Month: November 2024

  • Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi

    Bu ilin aprel ayında Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayonda, Cavadxan küçəsində həyat yoldaşını 19 bıçaq zərbəsi ilə qətlə yetirən 1979-cu il təvəllüdlü R.Qəhrəmanova (soyad şərtidir) hökm oxunub.

    Publika.az-ın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 45 yaşlı şəxsə bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun cinayəti affekt vəziyyətində, ağır ruhi həyəcan halında törətməsinə dair rəy verilib.

    Araşdırmalar zamanı məlum olub ki, R.Qəhrəmanov Azərbaycanda fəaliyyət göstərən ən böyük mebel şirkətlərindən birində yüksək vəzifədə çalışırmış. İstintaq zamanı onun həyat yoldaşı A.Qəhrəmanovanın yaşadığı binada üzbəüz qonşu olan digər kişi ilə gizli sevgi yaşaması, aralarında görüşlərinin olması, qadının hər gün öz evində yemək bişirərək ona göndərməsi, həmin şəxsin istəyi ilə bədəninin müxtəlif yerlərinə pirsinq etdirməsi məlum olub.

    Arvadının xəyanətindən şübhələnən R.Qəhrəmanov bir neçə dəfə onunla mübahisə edib, lakin sevdiyi üçün bağışlayıb. Daha sonra arvadının telefonuna baxarkən sevgi mesajları görüb və onun xəyanət etdiyinə tam əmin olub.

    Qətlə yetirilən A.Qəhrəmanovanın valideynləri R. Qəhrəmanovdan şikayətçi olmadıqlarını, qızlarının qətlinə görə onu günahkar görmədiklərini bildiriblər.

  • Объявлены средства, выделенные на съемки фильмов об Отечественной войне

    В прошлом году на съемки фильмов об Отечественной войне было выделено 10 млн манатов, однако по результатам конкурса на съемки 40 фильмов было потрачено всего 4.4 млн манатов.

    Как сообщает Unikal, об этом заявил заместитель министра культуры Фарид Джафаров во время обсуждения государственного бюджета на 2025 год в Милли Меджлисе.

    Он отметил, что съемки этих фильмов продолжатся до конца года.

    “Что касается съемок фильмов с зарубежными странами, по линии TÜRKSOY начались съемки совместного фильма. Это фильм “Молла Насреддин”, который будет коммерческим. В 2023 году было принято решение о государственной поддержке и коммерческих фильмов. Считаем, что это приведет к развитию в этой области”, – сказал он.

  • Vətən müharibəsi ilə bağlı filmlərin çəkilişinə ayrılan vəsait AÇIQLANDI

    “Vətən müharibəsi ilə əlaqədar filmlərin çəkilişinə ötən il 10 milyon manat ayrılsa da, müsabiqə nəticəsində cəmi 4.4 milyon manat 40 filmin çəkilişinə xərclənib”.

    “Unikal” xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

    O bildirib ki, həmin filmlərin çəkilişi ilin sonuna qədər davam edəcək:

    “Xarici ölkələrlə birlikdə filmlərin çəkilişinə gəlincə, TÜRKSOY-un xətti ilə türk dünyasının ortaq filminin çəkilməsinə başlanıb. Bu, “Molla Nəsirəddin” filmidir və kommersiya əsaslı olacaq. 2023-cü ildə dövlət tərəfindən kommersiya əsaslı filmlərə də dəstək göstərilməsi qərara alınıb. Bu, sahədə inkişafa səbəb olacağını düşünürük”.

  • СМИ: Имрана Хана освободили под залог

    Высокий суд Исламабада освободил под залог бывшего премьер-министра Пакистана и основателя оппозиционной партии Техрик-и-Инсаф (“Движение за справедливость”, ДЗС) Имрана Хана.

    Об этом сообщает газета Dawn.

    По ее информации, суд освободил Имрана Хана под залог при условии внесения двух залогов в размере 1 млн рупий (более 6 тыс. манатов – ред.) каждый. Экс-премьер и его супруга Бушра Биби были арестованы 13 июля. Впоследствии жена бывшего премьера смогла добиться освобождения под залог, в то время как ее мужа оставили под арестом.

    Дело, из-за которого экс-премьер Пакистана был арестован, касается предполагаемой незаконной продажи Имраном Ханом и Бушрой Биби иностранных подарков. Среди них 7 часов Graff и Rolex, а также 10 ювелирных изделий из бриллиантов и золота, которые, предположительно, были проданы супругами, а не сданы в государственное хранилище “Тошахана”.

    Хан возглавлял Кабмин Пакистана в 2018-2022 годах. Экс-глава правительства был смещен с должности 10 апреля 2022 года в результате вынесенного ему вотума недоверия. Это произошло за год до истечения срока его пребывания на этом посту. Следствие в отношении Хана по подозрению в нарушении гостайны началось после того, как 27 марта 2022 года он публично заявил о получении шифрованной телеграммы от посла Пакистана в Вашингтоне, в которой, по словам политика, говорилось, что представители США в беседе с главой диппредставительства “рекомендовали отстранить премьер-министра от власти ввиду его пророссийской позиции по Украине, продемонстрированной в ходе визита в Москву в феврале 2022 года”.

  • İmran Xan azadlığa buraxıldı

    İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və “Təhrik-i-İnsaf” (“Ədalət naminə hərəkat”) müxalifət partiyasının qurucusu İmran Xanı girov qarşılığında azadlığa buraxıb.

    Bu barədə “Dawn” qəzeti məlumat verib.

    Məlumata görə, məhkəmə İmran Xanı hər biri bir milyon rupi (3 min 611 dollar) olmaqla iki girovun ödənilməsi şərti ilə azad edib.

    Xatırladaq ki, keçmiş baş nazir və onun həyat yoldaşı Buşra Bibi iyulun 13-də həbs ediliblər. Daha sonra Buşra Bibi girov müqabilində azadlığa çıxa bilsə də, İmran Xanın həbsinin davam etməsinə qərar verilib.

    Qeyd edək ki, İmran Xan və Buşra Bibinin həbs olunmaları onların xarici hədiyyələri qeyri-qanuni satmaları ilə bağlıdır. Hədiyyələr arasında 7 ədəd “Graff” və “Rolex” saatları, o cümlədən 10 ədəd brilyant və qızıldan ibarət zinət əşyaları da var. Ehtimal edilir ki, bu zinət əşyaları dövlətin “Toşaxana” anbarına təhvil verilməyib və cütlük tərəfindən satılıb.

    Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. Bu onun səlahiyyət müddətinin bitməsinə bir il qalmış baş verib.

  • Sistem inteqrasiyası ilə məşğul olan şəxslərdən ödəmə mənbəyindən vergi tutulmaya bilər

    Azərbaycanda texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividentdən ödəmə mənbəyindən vergi tutulmaya bilər.

    “Report” xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.

    Hazırda Azərbaycanda texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividentdən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyindən vergi tutulmur.

  • Кому вернутся 50% НДС? – Новые льготы в сфере культуры

    Расширяется круг налоговых льгот в секторе культуры.

    Как сообщает Oxu.Az, для действующих в этой сфере субъектов в течение следующих 5 лет земельный налог будет полностью отменен, а налог на прибыль будет применяться с 90% льготой. То есть предприниматели полностью освобождаются от земельного налога, а от налога на прибыль освобождается только 90%.

    Одновременно увеличивается число субъектов, пользующихся налоговыми льготами. Если раньше в этом списке были только те, кто занимался съемками фильмов, то по новым правилам театры, музеи, симфонические оркестры и кинопродюсеры также смогут воспользоваться этой льготой.

    50% НДС, уплаченного безналичным способом за театральные представления, показ фильмов, посещение музеев и концерты симфонического оркестра, будет возвращено. Это означает, что половина налога на добавленную стоимость за платежи в этой сфере будет возвращена на счет в виде кэшбэка после осуществления платежей. Кэшбэк относится к поставщикам услуг.

    Депутат Вугар Байрамов сообщил редакции нашего сайта, что этот проект уже принят в первом чтении в Комитете по экономической политике, промышленности и предпринимательству и рекомендован к пленарному заседанию.

    Он также отметил, что эти льготы предназначены для поддержки сектора культуры.

  • ƏDV-nin 50%-i kimlərə qaytarılacaq? – Mədəniyyət sektorunda yeni güzəştlər

    Mədəniyyət sektorunda vergi güzəştlərin dairəsi genişlənir.

    Bu sahədə çalışan sahibkar subyektləri üçün növbəti 5 il müddətinə torpaq vergisi tam, mənfəət vergisi isə 90% güzəştlə tətbiq olunacaq. Yəni sahibkarlar torpaq vergisindən tam azad olunur, mənfəətin, ya gəlirin isə yalnız 90%-i azad olunur.

    Eyni zamanda vergi güzəştlərindən istifadə edən subyektlərin sayı artırılır. Əvvəllər bu siyahıda yalnız film çəkilişi ilə məşğul olanlar idisə, artıq yeni qaydalara əsasən, teatr, muzey, simfonik orkestr və film prodüserləri də bu güzəştdən istifadə edə biləcəklər.

    Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı nağdsız ödənilən ƏDV-nin 50%-i geri qaytarılacaq. Bu o deməkdir ki, bu sahədə olan ödənişlər üçün əlavə dəyər vergisinin yarısı keşbek olaraq hesaba qaytarılacaq.

    Deputat Vüqar Bayramov Oxu.Az-a bildirib ki, bu layihə artıq İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində birinci oxunuşda qəbul olunub və plenar iclasa tövsiyə edilib.

    O həmçinin qeyd edib ki, bu güzəştlər mədəniyyət sektorunu dəstəkləmək üçündür.
    //oxu.az

  • Qeyri-yaşayış sahəsini başqa şəxsə yenidən satan MTK rəhbərinə HÖKM OXUNDU

    Bakı Apellyasiya Məhkəməsində dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Vasif Sarxanovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Yasamal Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə cəza təyini və cəzanın hesablanması hissəsində dəyişdirilib. Belə ki, ona 2 il 6 ay müddətinə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

    Qeyd edək ki, rəsmi məlumata əsasən, “Qələbə-İnşaat” MTK-nın sədri Vasif Sarxanovun qanunsuz hərəkətləri barədə vətəndaş müraciəti əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla Vasif Sarxanovun MTK-nın direktoru vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədilə paytaxtın Yasamal rayonu, H.Zərdabi prospekti, 71A ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, kirayə verilməsi ona həvalə edilən və özgənin mülkiyyətində olan qeyri-yaşayış sahəsini saxta sənədlər əsasında digər şəxsə yenidən satmasına əsaslı şübhələr müəyyən edilib.

    Vasif Sarxanova Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

    Xatırladaq ki, MTK rəhbəri daha əvvəl məhkumluq həyatı yaşayıb.

  • Azərbaycanda qiymətli daşları və onlardan hazırlanan məhsulları nağd qaydada satanlar cərimələnəcək

    “Azərbaycanda qiymətli daşların və onlardan hazırlanan məhsulların nağdsız qaydada satılmasına görə maliyyə sanksiyasının tətbiq olunması təklif edilir”.

    “Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

    Onun sözlərinə görə, bununla əlaqədar Vergi Məcəlləsində, “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun olaraq dəyişiklik edilməsi nəzərdə tutulur.

    “Dəyişikliklərə səbəb Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tələbidir”, – deyə vergi rəsmisi qeyd edib.