Month: November 2024

  • Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

    Böyük Britaniyanın İrana yeni sanksiyaları ilə bağlı krallığın Tehrandakı müvəqqəti işlər vəkili İslam Respublikasının Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Məlumatı İRNA yayıb.

    Məlumata görə, Böyük Britaniya İran şirkətlərinə sanksiya tətbiq edib. Bildirilib ki, nazirlik Britaniya hökumətinin bu addımını “qanunsuz və əsassız” adlandırıb.

    İran XİN-in Qərbi Avropa üzrə baş direktorun köməkçisi Abbas Naderi məhdudiyyətləri dəniz ticarəti və gəmilərin sərbəst hərəkəti prinsipinin, beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

    Köməkçi İranın Rusiyaya Ukraynada atmaq üçün ballistik raket göndərməsini də təkzib edib.

    Sanksiyalar Böyük Britaniya hökuməti tərəfindən noyabrın 18-də İslam Respublikası Aviasiya Şirkətinin (“Iran Air”) və İran Gəmi Xətləri (IRISL) dövlət müəssisələrinin Rusiyaya ballistik raketlərin transferində iştirak etdikləri üçün tətbiq olunub.

    Krallıq “İran Air” və IRISL-nin RF ilə əlaqədar olaraq Ukrayna əleyhinə müharibədə silah tədarükündəki roluna görə aktivlərinin dondurulacağını da açıqlayıb.

    Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi İranın qlobal təhlükəsizliyi pozmaq cəhdlərini “təhlükəli və qəbulolunmaz” adlandırıb. O, İranı Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsinə dəstəyini dayandırmağa çağırıb.

    Məlumata görə, krallıq Rusiya üçün hərbi təminatları daşıyan “PORT OLYA-3” adlı yük gəmisinə də sanksiya tətbiq edib.

  • Ədliyyə orqanlarına qəbulla bağlı imtahanın tarixi məlum olub

    Ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün sənədləri qəbul edilmiş namizədlərlə test imtahanı dekabrın birində keçiriləcək.

    Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən ədliyyə orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən 1 dekabr 2024-cü il tarixində saat 10:00-da DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

    Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli keçiriləcək. Belə ki, ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər 9 noyabr saat 14:00-dan 25 noyabr saat 11:00-dək imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər.

    Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə biləcəklər.

    Müsabiqənin keçirilməsi ilə bağlı zəruri metodiki vəsaitlərlə namizədlər nazirliyin rəsmi saytında “Qulluğa qəbul” bölməsində və elektron kabinetlərində tanış ola bilərlər.
    Test imtahanında iştirak edəcək namizədlər buraxılış qaydalarına uyğun olaraq imtahana 1 saat əvvəl gəlməli və “İmtahana buraxılış vərəqəsi” ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

    İmtahanda namizədlərə 80 sual qanunvericilik və 20 sual məntiqi təfəkkür üzrə olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi təfəkkür üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanından keçid balı 55-dir.

    Qaydalara əsasən test imtahanından uğur qazanmış və təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.

  • Oktyabr ayı üzrə yaşa görə pensiya alanların sayı açıqlanıb

    2024-cü ilin oktyabr ayında yaşa görə pensiya alanların sayı 706 min 900 nəfərdən çox olub.

    Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, onların 42,97%-ni kişilər, 57,03%-ni isə qadınlar təşkil edib.

  • “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” sığortaçı seçib

    İqtisadiyyat Nazirliyinə məxsus “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

    Tenderin qalibi “Qala Sığorta” ASC-dir.

    Qalib şirkətə 72 100 manat ödəniləcək.

  • Avropa İttifaqının Gürcüstanın ixracatındakı payı 10 illik minimuma düşüb

    Avropa İttifaqının (Aİ) Gürcüstanın ixracatındakı payı 10 illik minimuma düşüb.

    Bu barədə yerli mediada məlumat yayılıb.

    Məlumata görə, 2024-cü ilin 10 ayında Gürcüstandan Aİ ölkələrinə 456 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da keçən ilin göstəricilərindən 25% azdır.

    Nəticədə Aİ-nin Gürcüstanın ümumi ixracatındakı payı 8,4%-ə enib. Müqayisə üçün, 2020-ci ildə bu pay 20,5%, 2015-ci ildə isə maksimum 28,3% olub.

    Qeyd edək ki, ən çox ixrac olunan məhsullar arasında fındıq, mis xammalı və konsentratlar, eləcə də qiymətli metallardan olan xammallar yer alır.

  • Lautaro Martines millidəki qolların sayına görə Maradonaya çatıb

    Argentinalı hücumçu Lautaro Martines yığmadakı qolların sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb.

    Futbolçu bunu DÇ-2026-nın seçmə mərhələsində, Peru millisi ilə oyunda gerçəkləşdirib.

    Matçın 55-ci dəqiqəsində Lionel Messinin ötürməsindən sonra hesabı açan 27 yaşlı ön xətt oyunçusu qollarının sayını 32-yə çatdırıb.

    Hazırda Argentina millisində ən çox qol vuranların siyahısına Lionel Messi (112) başçılıq edir. Qabriel Batistutanın 55, Serxio Aqueronun 41, Ernan Kresponun isə 35 qolu var. Martines və Maradona isə 32 qolla yığma tarixinin ən yaxşı bombardirləri siyahısında 5-ci yeri bölüşürlər.

    Qeyd edək ki, Argentina – Peru matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

  • В Сеуле заявили, что северокорейские солдаты вступили в бой на стороне РФ

    Şimali Koreyanın 10 900 əsgəri Rusiyanın hava-desant qoşunları və dəniz piyadalarının heyətində ölkənin Kursk vilayətinə yerləşdirilib, onların bir qisminin döyüşlərdə iştirak etdiyi güman edilir.

    Bunu Cənubi Koreya parlamentinin Kəşfiyyat komitəsinin nümayəndəsi Pak Son Von jurnalistlərə açıqlamasında söyləyib.

    Onun sözlərinə görə, Şimali Koreya həmçinin haubitsa və reaktiv yaylım atəş sistemi daxil olmaqla Ukraynada müharibə üçün əlavə silah da tədarük edib.

    Deputat qeyd edib ki, Milli Kəşfiyyat Xidməti Şimali Koreya qoşunlarının dəqiq itkilərini müəyyənləşdirməyə çalışır.

    Xatırladaq ki, noyabrın 11-də Koreya Xalq Demokratik Respublikası Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya etmişdi.

    Noyabrın 9-da isə eyni sənədi Rusiya Prezidenti Vladimir Putin təsdiqləmişdi.

    В Курской области России в составе воздушно-десантных войск и морской пехоты размещены 10 900 северокорейских солдат, часть из них, предположительно, уже участвует в боевых действиях.

    Как сообщает Median.Az со ссылкой на Reuters, об этом заявил журналистам представитель Разведывательного комитета парламента Южной Кореи Пак Сон Вон.

    По его словам, Северная Корея также поставила дополнительное вооружение для войны в Украине, включая гаубицы и реактивные системы залпового огня.

    Депутат отметил, что Национальная разведывательная служба Кореи пытается установить точные потери северокорейских войск.

  • Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb

    Şimali Koreyanın 10 900 əsgəri Rusiyanın hava-desant qoşunları və dəniz piyadalarının heyətində ölkənin Kursk vilayətinə yerləşdirilib, onların bir qisminin döyüşlərdə iştirak etdiyi güman edilir.

    “Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Cənubi Koreya parlamentinin Kəşfiyyat komitəsinin nümayəndəsi Pak Son Von jurnalistlərə açıqlamasında söyləyib.

    Onun sözlərinə görə, Şimali Koreya həmçinin haubitsa və reaktiv yaylım atəş sistemi daxil olmaqla Ukraynada müharibə üçün əlavə silah da tədarük edib.

    Deputat qeyd edib ki, Milli Kəşfiyyat Xidməti Şimali Koreya qoşunlarının dəqiq itkilərini müəyyənləşdirməyə çalışır.

    Xatırladaq ki, noyabrın 11-də Koreya Xalq Demokratik Respublikası Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya etmişdi.

    Noyabrın 9-da isə eyni sənədi Rusiya Prezidenti Vladimir Putin təsdiqləmişdi.

  • Байден одобрил поставки в Украину противопехотных мин

    Президент США Джо Байден санкционировал поставку в Украину противопехотных мин.

    Об этом сообщила газета The Washington Post (WP) со ссылкой на двух американских чиновников.

    По их словам, данное решение обосновано возможностью “прорыва российских войск на востоке Украины”. Источники утверждают, что противопехотные мины будут применяться только на украинской территории.

    Издание отмечает, что эта мера противоречит политике администрации Байдена, которая в 2022 году приняла решение ограничить применение противопехотных мин, фактически отказавшись от них за пределами Корейского полуострова.

  • Bayden Ukraynaya piyadaəleyhinə minaların verilməsinə icazə verib

    ABŞ Prezidenti Cozef Bayden Ukraynaya piyadaəleyhinə minaların tədarükünü təsdiqləyib.

    Bu barədə “The Washington Post” rəsmi şəxslərə istinadən bildirib.

    Bu qərar Rusiyanın hücumu qarşısında Kiyevin müdafiəsini gücləndirmək məqsədi daşıyır, lakin silah nəzarəti qrupları tərəfindən tənqid edilib.

    Minaların tədarükü Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün ATACMS raket sistemindən istifadəsinə icazə verilməsindən dərhal sonra baş verib. Ağ ev hesab edir ki, minalar cəbhədə bu silahdan aktiv istifadə edən Rusiya qüvvələrinin irəliləməsini ləngidəcək.

    Administrasiya nümayəndələrinin sözlərinə görə, söhbət “daimi olmayan” minalardan gedir ki, bunlar da şarj müddəti bitdikdən sonra məhv olur və ya deaktiv olur. Ukrayna onları sıx məskunlaşmış ərazilərdə istifadə etməyəcəyinə dair təminat verib.

    Qərar mübahisələrə səbəb olub, çünki 160-dan çox ölkə piyadaəleyhinə minaları qadağan edən Ottava Konvensiyasını imzalayıb. Lakin ABŞ və Rusiya bu konvensiyanın iştirakçısı deyil. Bayden əvvəllər belə minaların Koreya yarımadasından kənarda istifadəsini yasaqlayan siyasəti bərpa etsə də, Donetsk vilayətində döyüşlərin güclənməsi səbəbindən yanaşmasını dəyişib.

    Bəzi ekspertlərin fikrincə, hətta “daimi olmayan” minalar mülki şəxslər üçün təhlükə yaradır və onların istifadəsi Ottava Konvensiyasını imzalamış Ukraynanın öhdəliklərinə ziddir. Lakin Kiyev, Rusiyanın hərbi təcavüzü şəraitində tədarükləri əsaslandırılmış hesab edir.

    “Human Rights Watch” bu qərarı “sarsıdıcı və destruktiv” adlandırıb və ərazilərin minalardan təmizlənməsinin çətinliklərini vurğulayıb. Namizəd olarkən Bayden Tramp administrasiyasının oxşar addımlarını “məsuliyyətsiz” adlandıraraq tənqid etmişdi.

    Mənbələr əlavə edir ki, Birləşmiş Ştatlar münaqişə bitdikdən sonra Ukraynada minatəmizləmə işlərini dəstəkləməyi planlaşdırır.