Month: November 2024

  • Axundu öldürməyə cəhd edən şəxsin məhkəməsi: “Mən on ikinci imamam, Hacı ilə görüşmək istəyirəm”

    Bakıda “Məşədi Dadaş” məscidinin axunduna qarşı süi-qəsdə cəhddə təqsirləndirilən Elşən Hüseynovun cinayət işinin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclas zərərçəkənlərin ifadəsi ilə davam edib.

    Zərərçəkən Rəsul Həsənli məsciddə xidmətçi vəzifəsində işlədiyini bildirərək, aşağıdakıları qeyd edib:

    “Xidmətdə olduğum zaman Elşən məscidə daxil olaraq, Hacı ilə (Hacı Əli Şərbətov) görüşmək istədiyini və onun qapısını açmağımı istədi, mən bunun səbəbini soruşduqda isə özünü “on ikinci imam” kimi təqdim edərək təkid etdi. Mən Hacının hazırda vaxtının olmamasını deyəndə, o, mənim qulağıma və sinəmin aşağısından iki dəfə bıçaqla zərbə vurdu, qanın axdığını gördüm. Bundan sonra o, məscidin həyətindən çıxaraq, küçədəki marketə doğru qaçdı. Daha sonra oradakı insanlar təcili yardıma və polisə məlumat verdilər”.

    Zərərçəkən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, sağlamlığına zərər vuran bir şəxsin layiqincə cəzalandırılmasını məhkəmədən xahiş edib.

    Daha sonra şahidlərdən Elmira Əhmədovaya ifadə üçün şərait yaradılıb. Şahid məscidin yanındakı dini mağazada işlədiyini deyərək bildirib ki, o, Rəsulu məscidin yanında görüb və bu zaman onun qulağından qan axırdı. Digər bir şəxsin isə məscidin həyətindən söyüş söyə-söyə qaçdığını görüb.

    Digər şahid Dəyanət Mehdiyev isə məscidə ibadətə gələrkən qapının ağzında qan damcılarının olduğunu gördüyünü deyib. Qapının ağzında Elşən Hüseynovu görüb, o, “sonuncu peyğəmbərəm” deyərək, Dəyanətin oradan təcili uzaqlaşmasını istəyib. Əks təqdirdə, başının ağrıyacağını deyib. Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq, oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

    Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

    Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

  • В Азербайджане произошло землетрясение

    В 14 км к юго-западу от станции Пиргулу в Шамахинском районе было зафиксировано землетрясение.

    Как сообщили в Бюро исследования землетрясений Республиканского центра сейсмологической службы при Национальной академии наук Азербайджана, магнитуда подземных толчков, зарегистрированных в 05:50 по местному времени, составила 3.7.

    Очаг землетрясения залегал на глубине 45 км. Природное явление не ощущалось.

  • Azərbaycanda zəlzələ oldu

    Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.7-ə bərabər olub.

    Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

  • Почему обязательное медстрахование недоступно в частных клиниках регионов? – ВИДЕО

    Несмотря на расширение охвата и пакета услуг обязательного медицинского страхования (ОМС) в Азербайджане, граждане все еще сталкиваются с трудностями при использовании этой системы в частных клиниках. Как в Баку, так и в регионах функционирует множество медучреждений, с которыми Государственное агентство по обязательному медицинскому страхованию пока не заключило договор.

    Как сообщает хezerxeber.az, граждане предпочли бы иметь возможность получать медицинские услуги в частных клиниках, расположенных ближе к их месту проживания.

    Врач-эксперт Адиль Гейбулла подчеркнул, что система ОМС требует дальнейшего развития. Он отметил, что действующие на основании лицензии негосударственные медучреждения также должны быть включены в эту систему. По словам специалиста, такой шаг сделает медицинскую помощь более доступной для населения независимо от формы собственности клиник.

    Расширение применения ОМС может не только улучшить доступность услуг, но и способствовать повышению квалификации медицинского персонала и росту удовлетворенности граждан.

    Подробнее – в сюжете:

  • Bölgələrin özəl klinikalarında icbari tibbi sığorta niyə tətbiq edilmir? – VİDEO

    İcbari tibbi sığortanın əhatə dairəsi və xidmətlər zərfi günü-gündən genişlənsə də, hələ də vətəndaşlar bütün özəl tibb müəssisələrdə bu imkandan yararlana bilmirlər. Bakı ilə yanaşı, xüsusilə bölgələrdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağlamadığı kifayət qədər özəl klinikalar var.

    Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar deyirlər ki, yaşadıqları ünvanlara yaxın özəl xəstəxanalarda tibbi sığortadan istifadə etmək imkanı olsa, onlar üçün daha rahat olar.

    Həkim-ekspert Adil Qeybulla bildirib ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin daha da təkmilləşməsinə ehtiyac var. Çünki bütün özəl tibb müəssisələri lisenziya əsasında fəaliyyət göstərir. Buna görə də, mülkiyyətindən asılı olmayaraq, vətəndaşlar bütün xəstəxanalarda bu imkandan yararlanmalıdırlar.

    Tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, nəticədə həkim heyətinin peşəkarlığını, vətəndaşların isə məmnunluq səviyyəsini artıra bilər.

    Ətraflı süjetdə:

  • Bakıda ikiotaqlı mənzillərə istilik verilmir – İDDİA (VİDEO)

    Bakının Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 19 ünvanında istiliklə bağlı qəribə problem yaşanır.

    Xezerxeber.az-ın məlumatına görə, bina istiliklə təmin olunub, amma maraqlıdır ki, binanın bir blokunun sadəcə 3 və 1 otaqlı mənzillərinə istilik verilib. İkiotaqlı mənzillər isə istiliklə təchiz olunmayıb.

    Bu problem ötən illərdə də yaşanıb. Çoxsaylı müraciətlərdən sonra ikiotaqlı mənzillər də istiliklə təmin olunub. Sakinlər deyir ki, biz hər il eyni problemi yaşamaqdan bezmişik, evimizdə yaşlı və körpələr var.

    Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-dən “Xəzər Xəbər”ə bildirdilər ki, problemin kökü elə binanın özü ilə bağlıdır:

    Qeyd olundu ki, binada digər mənzillərin də istilik problemi qurum tərəfindən öz həllini tapacaq.

    Ətraflı süjetdə:

  • Новый вид мошенничества: воруют данные под видом свадебных приглашений – ВИДЕО

    В Азербайджане киберпреступники начали использовать необычный способ для обмана граждан.

    Как сообщает хezerxeber.az, в последнее время отправка свадебных приглашений посредством мессенджера WhatsApp стала для многих обычной практикой. Однако злоумышленники превратили это в инструмент мошенничества.

    Согласно информации, жертве сначала приходит файл, оформленный как приглашение на торжественную церемонию. После его скачивания на телефон устанавливается вредоносная программа, предоставляющая хакерам удаленный доступ к устройству. Это позволяет преступникам украсть хранящиеся на смартфоне конфиденциальные данные.

    Сотрудник Министерства внутренних дел Азербайджана Эльбрус Ибрагимов обратился к гражданам с призывом проявлять бдительность.

    Подробнее – в видео:

  • YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR – VIDEO

    Kibercinayətkarlar bu dəfə vətəndaşlara toy dəvətnamələri göndərərək, onları tora salırlar.

    Xezerxeber.az-ın məlumatına görə, son dövrlər “WhatsApp” vasitəsilə toy dəvətnamələrinin göndərilməsi adi hala çevrilib. Bundan istifadə edən hakerlər xüsusi dəvətnamələr ilə dələduzluq etməyə başlayıblar.

    Vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi toy dəvətnaməsi kimi göndərilir. Onu yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz. Bu o deməkdir ki, artıq faylı açdıqdan sonra bütün məlumatlarınız oğurlanmış olur.

    Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Elbrus İbrahimov vətəndaşları bu kimi hallardan qorunmaq üçün diqqətli olmağa çağırıb.

    Ətraflı süjetdə:

  • Сталлоне обратился к Тайсону после его поражения в поединке

    Легендарный голливудский актер Сильвестр Сталлоне поддержал бывшего абсолютного чемпиона мира по боксу в тяжелом весе Майка Тайсона после того, как тот уступил в поединке с блогером Джейком Полом.

    Об этом пишет “Чемпионат”.

    “Чтобы прояснить ситуацию – бизнес есть бизнес. Иногда приходится идти на жертвы ради своей семьи. Я знаю этого невероятного спортсмена с 19 лет. Продолжай бить, Майк, потому что никогда больше не будет такого человека, как ты, такого гладиатора, как ты. Оставайся чемпионом чемпионов!” – написал Сталлоне на своей странице в социальных сетях.

    Напомним, что бой между Тайсоном и Полом продлился все восемь раундов и завершился победой блогера единогласным решением судей.

  • Stallone döyüşdə uduzan Taysona müraciət etdi: “Çempionların çempionu olaraq qal!”

    Əfsanəvi Hollivud aktyoru Silvestr Stallone bloqer Ceyk Pol ilə döyüşdə uduzduqdan sonra ağırçəkili boks üzrə keçmiş şəksiz dəfə dünya çempionu olan Mayk Taysonu dəstəkləyib.

    Bu barədə aktyor özünün “Instagram” hesabında yazıb.

    “Məsələni aydınlatma üçün deyim ki, biznes elə biznesdir. Bəzən ailən üçün fədakarlıq etməli olursan. Mən bu inanılmaz idmançını 19 yaşımdan tanıyıram. Döyməyə davam et, Mayk, çünki heç vaxt sənin kimi adam, sənin kimi qladiator olmayacaq. Çempionlar çempionu olaraq qal!” – Stallone öz dəstəyini bildirib.

    Xatırladaq ki, döyüş səkkiz raund davam edib və hakimlərin yekdil qərarı ilə Polun qələbəsi ilə başa çatıb.