təcrübəli kadrların işdən çıxarılması tərbiyə və tədris prosesinə mənfi təsir göstərə bilər. Uşaq bağçalarında iş yalnız nəzəri biliklərdən ibarət deyil, həm də praktik təcrübə tələb edir. Uzun illər bu sahədə çalışan işçilər uşaqlarla davranış, onların fərdi inkişafı və sosial adaptasiyası ilə bağlı xüsusi bacarıqlara malik olurlar. Yeni işçilər, hətta ixtisaslaşmış olsa belə, təcrübənin əvəzini tam verə bilməzlər. Bu isə uşaqların məktəbəqədər hazırlıq səviyyəsinə və ümumilikdə təhsil prosesinə mənfi təsir göstərə bilər”.

    Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov uşaq bağçalarında qeyri-ixtisaslı müəllimlərin işdən uzaqlaşdırılması, yaxud da dərəcələrinin aşağı salınması ilə bağlı veriləcək qərara münasibət bildirərkən deyib.

    Ekspert Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi-müəllimlərin böyük bir qisminin qeyri-ixtisas sahibləri olduğunu xatırladıb:

    “Təcrübə baxımından onların bəziləri çoxillik iş stajına malik olsalar da, pedaqoji bilikləri və metodik hazırlıqları müasir təhsil tələblərinə cavab vermir. Elm və Təhsil Nazirliyinin bu qərarını əsaslandıran səbəblərdən biri də budur: uşaq bağçalarında çalışan işçilərin pedaqoji səviyyəsinin aşağı olması və müasir təhsil yanaşmalarından kənar fəaliyyət göstərməsi. Nazirlik hesab edir ki, belə yanaşma məktəbəqədər təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərir. Lakin bu qərarın tətbiqi ilə bağlı ciddi problemlər ortaya çıxır”.

    Ekspert qeyd edib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində kadr çatışmazlığı mövcuddur:

    “Statistikalara əsasən, ölkədə fəaliyyət göstərən 1700-dən çox uşaq bağçasında çalışanların 35%-dən çoxu qeyri-ixtisaslıdır. Əgər onların maaşları və dərəcələri aşağı salınarsa və nəticədə işdən uzaqlaşsalar, bağçalarda təcrübəli kadrların yerini doldurmaq çətin olacaq. Qeyd etmək lazımdır ki, yeni işçilərin cəlb edilməsi müəyyən vaxt və resurs tələb edir. Xüsusilə də, pedaqoji sahədə ixtisaslaşmış və məktəbəqədər təhsil üzrə təcrübəyə malik kadrların tapılması çətinlik yarada bilər”.

    Kamran Əsədov bu problemin həllində beynəlxalq təcrübələrdən istifadənin vacibliyini önə çəkib:

    “Beynəlxalq təcrübəyə baxdıqda bu sahədə tətbiq edilən yanaşmaların daha sistemli olduğunu görmək mümkündür. Məsələn, Finlandiyada məktəbəqədər təhsil işçilərinin bütün tərbiyəçiləri xüsusi təlim və sertifikatlaşdırma prosesindən keçirlər. Onların işə qəbul edilməsi zamanı həm pedaqoji, həm də psixoloji biliklərə malik olmaları əsas şərt kimi qoyulur. ABŞ-da isə məktəbəqədər təhsil müəssisələrində çalışan bütün işçilər müəyyən müddətdən sonra yenidən sertifikasiya prosesindən keçir. Bu onların müasir təhsil metodları ilə işləməsini təmin edir və biliklərini daima yeniləməyə məcbur edir. Sinqapurda isə məktəbəqədər təhsil işçilərinə illik təlimlər keçir və onların fəaliyyətləri uşaqların inkişaf nəticələrinə əsasən qiymətləndirilir”.

    Ekspert hesab edir ki, Azərbaycanda bu sahədə sistemli yanaşmanın olmaması bir çox problemlərə səbəb olur:

    “Qeyri-ixtisaslı işçilərin fəaliyyəti tənzimlənmədiyi kimi ixtisaslı işçilər üçün də davamlı peşəkar inkişaf proqramları təşkil edilmir. Bu isə uşaq bağçalarında tərbiyə və tədris prosesinin keyfiyyətinə mənfi təsir göstərir. Elm və Təhsil Nazirliyinin qeyri-ixtisaslı işçilərin maaşlarının və dərəcələrinin azaldılması qərarı yalnız problemi aradan qaldırmağa yönəlmiş qısa müddətli bir addım kimi qiymətləndirilə bilər. Lakin bu, uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə müsbət təsir göstərməyəcək”.

    Kamran Əsədov təklif edib ki, məsələnin həlli üçün daha geniş və hərtərəfli strategiya hazırlanmalıdır:

    “İlk növbədə qeyri-ixtisaslı işçilər üçün təkmilləşdirmə kursları təşkil edilməli, onların pedaqoji bilikləri artırılmalıdır. Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində çalışan işçilər üçün mütəmadi sertifikasiya prosesləri tətbiq edilməlidir. Bu yanaşma həm təcrübəli işçilərin saxlanmasını təmin edər, həm də onların müasir tələblərə uyğunlaşdırılmasına şərait yaradar. İkincisi, məktəbəqədər təhsil sahəsində kadr ehtiyatlarının artırılması üçün xüsusi proqramlar hazırlanmalı, universitetlərin pedaqoji fakültələri ilə bağça müəssisələri arasında əməkdaşlıq gücləndirilməlidir”.

    Ekspertin fikirincə, məktəbəqədər təhsil müəssisələrinin kadr məsələləri sistemli yanaşma tələb edir:

    “Qeyri-ixtisaslı işçilərin işdən uzaqlaşdırılması və onların maaşlarının azaldılması təhsilin keyfiyyətini artırmaq üçün kifayət etməyəcək. Bu sahədə beynəlxalq təcrübədən istifadə etməklə sistemli islahatlar həyata keçirilməli, həm işçilərin peşəkar inkişafına, həm də yeni kadrların cəlb edilməsinə xüsusi diqqət yetirilməlidir. Təcrübəli kadrların yerini doldurmaq çətin olduğu üçün onların inkişaf etdirilməsi daha səmərəli və uzunmüddətli bir həll yolu kimi qəbul edilməlidir”.

  • Главы МИД Турции и РФ провели телефонный разговор

    Министр иностранных дел Турции Хакан Фидан провел телефонный разговор с российским коллегой Сергеем Лавровым.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом сообщил турецкий дипломатический источник.

    “Глава МИД Турции Хакан Фидан провел в субботу, 23 ноября, телефонный разговор с российским коллегой Сергеем Лавровым, министры обсудили двусторонние отношения стран и региональные проблемы”, – говорится в сообщении.

  • Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər

    Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

    Bu barədə Türkiyənin diplomatik mənbəyi məlumat verib.

    “Türkiyənin xarici işlər naziri Hakan Fidan şənbə günü, noyabrın 23-də rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb, nazirlər ölkələr arasında ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər”, – məlumatda bildirilir.
    //report

  • Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb

    Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında həm qurudan, həm də havadan yeni əməliyyat keçirib.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının 6 üzvü Suriyanın şimalındakı “Fırat qalxanı” və “Barış pınarı” bölgələrində, 1-i isə İraqın şimalındakı Metina bölgəsində öldürülüb.

    “Terrorçular harada olurlarsa-olsunlar, onları gözləyən qaçılmaz sondan qurtula bilməyəcəklər”, – məlumatda vurğulanıb.

  • В Азербайджане производство легковых автомобилей выросло в 1,9 раза

    Общая общая стоимость производства машин и оборудования, транспортных средств, автомобилей, прицепов и полуприцепов, произведенных в Азербайджане в январе-октябре текущего года составила 643,7 млн манатов.

    Как сообщает Report со ссылкой на Госкомстат, по сравнению с аналогичным периодом прошлого года производство автомобилей, прицепов и полуприцепов сократилось на 58,4%, машин и оборудования – на 43,2%, транспортных средств – на 52,8%.

    В Азербайджане за 10 месяцев выпущено 4 433 легковых автомобиля (на 86,6% больше, чем годом ранее). В то же время производство тракторов сократилось на 14,7%, а грузовых автомобилей – на 8,7%.

  • Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqlar, nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsalının ümumi dəyəri 643,7 milyon manat olub.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 %, maşın və avadanlıqların istehsalı 43,2 %, nəqliyyat vasitələrinin istehsalı isə 52,8 % azalıb.

    Hesabat dövründə 4 433 ədəd və yaxud 1 il əvvələ nisbətən 86,6 % çox minik avtomobili istehsal olunub. Əvəzinddə traktorr istehsalı 14,7 %, yük avtomobili istehsalı isə 8,7 % azalıb.//report