Month: November 2024

  • ВНИМАНИЕ: 50% НДС, уплаченного некоторым предприятиям, может быть возвращено

    В Азербайджане может быть возвращено 50% НДС, уплаченного за театральные представления, показ фильмов, посещение музеев и концерты симфонического оркестра.

    Как сообщает Report, это отражено в проекте внесения изменений в Налоговый кодекс.

    Кроме того, согласно изменениям, кинематографические предприятия и кинопродюсеры, зарегистрированные в Азербайджане и осуществляющие театральную, музейную и симфоническую оркестровую деятельность, а также производство и дубляж фильмов, освобождаются от земельного налога на участки, используемые для этой деятельности, сроком на 5 лет с 1 января следующего года.

  • DİQQƏT: Bəzi müəssisələrə ödənilən ƏDV-nin 50 faizi geri qaytarıla bilər

    Azərbaycanda teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı ödənilən ƏDV-nin 50%-i geri qaytarıla bilər.

    “Report” xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.

    Bundan başqa, dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatından keçən və teatr, muzey və simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə gələn il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisindən azad edilir.

  • Председательство в СВМДА перейдет к Азербайджану в декабре текущего года

    Председательство в Совещании по взаимодействию и мерам доверия в Азии (СВМДА) перейдет к Азербайджану в декабре текущего года.

    Как сообщает Trend, об этом сказал директор Департамента транспортной политики Министерства транспорта Казахстана Нурлан Кенесов в ходе панельной дискуссии на тему “Пути к устойчивой взаимосвязанности: усилия Совещания по взаимодействию и мерам доверия в Азии (СВМДА) и его государств-членов, а также региональных организаций Азии по обеспечению безопасных, эффективных и устойчивых к климатическим изменениям транспортных коридоров”.

    Он подчеркнул, что Казахстан с нетерпением ожидает окончательного создания Совета по устойчивой связанности.

    “В прошлом году была разработана концепция создания совета, и совместно с секретариатом СВМДА мы провели три рабочие встречи с национальными экспертами для обсуждения концепции. В целом эта инициатива получила широкую поддержку участников. Учитывая, что председательство в организации перейдет к Азербайджану в декабре этого года, мы обращаемся с просьбой к нашим уважаемым азербайджанским коллегам совместно с секретариатом СВМДА продолжить работу над окончательной доработкой концепции и приступить к созданию совета”, – сказал он.

  • CICA-ya sədrlik bu ilin dekabrında Azərbaycana keçəcək

    “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) sədrlik bu ilin dekabrında Azərbaycana keçəcək”.

    “Trend” xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Nurlan Kenesov “Dayanıqlı əlaqəyə aparan yollar: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin və onun üzvü olan ölkələrin, eləcə də təhlükəsiz, səmərəli və iqlimədavamlı nəqliyyat dəhlizlərinin təmin edilməsi üzrə Asiya regional təşkilatlarının səyləri” mövzusunda panel müzakirəsi zamanı bildirib.

    O, Qazaxıstanın Dayanıqlı Əlaqəlilik Şurasının yaradılmasını səbirsizliklə gözlədiyini vurğulayıb.

    “Keçən il Şuranın yaradılması konsepsiyası hazırlanıb. CICA Katibliyi ilə birlikdə konsepsiyanı müzakirə etmək üçün milli ekspertlərlə üç işçi görüşü keçirmişik. Ümumilikdə, bu təşəbbüs iştirakçılar tərəfindən geniş dəstək qazanıb. Təşkilatda sədrliyin bu ilin dekabr ayında Azərbaycana keçəcəyini nəzərə alaraq, azərbaycanlı həmkarlarımızdan CICA Katibliyi ilə birgə konsepsiyanın yekunlaşdırılması üzərində işi davam etdirməyi və Şuranın yaradılmasına başlamağı xahiş edirik”, – o bildirib.

    Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

    COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

    Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

  • Bakıda böyük söküntü başlayır: Kompensasiya evin ölçüsünə görə hesablanmayacaq

    Bakı şəhər Yasamal rayon ərazisi daxil olmaqla paytaxtın əksər yerlərində bir-birinə bitişik tikilən fərdi yaşayış yerləri çoxluq təşkil edir. Bu o deməkdir ki, bir evdə baş verəcək hadisə digərləri üçün potensial təhlükə mənbəyidir. Sakinlər özləri də bu kimi haldan narahat olduqlarını şikayət edirlər. 

    Bəs bu tikililərin aqibəti necə olacaq?

    Milli.Az xəbər verir ki, həm tikinti həm də söküntüyə çox ciddi və xüsusi normalar tətbiq olunacaq. 2040-ci ilə qədər paytaxtda mərkəzə yaxın 3,4 və 5 mərtəbəli binalar söküləcək. Həmin ərazilərdə söküntülərdən sonra yerində meşə tipli parklar salınacaq. 

    Bəs bu binada yaşayan sakinlərin aqibəti necə olacaq? 

    “İllərdir bu tikililərdə yaşayan sakinlər istəsələr həmin əraziyə yaxın göydələnlər də, istəsələr də aldıqları kompensasiya ilə şəhərin başqa yerlərində məskunlaşa bilərlər”. 

    Ekspert Ramil Qasımzadə məsələ ilə bağlı bildirib ki, bu proseslər 2027-dən tez başlaya bilər. Həmin işlər daha çox şəhərin Alatava, Kubinka, Montin, Keşlə kimi yerlərdən başlaya bilər. 

    “Prosesi ləngidən nüanslar vətəndaşlardan asılıdır. Məsələn elə tikili var ki, onun çıxarışı olsa da yerləşdiyi torpaq sahəsinin heç bir sənədi yoxdur. Amma vətəndaş layihəni icra edən şirkətdən hər ikisinin bazar dəyərini tələb edir. Və ya sahəsinin kvadratına görə kompensasiyanı daha çox istəyir. Bu da tərəflər arasında mübarizəyə səbəb olaraq prosesi gecikdirir”. 

    Qeyd edək ki, söküntü zamanı sənədi olmayan evlərin sahiblərinə də ödəniş ediləcək. Amma mənzilin ölçüsünə görə yox, yalnız tikintinin ərsəyə gəlməsində istifadə olunan materialın qarşılığı ödəniləcək. 

  • Oktyabr ayı üzrə yaşa görə pensiya alanların sayı açıqlandı

    2024-cü ilin oktyabr ayında yaşa görə pensiya alanların sayı 706 min 9 yüz nəfərdən çox olub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, onların 42,97%-ni kişilər, 57,03%-ni isə qadınlar təşkil edib.

  • Livan və “Hizbullah” atəşkəsə razılıq verdi: Yaxın Şərqdə savaş bitəcək?

    “Bir müddət atəşkəs ola bilər, lakin bu, Yaxın Şərqdə sülh anlamına gəlmir. Ona görə də bu yöndə cəhdlər müəyyən zaman üçün uğurlu olsa da, çox kövrəkdir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Livan və “Hizbullah”ın ABŞ-ın İsraillə atəşkəs təklifinə razılıq verməsi barədə məlumatı şərh edərkən deyib.

    “Yaxın Şərqin hər zaman bir əmması olduğu kimi, bu işin də bir əmması var. Atəşkəs haqqında şayiələr dolansa və tərəflər bunu “etiraf” etsələr də, Livanda hərbi əməliyyatlar və ərazilərin bombalanması hələ də davam edir. İsrailin baş naziri də deyib ki, “Hizbullah”la atəşkəs olsa da belə, bu həmin təşkilatla mübarizənin dayandırılması anlamına gəlmir. Digər tərəfdən, bu gün səhər saatlarından etibarən tərəflər bir-birinə qarşı müxtəlif raket zərbələri endiriblər. Yaxın Şərqdə atəşkəsin olması hələ sülh demək deyil. Yaxın günlərdə ABŞ-ın xüsusi nümayəndəsinin səfəri nəticəsində əldə olunan kövrək atəşkəsin nə qədər davamlı olduğu görünəcək. Amma görünən odur ki, tərəflər qarşılıqlı raket atəşlərini dayandırmayıblar”, deyə Rufiz Hafizoğlu bildirib.

    Həmsöhbətimiz İsrail hökumətinin “Hizbullah”la atəşkəsdə tam olaraq maraqlı olduğunu düşünmür:

    “Bu gün İsrailin əldə etdiyi öz maraqlarına uyğun uğurları onun üçün olduqca münbitdir. İsrail HƏMAS və “Hizbullah”ı heç bir zaman olmayan dərəcədə sıx şəkildə küncə sıxıb. ABŞ-da hakimiyyətə qayıdan Trampın İrana qarşı daha sərt mövqe sərgiləməsi də göstərir ki, Təl-Əviv indilikdə atəşkəsdə maraqlı deyil. İsrail Livan ərazisində cəmi 3 km. irəliləyə bilib. Qəzzadakı əməliyyatların alternativini burada həyata keçirmək mümkün deyil. Bir müddət atəşkəs ola bilər. Lakin bu Yaxın Şərqdə sülh anlamına gəlmir. Ona görə də atılan bütün cəhdlər müəyyən zaman üçün uğurlu olsa da, çox kövrəkdir. Nəzərə alaq ki, yaxın aylarda İranda da bəlli ciddi proseslər başlayacaq”.

    Qeyd edək ki, “Reuters”in məlumatına görə, Livan və “Hizbullah” ABŞ-ın İsraillə atəşkəs təklifi ilə razılaşıb. Bununla belə, məzmunla bağlı bəzi şərhlər edilib. Xüsusilə, Livan parlamenti sədrinin köməkçisi Əli Həsən Xəlil bildirib ki, bazar ertəsi Livan ABŞ-ın Livandakı səfirinə yazılı cavab göndərib və bu arada Ağ Evin xüsusi nümayəndəsi Amos Hokşteyn danışıqları davam etdirmək üçün Beyruta gedir.

    “Hizbullah” da öz növbəsində atəşkəslə bağlı danışıqlarda çoxdankı müttəfiqi Livan parlamentinin sədri Nəbih Berrini dəstəkləyib. “Livan sənədlə bağlı öz şərhlərini müsbət atmosferdə təqdim edib. Təqdim etdiyimiz bütün şərhlər 1701 saylı qətnamənin bütün müddəalarla dəqiq yerinə yetirilməsini təsdiqləyir”, deyə Xəlil bildirib.

  • Bakı Avropa Liseyi direktoru cərimələnir

    Bakı Avropa Liseyinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Veysova barəsində cərimə protokolu tərtib edilib.

    Qaynarinfo-nun məlumatına görə, buna səbəb lisey direktorunun bəzi işçilərin əmək müqaviləsinə qanunsuz xitam verməsi göstərilib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bunu əsas götürərək Veysova Zülfiyyə Altay qızı barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə cərimə protokolu tərtib edib.

    Zülfiyyə Veysova nazirliyin qərarından Səbail Rayon Məhkəməsinə şikayət verib. İşə Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, həmin qanun pozuntusuna görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

  • Azərbaycana ən çox bu ölkələrdən turist gəlib (SİYAHI)

    2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 2209,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

    Bildirilib ki, gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8,0 faizi İran, 4,1 faizi Gürcüstan, 4,0 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,0 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Çin və Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və İsrail, hər birindən 1,0 faiz olmaqla Oman və Belarus, 11,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan – 1,9 dəfə, İspaniyadan – 1,9 dəfə, Çindən – 1,9 dəfə, Filippindən – 1,6 dəfə, Qırğızıstandan – 1,5 dəfə, Qazaxıstandan – 1,5 dəfə, Pakistandan – 1,5 dəfə, Omandan – 49,0 faiz, İordaniyadan – 40,0 faiz, Polşadan – 35,5 faiz, İrandan – 33,2 faiz, İtaliyadan – 32,4 faiz, Türkmənistandan – 30,2 faiz, Səudiyyə Ərəbistanından – 27,0 faiz, Yəməndən – 26,2 faiz, Niderlanddan – 21,7 faiz, Almaniyadan – 21,3 faiz, ABŞ-dan – 20,7 faiz, Misirdən – 20,0 faiz, Özbəkistandan – 19,5 faiz, Rusiya Federasiyasından – 19,0 faiz, Ukraynadan – 17,0 faiz, Tacikistandan – 16,7 faiz, Türkiyədən – 15,8 faiz, Fransadan – 14,6 faiz, Küveytdən – 12,1 faiz, Böyük Britaniyadan – 11,4 faiz, Moldovadan – 10,6 faiz artıb.

    2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8 faiz artaraq 94,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3 faiz artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9 faiz artaraq 837,1 min nəfər olub.

    Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

    2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 17,6 faiz artaraq 1816,4 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 35,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,1 faiz, Gürcüstana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 10,8 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,8 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.

    2024-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 faizi hava, 28,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

  • Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər

    Amerika telekommunikasiya şirkəti “AvirTel” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru İsmail Şabani Kaştinin Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər.

    Qaynarinfo-nun məlumatına görə, iş adamı barəsində İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

    Məhkəmədə vergi ödəyicisi olan İsmail Şabani Kaştinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında iddia qaldırılıb. İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxlacaq.

    Qeyd edək ki, 22.07.2008-ci ildə yaradılan, nizamnamə kapitalı 250000 dollar olan “AvirTel” MMC-nin qanuni təmsilçisi İsmail Şabanidir.